BiTKİ MÜhafiZƏSİ m ü h a z I r ə 6


VİRUSLARIN BİOLOJİ SƏCİYYƏSİ



Yüklə 38,15 Kb.
səhifə2/3
tarix11.04.2023
ölçüsü38,15 Kb.
#96271
1   2   3
movzu6

VİRUSLARIN BİOLOJİ SƏCİYYƏSİ

Viruslar yetkin hissəciklər olub, nuklein turşularından yalnız birinə malikdirlər: DNT və ya RNT. Bitkilərin digər xəstəlik törədicilərinin hüceyrə tərkibində hər iki turşu mövcuddur. Onlar böyümə və bölünmə xüsusiyyətlərinə malik deyillər. Viruslar biosintez üçün sahib bitkinin hüceyrəsinin ribosomlarından istifadə edir, bu isə onların mütləq parazitliyini müəyyən edir. Bitki viruslarının əksəriyyətində RNT var, çox az viruslarda isə zülal örtüyü, RNT əvəzinə DNT fəaliyyət göstərir. Bakteriya və digər mikroorqanizmlərdən fərqli olaraq, viruslar tərəfindən törədilən xəstəliklərə qarşı antibiotiklər səmərəli nəticələr vermirlər.


Fitopatogen virusların əksəriyyətini dörd morfoloji qrupa aid etmək olar: çubuqşəkilli, sapvari, sferik, batsişəkilli. Virus hissəcikləri və ya virionlar hər bir virus üçün xarakterik olan ölçü və formalara malikdir. Ədəbiyyat məlumatlarına görə tütün mozaika virusunun çubuğunun uzunluğu 300 nm, diametri 16 nm-ə qədərdir. Çoxlu sayda şarşəkilli viruslar vardır ki, onların diametri 17-75 nm-dir.
Virusların formaları zülal örtüyünün quruluşu ilə müəyyən edilir. Adətən virus hissəciyi sferik və ya çubuqşəkilli zülal örtüyünə malikdir. Virus sahib hüceyrədən kə­narda olduqda və ya yoluxma prosesində iştirak etdikdə örtük mühafizə rolunu oynayır. Zülal örtüyü nuklein turşusunu əhatə edir və onu qoruyur. Zülal molekulunda təxminən 20 müxtəlif amin tuşusu iştirak edir. Amin turşularının növü, sayı və ardıcıllığı zülalın ilkin strukturunu müəyyən edir.
Viruslar yalnız canlı toxumada çoxalır. Çoxalma xüsusiyyətinə görə (repli-kasiya) onlar hüceyrəli mikroorqanizmlərdən fərqlənirlər. Belə ki, bakteriyalar yaşlı hüceyrələrin binar bölünməsi ilə çoxalırlar. Bu zaman onların hüceyrələri çoxalmanın bütün mərhələlərində bütövlüyü saxlayırlar. Viruslar sahib bitkinin hüceyrəsinə düşən kimi zülal və nuklein turşusuna parçalanırlar. Zülal örtüyü hüceyrə daxilində parazitin onun strukturuna təsiri üçün maneə rolu oynayır. Buna görə də virusun nuklein turşusu zülal örtüyündən azad olunur, bundan sonra sahib bitkinin hüceyrəsində onun nuklein turşusunun sintezi başlayır və yeni viruslar toplanırlar.
Virionların replikasiya prosesində genetik dəyişilmiş formaları əmələ gəlir. Bu formalar virusların təkamülündə mühüm əhəmiyyət kəsb edir. Virusun dəyişmiş formaları ştammlar adlanır. Yeni ştammların əmələ gəlməsi nəticəsində əvvəllər virus xəstəliklərinə davamlı sortlar onlara qarşı davamlılığı itirirlər. Fitopatogen virusların əksəriyyətində çoxlu miqdarda ştammlar aşkar edilmişdir. Məsələn, pomidorda virus mozaikası xəstəliyini törədən virusun 200-dən artıq ştammı var. Bu ştammlar yoluxma simptomları, fiziki və kimyəvi xassələri, bitkinin sort və növlərini sirayətlənmə xüsusiyyətlərinə görə fərqlənirlər.
Ətraf mühit amillərinə qarşı virusların davamlılığı eyni deyildir. İn vitro – da, yəni izolə olunmuş şəkildə davamlılığına görə viruslar iki qrupa bölünür: davamlılar və davamsızlar. Elə formalar var ki, 10 dəqiqə müddətində 80-900C temperaturaya davamlıdırlar. TMV (tütün mozaika virusu) bu qrupa daxildir.
Digər orqanizmlər kimi viruslar üçün də temperatur həlledici amillərdəndir. İnaktivasiya temperaturu virusun infeksoin xüsusiyyətlərinin itirilməsi başa düşülür.
Cədvəl 4.1
Mühit şəraitinin bəzi viruslara təsiri
(A.E.Protsenko, 1964)



Virus

İnaktivasiya temperaturu, 0C

Şirədə saxlanma müddəti

Qurudulma zamanı sax­lama müddəti

Tütün mozaikası

93

illərlə

İllərlə

Kartofda X - virus

79

illərlə

İllərlə

Tütündə həlqəvi ləkəlik

60

3 günə qədər

Dərhal inakti­vasiya olunur

Xiyar mozaikası

60-70

3-4 gün

3-4 gün

Lobya mozaikası

58

2-3 gün

3-4 gün

Kartofda Y - virus

52-55

1 neçə saat

1 neçə saat

Pomidorda tuncluluq

42

5 saatdan az

5 saatdan az




Yüklə 38,15 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin