Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə25/34
tarix31.01.2017
ölçüsü2,89 Mb.
#7266
1   ...   21   22   23   24   25   26   27   28   ...   34

Sənəd № 667

Dindirmə protokolu

1919-cu il, 21 yanvar. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Mütəllib Qədir oğlu, 32 yaşlı, Bakı şəhəri, Nijne-Kladbişenskaya 

küçəsi, 81 №-li evdə yaşayıram.

1918-ci ilin martında ermənilər mənim Qubernskaya küçəsi, 56 №-li 

evdə yerləşən ticarət kontorumu qarət etmiş və kassadan 2300 rubl nağd 

pul, müxtəlif sənədlərimi və qızıl və brilyant qadın zinət əşyalarını oğur-

lamışlar. Bu müddətdə mənim “İstanbul” və “Mədinə” adlı iki restoranım 

da qarət olunmuşdur. Ümumilikdə mənə 190 000 rubl məbləğində ziyan 

vurulmuşdur.

Bundan əlavə, mən vəkalətnamə üzrə müraciət edirəm ki, Nikolayev-

skaya, Bazarnaya və Vrangelevskaya küçələrinə baxan ev ermənilər tərə-

findən yandırılmışdır. Bu ev Samson Çerkezova və Sofya Nersesovaya 

məxsusdur. Onların heç biri indi Bakıda deyildir. Yanğın səbəbindən on-

lara 250.000 rubl ziyan vurulmuşdur.

Oxundu. İmza (ərəb hərfləri ilə).

Komissiya üzvləri: А.Kluge, М.Тəkinski (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 37-38.

Sənəd № 683

Dindirmə protokolu

1918-ci il, 27 oktyabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Məmməd Tahir Zalbəyov, 22 yaşım var, Bakı şəhəri, Qorçakovskaya 

küçəsi, 12 №-li evdə yaşayıram.


287

FƏSİL IV. DƏYMİŞ ZİYANLAR HAQQINDA ŞAHİD İFADƏLƏRİ

 (mülki, sənaye, sosial, ticarət və digər obyektlər)

Bu il mart ayının 20-də Bazarnaya küçəsi, ev № 6 ünvanda yerləşən 

mənə məxsus qastronomiya mağazası ermənilər tərəfindən qarət edil-

miş və yandırılmışdır. Pul kassası sındırılmış, iki qapı qıfılı isə qırılmışdır. 

Mənim 450.000 rubl dəyərində əmlakım məhv edilmişdir. Mən üç gün, 18-

20 mart günlərini Ağa Hüseyn Babayevin evində keçirmişəm, onun zirzə-

misində gizlənmişəm. Oraya iki dəfə erməni əsgərləri gəlmiş və mənimlə 

olan iki qadından zirzəmidə tatarların olub-olmadığını soruşmuşdular. 

Bu zaman qadınları süngülərlə hədələmişlər. Qadınlar hər dəfə əsgərləri 

inandırmışlar ki, zirzəmidə tatarlar yoxdur.

Oxundu. Məmməd Tahir Zalbəyov. 

Komissiya üzvləri: А.Kluge, М.Тəkinski (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 43.

Sənəd № 684

Dindirmə protokolu

1918-ci il, 6 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Yusif bəy, 48 yaşlı, Şamil bəy, 35 yaşlı, Cəmil bəy, 37 yaşlı, Bəylər bəy, 

40 yaşlı, qardaşları. Bakı şəhəri, Verxne-Priyutskaya küçəsi, 83 №-li 

xüsusi evimizdə yaşayırıq.

Bizim bütün ailəmizə, hazırda burada deyil, Quba şəhərində olan 42 

yaşlı qardaşımız Xanlar bəylə birlikdə, Bazarnaya küçəsi, ev № 9 ünvanda, 

Lalayevin evində yerləşən mağaza və topdansatış anbarları məxsusdur.

Mart qırğınları zamanı bizim mallarımız, mağaza və anbarlarımız ermə-

ni əsgərləri tərəfindən qarət edilmişdir. Onlar bizim əmlakımızı avtomobil-

lərdə daşıyırdılar, bu haqda bir çox şahidlər bilirlər. Mallar üç gün ərzində, 

talanlar zamanı daşınmış, sonra isə mağaza və anbarlar yandırılaraq, ta-

mamilə məhv edilmişdir. Biz 1918-ci ilin mart ayınadək dəyəri 599.867 rubl 

olan bütün malların siyahısını təqdim edirik. Hal-hazırda bu malların qiy-

məti ən azı 2.500.000 rubldur. Bundan əlavə, bir çox mallar da məhv olmuş-

dur ki, onlar ticarət kitablarında qeyd edilməmişdir və indi bizim onların 


BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

288


bir hissəsinin siyahısını təqdim etmək imkanımız yoxdur. Talanlar zamanı 

100.000 rubl dəyərində kreditə verilmiş mallar haqqında qeydlərin olduğu 

mühasibat kitabımız da məhv olmuşdur və indi biz bu məbləği borclular-

dan ala bilmirik. Yanğın nəticəsində daxil olmuş malların sənədləri, qaimə 

sənədlərinin surətləri və s. məhv olmuşdur.

Bazarnaya küçəsindəki bütün tacirlər bizim ərizələrimizin doğruluğunu 

and içməklə təsdiq edə bilərlər.

Mart qırğınlarından bir ay sonra, biz evdə olmadığımız zaman bizim 

mənzilimiz də 10.000 rubl məbləğində qarət edilmişdir. Mənzilin kimin 

tərəfindən qarət edildiyini bilmirik.

Biz qarət edilmiş malların siyahısının işə əlavə olunmasını xahiş edi-

rik və bildiririk ki, ümumilikdə 2.600.000 rubl məbləğində zərərlərimiz 

bizə ödənilməlidir.

Oxundu. İmzalar (bütün qardaşların). 

Komissiya üzvləri: Aleksandroviç, А.Kluge (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 37.



Sənəd № 685

Dindirmə protokolu

1919-cu il, 17 fevral. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Abbas Qulu Mirzəyev, 42 yaşım var, Bakı şəhəri, Bolşaya Krepostna-

ya küçəsi, dalan № 9, ev № 4 ünvanda yaşayıram.

Ötən ilin mart hadisələri zamanı ermənilər mənim Dumskaya meyda-

nında, Aşumovun varisləri – Hüseynov qardaşlarının evində olan mağaza-

mı qarət etmiş və təqdim etdiyim ərizədə sadalanan əşyaları aparmışlar. 

Ümumilikdə mənə 123.762 rubl 50 qəpik məbləğində ziyan vurulmuşdur.

Oxundu. İmza.

Komissiya üzvləri: А.Kluge, A.Hacı-İrzayev (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 77.



289

FƏSİL IV. DƏYMİŞ ZİYANLAR HAQQINDA ŞAHİD İFADƏLƏRİ

 (mülki, sənaye, sosial, ticarət və digər obyektlər)

Sənəd № 686

Dindirmə protokolu

1918-ci il, 5 noyabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Rəcəb Əli Hüseynov, 44 yaşım var, Bakıda, Nijne-Naqornaya küçəsi, 

ev № 47 ünvanda yaşayıram. 

Mən şəhərin mərkəzində, Vrangelskaya və Vorontsovskaya küçələrinin 

kəsişməsində, Parapetdə yerləşən xəz mağazasının sahibiyəm. 

 Mart hadisələri zamanı erməni əsgərləri mənim mağazamın qapıları-

nı Vrangelskaya küçəsi tərəfdən sındırmış və mənim mağazadakı, 1918-ci 

ilin mart ayı üçün qiyməti 29.955 rubl məbləğində olan, bütün mallarımı 

oğurlamışlar. Mən oğurlanmış malların Evlər Komitəsi tərəfindən təs-

diq edilmiş siyahısını təqdim edirəm. Mallar qaragül dərilərindən, tülkü 

xəzləri, hazır qaragül papaqları, xalçalar və s. ibarət idi. Bundan əlavə, er-

mənilər tərəfindən 500 rubl qiyməti olan güzgü şkafı, 200 rublluq asılmış 

divar güzgüsü məhv edilmiş, malların bütün karton qutuları yandırılmış-

dır. Mağazanın içindəki taxta arakəsmə sındırılmışdır ki, onun təmiri 100 

rubl tutmuşdur, həmçinin, mağazanın qiyməti 400 rubl olan şüşə vitrini 

sındırılmışdır. Karton qutuların qiyməti hər biri 1 rubl olmaqla 20 rub-

la bərabər idi. Mağazanın avadanlığının məhv edilməsindən dəyən zərər 

cəmi 1220 rubl təşkil edir. 

Beləliklə mənə, sındırılmış qapının təmiri üçün ödədiyim 90 rubl da 

nəzərə alınmaqla, ümumilikdə 31.260 rubl ziyan vurulmuşdur.

Zərəri mən mart qiymətləri ilə qiymətləndirirəm. Hazırda mənim xəz 

mallarımın dəyəri iki dəfə artmışdır və bugünkü qiymətlərlə mənə 59.910 

rubl məbləğində ziyan vurulmuşdur, digər itkilərlə birlikdə mən 61.220 

rubl məbləğində zərər çəkmişəm ki, bu məbləğin mənə ödənilməsini xa-

hiş edirəm. 

Ərz edirəm ki, mənim mağazam zibil yığınına çevrilmişdi və açıq gö-

rünürdü ki, ermənilər mağazanı talana məruz qoyaraq, qəsdən mənim 

əmlakımı məhv etmişlər. Sonralar mənim mağazamda hazırlanmış qa-

ragül papaqları mən şəhərdə soyadlarını bildiklərim ermənilərin başında 


BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

290


görürdüm. Məsələn erməni əsgəri Ruben Yaromışev, mənim mağazamın 

qarşısında mağazası olan dərzi Yaromışevin oğlu. Və mən onun əleyhinə 

bir söz belə deyə bilmirdim; Maliyants, adını bilmirəm, əsgərdir, mənim 

mağazamın yanında yaşayan mağazaçı dərzi Maliyantsın qardaşı. Başla-

rında mənim mağazamın papaqları olan başqa erməni əsgərlərini də gör-

müşəm, amma soyadlarını bilmirəm. Qarət edilmiş mallarımın siyahısını 

təqdim edirəm. 

İmza. Rəcəb Əli Hüseynov.

Komissiya üzvləri: Aleksandroviç, А.Kluge (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 26.

 

Sənəd № 688 

Dindirmə protokolu

1918-ci il, 5 noyabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Firidun Səfər Əli oğlu, 16 yaşım var, Bakı şəhəri, 4-cü polis bölməsi, 

Verxnyaya-Naqornaya küçəsi, 139 №-li evdə yaşayıram.

Bu il mart ayının 18-də, bazar günü, ermənilər tərəfindən törədilmiş 

qırğın zamanı erməni əsgərləri bizim Baryatinskaya küçəsi, 11№-li evdə 

olan meyvə mağazamıza soxuldular, küt bir alətlə qardaşım Ələkbəri ba-

şından elə vurdular ki, kəllə sümüyü tamamilə parçalandı, sonra isə ma-

ğazanı qarət etdilər. Nağd pul ilə 2300 rubl, mal ilə 6500 rubl dəyərində 

qənd, meyvə, tütün və papiros apardılar. Bundan əlavə ermənilər mağa-

zadan xalça, 4 yorğan, paltar və digər əşyalar - cəmi 1500 rubl dəyərində 

- götürdülər.

Oxundu. İmza (ərəb hərfləri ilə).

Komissiya üzvləri: А.Kluge, M. Təkinski (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 116.



291

FƏSİL IV. DƏYMİŞ ZİYANLAR HAQQINDA ŞAHİD İFADƏLƏRİ

 (mülki, sənaye, sosial, ticarət və digər obyektlər)

Sənəd № 689

Dindirmə protokolu

1919-cu il, 23 yanvar. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Əli Həsən Tağıyev, 29 yaşlı, Bakıda, Balaxanskaya küçəsi, ev 370, 

mənzil № 5 ünvanında yaşayıram.

Ötən ilin mart hadisələri zamanı ermənilər mənim Bazarnaya küçəsi, 

11 №-li evdə yerləşən baqqal dükanımı qarət etmişlər. Bu zaman, təqdim 

etdiyim siyahıda göstərilən və 112.000 rubl dəyəri olan malım itmişdir. 

Mənim mağazamın yerləşdiyi ev ermənilər tərəfindən yandırılmışdır. 

Malların qiymətləndirilməsi köhnə qiymətlərlə həyata keçirilmişdir. İn-

diki zamanda malın qiyməti 248.000 rubla yaxındır. 

Elə həmin müddətdə Şamaxıda atam Hacı Xəlil Hacı Tağı oğlunun 

evi qarət edilmişdir və onun adından verdiyim ərizədə adları göstə-

rilən əşyalar oğurlanmışdır. Atamın 813.000 rubl dəyərində əşyaları 

oğurlanmışdır.

Oxundu.


Atamın da çəkdiyi zərər köhnə qiymətlərlə göstərilmişdir; indiki halda 

zərər təxminən 1.600.000 rubl təşkil edir 

Oxundu. İmza.

Komissiya üzvləri: А.Kluge, M.Təkinski (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 42.

Sənəd № 690

Dindirmə protokolu

1918-ci il, 10 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:


BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

292


Məmməd bəy Vəzirov, 60 yaşlı, Bakı şəhərində, Tatarskaya küçəsi, 

94 №-li evdə yaşayıram. 

Bakıda 1918-ci il mart qırğınları zamanı mən öz ailəmlə Təzəpirskaya 

küçəsi 106 №-li evdə yaşayırdım. Öz həyatımızı erməni əsgərləri və onla-

rın rəhbərləri: Stepan Lalayevdən, Amazaspdan

111


, Şaumyandan və başqa-

larından xilas etmək üçün biz İçəri şəhərə-Qalaya qaçdıq. Qalada biz 4 

gün gizləndik. Ondan sonra mən öz mənzilimə qayıtdım və onun tama-

milə dağıdıldığını gördüm. Biz bu mənzildə yaşaya bilməzdik və odur ki, 

Cəfərovun Qimnaziçeskaya küçəsindəki 79 №-li evində üç nəfər bir otağa 

sığındıq. Burada biz iyulun 18-nə kimi, Yerevan ermənilərinin məni iz-

lədiklərini görənə kimi (mən özüm yerevanlıyam) yaşadıq. İyulun 19-da 

gücə mən öz ailəmlə piyada Mərdəkan kəndinə, Babayevin evinə qaçdım 

və sentyabrın 20-nə kimi burada qaldım. Mənim qardaşım oğlu Niyazi 

Cabbar bəy oğlu, 4 yaşlı uşaq, bizimlə birlikdə Bakıdan Mərdəkana kimi 35 

verstlik yolu piyada getdi. Mart ayında ermənilər tərəfindən talan edilmiş 

mənzilim köhnə qiymətlərlə 20.000 rubl dəyərində idi. Hazırda mənim 

mənzilimin qiyməti 100.000 rubldan az deyildir. 

1918-ci il aprelin 2-nə keçən gecə ermənilər mənim Sisianov küçəsi 

79 №-li ünvanda yerləşən kontorumu talan etmiş və 1700 rubl məb-

ləğində dəri məmulatından ibarət malımı aparmışlar. Bu il 8 iyun 

tarixdə heç bir akt tərtib etmədən Arsen Ter-Avetisov 533 №-li Ərzaq 

Direktoriyasının (bolşeviklərin) orderi ilə qiyməti 69.000 rubl olan 46 

pud 35 funt dəri məmulatımı götürüb aparmışdır, onun dublikatı in-

diyədək Rus-Asiya bankında

112

 qalır. Diktatura dövründə və ingilislərin 



Bakıda olduğu avqust ayında

113


 Diktaturanın sərəncamı ilə poçt lima-

nında 77, 81, 82 №-li dublikatlar üzrə mənə məxsus 7 yerlik dəri mə-

mulatı Bakı gəmisinə yüklənərək aparılmışdır. İngilis qərargahı gene-

ral Tomsonun

114

 adına yazdığım ərizələrə baxmayaraq, indiyədək mən 



dəri mallarımı tapmamışam. Bu il 27 noyabr tarixdə məni 10-cu lima-

na göndərsələr də, orada heç nə aşkar edilmədi. Bu dəri məmulatının 

qiyməti 68.250 rubldur. 

Bundan əlavə, ermənilər bu il 18 iyul tarixindən sonra mənim kontorum-

dan və anbardan mənə və şərikimə məxsus 180.000 rubl dəyərində olan dəri 

məmulatından ibarət əmlakı qarət etmişlər. Ümumilikdə isə, bolşevik adı ilə 

quldurluq və qarətçiliklə məşğul olan ermənilər şəxsən mənə 101.700 rubl, 

şərikim Yenukidze ilə birlikdə isə 312.000 rubl məbləğində zərər vurmuşlar. 



293

FƏSİL IV. DƏYMİŞ ZİYANLAR HAQQINDA ŞAHİD İFADƏLƏRİ

 (mülki, sənaye, sosial, ticarət və digər obyektlər)

Mən siyahını təqdim edirəm, mənim mallarımın qiymətini göstərirəm və işə 

əlavə olunmasını xahiş edirəm. 

Oxundu. İmza. 

Komissiya üzvləri: Aleksandroviç, Məmməd Xan Təkinski, 

А.Kluge (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 134.

Sənəd № 691

Dindirmə protokolu

1918-ci il, 11 noyabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Abdul Salam Bağırov, 31 yaşım var, Bakı şəhəri, Qalada, Zamkovaya 

küçəsi, 79 №-li evdə yaşayıram.

Mənim Nikolayevskaya küçəsi, 52 №-li evdə xırdavat mağazam var idi. 

Mart qırğınlarından sonra, barışıq elan edildiyi zaman, mən mağazaya 

yollandım və onun ermənilər tərəfindən qarət edildiyini gördüm. Həyət 

tərəfdən mağazanın qarşısında üç müsəlman meyiti var idi. Mənə vuru-

lan zərər 19.030 rubl təşkil edir.

Oxundu. A.S.Bağırov. 

Komissiya üzvü: А.Kluge (imza).

AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v.143.

Sənəd № 698

Dindirmə protokolu

1918-ci il, 18 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:


BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

294


Həsən Məmməd Əli oğlu Cabbarov, 35 yaşım var, Bakı şəhəri, Qala-

da, Malaya Krepostnaya küçəsi, 54\15 №-li evdə yaşayıram.

Bu il Bakıda mart qırğınları zamanı ermənilər mənim bacım oğlu Hacı 

Mir Vahab Feyzullayevi oğlu ilə birlikdə qətlə yetirmişlər. Ermənilər mə-

nim Bazarnaya və Qubernskaya küçələrinin tinində, Xanlarovun evində 

yerləşən mağazamı 45.905 rubl məbləğində qarət etmişlər. Mən öz əmlakı-

mın siyahısını təqdim edirəm və onun işə əlavə olunmasını xahiş edirəm. 

Mənə 45.905 rubl məbləğində dəymiş zərərin ödənilməsini xahiş edirəm. 

Oxundu. İmza. 

Komissiyanın üzvləri: Aleksandroviç, А.Kluge (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v.15.

Sənəd № 703

Dindirmə protokolu

1919-cu il, 14 yanvar. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Cəbrayıl Əhmədoviç Əhmədov, 38 yaşım var, Bakı şəhəri, Qimnazi-

çeskaya küçəsi 72 №-li evdə yaşayıram.

 1918-ci il Bakıda 17-22 mart hadisələri günlərində, ermənilər mənim 

mərkəzdə, Nikolayevskaya küçəsində, Kələntərov pasajında olan mağaza-

mı yararaq xalçalar, ipək və digər malları, kassa, veksellər və qızıl əşyaları 

– ümumilikdə mart qiymətləri ilə 575.865 rubl 10 qəpik məbləğində - əm-

lakımı qarət etmişlər. Hazırda həmin əmlakın qiyməti 80 % bahalanaraq 

1.019.357 rubl. 10 qəpik təşkil edir. Xahiş edirəm, qarət olunmuş əmlakın 

siyahısını işə əlavə edəsiniz. 

Oxundu. İmza. 

Komissiyanın üzvləri: Aleksandroviç, Məmməd Xan Təkinski, 

А.Kluge (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v.23.



295

FƏSİL IV. DƏYMİŞ ZİYANLAR HAQQINDA ŞAHİD İFADƏLƏRİ

 (mülki, sənaye, sosial, ticarət və digər obyektlər)

Sənəd № 708

Dindirmə protokolu

1918-ci il, 14 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Hacı Mahmud Qasım oğlu Qasımov, 70 yaşlı, Bakı şəhəri, Verx-

ne-Təzəpirskiy küçəsi, 98, şəxsi evimdə yaşayıram.

 Bakıda mart qırğınları zamanı ermənilər mənim Bazarnaya küçəsi 3 

№ li evdə, Nikolayevskaya küçəsinin tini, yerləşən kontorumu, ümumilik-

də köhnə qiymətlə 47.800 rubl məbləğində talan etmişlər. Hazırda mənim 

əmlakımın dəyəri 63.000 rubl təşkil edir. Ərizə və əmlakımın siyahısını 

təqdim edirəm və işə əlavə olunmalarını xahiş edirəm. Ermənilər tərə-

findən qarət edilmiş mal mənə 34.800 rubla başa gəlmişdi, indi isə onun 

qiyməti 50.000 rubldur. Mənə 63.000 rubl qiymətində vurulmuş zərərin 

ödənilməsini xahiş edirəm. 

Oxundu. İmza (ərəb hərfləri ilə) . 

Komissiyanın üzvləri: Aleksandroviç, А.Kluge (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v.208.



Sənəd № 713

Dindirmə protokolu

1918-ci il, 11 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Nəcəf Əli Hacı Vəli oğlu Kərimov, 28 yaşlı, Bakı şəhəri, Bazarnaya 

küçəsi, 7 №-li evdə yaşayıram.

Bakıda mart talanları zamanı ermənilər mənim ticarət obyektimi 

qarət etmiş və evimi yandırmışlar. Mallar avtomobillərdə aparılırdı. Mən 

ermənilər tərəfindən qarət olunmuş və əvvəllər qiyməti 132.000 olan əm-



BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

296


lakımın siyahısını təqdim edirəm. Hazırda mənim əmlakımın qiyməti 

396.333 rubl təşkil edir. Mən bu məbləğin ödənilməsini xahiş edirəm. 

 Oxundu. İmza. 

Komissiyanın üzvləri: Aleksandroviç, А.Kluge (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v.163.

Sənəd № 718

Dindirmə protokolu

1918-ci il, 14 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Rəhim Zöhrab oğlu Rəhimov, 30 yaşlı, Bakı şəhəri, Suraxanskaya 

küçəsi, Spasskaya küçəsinin tini, dalan 17, 8 №-li evdə yaşayıram.

 Bakıda mart talanları zamanı ermənilər mənim Bazarnaya küçəsi, 59 

№-li evdə yerləşən qəssab dükanımı dağıtmışlar, Balaxanskaya şosesin-

də 55 qoyunu aparmışlar. Mən qarət edilmiş əmlakımın siyahısını təqdim 

edirəm və onun işə əlavə olunmasını xahiş edirəm. Hazırda mənim əmla-

kımın qiyməti 56.000 rubla bərabərdir və mən bu məbləğin məmə ödənil-

məsini xahiş edirəm. 

Oxundu. İmza (ərəb hərfləri ilə) . 

Komissiyanın üzvləri: Aleksandroviç, А.Kluge (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v.211.



Sənəd № 723

Dindirmə protokolu

1918-ci il, 3 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

297

FƏSİL IV. DƏYMİŞ ZİYANLAR HAQQINDA ŞAHİD İFADƏLƏRİ

 (mülki, sənaye, sosial, ticarət və digər obyektlər)

Əli Əsgər Fərzəli oğlu Əliyev, 28 yaşlı, Bakılıyam, Balaxanskaya 

küçəsi, dalan №-2, 1 №-li evdə yaşayıram.

 Bu il, martın deyəsən 20-də, yaxud 21-də erməni əsgərləri dükanımı 

və anbarımı qarət etmiş və köhnə qiymətlə 61.785 rubl məbləğində malı-

mı aparmışlar. Mənim dükanım Bazarnaya küçəsi, №- 6, Məmmədovun 

evində, anbarım isə Krasilnikovun evində yerləşirdi. Qarətdən sonra er-

mənilər dükanı və anbarı yandırmışlar. Qarət edilmiş əmlakın siyahısını 

təqdim edirəm və işə əlavə olunmasını xahiş edirəm. Ermənilər az qiy-

mətli malların bir hissəsini yandırmışlar.

Oxundu. İmza. 

Komissiyanın üzvləri: Məmməd Xan Təkinski, А.Kluge (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v.12.

 


Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin