BİSMİllahir-rəhmanir-rəHİM



Yüklə 2,71 Mb.
səhifə25/66
tarix21.04.2017
ölçüsü2,71 Mb.
#15068
1   ...   21   22   23   24   25   26   27   28   ...   66

ƏNSARIN MƏQSƏDI


Ənsar qrupunun rəftarı və Əhli-beyti (ə) himayə etməməsinin səbəbi ilə bağlı bir neçə məsələyə diqqət yetirmək zəruridir:

1. Bu gün (“Səqifə” yığıncağından on dörd əsr keçdikdən sonra) bizə gəlib çatan tarixi sənədlərdə Peyğəmbər (s)-in yerinə canişin tə`yin etmək üçün yığıncaq təşkil edən ilk qrupun “mühacir”lər deyir, “ənsar” olduğu göstərilir. Halbuki həmin hadisənin əsl mənbəsi ikinci xəlifənin sözləridir. Onun özü mühacirlərdən olduğu üçün ənsar haqda dedikləri də qəbul edilmir. Bundan əlavə, bir sıra şahidlər göstərir ki, ənsar qrupunun Peyğəmbər (s)-in canişinliyi ilə bağlı ciddi danışıqları mühacirlərin məclisə daxil olduqları zaman başlandı.

Rəvayətlərdən belə başa düşülür ki, Sə`d ibn Übadənin evi “Səqifə”nin yaxılığında olmuşdur. Çünki “Səqifə” yığıncağından sonra bir neçə nəfər onu çiyninə götürüb, yavaşca evinə apardılar. Ənsarın mövqe və ruhiyyəsi ilə daha uyğun gələn məsələ budur ki, ehtimala görə, həmin gün ənsardan bir neçə nəfər Sə`din görüşünə getmiş, elə orada da kimsə Peyğəmbər (s)-in vəfatını ona xəbər vermiş və Sə`d də onun görüşünə gələnlərə Mədinənin mövcud vəziyyəti və Islamın gələcəyi haqda müzakirə aparmağı məsləhət görmüşdür. Belə bir siyasi mövqedə hər bir ictimai şəxsin bir neçə nəfərlə keçmiş və gələcək hadisələrlə bağlı söhbət etməsi təbiidir.

Heç bir tarixçi ikinci xəlifənin vasitəsilə nəql olunmuş hadisəni səbəbsiz və dəlilsiz yerə ənsarı xilafəti ələ keçirmək üçün sadə bir yığıncağı təşkil etməklə ittihamlandırmamışdır. Lakin bu hadisə ənsarın müxalifləri və “Səqifə” iştirakçılarının vasitəsilə bəyan olduğu, xəlifələrin təbliğat vəsilələri ilə yayıldığı, eləcə də müxalif və ziddiyyətli rəvayətlərə diqqət yetirilmədiyi üçün gələcək nəsil onu ənsar qrupunun, xüsusilə Sə`d ibn Übadənin xilafət və hökuməti ələ keçirməkdə nəfsi istəkləri üzündən yaranan bir hadisə kimi qələmə vermişlər.1 Inkar etmək olmaz ki, ənsar dəstəsinin adi görüşünü siyasi görüş kimi göstərən ən mühüm amil o üç nəfər mühacirin ənsar dəstəsinə qoşulması idi. Onlar cəmiyyəti istədikləri səmtə doğru yönəldib, istədikləri qədər bəhrələndilər. Sonra elə bir iş gördülər ki, sanki xilafəti ələ keçirmək uğrunda çalışan ilk qrup ənsar olmuş, mühacirlər isə ənsarın fitnə-fəsad törədəcəklərindən qorxub “Səqifə” yığıncağının təşkil olunmasına razılıq vermişlər.2

Hər halda, mühacirlərə kömək etməyə razılıq verən ənsarın sülməramlı rəftarından başa düşülür ki, onlar ilk yığıncaqda xilafəti ələ keçirmək qərarında olmamışlar. Bə`zi tədqiqatçıların yazdığına görə, ənsar Peyğəmbər (s)-in təşkil etdiyi siyasi qurumun dağılmamasını ehtimal verib, özlərinin bir yerə toplaşması ilə qüdrəti ələ almaq istəyir və elə güman edirdilər ki, mühacirlərin Mədinədə qalmamalarına dair qənaətbəxş dəlilləri olmayacaq, bununla da Məkkəyə qayıdacaq və Mədinədə də qalmaq istəyənlər ehtimal üzrə ənsarın hakimiyyətini qəbul edəcəklər.3

2. Bu təhlillərdən əlavə, öncə işarə etdiyimiz kimi, daha çox “Səqifə” yığıncağının “Ovs” qəbələsinə mənsub olan iştirakçılarından bir neçə nəfərin yığıncaqda iştirak etməkdə məqsədləri Əli ibn Əbi Talibin (ə) hakimiyyətə çatmasının qarşısını almaq idi. Onlardan “Ovs” qəbiləsinin sərkərdəsi Üseyd ibn Həziri misal göstərmək olar. O, ənsar dəstəsindən olsa da, sonrakı mövqeyi ilə göstərdi ki, məqam və vəzifə düşkünü və Peyğəmbərin Əhli-beytinin düşməni olan mühacirlərin gizli köməkçi və dostlarından, xəlifəyə ilk bey`ət edənlərdən, Əli ibn Əbi Talib (ə) və digər haşimilərdən bey`ət almaq üçün Fatimeyi-Zəhra (ə.s)-ın evinə hücum çəkənlərdən olmuşdur.

Ikitərəfli casus rolunu oynayan bu bir neçə nəfəri müstəsna etməklə əqidələri süst olan, xilafət və rəhbərliyə çatmaq istəyən digər şəxslər də həsəd, yaxud rəqabət üzündən Əli (ə)-ın rəhbərliyinə razı deyildilər. Bə`ziləri isə sonradan qeyd edəcəyimiz dəlillər üzündən o həzrətlə müxalif idilər.

Onlardan başqa, qalan şəxslər Peyğəmbərin (s) imam Əli (ə) haqda buyruqlarını tapdalamaq məqsədilə deyil, yalnız mühacirlərin qüdrətə çatmasının qarşısını almaq üçün “Səqifə” yığıncağında iştirak etdilər. Onların içərisində də bə`ziləri Əli (ə)-a e`tiqad və məhəbbət bəsləməklə yanaşı, o həzrətin hakimiyyətə çatmasını həqiqətdə mühacirlərin gələcək hökuməti üçün ilk arddım hesab edirdilər. Ənsarın siyasi təfəkkür və təcrübəsi olmasa da, heç olmazsa, bu qədər düşünə bilirdilər ki, qüdrətlilər Əhli-beytdən olan şəxsin hökumətinin davam etməsinə imkan verməyəcəklər. Tez, ya gec Əhli-beytin istəyi ilə qurulan ədalətli hökumət dağılacaq və hakimiyyəti elə kəslər ələ alacaq ki, nə dinə, nə də ənsar qrupuna dəyər-qiymət verməyəcəklər.

Bə`zi mühacirlərin Qədir-Xumdan Mədinəyə qədər gizili hərəkətləri, Üsamənin ordusunda iştirak etməkdən boyun qaçırmaq və s. rəftarları ənsarın diqqətindən yayınmırdı. Onlar qabaqcadan bilirdilər ki, hökumət Peyğəmbərin (s) kürəkəni Əli ibn Əbi Talibə (s) çatmayacaqdır.

Peyğəmbəri-Əkrəm (s)-in vəsiyyətinin yazılmasının qarşısının alınmasından sonra cəmiyyətin çoxu artıq başa düşdü ki, Əli ibn Əbi Talibin (ə) rəhbərliyi ilə müxalifət məsələsi doğrudan da ciddidir. Çünki onlar düşünürdülər ki, Peyğəmbər (s)-in yaşadığı dövrdə hörmətsizliklə Əli (ə)-la düşmənliyə israr edənlər, sözsüz, o həzrətdən sonra daha asanlıqla onunla ədavət, düşmənlik və müxalifətə qalxa biləcəklər. Onların Peyğəmbər (s)-in evindəki rəftarı hamını təəccübləndirmişdi. O vaxta qədər məqsədləri və kimin himayə edəcəkləri bəlli olmayanlar tanındı və mə`lum oldu ki, bə`ziləri Əhli-beytlə müxalifətə qalxmaq üçün bir-birləri ilə əlbir olmuşlar.

3. Mühacir və ənsarın “Səqifə”dəki müzakirələrindən açıq-aydın başa düşülür ki, ənsar qrupu mühacirlərdə yaxşı və mülayim davranırmışlar. Məhz bu səbəbdən də rəhbərdən söz düşdükdə, xilafəti mühacirlərin iştirakı ilə öz öhdələrinə götürməyə razılıq verdilər. Onlar xilafət və rəhbərliyi müsəlmanlara hakim kəsilmək və zor tətbiq etmək kimi izah etmir, məqsədləri mühacirlərin hökmranlığı ilə onlara dəyəcək zərəri dəf etmək idi.

4. Ənsarın mühacirlərdən qoxusunun bir neçə səbəbi vardı ki, onlardan biri Peyğəmbəri-Əkrəm (s)-in xəbərdarlığına əsaslanırdı. Belə ki, Peyğəmbər (s)-in müşriklərlə apardığı səkkiz il davam edən müharibələrin nəticəsində Qüreyş tayfası Mədinə əhalisi tərəfindən ağır zərbələrə mə`ruz qalmışdı. Ondan qabaq isə ənsarın Peyğəmbər (s) və Islamı müdafiə etmək məqsədilə qəbul etdikləri “İkinci Əqəbə” adlı əhd-peymanı məkkəlilərin mədinəlilərə qarşı kin-küdurətinə səbəb olmuşdu. Çünki müsəlmanların Mədinəyə hicrəti və nəticədə Mədinənin Islam hökumətinin mərkəzinə çevrilməsi həmin əhd-peymandan sonra baş verdi. Ənsar Peyğəmbər (s)-i qəbul etməklə yanaşı elə bir kəsi də himayə edirdilər ki, o, ərəblərə ağır zərbələr endirmiş, rahatlıq və aramlığı onlardan almışdı. Hətta ona qarşı o qədər qəzəbli idilər ki, onu öldürmək üçün dişlərini belə qıcıtmışdalır!

Həm mühacir, həm də qeyri-mühacir məkkəlilər ənsara qarşı ədavət və kin-küdurət şö`lələrini söndürmək üçün münasib fürsət gözləsələr də, Peyğəmbər (s)-in həyatında buna zəmin yaranmadı. Buna görə də “Ovs” və “Xəzrəc” qəbiləsindən ənsar həmişə Peyğəmbər (s)-in həyatda olmadığı və məkkəlilərin onlardan intiqam almalarından qorxur, Sə`d ibn Übadənin Məkkənin fəthi günü “Bu gün intiqam günüdür!” – deyə fəryad etdiklərini hələ unutmamışdılar. Ənsar yaxşı bilirdi ki, tez, ya gec Məkkənin qəbilə başçıları onlardan qisas alacaq. Bu qorxu Hübbab ibn Münzəri “Səqifə”də mühacirlərə belə deməyə məcbur etdi: “Mən bundan qorxuram ki, əgər bu iş (hökumət) sizin əlinizlə möhkəmlənsə, keçmiş ədavət və kin-küdurətlər üzündən bizimlə müharibəyə qalxacaqsınız.”1

O, Səqifədən çıxanda yoldaşlarına belə deyirmiş: “Bir gün dediklərimin şahidi olacaqsınız. Allaha and olsun! Elə bil, o günü görürəm ki, sizin övladlarınız onların evlərinin qapısına sarı əl uzadır, onlar isə sizə bir içim suyu mənimsəyirlər!” Bu zaman Əbu Bəkr ona belə deyir: “Doğrudan da bizdən bu qədər qorxursunuz?” Hübbab deyir: “Səndən əsla qorxmuruq, səndən sonra hakimiyyətə gələndən kəsdən isə qorxuruq!”2

Ibn Qüteybə yazır: “Həmin məclisdə Hübbab, Əbu Bəkrə dedi: “Səndən sonra (xilafətə) elə bir kəs gələcək ki, bizə zülmü dadızdıracaq!”1

Ibn Əbil-Hədid yazır: “Gələcək hadisələr Hübbabın uzaqgörənliyini isbat etdi. Əməvi sülaləsi hakimiyyətə gəldikdə, Mədinəyə hücum çəkərək (“Hirrə” hadisəsi) elə cinayətlər törətdilər ki, qələm onları yazmağa xəcalət çəkir!”2

Ənsar qrupu xilafətin tez bir zamanda əsl mehvərindən çıxıb, onlara nəinki üstünlük verməyən, üstəlik onları daha da işkəncəyə mə`ruz qoyan bir sıra şəxslərin əlinə keçdiyini bildikdən sonra sakit qalmağı məsləhət bilmədilər, tezliklə “xilafəti öhdəsinə alan müxaliflərini xilafətdən kənarlaşdırmaq”la əlaqədar məclis təşkil etsələr də, bu, rəqiblərinə daha çox kömək edirdi.

Bütün bunlardan əlavə, onların keçmişdəki təsəllibəxş rəftarları həyəcanlı vicdanını sakitləşdirirdi. Belə ki, onlar keçmişdə Islamın genişlənib hər tərəfə yayılmasında böyük rol ifa etdikləri üçün xilafət məqamını zəhmətləri müqabilində bir mükafat kimi bilir, buna görə də özlərini günahkar hesab etmirdilər.

Bizim əqidəmizə görə, bu bəhanə vicdan əzabını aradan qaldırmaq üçün elə də əsassız deyildir. Lakin həqiqət budur ki, əgər onlar (xəlifə seçməkdə) tələsməyib, hamılıqla Peyğəmbər (s)-in göstərişinə əməl etsəydilər, heç bir hadisə baş verməyəcək, ümumi səadət, əmin-amanlıq və təhlükəsizlik tə`min ediləcəkdi.3

Əllamə Müzəffər bu məsələ haqda yazır:

“Bu amillər bə`zən adi ruhiyyəli insanları öz meyllərini icra etmək üçün qane edir... və şəfqəti hislərin tə`sirindən onlara ilham olunan istəklərinin düzgün olduğuna inanararaq, bu istək və meyllərin hidayəti uğrunda saçan ən aydın haqq nurunun və bu yolda nəfsani ilhamlarının fəsad və yanlış olduğunu bildirən dəlilin görünməməsinə səbəb olur.”4


Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin