Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə18/34
tarix31.01.2017
ölçüsü2,89 Mb.
#7266
1   ...   14   15   16   17   18   19   20   21   ...   34

Sənəd № 466

Dindirmə protokolu

1918-ci il, 17 noyabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Şərəf Nisə Cəbrayıl qızı, Bakı sakini, 26 yaşım var, Bakıda, Georgi-

yevskaya küçəsi, 4 №-il evdə yaşayıram, savadsızam.

Tarixi yadımda deyil, bu ilin mart ayının ortalarında yüz nəfərə 

yaxın erməni əsgəri darvazanı qıraraq evə soxuldular və mənzilləri 

qarət etməyə, kişi və qadınları öldürməyə başladılar. Mənzildə ermənilər 

mənim ərim Şıxəli Cəbrayıl oğlunu və onun qardaşları Ağa Əlini və Kəl-

balını öldürdülər. Üç qadını – Şərəf Cəlil qızını, Tutu Xanım Cəbrayıl 

qızını və Xeyransa xanım Xalıq qızını qətlə yetirdilər. Yeddi yaşlı uşağı, 

Ələkbər Ağa Əli oğlunu qolundan və yanağından, 11 yaşlı Gövhər Xanım 

Ağa Əli qızını isə qolundan və boynundan güllə ilə yaraladılar. Məni və 

uşaqlarımı ermənilərdən rus qonşumuz xilas edə bildi və öz mənzilin-

də gizlətdi. Ermənilər, ölümlə hədələyərək, mənim 20.000 rubl pulumu 

əlimdən aldılar, mənzildən isə 50.000 rubldan yuxarı dəyəri olan bütün 

əşyalarımızı götürüb apardılar. Talan zamanı rus qonşu məni öz mənzi-

linə apardı.

Oxundu. Savadsızdır. 

Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 160.

Sənəd № 470

Dindirmə protokolu

1919-cu il, 25 fevral. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:


197

FƏSİL II. AZƏRBAYCANLI QADINLARIN ŞAHİD İFADƏLƏRİ

Gövhər Bağır qızı, 50 yaşım var, Bakı şəhər sakini, Bondarnaya 

küçəsində, 48 №-li şəxsi evimdə yaşayıram.

Bakı şəhərində 1918-ci ilin qanlı mart hadisələri zamanı, barışıq elan 

edildikdən sonra, müsəlmanların onlara qarşı sadəlövh münasibətin-

dən istifadə edən təxminən 10-12 silahlı erməni, yuxarıda adı çəkilən 

evə soxuldular, bütün kişi və qadınları, o cümlədən məni, qoca və gözlə-

ri görməyən ərim Hacı Əli Məmməd Məmmədovu və 19 yaşlı oğlum Ağa 

Məmmədi əsir götürdülər və bizi Yefimov Qardaşları Sirkinə

92

 apardılar. 



Ermənilər yolboyu bizə işgəncə verirdilər, silahların qundağı ilə hara gəldi 

vururdular. Sirkə gəldikdə isə bizim dəstəmizdən 7 ya 8 nəfər daha gənc 

və sağlam kişini, o cümlədən mənim oğlum Ağa Məmmədi ayırdılar və 

başqa yerə apardılar. Mən sonradan öyrəndim ki, bütün bu kişilər erməni 

canilərinin əlləri ilə qətlə yetirilmişlər. Bu 7-8 nəfər kişi bizim evimizdən 

aparılmışdı və onların əksəriyyəti mənim qohumlarım idi. Ermənilər bizi 

əsir götürdükdən sonra bizim evdə olmadığımız müddətdə mənim 62.790 

rubl dəyərində bütün əmlakımı, o cümlədən 20.000 nağd pulumu oğurla-

yıblar. Qarət olunmuş əşyaların siyahısı ilə birlikdə mənim ərizəmin işə 

əlavə olunmasını xahiş edirəm.

Oxundu. Savadsızdır. 

Komissiya üzvləri: А.Hacı-İrzayev, А.Kluge (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 89.

Sənəd № 473

Dindirmə protokolu

1919-cu il, 5 noyabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Ruqiyyə Əli-Qulu qızı, 60 yaşım var, Bakı şəhər sakini, Bondarnaya 

küçəsində, 26 №-li evdə yaşayıram, savadsızam.

Bu ilin mart ayında ermənilər müsəlmanlara qarşı qiyam qaldırdılar. 

Başqaları kimi mən də zərər çəkdim. Ermənilər mənim qapılarımı sın-

dırdılar, mənim 70 yaşlı qoşa ərimi və iki oğlumu öldürdülər; üçüncüsü 



BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

198


isə qorxudan xəstələndi və o, da öldü. Qətllər odlu silahdan atılan atəşlə 

yerinə yetirilmişdir. Ermənilər kimin qətli törətdiyini və mənim əmla-

kımı qarət etdiyini deyə bilmərəm, belə ki, heç kimi tanımadım. Ermə-

nilər demək olar ki, bütün evimi qarət ediblər və mənim yazılı ərizəmdə 

göstərdiyim 5300 rubl məbləğində olan bütün əşyalarımı aparıblar. Or-

tancıl oğlum – Məhərrəmə məxsus 25 min rubl qiyməti olan 10 qayıq da 

oğurlanmışdır.

İfadə oxundu. Savadsızdır.

Komissiyanın sədri: Ə.Xasməmmədov (imza). 

Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 110.

Sənəd № 475

Dindirmə protokolu

1919-cu il, 9 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Gülsüm Xanım Aydınova, 18 yaşım var, Bakı şəhərində, Aziatskaya 

küçəsində, 93 №-li evdə yaşayıram, savadlıyam.

 Bu ilin mart ayında mən Bondarnaya küçəsində yaşayırdım. O vaxt 

silahlı ermənilər gəldilər və bizim evə hücum etdilər, mənim ərim qaç-

maq istəyəndə onlar onu öldürdülər. Ərimin adı Mirzə Mövsüm idi. Onun 

qətlindən sonra cinayətkarlar bizim evimizi qarət etdilər və təqdim etdi-

yim ərizədə göstərilən 14.360 rubl məbləğində əşyalarımızı apardılar. Biz 

qadınlar isə, qaçmaqla xilas olduq və ermənilərin gözünə görünmədik. 

Oxundu. Savadlıdır. İmza.

Fövqəladə Təhqiqat Komissiyasının sədri: 

Ələkbər bəy Xasməmmədov (imza). 

Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 101.



199

FƏSİL II. AZƏRBAYCANLI QADINLARIN ŞAHİD İFADƏLƏRİ



Sənəd № 476

Dindirmə protokolu

1919-cu il, 15 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Tükəzban Tağı qızı Məmmədova, 23 yaşım var, Bakı şəhərində, Bon-

darnaya küçəsində, 50 №-li evdə yaşayıram.

Bu il Bakıda mart qırğınları zamanı ermənilər bizi əsir apardılar və 

yolda mənim ərim Məmməd Mehdi oğlunu öldürdülər və bundan əlavə 

mənim mənzilimi 23.860 rubl məbləğində qarət etdilər. Siyahını təqdim 

edirəm və işə əlavə olunmasını xahiş edirəm. 23.860 rubl məbləğində dəy-

miş zərərin ödənilməsini xahiş edirəm.

Oxundu. Savadsızdır. 

Komissiya üzvləri: Aleksandroviç, А.Kluge (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 213.

 

Sənəd № 477



Dindirmə protokolu

1919-cu il, 15 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Əminə Xanım Hacı Məmməd qızı Məmmədova, 18 yaşım var, Bakı 

şəhərində, Bondarnaya küçəsində, 50 №-li evdə yaşayıram.

Bu il Bakıda mart qırğınları zamanı ermənilər mənim qardaşım Ağa 

Məmməd Məmmədovu, mənim ərim Məmməd Hüseyni və atam Əbdül 

Əzimi öldürdülər. Ermənilər onların hamısını əsir apardılar və yolda gül-

lələdilər. Öldürülənlərin meyitləri Çornıy qorodda tapıldı, amma məhz 

harada, mən bilmirəm. Ora kişilər getmişdi. Bundan başqa, ermənilər 

mənim əmlakımı qarət etmişlər və onların siyahısını təqdim edərək işə 


BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

200


əlavə etməyinizi xahiş edirəm. Ermənilər tərəfindən mənim cəmi 84.150 

rubl məbləğində əmlakım oğurlanıb. 

Oxundu. Əminə Xanım Məmmədova. Savadsızdır. 

Komissiya üzvləri: Aleksandroviç, А.Kluge (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 214.

Sənəd № 479

Dindirmə protokolu

1918-ci il, 14 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Kərbəlayı Xanım Nadir qızı, 35 yaşım var, Bakıda, Bondarnaya küçə-

si, 50 №-li evdə yaşayıram, savadsızam.

Bu ilin mart ayının 21-də yüz nəfərə yaxın erməni əsgəri yuxarıda 

göstərilən evə (soxuldular), yeddi nəfər qadını, məni və yeddi nəfər kişini 

bayıra çıxardılar; qonşu evdən 8 qadın və 2 kişi çıxardılar. Erməni əsgər-

ləri mənim mənzilimi 28.100 rubl dəyərində soydular; qarət edilmiş əşya-

ların siyahısını təqdim edirəm. Bizim hamımızı əsir apardılar və Mailov 

teatrının qarşısında iki qoca kişi və qadınları ayırdılar, qalan kişiləri isə 

erməni əsgərləri küçədə güllələdilər. Qətlə yetirilənlərin arasında mənim 

ərim Kərbəlayı Əbdül Əzim Mir Məmməd oğlu (65 yaşında), 30 yaşlı oğ-

lum Mehdi, 22 yaşlı oğlum Məmməd Hüseyn, 20 yaşlı qohumum Naci 

Əli Məmməd Nur Məmməd oğlu da var idi. Məni və digər qadınları başqa 

müsəlmanlarla birlikdə üç gün Mailov teatrında saxladılar. 

Oxundu. Savadsızdır.

Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 198.


201

FƏSİL II. AZƏRBAYCANLI QADINLARIN ŞAHİD İFADƏLƏRİ



Sənəd № 480

Dindirmə protokolu

1918-ci il, 8 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Pəri Xanım İsgəndər qızı, 60 yaşım var, Bakı sakini, Bakıda, Azovski 

döngəsi, 13 №-li evdə yaşayıram, savadsızam.

Bu il mart ayının 19-da səhər saat 9-da yüz nəfərə yaxın erməni əs-

gəri yuxarıda göstərilən evə soxuldular, mənim ərim Ağa Bala bəy Əsə-

dulla bəy oğlunu, qardaşım Kəblə Fərəculla bəyi, qardaşım oğlu İsgəndər 

bəy Abbas bəy oğlunu mənzildən çıxardılar və küçədə, evin qabağında öl-

dürdülər, Abbas bəyi isə həyətdə öldürdülər. Adları çəkilən şəxsləri öldür-

dükdən sonra ermənilər onları qarət etdilər və əyinlərindəki kostyumla-

rı çıxardılar. Ərimin cibindən 3000 rublu götürdülər. Mənim mənzilimi 

1476 rubl məbləğində qarət etdilər. Oğurlanmış əmlakın siyahısını təqdim 

edirəm və işə əlavə olunmasını xahiş edirəm.

Oxundu. Savadsızdır.

Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 71.

 

Sənəd № 482



Dindirmə protokolu

1918-ci il, 8 dekabr, Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Məşədi Şeyda Fətəli qızı, 60 yaşım var, Bakı sakini, Azovski döngəsi, 

89 №-li evdə yaşayıram. 

Bu ilin martın 19-da səhər saat 9-da yuxarıda göstərilən evə erməni əs-

gərləri soxuldular, mənim ərim Məşədi Əbdül Hacı İmam oğlunu, 76 yaş-


BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

202


lı, bacımın əri Rüstəm Ələkbər oğlunu öldürdülər, ərimin cibindən 1270 

rublu götürdülər, məni isə əsir apardılar. Ondan əvvəl mənzilimi 1872 rubl 

məbləğində qarət etdilər. Oğurlanmış əmlakın siyahısını təqdim edirəm 

və işə əlavə olunmasını xahiş edirəm.

Oxundu. Savadsızdır.

Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 72.

 

Sənəd № 484



Dindirmə protokolu

1918-ci il, 9 dekabr, Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Səadət Nəcəf Qulu qızı, 80 yaşım var, Bakıda, Azovski döngəsi, 2 

№-li evdə yaşayıram. 

Mart hadisələri zamanı mənim oğlum Zeynal Həsən oğlu öldürülmüş 

və siyahıda göstərilən 22.200 rubl məbləğində əmlakımız qarət edilmişdir.

Oxundu. Savadsızdır.

Komissiya üzvü: А.Kluge (imza). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 182.

 

Sənəd № 485

Dindirmə protokolu

1918-ci il, 9 dekabr, Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Səriyyə Məmməd Əli qızı, 30 yaşım var, Bakıda, Azovski döngəsi, 5 

№-li evdə yaşayıram. 


203

FƏSİL II. AZƏRBAYCANLI QADINLARIN ŞAHİD İFADƏLƏRİ

Mart hadisələri zamanı ermənilər mənim ərim Gülməmməd Mahmud 

oğlunu yaralamış, oğlum Mahmud Gülməmməd oğlunu öldürmüşlər; bu 

zaman bizim evdən siyahıda göstərilən və 52.650 rubl məbləğində əmlakı-

mızı aparmışlar.

Oxundu. Savadsızdır.

Komissiya üzvü: А.Kluge (imza). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 182.

 

Sənəd № 486



Dindirmə protokolu

1918-ci il, 11 dekabr, Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Əminə Xanım Heybət qızı, 45 yaşım var, Bakıda, Azovski döngəsi, 12 

№-li evdə yaşayıram. 

 Mart qırğınları zamanı ermənilər mənim oğlumu, 18 yaşlı Gülmirzə 

Allahverdi oğlunu öldürüblər, mən isə kor olmuşam. Bundan əlavə, ermə-

nilər mənim köhnə qiymətlərlə 24.000 dəyərində əmlakımı qarət ediblər. 

Oğurlanmış əmlakın siyahısını və qiymətlərini təqdim edirəm və işə əlavə 

olunmasını xahiş edirəm. Hazırda mənim əmlakımın qiyməti 73.200 rubl 

edir və bu məbləğin mənə ödənilməsini xahiş edirəm. 

Oxundu. Savadsızdır.

Komissiya üzvləri: Aleksandroviç, А.Kluge (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 165.

 


BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

204


Sənəd № 487

Dindirmə protokolu

1918-ci il, 17 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Səlminaz Əli Məmməd qızı, 54 yaşım var, Bakıda, Azovski döngəsi,  

9 №-li evdə yaşayıram, savadsızam.

 Bu il mart ayının 19-da erməni əsgərləri yuxarıda göstərilən evə 

soxuldular, mənim oğlum, 22 yaşlı Abbasqulu Məşədi Əli oğlunu öldür-

dülər, mənzilimi isə 1939 rubl 50 qəpik məbləğində qarət etdilər. Oğur-

lanmış əmlakın siyahısını təqdim edirəm və işə əlavə olunmasını xahiş 

edirəm.


Oxundu. Savadsızdır.

Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 6.

Sənəd № 488

Dindirmə protokolu

1918-ci il, 11 dekabr, Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Fatma Cavad qızı, 60 yaşım var, Bakıda, Melniçnaya küçəsində, şəx-

si evimdə yaşayıram. 

 Bakıda 1918-ci il mart qırğınları zamanı mən öz evimdə idim və soba-

da olan çörəyi bişməmiş ataraq evimin arxa divarından qaçmağa məcbur 

olmuşdum. Divarı müsəlman-kişilər yarmışdılar. Mənim evim ermənilər 

tərəfindən qarət edilmiş və 24.000 rubl məbləğində əmlakım aparılmış-

dır. Mənim oğurlanmış əmlakımın qiyməti indi 72.000 rubl təşkil edir. Bu 

məbləğin mənə ödənilməsini xahiş edirəm.


205

FƏSİL II. AZƏRBAYCANLI QADINLARIN ŞAHİD İFADƏLƏRİ

Oxundu. Savadsızdır.

Komissiya üzvləri: Aleksandroviç, А.Kluge (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 76.

 

Sənəd № 491



Dindirmə protokolu

1918-ci il, 8 dekabr, Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Umu Cəhnə Bəyəli qızı, 40 yaşım var, Bakıda, Melniçnaya küçəsin-

də, şəxsi evimdə yaşayıram. 

Bakıda 1918-ci il mart qırğınları zamanı biz ermənilər tərəfindən öl-

dürülməkdən yalnız ona görə xilas olduq ki, ərlərimiz evin arxa divarı-

nı yardılar və biz təhlükəsiz yerə qaçmağa macal tapdıq. Mənim evim və 

əmlakım qarət olunmuşdur. Mən oğurlanmış əmlakın siyahısını təqdim 

edirəm və işə əlavə olunmasını xahiş edirəm. Mənim oğurlanmış əmla-

kımın ümumi qiyməti 24.000 rubl idi, indiki qiymətlərlə mənim əmla-

kımın dəyəri 72.000 rubldan az deyildir. Bu məbləğin mənə ödənilməsini 

xahiş edirəm.

Oxundu. Savadsızdır. Onun yerinə imzaladılar: İmza.

Komissiya üzvləri: Aleksandroviç, А.Kluge (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 76.

 

Sənəd № 493

Dindirmə protokolu

1918-ci il, 9 dekabr, Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:


BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

206


Xanım Atakişi qızı Vəlixanova, 35 yaşım var, Bakı şəhərinin sakini, 

Bolşaya Morskaya küçəsində, 12 №-li evdə yaşayıram. 

 Mart ayında ermənilər mənim gözümün qabağında mənim ərim Əlağanı 

və qaynım Balağanı öldürdülər. Məni ona görə öldürmədilər ki, ruslar məni 

müdafiə etdi və öldürməyə qoymadılar. Qətldən sonra həmin bu ermənilər, 

mən onları tanımıram, bizim evimizi qarət etdilər və təqdim etdiyim siyahı-

da göstərilən əşyalarımızı apardılar. Onların siyahısının işə əlavə olunmasını 

xahiş edirəm. Mənə vurulan zərərin miqdarı – 10.900 rubldur. 

İfadə oxundu. Savadsızdır.

Komissiyanın sədri: Ə.Xasməmmədov (imza). 

Komissiya üzvü: А.Kluge (imza). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 96.



Sənəd № 494

Dindirmə protokolu

1918-ci il, 11 dekabr, Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Asiya Mikayıl qızı, 60 yaşım var, Bakı şəhərinin sakini, Bakıda, Bol-

şaya Morskaya küçəsi, 84 №-li evdə yaşayıram. 

1918-ci il martın 19-da erməni əsgərləri yuxarıda göstərilən evə soxuldular, 

mənim ərimi, 70 yaşlı Əsəd Qəhrəman oğlunu və əmim oğlu, 30 yaşlı Qədəş 

Heybət oğlunu öldürdülər. Sonuncunu erməni əsgərləri xəncərlə qətlə yetir-

dilər. Demək olar ki, bütün qonşularımızı, müsəlman kişi, qadın və uşaqları er-

mənilər öldürürdülər. Məni əsir apardılar və mənzilimi qarət etdilər. Ermənilər 

bütün qonşuların mənzillərini qarət edirdilər və əşyaları avtomobillərdə aparır-

dılar. Apara bilmədikləri hər şeyi ermənilər sındırır və dağıdırdılar. Mənə 15.250 

rubl məbləğində zərər vurulmuşdur. Ermənilər tərəfindən oğurlanan əşyaların 

siyahısını təqdim edirəm və işə əlavə olunmasını xahiş edirəm. 

Oxundu. Savadsızdır.

Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 151


207

FƏSİL II. AZƏRBAYCANLI QADINLARIN ŞAHİD İFADƏLƏRİ



Sənəd № 495

Dindirmə protokolu

1918-ci il, 11 dekabr, Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Nursəba Novruz qızı, 40 yaşım var, Qala kəndinin sakiniyəm, Bakı-

da, Bolşaya Morskaya küçəsi, 165\62 №-li evdə yaşayıram, savadsızam. 

 Bu il martın 19-da səhər tezdən erməni əsgərləri yuxarıda göstərilən 

evə soxuldular, mənim ərimi, 60 yaşlı Baqi Qəhrəman oğlunu və mənim 

oğlumu, 22 yaşlı Heydəri öldürdülər. Ermənilər onları küçəyə çıxardılar və 

evin qabağında öldürdülər. Məni və mənim azyaşlı uşaqlarımı əsir apardı-

lar, amma ondan əvvəl evimi qarət etdilər. Ermənilər əşyaları avtomobil-

lərdə aparırdılar. Mənim evimdən ermənilər 17.000 rubl nağd pul, 20.000 

rubl məbləğində qızıl əşyaları və 20.000 rubl məbləğində paltar, kostyum 

və s. apardılar. Oğurlanmış əşyaların siyahısını təqdim edirəm və işə əlavə 

olunmasını xahiş edirəm. 

Oxundu. Savadsızdır.

Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 151.

Sənəd № 496

Dindirmə protokolu

1918-ci il, 7 dekabr, Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Məsmə Xanım Xanı qızı, Bakıda, Bolşaya Morskaya küçəsi, 89 №-li 

evdə yaşayıram, 47 yaşım var, savadsızam. 

1918-ci ilin mart ayında bizə əvvəlcə 9 silahlı erməni gəldi və tüfənglə 

anam Seyid xanımı, yaşlı qadını, qoca atamı - Xanı kişini, qardaşım Xə-


BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

208


lili və 18 yaşlı oğlum Əli Abbası öldürdülər. Bir az keçdikdən sonra başqa 

11 nəfər ermənilər gəldilər, ərizəmdə göstərdiyim əşyalarımı - 22.250 rubl 

dəyərində, götürdülər, məni isə əsir apardılar. Əsirlikdə məni və digər 

müsəlman qadınları ələ salaraq bizim kişilərimizin və valideynlərimizin 

harada olduğunu soruşurdular.

Oxundu. Savadsızdır. 

Fövqəladə Təhqiqat Komissiyasının sədri: 

Ələkbər bəy Xasməmmədov (imza).

Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 150.



Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin