BİSMİllahir-rəhmanir-rəHİM


PEYĞƏMBƏR (S)-İN ƏMRİNİN LƏĞV OLUNMASI İDDİASI



Yüklə 2,71 Mb.
səhifə23/66
tarix21.04.2017
ölçüsü2,71 Mb.
#15068
1   ...   19   20   21   22   23   24   25   26   ...   66

PEYĞƏMBƏR (S)-İN ƏMRİNİN LƏĞV OLUNMASI İDDİASI


Peyğəmbər (s)-in vəfatından sonra baş verən hadisələrin çoxu şiə müxalifləri tərəfindən qələmə alındığı, eləcə də tarixçilərin əksəriyyəti xəlifələrlə əlaqədə olduğu və onların əmrləri ilə oturub-durduğu üçün dəqiq bilmək olmur ki, Peyğəmbər (s)-in vəfatından sonra xilafəti qəsb edənlər öz rəftarlarını necə izah etdilər və camaata nə dedilər?! Görəsən, doğrudanmı camaat “Qədir-Xum”da imam Əli (ə)-la bey`əti yaddan çıxarmışdılar?! Onlar özlərinə deyə bilmirdilər ki, o bey`əti nə üçün pozdular?! Axı ərəblər öz əhd və bey`ətlərini hər şeydən üstün tuturdular?! Görəsən, “Səqifə”də iştirak edənlərin bə`zisi “Qədir-Xum”da Əli ibn Əbi Taliblə (ə) bey`ət edən ilk kəslərdən deyildimi?! Belə isə, necə oldu ki, onlar camaat qarşısında öz əməl və rəftarlarını qanunauyğun qələmə verdikdə, camaat da onun Peyğəmbər (s)-in tövsiyəsi ilə zidd olduğuna irad tutmadılar?! Ənsar qrupu nə fikirləşir və gördükləri işin müqabilində bəhanələri nə idi?!

Şübhəsiz, “Qədir” günündən Peyğəmbər (s)-in vəfat etdiyi vaxta qədər bə`ziləri Əli ibn Əbi Talib (ə)-ın xilafətə çatmaması üçün gecə-gündüz yorulmadan zəmin hazırlamağa çalışmış, bu haqda başqa-başqa qruplarla gizli danışıqlar aparmışdılar. Bununla belə, Peyğəmbəri-Əkrəm (s) vəfat etdikdə, camaatdan bə`zisi, hətta Əbu Bəkrlə bey`ət edənlər də güman etmirdilər ki, onunla bey`ət etməyin mə`nası Əli (ə)-ın xilafət məqamını qəsb etmək deməkdir. Bəlkə də onlara elə başa salmışdılar ki, “Qədir-Xum” hadisəsindəki əhd-peymana sadiq qalmaq vacib deyil, yaxud bu gün Əbu Bəkrlə bey`ət etməklə “Qədir-Xum” əhd-peymanı pozulmur. Belə ki, seçilmiş xəlifənin işi həqiqətdə yalnız Islam qanununu icra etməkdir. Buna əsasən, camaatın mə`nəvi rəhbəri və siyasi işləri öhdəsinə alan kəs başqasıdır.

Lakin Peyğəmbər (s)-in vəfatından sonra həqiqətdə “Qədir-Xum” peymanını pozmaqda bəhanə o həzrətin buyruğunun ləğv olunmasını iddia etmək idi. Yə`ni Əbu Bəkr və Ömərin iddiasına görə, Peyğəmbər (s) ömrünün son anlarında kürəkəni Əli ibn Əbi Talib (ə)-ın xilafətini ləğv etmiş və hökumət işlərini ümmətdən olan başqa birisinə tapşırmışdır.

Əban ibn Əyyaş imam Baqir (ə)-ın belə buyurduğunu nəql etmişdir:

“Biz Əhli-beyt Qüreyş tayfasının zülmündən və bizim əleyhimizə qarşı əlbir olmaqlarından nələr görməmişik! Həmçinin dostlarımız və şiələrimiz də nələr görməmişlər! Peyğəmbər (s) dünyadan gedərkən bizim haqqımızda nələr buyurmamışdı? O, bizə itaət etməyi əmr, bizi sevməyi vacib etmiş və camaata xəbər vermişdi ki, biz onların özünə özlərindən də artıq ixtiyar sahibiyik. Hətta bu sözü eşidənlərə qayibdə olanlara çatdıracaqlarını buyurmuşdu.

Lakin onlar əlbir olub, Əlinin (ə) əleyhinə qalxdılar. O həzrət onların müqabilində Peyğəmbər (s)-in onun haqqında buyurduqları və camaatın da eşitdiklərini dəlil gətirsə də, onlar dedilər: “(Ya Əli!) Düz deyirsən. Peyğəmbər belə buyurmuşdu, lakin sonradan onu ləğv edərək buyurdu: “Biz bir Əhli-beytik ki, Allah-taala bizi əziz tutmuş, dünyanı bizə əta etməyi istəməmişdir (və onu bizə pisləmişdir). Allah-taala həm nübüvvəti, həm də xilafəti bizim üçün cəm etməmişdir.

Dörd nəfər bu sözün doğruluğuna şəhadət verdilər... Həfsənin atası, Əbu Übeydə, Məaz ibn Cəbəl və Əbi Hüzeyfənin Salim qulu! Onlar həqiqəti yozdular, məsələni onlara həqiqət kimi cilvələndirdilər, onları geri oturtdular, xilafəti Allahın qərar verdiyi yerdən çıxartdılar...”1

Məhz bu güman üzündən sonradan Peyğəmbər (s)-in kürəkəni və qızı ənsardan kömək istədikdə, onlar dedilər: “Ey Peyğəmbərin qızı! Artıq iş-işdən keçmiş, biz o kişi ilə bey`ət etmişik! Əgər sənin əmin oğlu (Əli) onunla bey`ət etməzdən qabaq bizdən bey`ət istəsəydi, ondan başqası ilə bey`ət etməzdik.” Əli isə onların cavabında buyurdu: “Peyğəmbər (s)-in cənazəsini evində qüslsüz, kəfənsiz, namazsız və dəfnsiz qoyub, evdən çıxmalı və camaatla birgə hökumət işləri ilə məşğul olmalı idimmi?!”2

Sanki onlar Əli ibn Əbi Talib (ə)-ın mə`nəvi məqamına e`tiqad bəslədikləri halda, başqasına səs vermiş və artıq öz səslərini geri götürə bilməmişdilər!

Həqiqət budur ki, bu gün əsrlər keçdikdən sonra hələ də mə`lum deyil ki, Qədir-Xumda iştirak edənlər “Səqifə” günü nə fikirləşirdilər?! Bəlkə də bə`zilərini bu yozumla, bə`zilərini başqa yozumla, bə`zilərini hədələməklə, bəzilərini isə rüşvət ilə razı salmışdılar. Lakin Mədinə əhalisinin Səqifədən sonra düşüncəsiz işləri göstərir ki, onları aldatmaq Səqifə yığıncağını təşkil edənlər üçün çox da çətin bir iş olmamışdır. Hər halda, onlara belə başa salmışdılar ki, bu işlər (Əbu Bəkrlə bey`ət və s.) Peyğəmbər (s)-in göstərişinə əsasən yerinə yetirilir.

Izzuddin Əbu Hamid Mö`təzili yazır: “Mən qəbul edə bilmirdim ki, yaşlı səhabələr Əli (ə)-ın xilafəti haqda Peyğəmbər (s)-in göstərişi ilə müxalifət etsinlər. Buna görə də ustadım Əbu Cə`fər Nəqib ləqəbi ilə tanınan Yəhya ibn Əbi Zübeydin yanına gedib, Əlinin fəzilətləri haqda danışdım və tə`kid etdim ki, gördüyünüz kimi, bu məsələ ilə bağlı hədislər Əlinin xilafətini açıq-aydın sübut edir. Belə isə, Peyğəmbər (s)-in səhabələri hansı bəhanə ilə o həzrətin Əli barəsindəki göstərişini inkar etdilər?

Əbu Cə`fər (bir neçə məsələyə işarə etdi və o cümlədən) dedi: “Sadəlövh camaat böyük səhabələrin qəti qərar və səslə Əlini xilafətdən kənarlaşdığını gördükdə, elə güman etdilər ki, onların bu işi mütləq Peyğəmbər (s) tərəfindən xüsusi göstərişə əsaslanır, onlar isə bundan xəbərsizdir və Həzrət gizli şəkildə göstəriş verərək, Əlinin xilafəti ilə bağlı keçmiş tövsiyələrini qüvvədən salmışdır. Xüsusilə, Əbu Bəkrin nəql etdiyi rəvayətlə, elə təsəvvür etdilər ki, onlar öz rəhbərlərini seçməkdə tam azaddırlar. Belə ki, Əbu Bəkr, Peyğəmbər (s)-in belə buyurduğunu demişdir: “Əl-əimmətu min Qüreyş!” (Imamlar Qüreyş tayfasındandırlar.) Bununla, camaat elə güman etdi ki, xalqın rəhbərliyini öhdəsinə götürən kəsin – kim olursa, olsun – Qüreyş tayfasından olması kifayətdir. Camaat öz-özünə belə deyirdi: “Onlar Peyğəmbərin hədəf və məqsədlərini bizdən yaxşı bildikləri üçün o həzrətin Əlinin xilafəti haqda xüsusi göstərişinə qarşı çıxmağın müqabilində müqavimət göstərmədilər.” Bu məsələnin tə`kidinə səbəb olan Peyğəmbər (ə)-dən nəql olunan bu hədis idi: “Müsəlmanların yaxşı güman etdikləri hər bir şeyi Allah da rəva bilir!” Həmçinin öz-özünə dedilər ki, Peyğəmbər yenə buyurmuşdur: “Allahdan ümmətimi azğınlıqda bir yerə toplaşmamasını istədikdə, O, bu istəyi məndən qəbul etdi!” Bəli, bu məsələlər səbəb oldu ki, camaat Əbu Bəkrin bey`ətinə çağıranlara qarşı xoşbin olsun!”3

O, söhbətinin davamında deyir:

“Onlar Peyğəmbərin (Əli haqda) göstərişini inkar etmədi, əksinə yozdular. Dəlil və bəhanələri də bu idi ki, camaata belə dedilər: “Biz bu gün Peyğəmbərin olmadığı bir dövrdə yaşayırıq, səhnədə hazır olanlar da elə məsələrdən xəbərdardırlar ki, həmin səhnədən uzaq olanlar onu bilmirlər. Bə`zən səhnədə hazır olmayan şəxsin göstərişi – mövcud vəziyyətdən xəbərdar və səhnədə hazır olmadığı üçün – müəyyən bir məsləhət üzündən icra olunmur. Həmin məsləhət isə onların iddiasına görə, ənsar qrupunun fitnəsi idi ki, əgər onun qarşısı alınmasaydı, onlar hökuməti ələ keçirəcək, bu zaman ərəb qəbilələri arasında böyük ixtilaf düşəcək və yersiz qanlar axıdılacaqdı. (Çünki ənsar qrupu mühacirlərin Mədinədən çıxmasına çalışırdılar ki, mühacirlərin ənsarla keçmiş ədavət və kin-küdurətləri müharibəyə səbəb olmasın.)”

Həmçinin deyirdilər: “(Bizim Peyğəmbər (s)-in buyruğu ilə müxalifətimizin səbəbi budur ki,) əgər biz Əlini xəlifə seçsəydik, camaat Islamdan keçmiş cahiliyyətə qaydıb mürtəd olacaqdılar. Məgər ümmətin mürtədliyinə səbəb olan Peyğəmbər əmrinin icra edilməsi üçün mühüm bir əsası – dinin qorunub-saxlanılmasını itirməyimiz rəvadırmı?! Belə isə, yaxşı olar ki, Peyğəmbərin göstərişi ilə müxalif olsa belə, daha böyük məsləhətə əməl edək.“ (Beləliklə, bə`ziləri (Ömər) üçün belə yozumlarla Peyğəmbərin göstərişini kənara qoymaq elə də çətin deyildi!) O, hətta Peyğəmbərin öz yanında göstərişlərinə qarşı çıxmağa adət etmişdi. Necə ki, “Hüdeybiyyə” sülhündə və o həzrətin Abdullah ibn Übeyyin cənazəsinə namaz qılması ilə müxalifət etmişdi. Hər şeydən mühüm isə onun Peyğəmbərin ömrünün son anlarında vəsiyyətini yazmaq üçün kağız-qələm istəməsi qarşısında müxalifətidir... Bu müxalifətlər yolu kələcək işlər üçün asanlaşdırırdı. Görəsən, artıq Peyğəmbərin söz və rəftarı üçün imtiyaz və fəzilət qalmışdımı (ki, gələcək müxalifətlər camaatın müqaviməti ilə üzləşsin)?! Peyğəmbərin hüzurunda onun göstərişinə itaət etməyən kəs işi o yerə çatdırır ki, artıq bə`ziləri ondan tərəfdarlıq edərək “kağız-qələmə ehtiyac yoxdur!” – deyir və bununla da e`tiraz səslərini susdurur. Görəsən, belə cür`ətli bir şəxs öz nəzərində tutduğu məsləhətə əməl edərək Peyğəmbərin göstərişini bir kənara qoyub, Əbu Bəkrlə bey`ət edə bilməzmi?! Camaat Peyğəmbərin Əlinin haqqında buyurduğu hədisini Ömərə xatırladıqda, o deyirdi: “Peyğəmbər ömrünün son anlarında Əbu Bəkri camaat namazı qılmaq üçün məscidə göndərməsi Əlinin hakimiyyəti ilə bağlı keçmişdə dediyi sözünü qüvvədən salıb ləğv etməsinə bir dəlildir.”1

Burada yüksək əhəmiyyət daşıyan və camaatın onun haqda fikirləşməsi layiq olan məsələ aşağıdakı sualdır:

“Mö`təbər mənbələrə əsasən, Əli ibn Əbi Talibin (ə) canişinlik və rəhbərliyi məsələsi təqribən iyirmi il öncə (Məkkədə “inzar” günü) Peyğəmbərin öz qəbiləsinin ə`yan-əşraflarını Islama də`vət etdiyi vaxtda açıqlandığını fərz etsək də, bu, gələcəkdə də zamanın keçməsi ilə dəfələrlə yenidən təkrarlanmış və nəhayət, Qədir-Xumda rəsmiləşmişdir. Belə isə, necə ola bilər ki, bu qədər tədbirlər və iyirmi il üzərində sərmayə qoyulan bir məsələ Peyğəmbərin vəfatı zamanı o həzrət tərəfindən bir saatdan az bir vaxtda qüvvədən düşüb ləğv olunsun?! Belə bir siyasətin Peyğəmbərə (s) nisbət verilməsi ən pis hörmətsizlik və töhmət sayılmırmı?!


Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin