İnklüziv qərar qəbulunda əsas elementlər - insanlar
Əlilliyi olan şəxslərin qərarvermədə iştirakı planlaşdırılmalı və təşkilati yanaşma
olmalıdır
Müxtəlif komandalarda və ya müxtəlif şöbələrdə əlilliyi olan şəxslərin iştirakını (cəlb olunmasını)
müxtəlif tərzdə reallaşdırmağın mənası yoxdur. Bunun təşkilat səviyyəsində planlaşdırılıb
əlaqələndirilməsi lazımdır. Əks halda insanlar çoxlu vaxt və enerji itirmiş olacaqlar.
Əlilliyi olan şəxsləri cəlb etməyin bir sıra yolları olmalıdır
Əlilliyi olan şəxsləri qərar qəbuluna cəlb etmək üçün yalnız bir fəaliyyətin olması insanların
sayını və təcrübələrin diapozonunu məhdudlaşdıracaq. Faktiki fəaliyyətlər təşkilatdan və
müəyyən məsələdən asılı olacaq. Təşkilatlar əlilliyi olan şəxslərin «jüriləri», əlilliyi olan
sakinlərin paneli, hədəf qruplar, geniş miqyaslı konfranslar, təşkil olunmuş görüşlər, əlil və ya
könüllü sektor təşkilatlarının iclaslarında iştirak, anketlər, rəy sorğusu, incəsənət fəaliyyətləri,
əlillik üzrə rəsmi məşvərət qrupları, ictimai şəkildə təyin olunmuş panellər və s. kimi bir çox
metodlardan istifadə ediblər.
Əlilliyi olan şəxsləri cəlb etmək - qutunun üzərində yazıldığı kimidir - əlilliyi olan
şəxsləri cəlb etmək
Baxıcıları, valideynləri, professionalları və digər iştirakçıları cəlb etmək dəyərli olsa da, əgər
bu, məhdud qabiliyyəti olanlar üçün dəstəkli qərarvermənin bir hissəsinə çevrilməzsə, bu
insanlar əlilliyi olan şəxslərin əvəzinə, onların adından danışa bilməzlər.
Əsas axına salınma və iştirak yaddan çıxmamalıdır
Əlilliyi olan şəxsləri əsas qərarlara cəlb etmək üçün bəzi spesifik fəaliyyətlərin olması o
demək deyil ki, təşkilatın aparıcı məsləhətləşmə mexanizmləri əlilliyi olan şəxsləri əhatə
etməməlidir. Təşkilatın yürütdüyü əsas axına cəlb etmə xətti əlilliyi olan şəxsləri də əhatə
etməlidir, ancaq spesifik iştirak fəaliyyətlərindən əldə olunmuş bilik bunu təkmilləşdirə bilər.
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
74
Hər hansı iştirak tam əlçatımlı və inklüziv olmalıdır
İnklüziv qərarvermənin başlanğıcdan planlaşdırılması lazımdır. Bu, inklüziv tədbirlərin təşkil
edilməsində ən yaxşı praktikadır və insanların müəyyən ehtiyacları olduğu yerlərdə az
etirazla qarşılanmalıdır.
Kommunikasiya da tam əlçatımlı və inklüziv olmalıdır
Hissi, psixi, qavrama məhdudiyyətləri, autizmi olan insanların kommunikasiya tələblərini
xatırlamaq mühümdür.
İnklüziv qərar qəbulu büdcə və resurs tələb edir
Əlilliyi olan şəxslərin inklüzivqərar qəbulu prosesinin bir hissəsi olmasını təmin etmək
resurslar istəyəcək. Üstəlik, təşkilatlar əlilliyi olan şəxslərdən vaxt sərf etməyi, təcrübələrini
paylaşmağı xahiş edirlərsə, onlar buna görə başqa ekspertlər kimi mükafatlandırılmalıdır.
Təşkilatlar vətəndaş cəmiyyəti qurumlarından əlilliyi olan şəxslərin cəlb edilməsinə kömək
istəyəndə də ödənişli müqavilə münasibəti olmalıdır.
Geniş dairəni əhatə edən əlilliyi olan maraqlı tərəflərin cəlb olunması
Müxtəlif növ sağlamlıq məhdudiyyətləri olan şəxsləri, eləcə də, yaşı, dərisinin rəngi, etnik
mənsubiyyəti, cinsi, oriyentasiyası, dini, etiqadı, təcrübəsi, coğrafiyası baxımından fərqli
qruplardan olanları uyğun gəldikcə iştiraka cəlb etmək lazımdır. Yadda saxlamaq gərəkdir
ki, əlilliyi olan şəxsin kimliyinin tərifi cürbəcür sağlamlıq məhdudiyyətləri olan çox müxtəlif
insanları əhatə edir, bu məhdudiyyətlər dərhal aşkar olmaya bilər (məsələn, psixi xəstəlik,
qavrama məhdudiyyəti, İİV və ya xərçəng kimi xəstəliklər).
Bu, bəziləri üçün başqalarından daha asandır
Coğrafi əraziyə və ya müəyyən qrup xidmət istifadəçilərinə qulluq edən bəzi təşkilatlar
üçün əlilliyi olan şəxslərin cəlb edilməsi nisbətən birbaşadır. Yerli təşkilatların əlilliyi
olan şəxslərə yetişməsi çox zaman həlledici rol oynayır, ancaq bu, müqavilə yolu ilə
edilməlidir. Bəzi təşkilatlar üçün əlilliyi olan iştirakçıları (maraqlı tərəfləri) müəyyən etmək
daha çətin ola bilər, xüsusilə də onlar xidmət istifadəçilərindən bir addım aralı olanda. Bu
situasiyada milli və ya regional təşkilatlar formal əlillik qrupu və ya panelinin təşviq edilib
yaradılmasında faydalı ola bilər.
İnklüziv qərar qəbulunun əsas elementləri – məqsəd nədir?
Hər bir kəs arzulanan nəticənin nə olduğunu bilmək istəyir –
biz nəyin baş verməsini istəyirik
Hər bir qərarın qəbulu üzərində çalışanların nə əldə etmək istədiyi aydın başa düşülməli və
bu gözləntilər bütün aidiyyəti olanlarla paylaşılmalıdır.
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
75
Hər kəsin proses barədə aydın təsəvvürü olmalıdır
İnklüziv qərarverməyə kömək edənlərin də, prosesdə iştirak edənlərin də gözləntilər, vaxt
çərçivəsi, prosesin mahiyyəti və fikir bildirmə (cavab reaksiyası) barədə aydın təsəvvürü
olmalıdır.
Heç kim bürokratiya istəmir
Prosesin içində itməkdən qorunmaq üçün diqqət aydın şəkildə nəticələrə yönəlməlidir.
Bütün qərar qəbulu prosesi boyu diqqət qorunub saxlanmalıdır.
Əlilliyin bərabərliyi və əlilliyin sosial modeli yaxşı başa düşülməlidir
İnklüziv qərarverməyə kömək edən heyətə əlilliyin bərabərliyi üzrə təlim verilməlidir.
Əlilliyi olan şəxslər və onların təşkilatları başlanğıcdan cəlb olunmalıdır
Əlilliyi olan şəxsləri siyasət və ya yeni xidmət üzrə qərar qəbulu, yaxud da planlaşdırma
prosesinin sadəcə sonunda cəlb etmək həmin siyasət və xidmətin təkmilləşdirilməsində
səmərəli ola bilməz. İştirakın maksimum bəhrə verməsi üçün əlilliyi olan insanları başlanğıcdan
cəlb etmək lazımdır.
Cavab reaksiyası ikitərəfli dialoqda mühümdür
İnklüziv qərarvermənin səmərəli olması üçün bu proses ikitərəfli dialoqu əhatə etməlidir.
Buna görə də müntəzəm və davamlı cavab reaksiyası üçün geniş metodlardan istifadə edən,
bütün materialların əlçatımlı olmasını təmin edən mexanizmlər olmalıdır. Bu, qərarvermədə
strukturlu iştirak (məsələn, əlilliyin bərabərliyi məşvərətçi qrupu kimi) üçün asan olsa
da, müntəzəm və davamlı münasibətin olmadığı mətnlə səsvermə, böyük konfranslar və
ya anketlər kimi fəaliyyətlər üçün çətin ola bilər. Ancaq bu, iştirak fəaliyyətlərinin həyata
keçirilməsi qədər mühümdür.
İştirak təsirli olmalıdır
Əlilliyi olan şəxslər bilməlidirlər ki, onların fikirləri dinlənir, nəzərə alınır və mümkün olduqca
təkliflərə daxil edilir. Həm birbaşa iştirak edən, həm də digər əlilliyi olan şəxslərin onların
iştirakının nə qədər əhəmiyyətli olduğunu və bunun nəticələrini bilmələri mühümdür. Bəzən
müzakirələrdən sonra əlilliyi olan şəxslərin bütün fikirləri nəzərə alınmayacaq. Bu halda onlar
müəyyən sahələr üzrə baxışlarının nəyə görə nəzərə alınmadığını mütləq bilməlidirlər.
Əlilliyi olan şəxslərin iştirakı birdəfəlik tapşırıq deyil
Bəzi təşkilatların ayrıca sahələrə xas olan qısa müddətli iştirak fəaliyyətləri var. Başqaları
isə əlilliyi olan şəxsləri qərar qəbulu prosesinə cəlb etməyin fasiləsiz və davamlı yollarını
seçirlər. Bu da, təcrübədən göründüyü kimi, ən effektli yoldur.
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
76
Bunlar hamısı nəticələr haqqındadır
Qərar qəbulu prosesində iştirak edən əlilliyi olan şəxslər əmin edilməlidirlər ki, fikir bildirdikləri
hansısa fəaliyyət və ya məsələ nəzərə çarpacaq dərəcədə irəli gedib. Beləliklə, hətta siyasət
həyata keçirildikdən sonra belə əlilliyi olan şəxslər onun hansı effekt verdiyi, nəyə nail olduğu
və gələcəkdə hara istiqamətlənəcəyi ilə bağlı məlumatlandırılmalıdırlar.
Uğurlu inklüziv qərar qəbulunun əsas elementləri
İnklüziv qərarvermənin başlıca mahiyyəti daha yaxşı nəticələr əldə etməkdən ibarətdir. Əgər
bu, baş vermirsə, deməli, nə isə yerində deyil.
Yaxşı rəhbərlik yaxşı fəaliyyətə səbəb olur
Təşkilatın başında dayanan rəhbərlik əsl inklüziv qərarverməni reallığa çevirəcək. Təşkilat
daxilində rəhbərlik qərar qəbul edənlərin öz qərarlarına sahib çıxmasını təmin edəcəksə,
uğur şansı çoxalacaq.
Aşkar görünəndən kənar
İnklüziv qərarvermənin təkcə əlilliyin problemləri ilə ənənəvi məşğul olan insan resursları və
ya sosial yardım/dəstək kimi sahələrdə yox, birbaşa siyasət və xidmət sahələrində də baş
tutması lazımdır. Ənənəvi tibbi və sosial xidmətin “rahat” yolundan çıxmamaq əhəmiyyətli
təkmilləşmələrə apara bilməz.
Dəlillərdən başlamaq
Qərarların etibarlı dəlillərə əsaslanmasına ehtiyac var, yəni əlilliyi olan insanlar üçün nə baş
verdiyinin hərtərəfli xəritəsini cızmaq lazımdır. Bəzi təşkilatlar bu dəlil özülünü əvvəlki iş
əsasında qurmalıdır. Xidmət göstərən təşkilatlar üçün bundan əlilliyi olan şəxslərin necə
faydalanması, hansılarının da faydalana bilməməsi haqqında aydın təsəvvürə malik olmaq
həlledicidir. Bütün təşkilatlar üçün aydın icra standartı, boşluqların və qeyri-bərabərlik
modellərinin müəyyənləşdirilməsi mühümdür.
Dəlili harada tapmalı
Dəlil təşkilatdan asılı olaraq fərqli mənbələrdən gələcək: demoqrafik məlumatdan alınan
dəlillər, müvafiq performans məlumatı, insan resursları kimi daxili informasiya mənbələri,
şikayətlər və cavab reaksiyalarından gələn dəlillər. Keyfiyyətlə bağlı məlumat da münasib
araşdırma daxil olmaqla çox mühüm sayılır.
Dəlil boşluqlarının doldurulması
Əgər əlilliyi olan insanların siyasət və ya xidmətdə əhatə olunması ilə bağlı dəlil bazasında
boşluqlar varsa, belə boşluqların təcili doldurulması üçün xüsusi araşdırma aparılmasına,
hədəf qruplara və ya məlumat toplanmasına diqqət verilməlidir.
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
77
Məqsədlərin seçilməsinin əhəmiyyəti
Növbəti addım aydın məqsədlər toplusunu müəyyənləşdirməkdir. Ehtimal ki, bu, qəbul edilə
biləcək ən mühüm qərardır. Misal üçün, məqsədləri birgə qarşıya qoymaqla əlilliyi olan
şəxslər və sosial xidmət işçiləri müəyyənləşdirməlidirlər ki, siyasət və uyğun xidmətlər əlilliyi
olan şəxslərə seçim və öz həyatlarına nəzarət imkanı verilməsinə, onların dəstək xidmətini
necə əldə etməsinə istiqamətlənəcək.
Fəaliyyəti müəyyənləşdirmək üçün məqsəddən istifadə etmək
İlkin olaraq formalaşdırılmış və razılaşdırılmış məqsədlər planlaşdırma üçün strukturu təmin
etməlidir. Hər bir məqsəd üçün adətən komanda\funksiya tərəfindən bölünən fəaliyyətlər
silsiləsi ortaya qoyula bilər. Fəaliyyətləri yerinə yetirməli olanların onları fikirləşib tapmaqda
yaxından iştirak etməsi mühümdür.
Fəaliyyətin effektli olduğuna əminlik
Hər bir fəaliyyət planında məqsədin aydın göstərilməsi, vaxt çərçivəsi, uyğun mərhələlərin,
uğurun və sahibkarlığın ölçüləri kimi aparıcı elementlər olmalıdır. Hədəflərin və bunları
təşkilatın performansı bünövrəsində qurmağın yaxşı nəticələrə gətirib çıxarmaq ehtimalı var.
İnklüziv qərar qəbulu üçün vasitələr
Qərar qəbulu prosesi ərzində hərtərəfli dəstəyi təmin edən vasitələr var:
1. E-iştirak
Elektron vasitələr demokratik təcrübənin və inklüziv qərar qəbulunun təkmilləşdirilməsi
üçün böyük potensial təklif edir. Onlar müəssisələrin şəffaflığı, hesabatlılığı və
məsuliyyətinə, həmçinin siyasət formalaşdırmağın əlçatımlılıq və inklüzivliyini artırmaqla
əlilliyi olan şəxslərin iştirakına töhfə verə bilər.
Bu potensialdan tam yararlanmaq üçün e-vasitələr əlilliyi olan bütün şəxslərə tam əlçatımlı
olmalıdır.
2. İştirak üçün potensialın artırılması
Yerli, regional və milli vətəndaş cəmiyyəti təşkilatları siyasət formalaşdırma, layihə
təkmilləşdirmə və xidmət təminatında fəal iştirak edə bilmək üçün öz potensial və bacarıqlarını
artırmalıdır. Potensialın artırılması resurslar, təlimçi və mentor liderlərlə təminat hesabına
baş tuta bilər.
3. Vətəndaş cəmiyyəti təşkilatları və hökumət qurumları arasında əməkdaşlıq üçün
strukturlar
Vətəndaş cəmiyyəti təşkilatları ilə hökumət qurumları və əlilliyi olan şəxslərin təşkilatları
arasında qarşılıqlı əlaqəni irəlilətmək üçün bir çox ölkədə əlaqələndirici qurumlar yaradılıb.
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
78
Bura aiddir: hər bir nazirlikdə vətəndaş cəmiyyəti üçün əlaqələndirici şəxs və ya yeganə
müsahib sifətilə mərkəzi koordinasiya orqanı kimi hökumət orqanları; çoxtərəfli maraq
komitələri kimi birgə strukturlar; işçi qruplar; ekspert şuraları və digər məşvərətçi qurumlar
(daimi və ya xüsusi, yəni dar ixtisaslaşdırılmış); resursları birləşdirən və birgə vəzifə
formalaşdıran vətəndaş cəmiyyəti ittifaqları/koalisiyaları.
4. Vətəndaş cəmiyyəti təşkilatları və hökumət orqanları arasında əməkdaşlıq üzrə
çərçivə sənədləri
Bir çox Avropa ölkəsində çərçivə sənədləri əməkdaşlıq üzrə rolları, məsuliyyət və üsulları
razılaşdırmaq üçün işlənib hazırlanıb. Bu sənədlər qarşılıqlı əlaqə üçün aydın özül ortaya
qoyur və beləliklə, vətəndaş cəmiyyəti təşkilatları ilə hökumət orqanları arasında davamlı
dialoq və qarşılıqlı anlaşmaya yardım edir. Bunlara parlament və ya hökumətlə ikitərəfli
razılaşmalar, hökumət qurumları tərəfindən qəbul olunmuş əməkdaşlıq üçün strateji sənədlər
və rəsmi proqramlar daxildir.
İnklüziv tədbirləri idarə etmək
Yer
Tədbirlərin keçirilmə yeri çox əhəmiyyətlidir. Bu, insanların özlərini rahat hiss etdikləri yer
olmalıdır. Sinif, ya mühazirə formatı əvəzinə az formal tərzə üstünlük vermək iyerarxiya və
güc bərabərsizliyi hissi yaratmaq yerinə tərəfdaşlıq və dialoq ruhunu qüvvətləndirəcək.
“Təcrübələrinə görə ekspertlər” daxil olmaqla insanları öz təcrübələrini qiymətləndirməyə
ürəkləndirmək onlara inam vermək baxımından əhəmiyyətlidir. İştirakçıların “prezidium” və
“auditoriya” arasında bölünməsi inklüziv qərar qəbuluna kömək etməyəcək. Bunun əvəzinə
iştirakçılar dairə şəklində və ya kiçik masa ətrafında əyləşsələr, daha faydalı olar.
Əlçatımlılıq əhəmiyyətlidir. Buraya mərtəbəyə əıçatımlılıq, əlçatımlı ayaqyolu, uyğun işıqlandırma
və ehtiyac olsa, akustika və səs ilgəkləri daxildir. Sakit otaq narahatlığı, cürbəcür ruhi sağlamlıq
problemləri olan, yaxud da böyük ağrı və yorğunluq hiss edən iştirakçılara kömək ola bilər.
Müzakirə tərzi
Sədr əvəzinə aparıcının idarə etdiyi görüşlər inklüziv qərar qəbuluna kömək göstərə bilər. Aparıcılıq
qruplara birgə işləməyə dəstək vermək və bütün iştirakçıları mənalı yolla cəlb etmək deməkdir.
Aparıcının rolu aşağıdakılardır:
• Müzakirə mövzularını vermək
• İnsanları mövzudan və vaxt çərçivəsindən çıxmağa qoymamaq
• Hər kəsin öz rəyini bildirməsinə şərait yaratmaq
• Qeydlərin yazılmasına, cavab reaksiyalarının, şikayət və təkliflərin qeydə alınmasına
nəzarət etmək.
Tədbir planlaşdırılmasına dair məsləhətlər
Aydın məqsədləri və vaxtı göstərən gündəlik hazırlayın.
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
79
Tədbirin sadəliyini və insanların tam şəkildə iştirakını təmin edin.
Əgər iştirakçılar aparıcı olmadan kiçik qruplarda işləyirlərsə, onların qeyd götürmək və ya
cavab reaksiyası bildirməyə məsul olduqlarını bildiklərinə əminlik hasil edin.
Əvvəlcədən açıq sonluqlu effektiv suallar hazırlayın. Bunlar effektiv tədbir üçün açardır.
“Necə”, “nə”, “hara” və “niyə” ilə başlanan suallar yaxşıdır. Yalnız “bəli” və ya “xeyr” cavabı
tələb edən qapalı suallardan çəkinin.
İnsanların başlanğıcda müzakirənin xarakteri və şərtlərindən xəbərdar olduğuna əminlik
hasil edin (məsələn, bu görüş məxfidirmi?).
İnsanları sonda növbəti mərhələ barədə məlumatlandırın. Əlaqələrin inkluziv olduğuna
əminlik hasil edin.
Sözlər, imiclər və təsvir
Sözlər və imiclər insanların düşüncə tərzini əks etdirdiyi kimi onlara təsir göstərə də bilər.
Mənfi stereotiplər əlilliyin gerçəkliyinin anlaşılmasına maneədir. Son illər əlilliyi olan şəxslər
fərdi və kollektiv hüquqlar tələb edirlər və öz imiclərini dəyişdirməklə qismən vəziyyətlərini
də dəyişdirməyə yönəliblər.
Hər kəs bütün terminlərlə razılaşmayacaq, amma bəzi ümumi direktivlərə münasibətdə
razılaşma var.
Dildən istifadə direktivləri
1. “Əlil” sözü müəyyən qrup insanların vəziyyətini əks etdirmir. Kollektiv termin kimi “əlil”
sözündən yox, “əlilliyi olan şəxslər” ifadəsindən istifadə edin.
2. İnsanlardan fərd kimi az bəhs edən və əlilliyi olan şəxslərdə “pasiyent”, xəstə
stereotiplərini qüvvətləndirməyə meyilli tibbi etiketlərdən çəkinin.
3. Nədənsə “əziyyət çəkir” kimi narahatlıq və təəssüf doğuran, daim ağrı və ümidsizlik
təlqin edən ifadələrdən qaçın.
4. Sağlamlıq məhdudiyyəti ilə bağlı əzab, təhlukə, təcrid və ya passivlik təlqin edən
imiclərdən uzaq durun.
5. Əlil arabası istifadəçiləri özlərini bu arabaya “məhkum olunmuş” hesab etmirlər. Bu
mənada hərəkətliliyə yardım vasitəsi olmaq istiqamətində fikirləşməyə çalışın.
6. Əlilliyi olan insanların çoxu gündəlik yaşayışı təsvir etmək üçün istifadə olunan sözlərlə
özünü rahat hiss edir. Əlil arabasından istifadə edən insanlar “gəzməyə” gedirlər.
Görmə məhdudiyyəti olan insanlar sizi “görməkdən” məmnun ola, ya olmaya bilər.
Məhdudiyyətlər yalnız bəzi şeylərin fərqli şəkildə edildiyi mənasına gəlir.
7. Məhdudiyyətləri mənfi hallarla əlaqələndirən ümumi ifadələdən çəkinmək lazımdır
(məsələn, “bizim fikirlərə kar”, “kor olacaq dərəcədə içmiş”, “dəli” və sair).
8. Onların imiclərini passiv, bəd söz və ifadələrlə yaratmaqdan çəkinin. Elə sözlər işlədin
ki, əlilliyi olan şəxslər öz həyatlarını nəzarətdə saxlayan bir şəxs kimi hörmət ifadə etsin.
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
80
İstifadə etməli və istifadəsindən çəkinməli olduğumuz sözlər
İmiclər
Əlilliyi olan şəxsləri müxtəlif rollarda göstərin. Mümkün olduqca onları tək göstərmək əvəzinə
başqaları ilə qarşılıqlı əlaqədə təsvir edin. Onlara qayğı göstərilməsi əvəzinə başqalarına
töhfə verdiklərini qabardın.
Təsvir
Vaxtın çoxunu kiminsə məhdudiyyəti xüsusiyyətlərinə ayırmaq lazım deyil. Əgər istinad
edirsinizsə, onu böyük təfsilatla verməyin ki, insanın çəkdiyi əziyyətin onun qüsurunun
nəticəsi olduğu mənasına gəlməsin
.
Əlilliyi olan şəxsləri ağlayarkən göstərmək və ya onlara qarşı şəfqət hissi oyatmağa çalışmaq
onların cəmiyyətə qaynayıb-qarışmasına heç bir kömək etməyəcək.
Ümumilikdə jurnalistlər yalnız insanların qüsurlarına əsaslanan məzmun və ya proqramlar
yaratmamalıdırlar. Onlar faydaları vurğulamaqla, maneələri aradan qaldırmağın və əlilliyi olan
şəxslərin ehtiyaclarını ödəməyin bütün cəmiyyətin maraqlarına necə xidmət etdiyini göstərməklə
əlilliyi olan şəxsləri həm ailədə, həm də ictimai-siyasi həyatda fəal iştirakçı kimi təqdim etməlidirlər.
Çəkin
qüsurlu, əlil, şikəst, çolaq, invalid
... əziyyət çəkir, ...qurbanıdır
əlil arabasına məhkum olunmuş, əlil ara-
basına bağlanmış
əqli məhdudiyyətli, əqli çatışmazlıq,
əqli cəhətdən geri qalmış, anormal, ruhi
xəstə, ağılsız, dəli
iflic
normal, sağlam
kar və lal; lal-kar
kor
epilepsiya, diabet, depressiv və s.
liliput; balacaboy
tutmalar
İstifadə et
əlilliyi olan insanlar/şəxslər
var [vəziyyətin və ya məhdudiyyətin adı]
əlil arabası istifadəçisi
əqli inkişafda özünəməxsusluğu olan in-
san/şəxs, ruhi və emosional inkişafda
özünəməxsusluğu olan insan/şəxs
serebral iflici olan insan/şəxs
əlilliyi olmayan insan/şəxs
işarə dilinin (Britaniya) istifadəçisi, eşitmə
qabiliyyəti zəif və ya itirmiş olan insan/şəxs,
eşitmə əlilliyi olan insan/şəxs
görmə qabiliyyəti zəif və ya itirmiş
olan insan/şəxs, görmə əlilliyi
olan insan/şəxs
epilepsiyası, diabeti, depressiyası olan
insan/ şəxs
boy ölçüsündə özünəməxsusluğu olan
insan/şəxs
qıcolma, ürəkkeçmə
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
81
Əlilliyi olan şəxslərlə ünsiyyətə dair bəzi məsləhətlər
•
Normal səs tonundan istifadə edin. Təkəbbürlə və ya başqasını susdurmağa çalışacaq
şəkildə danışmayın.
•
Əlilliyi olan şəxsləri onların məhdudiyyətinə görə müəyyənləşdirməyin. Bu, tibbi etiket
vurmaq kimi incikliyə səbəb olur.
•
Çox da mükəmməl, yaxud siyasi cəhətdən həddən artıq qüsursuz olmayın – sözlərdən
səhv və düz istifadəyə aludəlik, təsvirlərə həddən artıq həssaslıq sizin nə isə etməyinizə
mane olacaq
•
İstifadə etdiyiniz dilin mənfi stereotipləri qüvvətləndirmədiyinə əmin olmağa çalışın.
•
Şəxs haqqında heç nə deməyən və əlilliyi olan şəxsin xəstə, yaxud asılı olduğu
təəssüratını qüvvətləndirən etiketlərdən çəkinin.
•
Qeyri-insaniləşdirən istinadlardan qaçın. Bunun əvəzinə “...-li (-lı, -lu, -lü) şəxs, insan”
deyin. Heç vaxt “... qurbanı”, “... əziyyət çəkir” deməyin. “Əlillər” kimi ümumi isimlər
işlətməkdən çəkinin. Bir istisna hal budur ki, ilk dilləri Britaniya işarə dili olan bir çox
eşitmə qabiliyyətini itirmiş insanlar özlərini “karlar icması” hesab edirlər. Onlar karlıq
xüsusiyyətlərini vurğulamaq üçün özlərini böyük “K” hərfi ilə “Kar” kimi təsvir edə
bilərlər.
•
“Görüşənədək” və s. kimi gündəlik ifadələrdən istifadə etmək məqbuldur.
•
Heç vaxt danışdığınız şəxs üçün cümlə qurmağa və ya onun cümləsini tamamlamağa
cəhd göstərməyin.
•
Əlilliyi olan şəxslərə başqaları ilə danışdığınız kimi müraciət edin.
•
Əlilliyi olan şəxslə - əgər o, tərcüməçi və ya yoldaşla müşayiət olunsa belə - birbaşa
əlaqə qurun.
•
Əlilliyi olan şəxsin başqaları ilə bərabər rola sahib olduğuna əminlik hasil edin.
Dostları ilə paylaş: |