Sənəd № 793
Dindirmə protokolu
1919-cu il, 12 fevral. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Novruz Əli Gül oğlu, 40 yaşlı, Bakıda, Suraxanskaya küçəsi, dalan 1,
5 №-li evdə yaşayıram.
Keçən il, mart hadisələri zamanı erməni-bolşeviklər mənim 7000 rubl
dəyərində olan faytonumu və bir cüt atımı aparmışlar. Mənə dəyən zərə-
rin ödənilməsini xahiş edirəm.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: А.Kluge, A.Hacı-İrzayev (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 72.
Sənəd № 795
Dindirmə protokolu
1919-cu il, 1 mart. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Ağa Dadaş Rəsulov, 50 yaşım var, Bakıda, Poçtovaya küçəsi, 64 №-li
evdə yaşayıram.
Ötən ilin mart ayında ermənilər mənim at tövləmə girərək, minik ara-
basını, atlarımı və digər ləvazimatlarımı aparmışlar. Ümumilikdə mənə
24.000 rubl dəyərində zərər vurulmuşdur.
Oxundu. İmza.
Komissiya üzvləri: А.Kluge, A.Hacı-İrzayev (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 25, v. 1.
311
FƏSİL IV. DƏYMİŞ ZİYANLAR HAQQINDA ŞAHİD İFADƏLƏRİ
(mülki, sənaye, sosial, ticarət və digər obyektlər)
Sənəd № 796
Dindirmə protokolu
1919-cu il, 6 mart. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Mir Sayad Mir Zeynal Abdin oğlu, 76 yaşım var, Bakı şəhərinin saki-
niyəm, Tatarskaya küçəsi, 152 №-li evdə yaşayıram.
1918-ci ilin martında Bakı şəhərində silahlı ermənilər yuxarıda adı çə-
kilən evə soxularkən, mən arvadımla qaçaraq canımızı qurtardıq və tam
barışıq elan edilənədək tanışlarımızın evində gizləndik. Martın 23-də arva-
dımla birlikdə mənzilimizə qayıtdıq və onu tamamilə qarət olunmuş və da-
ğıdılmış gördük: ermənilər mənim bütün əmlakımı qarət etmiş və yeganə
dolanacağımız olan inəyimizi aparmışdılar. Mən yarıkor və iflic olmuş qo-
cayam, yaşamaq üçün inəkdən savayı heç bir vəsaitim yox idi; arvadım süd
satırdı və biz bununla dolanırdıq. İndi biz dilənçi həyatı sürürük və buna
görə də 1918-ci ilin mart hadisələri zamanı ermənilər tərəfindən vurulmuş
ziyanın ödənilməsini xahiş edirik. Mən bu ziyanı bugünkü qiymətlərlə
21.975 rubl dəyərində qiymətləndirirəm. Mənim ərizəmin qarət olunmuş
əşyalarla birlikdə işə əlavə olunmasını xahiş edirəm.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: А.Hacı-İrzayev, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 25, v. 8.
FƏSİL V
BAKI ŞƏHƏRİ VƏ
BAKI KƏNDLƏRİNİN
SAKİNLƏRİNİN
ŞAHİD İFADƏLƏRİ
(1918-ci il mart-sentyabr ayları)
313
FƏSİL V. BAKI ŞƏHƏRİ VƏ BAKI KƏNDLƏRİNİN SAKİNLƏRİNİN ŞAHİD İFADƏLƏRİ (1918-ci il mart-sentyabr ayları)
Sənəd № 797
Dindirmə protokolu
1918-ci il, 13 noyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Məşədi Mömin Əli Mirzəyev, 45 yaşım var, Bakıda, Deveçinskaya
küçəsi, 64 №-li evdə yaşayıram, 4-cü polis sahəsi.
Bu ilin mart ayında mən bütün əmlakımı arabalara yükləyərək Ba-
kıdan çıxardım. Mayın ortalarında mən şəhərə qayıdırdım. Vladiqafqaz
dəmiryolunun Qızıl-Burun stansiyası yaxınlığında sizə təqdim etdiyim
siyahıda sadalanan mənim bütün əmlakım ermənilər tərəfindən qarət
edildi. Ümumilikdə 17.883 rubl dəyərində olan əşyalarım, həmçinin 8000
rubl dəyərində mauzer sistemli revolver oğurlanmışdır.
Oxundu. İmza. (ərəb hərfləri ilə)
Komissiyanın üzvü: A.Kluge (imza)
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 151.
Sənəd № 798
Dindirmə protokolu
1918-ci il, 11 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Ağa Rəhim bəy Xanlarov, 80 yaşım var, Bakıda, Naberejnaya küçəsi,
37 № li evdə yaşayıram.
Bu ilin may ayından başlayaraq erməni-bolşevik quldur dəstələrin tərəfin-
dən Bakı qəzasının Perekeşkül kəndindən ayrı-ayrı vaxtlarda mənə, İsgəndər
bəy Ağabəyova və Əlağa Məşədi Hüseyn Qulu oğlu Əmirova məxsus arpa və
buğda götürülüb aparılmışdır. Bu kənddən həmçinin 600 kisə saman aparıl-
mışdır. Qarət olunmuş əmlakın qiyməti 240.000 rubla bərabərdir.
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
314
Oxundu. İmza.
Komissiyanın üzvü: A.Kluge (imza)
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 147.
Sənəd № 800
Dindirmə protokolu
1918-ci il, 21 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Mirzə Əhməd Kərbəlayı Rəhim oğlu Hüseynov, 41 yaşlı, Bakıda,
Bondarnaya küçəsi 95 № -li evdə yaşayıram.
Bu ilin may, yaxud iyun ayında üç nəfər erməni əsgəri məni Çornıy
Qorod dəmiryol körpüsünün yanında məni saxlayaraq 13.000 rubl pulu-
mu aldılar. Bu günün günorta çağı baş vermişdir. Bu qarət haqqında mən
elə o vaxt polisə xəbər vermişdim.
Oxundu. İmza.
Komissiyanın üzvü: A.Kluge (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 53.
Sənəd № 805
Dindirmə protokolu
1918-ci il, 18 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Abbas Əli Hacı Bala Kərim oğlu Kərimov, 39 yaşlı, mühəndis -texnoloq,
Bakıda, Vodovoznaya küçəsi, ev 14 ünvanda yaşayıram, 3-cü Polis sahəsi.
Avqust ayında Sentrokaspi Diktaturası mənim mənzilimi Biçeraxovun
idarəsi üçün müsadirə etdi; mənim əşyalarım biçeraxovçular tərəfindən
315
FƏSİL V. BAKI ŞƏHƏRİ VƏ BAKI KƏNDLƏRİNİN SAKİNLƏRİNİN ŞAHİD İFADƏLƏRİ (1918-ci il mart-sentyabr ayları)
iki otağa yığıldı və qıfılla bağlandı. Bununla belə, türklər Bakıya gələn
vaxt mən də öz mənzilimə qayıdanda məlum oldu ki, mənzildən bütün
qiymətli əmlak, oğurlanmışdır. O vaxt həmin əmlak 25.980 rubl dəyərində
idi, indi onların qiyməti 51.100 rubldan aşağı deyildir və mən bu məbləğ-
də zərərin ödənilməsini xahiş edirəm. Ətraflı ərizə və oğurlanmış əşyala-
rın siyahısını təqdim edirəm və onların işə əlavə edilməsini xahiş edirəm.
Oxundu. İmza.
Komissiyanın üzvü: A.Kluge (imza)
AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 19.
Sənəd № 806
Dindirmə protokolu
1919-cu il, 4 fevral. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Bəşir Məlikov, 50 yaşlı, Bakı quberniyası və qəzasının Əhmədli kən-
dinin sakini, elə orada yaşayıram.
1918-ci ilin avqustunda Əhmədli kəndində 14-1 qarışıq erməni-rus pol-
ku bütünlükdə öz ştabı ilə birlikdə yerləşdi. Bu vaxt erməni əsgərləri ax-
tarış adı ilə mənim evimə girdilər və mənim müxtəlif növ əmlakımı və
pullarımı - ümumilikdə 39.250 rubl məbləğində - götürüb getdilər. Oğur-
lanmış və talan edilmiş əmlakımın siyahısının işə əlavə olunmasını xa-
hiş edirəm.
Oxundu. Savadlıdır. İmza.
Komissiyanın üzvləri: A.Hacı-İrzayev, A.Kluge (imzalar)
AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 57.
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
316
Sənəd № 807
Dindirmə protokolu
1918-ci il, 26 oktyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Sadıq bəy Məmməd Rza bəy oğlu, 27 yaşım var, Bakı şəhəri, Verx-
ne-Priyutskaya küçəsi, dalan 4, 2 №-li evdə yaşayıram. Nəvai kəndin-
dənəm.
Bu il avqust ayının axırlarında mən Bakı şəhərindən piyada ailəmin olduğu
Pirşağı kəndinə gedirdim. Əsgər formasında olan 17 silahlı erməni məni və yol-
dan keçən on iki nəfər müsəlmanı Məhəmmədi kəndində saxladılar və Zabrat
kəndinə apardılar; burada bizi – müsəlmanları kəndirlə bir-birimizə bağlaya-
raq, tüfənglərdən və mauzerlərdən atış açmağa başladılar. Biz ölü və yaralı və-
ziyyətdə yerə yıxıldıq. Ermənilər üzərimizə atıldılar və süngü, xəncər və qılınc-
larla bizim axırımıza çıxmağa başladılar. Güllə mənim ayağıma dəymişdi və
başıma təxminən 18 süngü yarası, iki qılınc yarası, həmçinin iki xəncər yarası
vurdular. İki saatdan sonra mən ayıldım və qaranlıqda qırğın yerindən uzaqla-
şaraq, Ramana tərəfə sürünməyə başladım. Artıq gecə idi. Səhər məni fəhlələr
tapdılar və Ramanaya xəstəxanaya apardılar. Məndən başqa adını bilmədiyim
bir müsəlman da sağ qalmışdı. Qalan on nəfər isə öldürülmüşdü.
Oxundu. İmza.
Komissiya üzvü: М.Тəkinski (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 36.
Sənəd № 808
Dindirmə protokolu
1918-ci il, 10 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
317
FƏSİL V. BAKI ŞƏHƏRİ VƏ BAKI KƏNDLƏRİNİN SAKİNLƏRİNİN ŞAHİD İFADƏLƏRİ (1918-ci il mart-sentyabr ayları)
Əli Heydər Mövsümov, 28 yaşlı, Bakıda, Georgiyevskaya küçəsi, 12
№-li evdə yaşayıram.
Sentyabr ayında erməni əsgərləri mənim mənzilimə gəldilər və təqdim
etdiyim siyahıda sadalanan və qiyməti köhnə pulla 6384 rubl olan əmla-
kımı qarət etdilər. Yeni qiymətlərlə bu əmlak 20.000 rubla bərabərdir.
Oxundu. İmza.
Komissiyanın üzvü: A.Kluge (imza)
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 118.
Sənəd № 809
Dindirmə protokolu
1918-ci il, 8 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Yusif Səməd oğlu Məmmədov, 49 yaşlı, Bakıda, Spasskaya küçəsi
3№-li evdə yaşayıram.
Türk qoşunlarının Bakıya daxil olmasına 15 gün qalmış erməni əsgərləri
İran konsulunun mənzilində axtarış apardılar, onlar simsiz teleqraf axtarırdı-
lar. İran konsulunun mənzilinin aşağı mərtəbəsində mənə və qardaşım Ağə-
li Məmmədova məxsus yeyinti məhsulları, dəri, xalça, palaz və d. mallardan
ibarət anbar yerləşir. Ermənilər anbar olan mərtəbəyə də gəlmiş, pəncərəni qı-
raraq içəri girmiş və 3 gün ərzində bizim bütün mallarımızı daşıyıb aparmışlar.
Əmlak təqdim olunan ərizədə sadalanıb və 405.040 rubl dəyərində idi.
Mart ayında, ermənilərin Bakı şəhərində müsəlman əhalisinə qarşı qırğınlar
törətdiyi zaman erməni əsgərləri mənə və qardaşım Ağəli Məmmədova məxsus
ərzaq və yeyinti məhsulları mağazamızı qarət etmiş və bizə 327.900 rubl məb-
ləğində zərər vurmuşlar. Təqdim olunmuş ərizədə həmin məhsullar da sadalanır.
Bura mağazanın dağıdılmış avadanlığının qiyməti və oradan oğurlanan nağd
pul da daxildir. Bizə vurulan ümumi zərər 802.940 rubla bərabərdir.
Oxundu. İmza.
Komissiyanın üzvü: A.Kluge (imza)
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 61.
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
318
Sənəd № 811
Dindirmə protokolu
1918-ci il, 12 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Kərbəlayı İslam Məşədi Zeynal oğlu, 50 yaşlı, Bakıda, Nijne-Tazapir-
skaya küçəsi, 7№ li evdə, 7-ci dalanda yaşayıram.
Bakı türk qoşunları tərəfindən mühasirədə olduğu vaxt mən Maşta-
ğa, Balaxanı və d. kəndlərə 30 baş buynuzlu mal-qara aparırdım. Şəhərin
yaxınlığında məni ermənilər əhatəyə aldılar və 27.00 rubl dəyərində olan
mal-qaranı, 26.300 rubl nağd pulumu və başqa əşyalarımı qarət etdilər.
Onların adları sizə təqdim etdiyim ərizədə göstərilmişdir. Ümumilikdə
mənə 55.8720 rubl məbləğində ziyan dəymişdir.
Oxundu. İmza. (ərəb hərfləri ilə)
Komissiya üzvü: A.Kluge (imza)
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 186.
Sənəd № 813
Dindirmə protokolu
1919-cu il, 18 yanvar. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Məmmədzadə Mirzə Bala oğlu
116
, 22 yaşlı, Bakı şəhərində Malaya
Krepostnaya küçəsi, 8-ci dalan, 21№li evdə yaşayıram.
Türklərin Bakıya birinci hücumu zamanı mən öz ailəmlə birlikdə Bol-
şaya Çenberekentskaya küçəsində 56 №li evimizdən çıxmaq məcburiyyə-
tində qaldım. Evə qayıtmaq mümkün olanda biz təqdim olunan ərizədə
sadalanan bütün əmlakımızın qarət olunduğunu gördük. Mənə 21.000
rubl məbləğində zərər vurulmuşdur.
319
FƏSİL V. BAKI ŞƏHƏRİ VƏ BAKI KƏNDLƏRİNİN SAKİNLƏRİNİN ŞAHİD İFADƏLƏRİ (1918-ci il mart-sentyabr ayları)
Oxundu. İmza.
Komissiyanın üzvləri: A.Kluge, M.Təkinski, (imzalar)
AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 34.
Sənəd № 814
Dindirmə protokolu
1918-ci il, 8 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Heydər bəy Ağa Kərim bəy oğlu, 39 yaşlı, savadlı, Bakı şəhərində,
Pozenovskaya küçəsi, 25 №li evdə yaşayıram.
1918-ci il sentyabr ayında türk qoşunlarının Bakıya daxil olmasından
2 gün qabaq mənim evimə 4 erməni əsgəri və bir nəfər rus gəldi və guya
bizim evdən göyərçin uçurulduğunu bildirərək mənim 18 yaşlı oğlum Ağa
Kərim bəyi tutdular, onu küçəyə çıxardılar və orada güllələdilər. Mən və
ailəm bu zaman başqa bir evə qaça bildik və türklər şəhərə girənə qədər
orada qaldıq. Evə qayıdandan sonra mənzilimin qarət edildiyini gördüm.
Oğurlanmış əmlak 25.545 rubl dəyərində idi və təqdim olunan siyahıda
sadalanmışdır.
Oxundu. İmza. (ərəb hərfləri ilə)
Komissiyanın üzvü: A.Kluge (imza)
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 64.
Sənəd № 821
Dindirmə protokolu
1918-ci il, 3 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
320
Məşədi Baba Ağayev, 55 yaşlı, Bakı, 7-ci Parallelnaya küçəsi, 105 №li
evdə yaşayıram.
Mənim Bakı qəzasının Digah kəndində evim var. Bakının türk qoşunları
tərəfindən alınmasından 20 gün əvvəl Digaha erməni əsgərləri gəldilər və
mənim evimdən yorğan-döşək, qab-qacaq, mis qazanlar, 25 pud buğda, 1000
pud saman və 23 pud arpanı götürüb getdilər. Bütün qarət olunan mallar və
ərzağın qiyməti 60.000 rubl təşkil edir. Əlavə ediləm ki, mənim 2000 rubl
dəyərində olan iki təkərli minik arabam da oğurlanmışdır.
Oxundu. İmza.
Komissiyanın üzvü: A.Kluge (imza)
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 5.
Sənəd № 822
Dindirmə protokolu
1919-cu il, 15 yanvar. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Kazım İslamov, 37 yaşlı, Bakıda, Orlovskaya küçəsi, 54\56 №li evdə
yaşayıram.
1918-ci ilin sentyabrında mənim qardaşım İsmayıl İslamov Suraxanı
kəndinə getdi, onun üstündə 23.000 rubl pul var idi. O vaxtdan onu heç
kim görməyib. Mən yalnız onu öyrənə bildim ki, o, Suraxanıya gedib çatıb.
Suraxanıda o vaxt türklər olmadığı üçün, mən belə güman edirəm ki, qar-
daşımı ermənilər öldürüb.
Oxundu. İmza.
Komissiyanın üzvləri: M.Təkinski, A.Kluge, Aleksandroviç (imzalar)
AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 26.
321
FƏSİL V. BAKI ŞƏHƏRİ VƏ BAKI KƏNDLƏRİNİN SAKİNLƏRİNİN ŞAHİD İFADƏLƏRİ (1918-ci il mart-sentyabr ayları)
Sənəd № 823
Dindirmə protokolu
1918-ci il, 26 dekabr, Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Əli Əlimərdan oğlu Əliyev, 27 yaşım var, Binəqədi kəndinin sakiniyəm.
Türklər Bakı şəhərinə hücumu zaman erməni əsgərləri Binəqədi kəndinə
soxuldular və evləri talan etdilər. Erməni əsgərləri mənim evimi və dükanı-
mı qarət etdilər. 150.932 rubl məbləğində qarət edilmiş əşyalarımın siyahısını
təqdim edirəm. Dükan və ev birlikdə mənə və üç qardaşıma məxsusdur.
Oxundu. İmza.
Komissiya üzvləri: М.Тəkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 82.
Sənəd № 824
Dindirmə protokolu
1919-cu il, 15 yanvar. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Mövsüm Səlimov, 42 yaşlı, Bakıda, Kamenistaya küçəsində, şəxsi
evimdə yaşayıram.
Mart hadisələri günlərində ermənilər mənim evimi talan etdilər və təq-
dim olunan ərizədə sadalanan əmlakımı apardılar. Avqustun əvvəllərində
ermənilər Binəqədiyə, mənim mədənlərimə gəldilər və bütün mədən ava-
danlığını qarət etdilər. Talan və qarət edilmiş əmlakın siyahısını təqdim
edirəm. Mənə ümumilikdə 8.953.540 rubl məbləğində ziyan dəymişdir.
Oxundu. İmza.
Komissiyanın üzvləri: A.Kluge, Məmməd Xan Təkinski (imzalar)
AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 28.
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
322
Sənəd № 825
Dindirmə protokolu
1918-ci il, 20 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
İsa bəy Nəsrulla bəy oğlu Məmmədbəyov, 29 yaşlı, Bakıda, Verx-
ne-Priyutskaya küçəsi, 65 № li xüsusi evimdə yaşayıram.
Sentyabr ayında Binəqədidə ermənilər mənim mağazamı ümumilikdə
70.520 rubl. məbləğində qarət ediblər ki, bu məbləğin yarısı Əjdər Məli-
kovla şərik kimi mənim payıma düşür. Malların siyahısını işə əlavə etmə-
yi xahiş edirəm.
Oxundu. İmza.
Komissiyanın üzvü: Aleksandroviç, A.Kluge (imza)
AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 42.
Sənəd № 829
Dindirmə protokolu
1919-cu il, 8 fevral. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Abbas Manaf oğlu, 39 yaşlı, Bakı şəhərinin sakini, Binəqədidə, mə-
dənlərdə, dülgər kimi yaşayıram.
1918-ci il sentyabrın əvvəllərində, ermənilər Binəqədi kəndinə basqın
edərkən, mən onların bizə vəhşi münasibətini bildiyim üçün başqa müsəl-
manlarla birlikdə Maştağa kəndinə qaçmaqla xilas olduq. Türk qoşunları ermə-
ni hissələrini Binəqədi kəndindən qovub çıxarandan və kəndi tutandan sonra,
mən də türklərlə birgə Binəqədi kəndinə daxil oldum və orada bütün əmlakı-
mın talan olunduğunu gördüm. Bu əmlakımı mən 50.000 rubldan az məbləğdə
qiymətləndirmirəm. Xahiş edirəm ərizəmi işə əlavə edəsiniz.
323
FƏSİL V. BAKI ŞƏHƏRİ VƏ BAKI KƏNDLƏRİNİN SAKİNLƏRİNİN ŞAHİD İFADƏLƏRİ (1918-ci il mart-sentyabr ayları)
Oxundu. Savadsızdır.
Komissiyanın üzvləri: A.Hacı-İrzayev, A.Kluge (imzalar)
AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 67.
Dostları ilə paylaş: |