Bitki anatomiyası və fiziologiyası (Fənn sillabusunun təxmini strukturu)



Yüklə 164.07 Kb.
tarix04.05.2017
ölçüsü164.07 Kb.
növüMühazirə
Bitki anatomiyası və fiziologiyası

(Fənn sillabusunun təxmini strukturu)

Ümumi məlumat

Fənnin adı, kodu və kreditlərin sayı

Ümumi bitki biologiyası (anatomiya və fiziologiya) / BIO 217/ 3 kredit

Departament

Biologiya

Proqram (bakalavr, magistr)

Bakalavr

Tədris semestri

Payız, 2013/2014-cü tədris ili

Fənni tədris edən müəllim (lər)

Rəşad Allahverdi oğlu Səlimov

Biologiya üzrə fəlsəfə doktoru, dosent

E-mail:

resad_selimov@yahoo.com

Telefon:

(+994 55) 370-02-07

Mühazirə otağı/Cədvəl

Məhsəti küç., 11 (Neftçilər kampusu), 202 saylı otaq,

Mühazirə: Şənbə, saat 10.30-13.20

Seminar məşğələ: Şənbə, saat 13.40-15.00


Məsləhət saatları




Prerekvizitlər

Yoxdur

Tədris dili

Azərbaycan

Fənnin növü (məcburi, seçmə)

Məcburi

Dərsliklər və əlavə ədəbiyyat

Əsas:

  • 1. Qasımov N.A., Əliyeva N.Ş., Tahirli S.M., Abdullayeva-İsmayılova S.M. Bitki anatomiyası, “Bakı Universiteti”nəşr., Bakı, 2010

  • 2. Quliyev V.Ş., Bağırov C.M. Botanika (Bitkilərin anatomiya və morfologiyası), Maarif nəşr. Bakı, 2000

  • 3. Qasımov N.A. Bitki fiziologiyası “Bakı Universiteti”nəşr., Bakı, 2008

  • 4. Qasımov N.A., Rzayev Q.Ə., Abduyeva S.M., Qədimov Ə.H. Bitki fiziologiyasından praktikum, “Ozan” nəşr. Bakı, 2005

  • 5. Г.Л.Билич, В.А.Крыжановский Биология полный курс. 2 том, Ботаника, 5-е изд., из-во «Оникс», Москва 2009

Əlavə:

6. Tutayuq V. Bitki anatomiyası və morfologiyası, Maarif nəşr. Bakı, 1967

7. Həsənov T.H., Əliyeva Z.N., Əliyeva N.Ş. Bitki hüceyrəsinin fiziologiyası, “Maarif” nəşr., Bakı 1986

8. Prof. Dr. Nebahat Yakar, Prof. Dr. Emine Bilge Genel Botanik, III baskı,“Genclik” basımevi, İstanbul, 1987



9. Якушкина Н.И. Физиология растений из-во «Просвещение», Москва 1980
Qeyd: Kursun öyrənilməsi zamanı digər tədris materiallarından da istifadə etmək olar.

Kursun vebsaytı

Mövzu ilə bağlı müxtəlif web-resurslardan, youtube səhifəsindən və s. istifadə oluna bilər

Tədris metodları

Mühazirə

X

Qrup müzakirəsi

X

Praktiki tapşırıqlar

X

Video-materialların baxışı və təhlili

X

Qiymətləndirmə

Komponentləri

Tarix/son müddət

Faiz (%)

Davamiyyət və fəallıq

Semestrin sonu

10

Referatlar və prezentasiya/qrup müzakirəsi

Semestrin sonu

10

Yoxlama işləri

Semestrin sonu

10

Aralıq imtahanı




30

Final imtahanı

Semesterin sonu

40

Yekun




100

Kursun təsviri

Kimya və Biologiya ixtisası üzrə təhsil alan tələbələrə tədris olunan “Biologiyanın tədrisi metodikası” adlı kurs yüksək ixtisaslı biologiya müəllimlərinin nəzəri - metodik hazırlığında böyük rola malikdir. Kursun tədris edilməsində əsas məqsəd gələcəkdə biologiya fənnini tədris edən müəllimlərin pedaqoji hazırlığını təmin etmək, biologiya fənninin tədrisində müasir interaktiv metodların tətbiq edilməsi yollarını öyrətmək, dərsin təlim, inkişafetdirici və tərbiyəedici məqsədləri arasında əlaqəni əsaslandırmaq bilik və bacarıqlarının formalaşdırmaqdan ibarətdir.

Kursun məqsədləri

Kursun əsas məqsədi :

- botanika elmi və tədqiqat sahələri haqqında məlumat, bitki hüceyrəsi, onların əmələ gətirdiyi toxumaların, orqanların anatomik quruluşu, müxtəlifliyi və həyat fəaliyyəti xüsusiyyətlərinin, bitki fiziologiyasının nəzəri və praktiki əhəmiyyətini, bitki orqanizmində gedən bütün əsas fizioloji proseslərin mexanizminin öyrədilməsi;

- müasir botanikanın əsas problemləri və inkişaf perspektivləri haqqında tələbələrin biliklənməsi, bitki örtüyündən səmərəli istifadə olunması və mühafizəsinin vacibliyini aşılanması;

- bu istiqamətlərə elmi-metodiki cəhətdən düzgün yanaşan dünyagörüşün formalaşması və biologiya elminə marağın artırılması.



Kursun spesifik məqsədləri :

-Tələbələrə akademik yardım göstərmək, onların potensialının reallaşdırılması imkanlarını artırmaq

-Tələbələrin fəallığına dəstək vermək


Tədrisin (öyrənmənin) nəticələri

Kursu başa vurduqdan sonra tələbələr bilməlidirlər:

- bitki anatomiyasının və bitki fiziologiyasının predmetini, onların qısa inkişaf tarixini, müasir botanikanın əsas problemləri və inkişaf perspektivlərini;

- tipik bitki hüceyrəsinin quruluşunu və həyat fəaliyyəti xüsusiyyətlərini;

- bitki toxumalarının ümumi xarakteristikası, onların əmələ gətirdiyi orqanların anatomik quruluşu və funksiyaları arasındakı qarşılıqlı əlaqələri;

- bitki orqanizmində gedən bütün əsas fizioloji proseslərin mexanizmini, böyümə və inkişaf xüsusiyyətlərini;

- bölmə və mövzular üzrə İKT-dən və elektron resurslardan istifadə etməyi, müxtəlif elektron dərs materiallarını, təqdimatları hazırlamağı.



Kursu başa vurduqdan sonra tələbələr bacarmalıdırlar:

- bitki anatomiyasının və bitki fiziologiyasının qısa inkişaf tarixini, müasir botanikanın əsas problemləri və inkişaf perspektivlərini təhlil və təsvir etməyi;

- tipik bitki hüceyrəsinin quruluşu və onun komponentlərini, bitki hüceyrəsində baş verən fizioloji proseslərin mexanizmi və xüsusiyyətlərini şərh etməyi;

- bitki toxumalarının ümumi xarakteristikası, onların təsnifat prinsipləri, morfoloji və anatomik əlamətlərinə görə onları müəyyən etməyi;

- bitki orqanlarının müxtəlifliyi, onların anatomik quruluşu və funksiyaları arasındakı qarşılıqlı əlaqələri izah etməyi

- mikroskopdan istifadə etməyi, bitki nümunələri üzərində laboratoriya təcrübələrində müstəqil işləməyi, müxtəlif müvəqqəti və daimi preparatların hazırlamağı;

- əsas bölmə və mövzular üzrə plan tərtib etməyi, mətn və şəkillər üzrə işləməyi, referat xarakterli müxtəlif qısa məlumatlar hazırlamağı;

- İKT-dən və elektron resurslardan istifadə etməyi;



- müxtəlif kompüter proqramlarından istifadə etməklə müvafiq dərs mövzularına uyğun lazımı elektron dərs materiallarını, təqdimatları və prezentasiyaları hazırlamağı.

Qaydalar (Tədris siyasəti və davranış)

Davamiyyət : Tələbələrin bütün mühazirə və praktik (laborator) məşğələlərdə iştirakı vacibdir. Yalnız üzrlü səbəb olduqda dekanlıqdan icazə almaq və müəllimi xəbərdar etməklə dərs buraxıla bilər.

İmtahanlar : İmtahanda iştirak etməmə yalnız dekanlığın icazəsi ilə mümkündür. İctimai fəaliyyətlə əlaqədar imtahanlardan yayınma hallarına yol verilmir. İmtahanlar kumulyativ xarakterli olmalıdır. Aralıq və yekun imtahanı mövzuları imtahandan əvvəl tələbələrə verilir. Yekun imtahanda sualların əksəriyyəti aralıq imtahandan sonra keçirilmiş tədris materiallarının əsasında tərtib olunur. Aralıq imtahanının sualları yekun imtahanında təkrarlanmır.

Pozuntu halları : Aralıq və yekun imtahanlar vaxtı tələbə tərəfindən imtahanın gedişinin və mövcud qaydaların pozulması halları (köçürmə cəhdləri və digər qanunsuz hərəkətlər) qadağandır. Bu qaydaya riayət etməyən tələbənin imtahan işi ləğv olunur və tələbə imtahandan kənarlaşdırılaraq 0 (sıfır) balla qiymətləndirilir.

Tələbənin kursu başa vurması: Qiymətləndirmə meyarlarına əsasən təqribən 60% və daha artıq bal toplamış tələbələr kursu bitirmiş hesab olunur. Əks halda tələbə bu kursu növbəti semestr yenidən keçməlidir.

Dərslərdə davranış : Tələbə dərs zamanı müvafiq akademik şəraitin yaradılması üçün mümkün olan hər şeyi etməlidir. İcazəsiz danışığa, lüzumsuz hərəkətlərə və s. qeyri-etik davranışa qətiyyən yol verilmir. Tələbə dərsdə ən fəal şəkildə iştirak etməli, lazım olduqda suallar verməli və müzakirələrdən kənarda qalmamalıdır.

Kursun təşkil forması: Fənnə aid ümumi xarakterli məlumatlar tələbələrə mühazirə zamanı çatdırılır, seminar (laboratoriya) məşğələləri vasitəsilə isə əvvəlki mövzunun mənimsəniləsi qiymətləndirilir. Yeni mövzu təqdimatların (PPT və video faylların) nümayişi ilə izah ediləcəkdir. Bununla yanaşı müxtəlif mövzuların mənimsənilmə səviyyəsini, eləcə də tələbənin bilik və qabiliyyətinin ölçülməsi məqsədi ilə əsas bölmələr üzrə yoxlama yazı işləri və kuizlər keçirilə bilər. Kursun əvvəlində referat və ya sərbəst işlərin mövzuları veriləcək və semesterin sonunda qiymətləndiriləcəkdir.



MÖVZULAR ÜZRƏ SAATLARIN TƏXMİNİ BÖLGÜSÜ VƏ TƏQVİM-TEMATİK PLAN

Həftələr

Bölmə və mövzuların adı

Auditoriya saatları

Kurs işi və ya referat lahiyəsi

Ədəbiyyat

Tarix

Həftəlik cəmi

Mühazirə

Seminar məşğələləri

1

2

3

4

5

6

7

8

I

Mövzu №1 : Giriş. Botanika elminin məqsəd və vəzifələri. Botanika elminin qısa inkişaf tarixi. Müasir botanikanın əsas problemləri və inkişaf perspektivi. Bitki fiziologiyasının nəzəri və praktiki əhəmiyyəti

4

2







[1]: səh.5-7

[2]: səh.5-15

[3]: səh.5-11


21.09.2013

Mövzu №2 : Tipik bitki hüceyrəsinin quruluşu. Protoplazma və onun komponentləri

2







[1]: səh.8-56

[2]: səh.16-66

[7]: səh.83-130


II

Mövzu №3 : Bitki hüceyrəsinin fiziologiyası. Protoplazmanın fiziki xassələri və kimyəvi tərkibi

4

2







[3]: səh.12-56

[7]: səh.130-133



28.09.2013

Mövzu №4 : Soğan dəriciyində bitki hüceyrəsi hissələrinin öyrənilməsi. Elodeya yarpağında sitoplazmanın hərəkəti. Turqor və plazmoliz. Ehtiyat qida maddələri.




2




[4]: səh.5-20

III

Mövzu №5 : Bitki toxumalarının ümumi xarakteristikası, onların təsnifat prinsipləri, dəyişən və daimi toxumalar

4

2







[1]: səh.57-149

[2]: səh.67-105

[5]: səh.52-99


05.10.2013

Mövzu №6 : Müxtəlif bitkilərin yarpaq və zoğ kəsiklərində ayrı-ayrı toxumaların quruluşu.




2







IV

Mövzu №7 : Bitki orqanlarının müxtəlifliyi, onların anatomik quruluşu. Kök və kök sistemləri. Kökün I və II anatomik quruluşu. Kökün şəkildəyişmələri

4

2







[1]: səh.1501-179

[2]: səh.106-112

[2]: səh.127-145

[5]: səh.100-131



12.10.2013

Mövzu №8 : Kökün anatomiyası. Bitkilərin kök vasitəsilə qidalanması. Torpaq qida maddələrinin mənbəyi kimi. Gübrələrin müxtəlifliyi və onların fizioloji əsasları




2




[4]: səh.121-139

V

Mövzu №9 : Zoğ və zoğ sistemləri. Tumurcuq haqqında anlayış. Yarpaq haqqında anlayış. Yarpağın morfoloji və anatomik quruluşu

4

2







[1]: səh.226-257

[2]: səh.146-166



[5]: səh.153-191

19.10.2013

Mövzu №10 : Bitkilər tərəfindən suyun buxarlandırılması-transpirasiya. Xarici mühit (iqlim, torpaq və s. amil) amillərinin transpirasiyaya təsiri




2




[4]: səh.96-110

VI

Mövzu №11 : Fotosintez. Fotosintetik aparatın quruluşu, piqmentlər sistemi və kimyəvi tərkibi

4

2







[3]: səh.69-118 [5]: səh.192-208

26.10.2013

Mövzu №12 : Fotosintez prosesinin ximizmi. Fotosintezin işıq və qaranlıq reaksiyaları, elektron nəqliyyat dövriyyəsi. Kalvin və Xeytç-Slek-Karpilov tsikli.

2







[3]: səh.119-171 [5]: səh.209-229

VII

Mövzu №13 : Fotosintez məhsulları. Fotosintezə təsir edən xarici mühit amilləri. Bakteriyalarda fotosintezin xüsusiyyətləri

4

2







[3]: səh.119-171 [5]: səh.229-233

02.11.2013

Mövzu №14 : Xarici şəraitin (işığın, temperaturun, CO2-nin) fotosintezin intensivliyinə təsiri.




2




[5]: səh.27-75

VIII

Mövzu №15: Tənəffüs və qıcqırma. Tənəffüsün bitki orqanizminin həyatında rolu. Tənəffüsün ferment sistemləri, elektron nəqliyyat dövriyyəsi və energetikası.

4

2







[3]: səh.198-308

09.11.2013

Mövzu №16 : Fotosintez və tənəffüs proseslərin müqayisəsi. Müxtəlif mühit amillərin tənəffüsün intensivliyinə təsiri




2




[3]: səh.314-321 [5]: səh.76-95

Aralıq imtahanı

IX

Mövzu №17 : Gövdənin anatomiyası. İkiləpəli və birləpəli bitkilərdə gövdənin anatomik quruluşu.

4

2







[1]: səh.180-225

[2]: səh.168-198

[5]: səh.136-153


16.11.2013

Mövzu №18 : Zoğun ixtisaslaşması və metamorfozu. Çiçək qrupları zoğ sisteminin xüsusi ixtisaslaşmış hissəsi kimi. Sadə və mürəkkəb çiçək qrupları

2







[2]: səh.199-208

[5]: səh.180-191



X

Mövzu №19 : Zoğun metamorfozu və praktiki əhəmiyyəti

4




2







23.11.2013

Mövzu №20 : Bitkilərdə törəmə və çoxalma. Qeyri-cinsi çoxalmanın bioloji xüsusiyyətləri. Vegetativ çoxalma üsulları. Sporlar qeyri-cinsi çoxalma hüceyrələri kimi.

2







[2]: səh.209-215

XI

Mövzu №21 : Cinsi çoxalma. Nəsil növbələşməsi və onun bioloji mahiyyəti

4

2







[2]: səh.216-223

30.11.2013

Mövzu №22 : Toxumla çoxalmanın ümumi səciyyəsi. Çılpaqtoxumlu bitkilərdə toxumla çoxalma, onların reproduktiv orqanlarının anatomiyası. Tozcuq borusunun əhəmiyyəti.

2







[1]: səh.266-270 [2]: səh.223-230

XII

Mövzu №23 : Çiçəkli bitkilərdə toxumla çoxalma. Çiçək, onun quruluşu və funksiyası. Çiçək yanlığına görə çiçək tipləri. Androsey və ginesey

4

2







[1]: səh.270-333 [2]: səh.231-254

07.12.2013

Mövzu №24 : Çiçəkli bitkilərdə tozlanma və ikiqat mayalanma hadisəsi, onun bioloji mahiyyəti

2







[1]: səh.297-340 [2]: səh.255-271

XIII

Mövzu №25 : Toxum və meyvə haqqında ümumi məlumat. Toxum və meyvənin morfoloji tipləri. Meyvənin bioloji əhəmiyyəti.

4

2







[1]: səh.341-377 [2]: səh.272-285

14.12.2013

Mövzu №26 : Toxum və meyvənin anatomik quruluşu. Birləpəli və ikiləpəli bitkilərdə cücərtinin morfologiyası. Meyvələrin quruluşu və tipləri




2




[1]: səh.341-377 [2]: səh.272-285

XIV

Mövzu №27 : Böyümə və inkişafın fizioloji əsasları. Fitohormonlar, böyümə və inkişafın hormonal tənziminin mexanizmi.

4

2







[3]: səh.372-415

21.12.2013

Mövzu №28 : Bitkilərin böyümə və inkişafına təsir edən amillər. Bitkilərin hərəkəti . Tropizm və nasti.




2




[3]: səh.396-426 [4]: səh.157-168

XV

Mövzu №29 : Davamlığın müxtəlif formaları. Bitkilərin davamlığının fizioloji əsasları.

4

2







[3]: səh.426-426

28.12.2013

Mövzu №30 : Bitkilərdə fizioloji proseslərin qarşılıqlı əlaqəsi və metabolizmin avtotənzimi.

2







[3]: səh.452-462

Cəmi :

60

42

18










Final imtahanı


Bu tədris proqramı fənn haqqında tam məlumatı özündə əks etdirir və hər hansı dəyişiklik barədə öncədən xəbər veriləcək.


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə