BİSMİllahir-rəhmanir-rəHİM


UĞURSUZ MÜSƏLMANLARIN AQIBƏTI



Yüklə 2,71 Mb.
səhifə35/66
tarix21.04.2017
ölçüsü2,71 Mb.
#15068
1   ...   31   32   33   34   35   36   37   38   ...   66

UĞURSUZ MÜSƏLMANLARIN AQIBƏTI


Zəkatı Əbu Bəkrin hökumətinə verməkdən boyun qaçıran bütün tayfalar bir məqsədi güdmürdülər. Bu baxımdan onları bir neçə qrupa bölmək olar:

1. Bir qrup qeyri-müsəlmanlar idi ki, zəkatı cizyə hesab edərək, onun yalnız Peyğəmbərə verildiyini, ondan sonra isə bu işdən azad olduqlarını deyirdilər.6

2. Bir qrup adi müsəlmanlar Peyğəmbərin (s) vəfatını bəhanə edərək zəkat verməkdən imtina edib, onun vacibliyini dandılar. Onlar namaz qılsalar da, paxıllıq və sərvət sevgisi onları bu işdən saxlayırdı.7

3. Bə`zi imanlı müsəlmanlar Əbu Bəkrin hökumətinin qanunsuz olduğu üzündən onun mə`murlarına zəkar vermir və inanırdılar ki, belə bir vaxtda zəkatı özlərindən olan fəqir və möhtaclar arasında bölmək lazımdır.8

Üçüncü qrupun nümayəndələri Mədinəyə gəlib Əbu Bəkrlə bu məsələ barəsində söhbət etdikdə, Əbu Bəkr demişdir: “Allaha and olsun, namaz qılmamaqla zəkat verməmək arasında heç bir fərq görmürəm, onların arasında fərq qoyanlarla müharibə edəcəyəm!1 Allaha and olsun, əgər Peyğəmbərə zəkat verdikləri kimi mənə zəkat verməsələr, onlarla döyüşəcəyəm!”2

Belə nəzərə çarpır ki, Əbu Bəkrin bu qruplara qarşı eyni mövqedən çıxış etməsi təbliğat yönünə malik idi. Çünki camaatı namaz qılan, lakin zəkat verməyən müsəlmanlara qarşı yürütmək çox çətin və qəbuledilməz bir məsələ idi.

Xəlifənin əqidəsinə görə, onlarla mürtəd kimi rəftar etmək, döyüşmək, qadın və uşaqlarını əsir tutmaq lazımdır. Bu nəzər o qədər əsassız və ifrat dərəcədə idi ki, hətta Ömər ibn Xəttab onunla müxalifət etdi və sonralar Əbu Bəkrin əsir etdiyi adamları buraxdı.3 Əbu Bəkr onlara qarşı siyasətində onların mövcud əqidələrinə əsla diqqət yetirmədi. O, bundan narazı və qəzəbli idi ki, nə üçün bu qəbilələr onunla Peyğəmbərin (s) hökuməti arasında fərq qoyurlar?

Ətraf qəbilələri məhkum etdikdən sonra müxaliflərin mövqeyi xəlifəyə bəlli oduqda, o, dərhal müxtəlif məntəqələrə on bir qoşun göndərib göstəriş verdi ki, hər qəbilənin müsəlman şəxsləri yol əsnasında bu qoşunlara qoşulsunlar. Burada on bir bayraq ucaldı ki, onların bə`ziləri aşağıdakılardan ibarətdir:

1. Tüleyhə və Malik ibn Nüveyrənin əleyhinə yollanan Xalid ibn Vəlidin qoşunu;

2. Yəmaməyə4 Müseyləmənin əleyhinə yollanan Əkrəmə ibn Əbi Cəhlin qoşunu;

3. Əsəvd Ənsinin qoşunundan sağ qalanlarla döyüşməyə yollanan Mühacir ibn Əbi Üməyyənin qoşunu;

4. Qəzaə, Vədiə və Haris qəbilələrinə doğru yollanan Əmr ibn Asın qoşunu;

5. Dəba5 əhalisinə doğru yollanan Hüzeyfə ibn Mühəssinin qoşunu;

6. Əkrəmənin qoşununu tə`qib edən Şərhəbil ibn Həsənənin qoşunu.

Xəlifə belə bir sərəncam verdi: “Mən bu qoşunları mə`mur etmişəm ki, dindən çıxan hər bir kəsi qılıncdan keçirsin, yandırsın və əhli-əyalını əsir tutsunlar. Əgər tövbə edib, Islamın əlamətini – azanı, sonra isə zəkatı – aşkar etsələr, bu hökmə şamil olmurlar.”6

Bu göstərişlə onun sərkərdələri yola düşdülər. Xalid ibn Vəlid, Tüleyhə ilə döyüşməyə mə`mur olundu və Teyy qəbiləsinin köməyi ilə onlarla müharibə etdi. Müharibənin əvvəlində məğlub olsalar da, axırda Tüleyhənin qoşununa ağır zərbələr endirdilər və bununla da o yalançı Peyğəmbər arvadı ilə birgə Şama qaçdı.7

Elə həmin günlərdə Əyas ibn Abdullah (Fücaə) Əbu Bəkrin tərəfindən mürtədlərlə döyüşə yollandı, nəhayət, Nəcddə bir quldurla rastlaşdı, onu tutub xəlifənin yanına gətirdilər. Xəlifə də onun “Bəqi” qəbiristanlığında diri-diri yandırılmasını əmr etdi.

Xalid, Tüleyhənin Şama qaçmasından sonra və Müseyləmə ilə müharibəyə başlamazdan qabaq Bəttahda (Bəni-Yərbu qəbiləsinin mərkəzi) qoşununu bölərək ətraf qəbilələrə doğru yolladı. Onların bir qrupu Malik ibn Nüveyrəni8 Bəni-Yərbu qəbiləsindən bir dəstə ilə birlikdə əsir tutdular. Bəni-Yərbu qəbiləsi, Xalidin qoşunu ilə rastlaşdıqda, əvvəlcə azan deyib, hamılıqla namaz qıldılar.1 Lakin əsir edildikdən sonra Xalidin əmri ilə öldürüldü.

Tarixdə göstərilir ki, Bəni-Yərbu qəbiləsinin öldürülməsində əsas məqsəd Xalid ibn Vəlidin qəbilənin rəisi Malik ibn Nüveyrənin arvadı ilə evlənmək istəyi olmuşdur. Malik gözəllikdə tayı-bərabəri olmayan arvadı ilə Xalidin yanına getdi. Xalid onu görcək Malik ibn Nüveyrəyə dedi: “Allaha and olsun, səni öldürməyincə, arvadına nail ola bilməyəcəyəm.”2 Bundan sonra Xalidin göstərişi ilə Malikin boynunu vurdular, daha sonra o qəbilənin kəsilmiş başlarını od vurub yandırdılar.3

Xalidin bu qəbiləni öldürməkdə başqa bir məqsədi də onun və Əbu Bəkrin onlarl qədim ixtilaf və kin-küdurətləri idi.4

Tarixçilər yazırlar: “Peyğəmbərin (s) vəfatından sonra Malik ibn Nüveyrə zəkat vermək və Mədinənin vəziyyətini öyrənmək üçün o şəhərə gəldi. Intizarın əksinə olduğu kimi, Əbu Bəkri xilafət kürsüsündə gördükdə, tə`nə ilə ona dedi: “Əli ibn Əbi Talib haradadır ki, sən minbərdə əyləşmisən?!”

Həqiqət budur ki, Malik ibn Nüveyrə öz qəbiləsinin ən qeyrətli və şücaətli şəxsi idi. Mədinənin bir neçə fərsəngliyində böyük bir ordu yerləşdirmişdi ki, bu da Əbu Bəkrin hökuməti üçün ciddi təhlükə sayılırdı. Onun qətlə yetirilməsi ilə Əbu Bəkrin böyük düşmənlərindən biri sıradan çıxır və bununla da digər müxaliflərin gözünü qorxudurdu. O zaman Mədinədə Xəzrəc tayfasının rəisi (Sə`d ibn Übadə), Qüreyşin başçısı (Əbu Süfyan) və Bəni-Haşim tayfasının sevimlisi (Əli ibn Əbi Talib (ə)) Əbu Bəkrlə müxalif idilər. Əgər Malikin ölümünün səbəbi yalnız Xalidin onun arvadını ələ keçirmək idisə, o, Maliki məxfi öldürməklə arzusuna çata bilər, özünü və hökuməti müxaliflərin danlağı və e`tirazı ilə üzləşdirməzdi.

Malik ibn Nüveyrənin qətl xəbəri hər yerə yayıldıqdan sonra səhabələr Xalidə e`tiraz etməyə başladılar. Ömər ibn Xəttab da e`tiraz edənlər sırasında idi, hərçənd, onunla Xalid arasında heç vaxt səfa-səmimiyyət olmamışdır. Ömərin bu e`tirazının ciddi olduğunu dəqiq bilmək olmur. Adi olaraq siyasi hadisələrdə hökumətə qarşı ümumi e`tirazlar artdıqda, hakim dairənin tənqidləri müəyyən qədər həmin e`tirazların qarşısını alır. Bu nəzəriyyəni təsdiqləyən budur ki, vəziyyət sakitləşdikdən sonra Əbu Bəkr xalqın, eləcə də Ömərin e`tirazlarına azacıq belə diqqət yetirmir və Xalidi əsla cəzalandırmadan deyirdi: “Xalidin qılıncı Allahın siyirilmiş qılınclarından biridir və Allahın siyirdiyi qılıncı qınına qoymaq olmaz.”5

Xəlifənin bu siyasəti Xalid ibn Vəlidi daha da məğrur etdi. Xəlifənin bu mövqeyindən sonra o, Yəmamənin müxaliflərinə qarşı döyüş zamanı Mücamə ibn Zürarənin qızı ilə nikah bağlayaraq, təntənəli toy mərasimi keçirtdi. Xəlifə keçmişdə onu müdafiə etdiyi üçün qoşun daxilindən kimsə ona e`tiraz edə bilmirdi. Lakin bir vaxt gəlib çatdı ki, Əbu Bəkr ona “Müsəlmanlardan iki yüz nəfər öldürüldüyü halda, sən orada toy mərasimi keçirirsən?!” – deyə e`tiraz etdikdə, o xəlifəyə bildirdi ki, sənin mənə e`tiraz etməyinə səbəb Ömərin hərəkətidir.1 Elə bil, Xalid xatircəm idi ki, əgər xəlifə tərəfdarları tərəfindən tənqid atəşinə tutulsa da, yenə xəlifə onu gördüyü işlərinə görə məzəmmət etməyəcəkdir.

Təbəri yazır: “Əbu Bəkr öz nümayəndə və əsgərlərindən əsla intiqam almır, sanki siyasətində mə`mur və əsgərlərini cəzalandırmaq əzmində deyildi.”


Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin