Ümumi bitki biologiyası (anatomiya və fiziologiya) / BIO 217/ 3 kredit
Departament
Biologiya
Proqram (bakalavr, magistr)
Bakalavr
Tədris semestri
Payız, 2013/2014-cü tədris ili
Fənni tədris edən müəllim (lər)
Rəşad Allahverdi oğlu Səlimov
Biologiya üzrə fəlsəfə doktoru, dosent
E-mail:
resad_selimov@yahoo.com
Telefon:
(+994 55) 370-02-07
Mühazirə otağı/Cədvəl
Məhsəti küç., 11 (Neftçilər kampusu), 202 saylı otaq,
Mühazirə: Şənbə, saat 10.30-13.20
Seminar məşğələ: Şənbə, saat 13.40-15.00
Məsləhət saatları
Prerekvizitlər
Yoxdur
Tədris dili
Azərbaycan
Fənnin növü (məcburi, seçmə)
Məcburi
Dərsliklər və əlavə ədəbiyyat
Əsas:
1. Qasımov N.A., Əliyeva N.Ş., Tahirli S.M., Abdullayeva-İsmayılova S.M. Bitki anatomiyası, “Bakı Universiteti”nəşr., Bakı, 2010
2. Quliyev V.Ş., Bağırov C.M. Botanika (Bitkilərin anatomiya və morfologiyası), Maarif nəşr. Bakı, 2000
3. Qasımov N.A. Bitki fiziologiyası “Bakı Universiteti”nəşr., Bakı, 2008
4. Qasımov N.A., Rzayev Q.Ə., Abduyeva S.M., Qədimov Ə.H. Bitki fiziologiyasından praktikum, “Ozan” nəşr. Bakı, 2005
5. Г.Л.Билич, В.А.Крыжановский Биология полный курс. 2 том, Ботаника, 5-е изд., из-во «Оникс», Москва 2009
Əlavə:
6. Tutayuq V. Bitki anatomiyası və morfologiyası, Maarif nəşr. Bakı, 1967
7. Həsənov T.H., Əliyeva Z.N., Əliyeva N.Ş. Bitki hüceyrəsinin fiziologiyası, “Maarif” nəşr., Bakı 1986
8. Prof. Dr. Nebahat Yakar, Prof. Dr. Emine Bilge Genel Botanik, III baskı,“Genclik” basımevi, İstanbul, 1987
9. Якушкина Н.И. Физиология растений из-во «Просвещение», Москва 1980
Qeyd:Kursun öyrənilməsi zamanı digər tədris materiallarından da istifadə etmək olar.
Kursun vebsaytı
Mövzu ilə bağlı müxtəlif web-resurslardan, youtube səhifəsindən və s. istifadə oluna bilər
Tədris metodları
Mühazirə
X
Qrup müzakirəsi
X
Praktiki tapşırıqlar
X
Video-materialların baxışı və təhlili
X
Qiymətləndirmə
Komponentləri
Tarix/son müddət
Faiz (%)
Davamiyyət və fəallıq
Semestrin sonu
10
Referatlar və prezentasiya/qrup müzakirəsi
Semestrin sonu
10
Yoxlama işləri
Semestrin sonu
10
Aralıq imtahanı
30
Final imtahanı
Semesterin sonu
40
Yekun
100
Kursun təsviri
Kimya və Biologiya ixtisası üzrə təhsil alan tələbələrə tədris olunan “Biologiyanın tədrisi metodikası” adlı kurs yüksək ixtisaslı biologiya müəllimlərinin nəzəri - metodik hazırlığında böyük rola malikdir. Kursun tədris edilməsində əsas məqsəd gələcəkdə biologiya fənnini tədris edən müəllimlərin pedaqoji hazırlığını təmin etmək, biologiya fənninin tədrisində müasir interaktiv metodların tətbiq edilməsi yollarını öyrətmək, dərsin təlim, inkişafetdirici və tərbiyəedici məqsədləri arasında əlaqəni əsaslandırmaq bilik və bacarıqlarının formalaşdırmaqdan ibarətdir.
- botanika elmi və tədqiqat sahələri haqqında məlumat, bitki hüceyrəsi, onların əmələ gətirdiyi toxumaların, orqanların anatomik quruluşu, müxtəlifliyi və həyat fəaliyyəti xüsusiyyətlərinin, bitki fiziologiyasının nəzəri və praktiki əhəmiyyətini, bitki orqanizmində gedən bütün əsas fizioloji proseslərin mexanizminin öyrədilməsi;
- müasir botanikanın əsas problemləri və inkişaf perspektivləri haqqında tələbələrin biliklənməsi, bitki örtüyündən səmərəli istifadə olunması və mühafizəsinin vacibliyini aşılanması;
- bu istiqamətlərə elmi-metodiki cəhətdən düzgün yanaşan dünyagörüşün formalaşması və biologiya elminə marağın artırılması.
Kursun spesifik məqsədləri :
-Tələbələrə akademik yardım göstərmək, onların potensialının reallaşdırılması imkanlarını artırmaq
Kursu başa vurduqdan sonra tələbələr bilməlidirlər:
- bitki anatomiyasının və bitki fiziologiyasının predmetini, onların qısa inkişaf tarixini, müasir botanikanın əsas problemləri və inkişaf perspektivlərini;
- tipik bitki hüceyrəsinin quruluşunu və həyat fəaliyyəti xüsusiyyətlərini;
- bitki toxumalarının ümumi xarakteristikası, onların əmələ gətirdiyi orqanların anatomik quruluşu və funksiyaları arasındakı qarşılıqlı əlaqələri;
- bitki orqanizmində gedən bütün əsas fizioloji proseslərin mexanizmini, böyümə və inkişaf xüsusiyyətlərini;
- bölmə və mövzular üzrə İKT-dən və elektron resurslardan istifadə etməyi, müxtəlif elektron dərs materiallarını, təqdimatları hazırlamağı.
Kursu başa vurduqdan sonra tələbələr bacarmalıdırlar:
- bitki anatomiyasının və bitki fiziologiyasının qısa inkişaf tarixini, müasir botanikanın əsas problemləri və inkişaf perspektivlərini təhlil və təsvir etməyi;
- tipik bitki hüceyrəsinin quruluşu və onun komponentlərini, bitki hüceyrəsində baş verən fizioloji proseslərin mexanizmi və xüsusiyyətlərini şərh etməyi;
- bitki toxumalarının ümumi xarakteristikası, onların təsnifat prinsipləri, morfoloji və anatomik əlamətlərinə görə onları müəyyən etməyi;
- bitki orqanlarının müxtəlifliyi, onların anatomik quruluşu və funksiyaları arasındakı qarşılıqlı əlaqələri izah etməyi
- mikroskopdan istifadə etməyi, bitki nümunələri üzərində laboratoriya təcrübələrində müstəqil işləməyi, müxtəlif müvəqqəti və daimi preparatların hazırlamağı;
- əsas bölmə və mövzular üzrə plan tərtib etməyi, mətn və şəkillər üzrə işləməyi, referat xarakterli müxtəlif qısa məlumatlar hazırlamağı;
- İKT-dən və elektron resurslardan istifadə etməyi;
- müxtəlif kompüter proqramlarından istifadə etməklə müvafiq dərs mövzularına uyğun lazımı elektron dərs materiallarını, təqdimatları və prezentasiyaları hazırlamağı.
Qaydalar (Tədris siyasəti və davranış)
Davamiyyət : Tələbələrin bütün mühazirə və praktik (laborator) məşğələlərdə iştirakı vacibdir. Yalnız üzrlü səbəb olduqda dekanlıqdan icazə almaq və müəllimi xəbərdar etməklə dərs buraxıla bilər.
İmtahanlar : İmtahanda iştirak etməmə yalnız dekanlığın icazəsi ilə mümkündür. İctimai fəaliyyətlə əlaqədar imtahanlardan yayınma hallarına yol verilmir. İmtahanlar kumulyativ xarakterli olmalıdır. Aralıq və yekun imtahanı mövzuları imtahandan əvvəl tələbələrə verilir. Yekun imtahanda sualların əksəriyyəti aralıq imtahandan sonra keçirilmiş tədris materiallarının əsasında tərtib olunur. Aralıq imtahanının sualları yekun imtahanında təkrarlanmır.
Pozuntu halları : Aralıq və yekun imtahanlar vaxtı tələbə tərəfindən imtahanın gedişinin və mövcud qaydaların pozulması halları (köçürmə cəhdləri və digər qanunsuz hərəkətlər) qadağandır. Bu qaydaya riayət etməyən tələbənin imtahan işi ləğv olunur və tələbə imtahandan kənarlaşdırılaraq 0 (sıfır) balla qiymətləndirilir.
Tələbənin kursu başa vurması: Qiymətləndirmə meyarlarına əsasən təqribən 60% və daha artıq bal toplamış tələbələr kursu bitirmiş hesab olunur. Əks halda tələbə bu kursu növbəti semestr yenidən keçməlidir.
Dərslərdə davranış : Tələbə dərs zamanı müvafiq akademik şəraitin yaradılması üçün mümkün olan hər şeyi etməlidir. İcazəsiz danışığa, lüzumsuz hərəkətlərə və s. qeyri-etik davranışa qətiyyən yol verilmir. Tələbə dərsdə ən fəal şəkildə iştirak etməli, lazım olduqda suallar verməli və müzakirələrdən kənarda qalmamalıdır.
Kursun təşkil forması:Fənnə aid ümumi xarakterli məlumatlar tələbələrə mühazirə zamanı çatdırılır, seminar (laboratoriya) məşğələləri vasitəsilə isə əvvəlki mövzunun mənimsəniləsi qiymətləndirilir. Yeni mövzu təqdimatların (PPT və video faylların) nümayişi ilə izah ediləcəkdir. Bununla yanaşı müxtəlif mövzuların mənimsənilmə səviyyəsini, eləcə də tələbənin bilik və qabiliyyətinin ölçülməsi məqsədi iləəsas bölmələr üzrə yoxlama yazı işləri və kuizlər keçirilə bilər. Kursun əvvəlində referat və ya sərbəst işlərin mövzuları veriləcək və semesterin sonunda qiymətləndiriləcəkdir.
MÖVZULAR ÜZRƏ SAATLARIN TƏXMİNİ BÖLGÜSÜ VƏ TƏQVİM-TEMATİK PLAN
Həftələr
Bölmə və mövzuların adı
Auditoriya saatları
Kurs işi və ya referat lahiyəsi
Ədəbiyyat
Tarix
Həftəlik cəmi
Mühazirə
Seminar məşğələləri
1
2
3
4
5
6
7
8
I
Mövzu №1 : Giriş. Botanika elminin məqsəd və vəzifələri. Botanika elminin qısa inkişaf tarixi. Müasir botanikanın əsas problemləri və inkişaf perspektivi. Bitki fiziologiyasının nəzəri və praktiki əhəmiyyəti
4
2
[1]: səh.5-7
[2]: səh.5-15
[3]: səh.5-11
21.09.2013
Mövzu №2 : Tipik bitki hüceyrəsinin quruluşu. Protoplazma və onun komponentləri
Mövzu №4 : Soğan dəriciyində bitki hüceyrəsi hissələrinin öyrənilməsi. Elodeya yarpağında sitoplazmanın hərəkəti. Turqor və plazmoliz. Ehtiyat qida maddələri.
2
[4]: səh.5-20
III
Mövzu №5 : Bitki toxumalarının ümumi xarakteristikası, onların təsnifat prinsipləri, dəyişən və daimi toxumalar
4
2
[1]: səh.57-149
[2]: səh.67-105
[5]: səh.52-99
05.10.2013
Mövzu №6 : Müxtəlif bitkilərin yarpaq və zoğ kəsiklərində ayrı-ayrı toxumaların quruluşu.
2
IV
Mövzu №7 : Bitki orqanlarının müxtəlifliyi, onların anatomik quruluşu. Kök və kök sistemləri. Kökün I və II anatomik quruluşu. Kökün şəkildəyişmələri
4
2
[1]: səh.1501-179
[2]: səh.106-112
[2]: səh.127-145
[5]: səh.100-131
12.10.2013
Mövzu №8 : Kökün anatomiyası. Bitkilərin kök vasitəsilə qidalanması. Torpaq qida maddələrinin mənbəyi kimi. Gübrələrin müxtəlifliyi və onların fizioloji əsasları
2
[4]: səh.121-139
V
Mövzu №9 : Zoğ və zoğ sistemləri. Tumurcuq haqqında anlayış. Yarpaq haqqında anlayış. Yarpağın morfoloji və anatomik quruluşu
4
2
[1]: səh.226-257
[2]: səh.146-166
[5]: səh.153-191
19.10.2013
Mövzu №10 : Bitkilər tərəfindən suyun buxarlandırılması-transpirasiya. Xarici mühit (iqlim, torpaq və s. amil) amillərinin transpirasiyaya təsiri
2
[4]: səh.96-110
VI
Mövzu №11 : Fotosintez. Fotosintetik aparatın quruluşu, piqmentlər sistemi və kimyəvi tərkibi
4
2
[3]: səh.69-118 [5]: səh.192-208
26.10.2013
Mövzu №12 : Fotosintez prosesinin ximizmi. Fotosintezin işıq və qaranlıq reaksiyaları, elektron nəqliyyat dövriyyəsi. Kalvin və Xeytç-Slek-Karpilov tsikli.
2
[3]: səh.119-171 [5]: səh.209-229
VII
Mövzu №13 : Fotosintez məhsulları. Fotosintezə təsir edən xarici mühit amilləri. Bakteriyalarda fotosintezin xüsusiyyətləri
Mövzu №15: Tənəffüs və qıcqırma. Tənəffüsün bitki orqanizminin həyatında rolu. Tənəffüsün ferment sistemləri, elektron nəqliyyat dövriyyəsi və energetikası.
4
2
[3]: səh.198-308
09.11.2013
Mövzu №16 : Fotosintez və tənəffüs proseslərin müqayisəsi. Müxtəlif mühit amillərin tənəffüsün intensivliyinə təsiri