Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə21/34
tarix31.01.2017
ölçüsü2,89 Mb.
#7266
1   ...   17   18   19   20   21   22   23   24   ...   34

Sənəd № 569

Dindirmə protokolu

1918-ci il, 2 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 443-cü maddəsinə uyğun olaraq şahid qismində dindir-

diyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Yakov Nikolayeviç Smirnov, andlı iclasçı, Bakının keçmiş İctimai 

Şəhər rəisi, Bakı şəhəri, Bazarnaya və Poçtovaya küçələrinin kəsişmə-

sində, Krasilnikovların evində yaşayıram, rusam.

Bu ilin mart hadisələri zamanı mən doktor Larionovun

100


 mənim ya-

şadığım evdə yerləşən müalicəxanasının pəncərəsindən erməni əsgər-

lərinin qarşı tərəfdəki “İslamiyyə” mehmanxanasının binasına necə 

od vurduqlarını müşahidə edirdim. Bunun üçün onlar binanın zirzə-

misindəki dükana çoxlu yeşik yığdılar və onları odladılar. Bütün bina 

tamamilə yandı, yalnız divarları qaldı. Mənim yaşadığım evdə müsəl-

manların dükanları yerləşirdi. Bu dükanları erməni əsgərləri qarət et-

dilər, qarətdən sonra dükanları yandırmaq istəyirdilər və bunun üçün 

məndən kerosin tələb etdilər. Mən böyük çətinliklə onları yanğın fikrin-

dən daşındıra bildim, onu səbəb gətirdim ki, bizim evdə kerosin yoxdur, 

çünki evin bütün otaqları elektriklə işıqlandırılır və həm də evin yuxa-

rı mərtəbələrində ağır xəstələrin yatdığı müalicəxana yerləşir. Erməni 

əsgərlərinin arasında bir neçə rus əsgər gözümə dəydi, onlar da mənə 

qoşuldular və evdə xəstəxananın olduğunu səbəb göstərərək, öz erməni 

yoldaşlarını müsəlman dükanlarını yandırmaq fikrindən daşındırdılar. 

Bizim yaxınlığımızda olan bazar isə mənim gözlərimin qarşısında er-

məni əsgərləri tərəfindən qarət edildi və od vurularaq yandırıldı. Bizim 

evimiz yanğınların mərkəzində qalmışdı və mən iki gün Korqanovdan

101

 

telefonla bizim müalicəxanamızın qorunub saxlanılması üçün yanğın-



BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

242


söndürən komandasının göndərilməsini xahiş etdim, lakin yanğınsön-

dürənlər gəlmədi. Bizi Allah özü qorudu!

Erməni əsgərlərinin bir dəstəsi bizim evə soxularaq, ikinci mərtəbədə 

yerləşən müalicəxanaya keçdilər və Bazar küçəsinə çıxan yan pəncərələr-

dən küçə boyu Şamaxinka istiqamətində atəş açmağa başladılar. Mən bir 

saata yaxın onları dilə tutmalı oldum ki, müalicəxanadan çıxıb getsinlər 

və buranı öz hərbi əməliyyatları üçün bazaya çevirməsinlər; çünki, bu-

nunla onlar xəstəxanada olan xəstələr üçün ölüm təhlükəsi yaradırdılar, 

onların arasında əməliyyat olunmuş ağır xəstələr var idi. Hətta telefon 

vasitəsilə hərbi nazir Korqanova müraciət etmək və erməni əsgərlərinin 

müalicəxanadan uzaqlaşdırılmasında köməklik göstərməsini xahiş et-

mək lazım gəldi. Sonradan müalicəxananın mühafizə edilməsi üçün mə-

nim yanıma dörd silahlı erməni əsgəri göndərdilər. Lakin onlardan iki-

si elə gəlməyi ilə yoxa çıxdı; sonradan məlum oldu ki, onlar bizim evlər 

komitəsinin ərazisində yerləşən mənzilləri qarət edirmişlər. Yadımda-

dır, köhnə təqvimlə 20 və ya 21 mart tarixində səhər saat 6-da Poçtovaya 

küçəsinin yuxarısında kasıb bir çadralı müsəlman qadın göründü və Ba-

zar küçəsini keçərək bizim evə yaxınlaşmağa başladı. Müalicəxananı mü-

hafizə edən erməni dərhal tüfəngini qaldırdı və qadını öldürmək istədi. 

Mən və evlər komitəsi üzrə mənimlə növbətçi olan kürəkənim Bazenkov 

qadını müdafiə etməyə yetişdik və ermənidən qadını vurmamağı xahiş 

etdik. Bir müddət sonra qadın onu tutmuş əsgərin əlindən çıxaraq geriyə 

Qubernskaya küçəsi ilə yuxarıya irəlilədikdə, əsgər yenidən onu nişan al-

mağa başladı, lakin bizim xahişlərimizdən sonra tüfəngini aşağı saldı və 

dedi: “onsuz da onu orada öldürəcəklər”. 

Silahlı erməni əsgərləri bizim həyətimizə soxuldular və müalicəxana-

da xəstə müsəlmanların olduğunu biləndə, xəstə müsəlmanları öldür-

məklə hədələyərək, özlərinin müalicəxanaya ötürülməyini tələb etməyə 

başladılar. Mən bizim evin digər sakinləri ilə birlikdə çox böyük çətin-

liklə erməniləri zorla müalicəxanaya girməkdən yayındıra bildim. Müa-

licəxananın pəncərəsindən Bazarnaya küçəsi boyunca atəş açan erməni 

əsgərlərindən ikisi müalicəxananın mətbəxinə daxil oldular və onlara çay 

verməyi xahiş etdilər; hər ikisi ziyalı idi. Onlar çay içən zaman gülə-gülə 

mənə danışırdılar ki, bir nəfər tatarı küçədə öldürərkən, başqa bir müsəl-

man öldürülənin yanına yıxılaraq özünü ölülüyə vurubmuş. Bu zaman 

onlar yerdə yatan tatara yaxınlaşaraq onu da güllələmişlər. Evlər komitə-



243

FƏSİL III. MÜXTƏLİF MİLLƏTLƏRDƏN OLAN BAKI SAKİNLƏRİNİN VƏ XARİCİ VƏTƏNDAŞLARIN ŞAHİD İFADƏLƏRİ

sinin üzvü kimi bizim evin önündə gecə növbəsi çəkərkən mənə bir er-

məni əsgər - bakılı tələbə - yaxınlaşdı və söhbət əsnasında öz alman Ştut-

serini göstərərək, fəxrlə dedi etdi ki, həmin gün bu silahla müsəlmanlara 

1500 patron atmışdır və bütün müsəlmanları qırmaq lazımdır.

Mart hadisələrində ermənilərin yaxşı təşkil edilmiş hərbi dəstələri və 

“Daşnaksütun” partiyasının əynində mülki paltar, əlində tüfəng və qolun-

da ağ sarğı olan üzvləri iştirak edirdilər. Onların iştirakı həm də bununla 

təsdiq olunur ki, mart hadisələrində daşnaksakanların iştirak etməsini 

Şaumyan Fəhlə və əsgər deputatları Sovetinin iclaslarından birində açıq 

şəkildə etiraf etmişdir. Bununla belə, mən qırğınlar dayandırıldıqdan 

sonra erməni ziyalı cəmiyyətinin müxtəlif nümayəndələri ilə dəfələrlə 

söhbət etməli olmuşam və onlar qəribə bir inadkarlıqla iddia edirdilər ki, 

mart qırğınlarında nə erməni təşkilatları, nə də erməni ziyalıları çıxış et-

məmişlər, qarətlərlə isə yalnız erməni qara camaatı və cəbhədən öz kənd-

lərinə geri qayıdarkən onları öz evlərinə buraxmadıqlarına görə müsəl-

manlardan qisas alan ayrı-ayrı əsgərlər məşğul olmuşlar. 

Mart hadisələri zamanı ermənilərin müsəlman qadın, qoca və uşaq-

larına qarşı törətdikləri amansız vəhşiliklər barəsində dəfələrlə eşitmə-

li olmuşdum. Deyilənlərə görə, mart ayında 6000-7000 müsəlman qətlə 

yetirilmişdir. Ermənilər “İsmailiyyə” Müsəlman Xeyriyyə Cəmiyyətinin 

binasının yandırılmasını sonradan həmin binada müsəlmanların qərar-

gahının yerləşməsi ilə izah edirdilər. Heç bir ehtiyac olmadan ermənilər 

tərəfindən “Kaspi” qəzetinin binası yandırılmışdır. Mart ayında talan və 

qarətlər nəticəsində müsəlman əhalisinə vurulan ziyanın həcmi həddən 

ziyadə böyükdür, belə ki, həmin vaxt şəhərdə hələ əhali çox idi və müsəl-

manların evlərində olduqca böyük sərvətlər var idi. 

Bir dəfə, 1917-ci ilin dekabrında, ev təşkilatlarının yaradılması ilə əlaqə-

dar olaraq, Hacı Zeynalabdin Tağıyevi ziyarət etdiyim zaman Əsədulla Əh-

mədov

102


 andlı iclasçı Ter-Kazarova bolşeviklərlə mübarizə aparmaq üçün 

ermənilərlə müsəlmanlar arasında ittifaq yaradılmasını təklif etdi. O za-

man Ter-Kazarov cavab verməkdən yayındı, lakin küçəyə çıxdıqda mənə 

dedi ki, Əhmədovun təşəbbüsünün həyata keçirilməsi qeyri-mümkündür. 

Ümumiyyətlə, ermənilərin, görünür ki, bolşeviklərə bir meyli vardı; bol-

şeviklərin böyük hissəsi ermənilərdən ibarət idi. Ermənilər müsəlmanla-

ra mənfi münasibət bəsləyirdilər, ola bilsin, düşünürdülər ki, müsəlman-

ların hakimiyyəti zamanı ermənilərin maraqları qorunmayacaqdır. 



BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

244


Mart ayının 19-da “Metropol” mehmanxanasında bu iki millətin bol-

şeviklərlə mübarizədə birləşməsi məsələsi üzrə erməni və müsəlman nü-

mayəndələri arasında müşavirə olmalı idi; bu müşavirə şəhərdə yaranmış 

atışma səbəbindən baş tutmadı, ertəsi günü isə ermənilər açıq şəkildə 

bolşeviklərin tərəfində müsəlmanlara qarşı çıxış etdilər.

Şəhərin bütün rus əhalisi (mən bolşevikləri nəzərdə tutmuram) müsəl-

manların dərdinə acıyırdı və erməniləri mart hadisələrinin səbəbkarı he-

sab etməklə, müsəlmanlara olan rəğbətini hər yerdə açıq-aşkar büruzə 

verirdi. Bu hadisələrdən sonra müsəlman əhalisinin aşağı təbəqələri daha 

da yoxsullaşdı. Mən bir neçə ay ərzində hər gün müsəlmanların zibil dolu 

xəndəkləri və zibil qutularını eşələdiklərini və orada tapdıqları qalıqlarla 

qidalandıqlarını görməli olurdum; bir çoxları aclıqdan üzülərək küçələrdə 

düşüb ölürdü. Küçədə yıxılıb qalmış ac müsəlmanın başı üzərində toplaş-

mış adamların arasından sadə rusların bütün bunların mart hadisələrinin 

nəticəsi olduğunu dediklərinin şəxsən mən özüm şahidi idim.

Şamaxı qəzasındakı hadisələr haqqında mənim yanıma məsləhət üçün 

gələn molokanların söhbətlərindən eşitmişəm. Bu qəzada molokanların 

məskunlaşdığı Mərəzə kəndi, ona bitişik isə müsəlman Mərəzəli kəndi 

var. Tatevos Əmirov və Stepan Lalayev erməni dəstələri ilə Mərəzəyə gəl-

miş və pulemyotlardan güllələyəcəkləri ilə hədələyərək, molokanları on-

lara qoşulmağa və Mərəzəli kəndinə getməyə məcbur etmişlər. Mərəzəli 

kənd sakinlərinin göndərdiyi müsəlman nümayəndələr güllələnmiş, kən-

din özündə isə məscid və bir çox evlər yandırılmışdır. Yeri gəlmişkən, Şa-

maxı qəzasındakı hadisələr barəsində mənə Şamaxı qəzasının Astraxan-

ka kəndində yaşayan molokan İvan Vasilyeviç Kalmıkov da danışmışdır.

Artıq mart hadisələrindən sonra öyrəndim ki, Əli Mərdan bəy Topçu-

başov həbs edilmişdir. Onu polkovnik baron Osten-Sak ilə birlikdə şəhər 

məktəblərinin birində kiçik bir otaqda saxlayırdılar, onlarla yanaşı olan 

böyük otaqda isə yalnız erməni əsgərlərindən ibarət gözətçilər oturur-

du. Onlar özlərini çox pis aparırdılar, daima tüfənglərinin çaxmaqlarını 

şaqqıldadır, bütün günü, hətta gecələr də oxuyur və bağırırdılar. Bunu 

mən Əli Mərdan bəy Topçubaşovu həbsdə saxlanıldığı otaqda şəxsən zi-

yarət etdiyimdən bilirəm. Xeyli səy göstərdikdən sonra, mən Caparidze və 

Kojemyako

103

 vasitəsilə Topçubaşovun zaminə buraxılmasına nail ola bil-



dim. Onu sonradan yenə həbs etdilər və Bayıl həbsxanasına saldılar. Əli 

Mərdan bəy Topçubaşovu həbsxanada ziyarət edərkən, onu həm mənəvi, 



245

FƏSİL III. MÜXTƏLİF MİLLƏTLƏRDƏN OLAN BAKI SAKİNLƏRİNİN VƏ XARİCİ VƏTƏNDAŞLARIN ŞAHİD İFADƏLƏRİ

həm də sağlamlıq cəhətdən sıxılmış vəziyyətdə gördüm. O mənə bildirdi 

ki, həbsxanada saxlanıldığı ilk günlərdə ona ümumiyyətlə heç bir yemək 

verməmişlər; o indi də acdır və onunla birlikdə həbsxanada olan digər 30 

nəfər də acdır. Topçubaşovun dediyinə görə, Bayılda onu çox pis şəraitdə 

saxlayırdılar: o kiçik bir kamerada İbrahim bəy Heydərovla

104


 birlikdə sax-

lanırdı; kamera axşam saat 6-dan səhər saat 7-dək bağlı olurdu, gecələr 

isə nəcis üçün kameraya qab qoyurdular və bu qabdan döşəməyə süzülən 

maye havanı dəhşətli üfunətlə doldururdu. Uzun əziyyətlərdən sonra 

mən və andlı iclasçı Leontyeviç, yenə də Caparidze vasitəsilə, həkimlərin 

Topçubaşovu və Heydərovu müayinə etmələrinə nail olduq və həkimlər 

onların həqiqətən xəstə olduqlarını təsdiq etdilər. Bundan sonra mə-

nim xahişimlə onları mənim arvadıma məxsus olan doktor Larionovun 

müalicəxanasına yerləşdirdilər. Məhbusların yanına yalnız ermənilərdən 

ibarət olan gözətçilər qoyulmuşdu və onlar özlərini daima biabırçı şəkil-

də aparırdı. Mən erməni gözətçilərinin başqaları ilə əvəz edilməsini xahiş 

etməyə məcbur oldum. Bundan sonra gürcülərdən ibarət bir günlük qa-

rovul göndərdilər, lakin, sonradan yenə də yalnız erməniləri göndərməyə 

başladılar. 

Əlavə edirəm ki, Caparidze fəhlə, əsgər və matros deputatları Sovetinin 

İcraiyyə Komitəsinin sədri, Dmitri Kojemyako – İcraiyyə Komitəsinin tə-

sis etdiyi Fövqəladə Komissiyanın

105


 sədri, Stepan Şaumyan – birbaşa Le-

ninin təyinatı üzrə Qafqazın Fövqəladə Komissarı, Stepan Lalayev və Ta-

tevos Əmirov – Şamaxı qəzasında fəaliyyət göstərmiş Əlahiddə bolşevik 

dəstələrinin komandirləri idilər. 

Şahidlik etməyi özümə borc bilirəm ki, mən həbsxanaya salınmış 

Topçubaşov və Heydərov barəsində hər dəfə Caparidzeyə və Kojemya-

koya müraciət edərkən, onların tərəfindən insani və ədalətli münasi-

bətlə qarşılaşmışam, Caparidze hətta öz səmimiliyi ilə məni riqqətə 

gətirmişdir.

İmza: Andlı iclasçı Yakov Nikolayeviç Smirnov.

Komissiyanın sədri: Ələkbər bəy Xasməmmədov (imza).

Komissiya üzvləri: Prokuror köməkçisi А.Kluge, 

Məmməd Xan Təkinski (imzalar)

AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 152-155.



BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

246


Sənəd № 570

Dindirmə protokolu

1918-ci il, 8 noyabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Yuda Abramoviç Belenkiy, 43 yaşım var, yəhudiyəm, Bakı şəhəri, 

Verxnyaya Priyutskaya küçəsi, 97 №-li evdə yaşayıram.

Bu il mart ayının 19-da təsadüfən bizim evə iki güllə düşdü, çərşən-

bə axşamı gündüz saat ikidə isə bizim evi pulemyotdan atəşə tutmağa 

başladılar. Bundan sonra, təxminən saat yarım keçmiş, bizim evə er-

məni və rus əsgərlərindən ibarət olan dəstə gəldi və mənzilləri gəzərək, 

müsəlmanları axtarmağa başladılar. Ermənilər mənim şüşəbəndimdə 

pəncərələri qırmağa başladıqda rus əsgərləri onlara qışqırdı: “dayanın, 

yoldaşlar, əl vurmayın, burada özümüzkülər yaşayır”. Axtarışdan sonra 

bu dəstə heç nə götürmədən çıxıb getdi və bizi xəbərdar etdi ki, ehti-

yatlı olaq, çünki gecə ermənilər axtarışa gələcəklər. Səhər saat dörddə 

mən yanıq iyi hiss etdim və gördüm ki, həyətimiz tüstü ilə dolmuşdur. 

Məlum oldu ki, ermənilər Qluxoy döngədə yerləşən qonşu evi yandı-

rıblar. Bu zaman mən və arvadım əşyalardan bəzilərini evdən çıxar-

maq istədik, lakin ermənilər buna görə bizi güllələmək istədilər və de-

dilər ki, biz tatarların əşyalarını xilas etməyə çalışırıq. Martın 21-də, 

çərşənbə günü, təxminən səhər saat 8-də bizim evə hansısa bir kök, 

qısaboylu, lopabığ, sonradan mənə deyildiyi kimi, Əmirov familiyalı 

erməninin başçılığı ilə erməni dəstəsi gəldi. Bu vaxt mən və digər ki-

rayənişinlər Drujınin və Çarnıy quyudan su çıxarırdıq. Bizim evimizin 

yandırılacağı təqdirdə onu söndürmək üçün su ehtiyatı gördüyümüzü 

biləndə, onlar bizi ölümlə hədələyərək su götürməyi qadağan etdilər 

və dedilər ki, müsəlman evini yanğından qorumaq olmaz. Bu zaman 

erməniləri küçəyə çağırdılar, onlardan ikisi yaralanmışdı, biz isə qar-

şı tərəfdə yerləşən Mixaylov xəstəxanasına qaçdıq. Bundan sonra bi-

zim evə fasiləsiz olaraq ermənilər girir və bəyəndikləri hər şeyi evdən 

çıxarırdılar. Mənim mənzilimdən qırx min rubl dəyərində əşyalarımı 

aparıblar. 


247

FƏSİL III. MÜXTƏLİF MİLLƏTLƏRDƏN OLAN BAKI SAKİNLƏRİNİN VƏ XARİCİ VƏTƏNDAŞLARIN ŞAHİD İFADƏLƏRİ

Mən bizim evin yanında, Melniçnaya küçəsi ilə Qluxoy döngənin ti-

nində ermənilərin 11 nəfər müsəlmanı necə güllələdiklərini görmüşəm. 

Bir qadın diz üstə çökərək yalvarırdı ki, 60 yaşlı bir qocanı öldürməsinlər. 

Ona söz verdilər ki, qocanı yalnız əsir aparacaqlar, lakin elə döngədəcə bir 

neçə revolver gülləsi ilə onu öldürdülər.

Müsəlmanları əsas etibarı ilə erməni əsgərləri qarət edir və qətlə yeti-

rirdilər.

Bundan sonrakı 1 – 1,2 və ya 2 ay ərzində, təxminən yeddi dəfə, 40-50 

süvari əsgər bizim məhəlləni mühasirəyə alaraq, mənim yaşadığım evin 

sahibi Şıx Balayevi axtarmışdılar və onu bir dəfə də olsun evində yaxala-

ya bilməmişdilər. 

Bizim evimizə də iki yerdən od vurmuşdular, lakin kənar şəxslərin 

və rus hərbçilərin birgə səyi nəticəsində yanğını söndürmək mümkün 

olmuşdu. Quyudan su çıxardığımıza görə Əmirov soyadlı kök erməni-

nin əmri ilə bizi güllələmək istəyirdilər; deyirdilər ki; “biz Şıx Balaye-

vin evini yandırmaq istəyirik, siz isə onu söndürmək istəyirsiniz”.

Oxundu. İmza. Y.Belenkiy.

Komissiya üzvü: А. Kluge (imza).

AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 132.


BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

248


Sənəd № 571

Dindirmə protokolu

1918-ci il, 12 oktyabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 443-cü maddəsinə uyğun olaraq şahid qismində dindir-

diyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Maks Borisoviç Manaseviç, 57 yaşım var, Bakı şəhərində, “Metro-

pol” mehmanxanasında yaşayıram.

Bu ilin mart ayında erməni-tatar atışmaları zamanı şahzadə Man-

sur Qacar, andlı iclasçı Ananyev, artist xanım Taqianosova və petroqradlı 

andlı iclasçı Alışvanla birlikdə vaxtımızın çox hissəsini “Metropol” meh-

manxanasının 2-ci nömrəsində keçirirdik. Biz pəncərələrdən tüfənglərlə 

silahlanmış və hərbi forma geymiş ermənilərin evlərin tinlərində giz-

lənərək və küçə boyu tüfənglərdən atəş açaraq, Nikolayevskaya küçəsi ilə 

yavaş-yavaş irəlilədiyini müşahidə edirdik. Nikolayevskaya küçəsi eyni 

zamanda “Metropol” mehmanxanasının damından pulemyot atəşinə tu-

tulurdu. Üçüncü və ya dördüncü gün daşnaksakanlar Yeqişe adlı rəhbər-

lərinin başçılığı ilə mehmanxanaya soxuldular və binanı “Daşnaksütun” 

partiyasının qərargahına çevirdilər. Bu Yeqişe və dəstələrdən birinin baş-

çısı olan tələbə Artyuşa Sergeyev bəyan etdilər ki, biz vəhşi diviziyanın 

zabitini gizlədirik və onun təhvil verilməsini bizdən tələb etdilər. Mən 

bildirdim ki, bizim yanımızda vəhşi diviziyanın heç bir zabiti yoxdur. Bu 

zaman andlı iclasçı Ananyev Yeqişeyə müraciət etdi və başa saldı ki, bi-

zim yanımızda rus ordusunun polkovniki şahzadə Mansur var və o, heç 

zaman vəhşi diviziyada xidmət etməmişdir. 

Şahzadə Mansur da Yeqişenin qarşısına çıxaraq bunu təsdiq etdi. 

Yeqişe cavabında bildirdi ki, Mansurun müsəlmanlara xidmət edib-et-

mədiyini istintaq müəyyən edəcəkdir, istintaqa qədər isə onu Erməni 

Milli Şurasına aparmaq lazımdır. Sonra Mansur avtomobillə Erməni 

Milli Şurasının yerləşdiyi Melikovların mənzilinə aparıldı. Nikolayev-

skaya küçəsi ilə yuxarı istiqamətdə hücum edənlərin arasında Stepan 

Lalayev də var idi. Şahzadə Mansur mənə orada Jorj Melikovu da gördü-

yünü dedi. Mən şəxsən onu görməmişəm. Əlavə edirəm ki, “Qrand Otel” 

mehmanxanasının pəncərələrindən birində ikinci pulemyot dururdu; 


249

FƏSİL III. MÜXTƏLİF MİLLƏTLƏRDƏN OLAN BAKI SAKİNLƏRİNİN VƏ XARİCİ VƏTƏNDAŞLARIN ŞAHİD İFADƏLƏRİ

beləliklə, Nikolayevskaya küçəsi iki pulemyotdan atəşə tutulurdu.

Oxundu. İmza. Maks Borisoviç Manaseviç.

Fövqəladə Təhqiqat komissiyasının sədri: 

Ələkbər bəy Xasməmmədov (imza)

Komissiya üzvləri: Məmməd Xan Təkinski, 

Prokuror köməkçisi А.Kluge (imzalar)

AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 18.

Sənəd № 572

Dindirmə protokolu

1918-ci il, 7 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Yankel David Samuyloviç Slavinski, 39 yaşım var, Bakı şəhərində 

yaşayıram, Nijnyaya-Priyutskaya küçəsi, dalan № 6, ev № 4. 

Mart qırğınları zamanı mənim mənzilim gözlərimin qarşısında 8750 

rubl dəyərində qarət edilmişdir. Mən əmlakımın siyahısını təqdim edirəm 

və işə əlavə olunmasını xahiş edirəm. Mənzilimi ermənilər qarət etmiş-

lər. Hətta mən erməni cinayətkarını göstərdim, tutub saxladım və o, həbs 

olundu. O Xaçatur Martirosov idi. Mənim yaşadığım evin sahibi – müsəl-

man, Əliyoldaş Əliyev və onun 4 qardaşı qətlə yetirilmiş, pulları və mən-

zilləri qarət edilmiş, qadınları isə əsir aparılmışdır. Mənim evimin qarət 

edilməsi haqqında bolşeviklərin istintaq komissiyasında

106


 iş açıldı, lakin 

sonradan X.Martirosov azadlığa buraxıldı. Mənə 8750 rublun ödənilməsi-

ni xahiş edirəm. 

Oxundu. İmza. Yankel David Samuyloviç Slavinski.

Komissiya üzvləri: Aleksandroviç, А.Kluge (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 45.



BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

250


Sənəd № 573

Dindirmə protokolu

1918-ci il, 9 oktyabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 443-cü maddəsinə uyğun olaraq şahid qismində dindir-

diyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Polkovnik Vladimir Konstantinoviç Olonqren, 54 yaşım var, Bakıda, 

Aşurbəyov qardaşlarının Kamenistaya və Qoqol küçələrinin tinindəki 

205-32 №-li evində yaşayıram.

Bu ilin mart ayının 19-da, bazar ertəsi səhər saat 5-ə yaxın Aşurbəyov-

ların evinə zabit formasında iki erməninin başçılıq etdiyi 20-25 nəfər si-

lahlı erməni əsgəri daxil oldu. Bu dəstə üçüncü mərtəbədən başlayaraq 

evin bütün mənzillərini bir-bir gəzməyə başladı. Əli bəy Aşurbəyovun 

mənzilinə girərək və orada Berdan tipli tüfəngin patronlarının olduğu ye-

şiyi taparaq, ermənilər, heç nəyi salamat qoymadan, bütün mənzili dağıt-

mağa başladılar: mebeli, güzgüləri, çilçıraqları, saatları və digər əşyaları 

qundaqlarla sındırdılar və qiymətli əşyaları talan etdilər. Zabitlərdən or-

taboylu birisi Əli bəyin xəz kürkünü geyindi və onun üstündən bir neçə 

əsgərin köməkliyi ilə öz forma şinelini geyə bildi və çıxıb getdi. Bu za-

biti, eləcə də onun ucaboylu və həddən artıq arıq yoldaşını görsəm, tanı-

ya bilərəm. Əli bəy Aşurbəyovun bütün ev avadanlıqlarından yalnız onun 

xalçalarını xilas etmək mümkün oldu. Sonradan bu evə dəfələrlə dəstə-

dəstə ermənilər soxulurdu və hər dəfə mən onları dilə tutmalı olurdum 

ki, mənzillərə girməsinlər. Əli bəyin mənzilinin talan edilməsində iştirak 

edən ucaboylu zabit bütün evə baxdığı və burada müsəlmanları tapmadı-

ğı barədə mənə kağız verdi. Bu kağızı evə gələn erməni dəstələrinə göstər-

məli olurdum və onlar mənzillərə girmədən evdən uzaqlaşırdılar.

Oxundu. İmza. Polkovnik Olonqren.

Fövqəladə Təhqiqat komissiyasının üzvləri: Andlı iclasçı Məmməd Xan 

Təkinski, Prokuror köməkçisi А.Kluge (imzalar) 

AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 14.



251

FƏSİL III. MÜXTƏLİF MİLLƏTLƏRDƏN OLAN BAKI SAKİNLƏRİNİN VƏ XARİCİ VƏTƏNDAŞLARIN ŞAHİD İFADƏLƏRİ



Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin