BİZİM ÜÇÜn biZSİz heç NƏ


İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu



Yüklə 8,75 Kb.
Pdf görüntüsü
səhifə6/15
tarix28.04.2017
ölçüsü8,75 Kb.
#16178
1   2   3   4   5   6   7   8   9   ...   15

İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
48
Əlilliyi olan uşaqlar
BMT Konvensiyasının 7-ci maddəsində deyilir:
•  Əlilliyi olan uşaqların insan hüquqlarından əlilliyi olmayan uşaqlarla eyni əsasda 
istifadəsini təmin etmək üçün hökumətlər lazım olan hər şeyi etməlidir.
•  Əlilliyi olan uşaqlar barədə qərarlar onların maraqlarına tam uyğun olmalıdır.
•  Hökumətlər bunları təmin etməlidir:
     əlilliyi olan uşaqları öz fikirlərini ifadə etmək üçün dəstəkləməyi; 
     əlilliyi olan uşaqların fikirlərinin dinlənməsi və ciddi qəbul edilməsini.
Özlüyündə aydındır ki, əlilliyi olan uşaqlar da tam insan hüquqlarına malikdir və onların öz 
haqlarından istifadə etməsi, təhsildə, icmada tam potensiala nail olması üçün hökumətlər 
fəal addımlar atmalıdır.
Konvensiya  bunu  da  vurğulayır  ki,  hökumət  uşağın  fikrini  ifadə  etməsi  hüququnda  onun 
yaşını nəzərə almalıdır.
Uşaqlar üçün başqa mühüm beynəlxalq konvensiya – Əlilliyi olan Uşaqların Hüquqlarına dair 
BMT Konvensiyasıdır.
YUNİSEF “Dünya uşaqlarının vəziyyəti 2013: əlilliyi olan uşaqlar” adlı beynəlxalq araşdırma 
layihəsi  həyata  keçirdi.  Hesabat  əlilliyi  olan  uşaqları  cəmiyyətdə  fəal  rol  oynamağa  qabil 
etmək üçün inklüziv yanaşmaların nə qədər vacib olduğunu əks etdirir. Bunlar YUNİSEF-in 
filmində təsvir olunub 
https://www.youtube.com/watch?v=4I9Sq8qHXE0
 
Aşkar olunanların qısa icmalı daha yığcam YUNİSEF filmində əks olunub 
https://www.youtube.com/watch?v=oDepkMqy5PQ 
Əlilliyi olan şəxslərin digər qrupları haqqında necə?
Konvensiya xüsusən əlilliyi olan qadın və uşaqları müdafiə edir. Bununla belə, sənəddə qeyd 
edilir ki, hökumət əlilliyi olan şəxslər arasında müxtəlifliyi tanımalıdır ki, insanlar öz kimliyinin 
yalnız bir parçası ilə müəyyən olunmasın.
ƏOŞHDBMTK və Britaniya İnsan Hüquqları Aktı
 
İnsan  Hüquqları  Aktı  BK-da  1998-ci  ildə  qəbul  edilmiş  qanundur  ki,  dövlət  qurumlarının 
Britaniya və Şimali İrlandiyada hər kəsin insan hüquqlarına hörmət etməli olduğunu bildirir. 
Orada əks olunan hüquqlar İnsan Hüquqları üzrə Avropa Konvensiyası adlanan razılaşmaya 
əsaslanır. 
Razılaşmaya  ƏOŞHDBMTK-da  olduğu  kimi  eyni  hüquqlar  daxildir  -  məsələn,  yaşamaq  və 
ədalətli  mühakimə  hüququ.  Ancaq  ƏOŞHDBMTK  daha  geniş  əhatəli  qanunları,  xüsusən 
yaşayış  yeri  ilə  təmin  olunma  hüququ  və  işləmək  hüququ  kimi  sosial,  mədəni  və  iqtisadi 
məsələləri də əhatə edir.

© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
49
BMT  Konvensiyası  əlilliyi  olan  şəxslərin  insan  hüquqlarını  müdafiə  və  təşviq  etmək  üçün 
hökumətin görməli olduğu tədbirləri daha ətraflı göstərir. Məsələn, İnsan Hüquqları Aktının 
8-ci maddəsi insanların öz həyatları barədə qərar vermək və icmada iştirak etmək haqları 
daxil olmaqla özəl və ailə həyatına dair hüququnu müdafiə edir. BMT Konvensiyasının 19-
cu  maddəsi  əlilliyi  olan  şəxslərin  bu  hüquqdan  istifadəsini  təmin  etmək  üçün  hökumətin 
atmalı olduğu addımların bəzilərini göstərir (məsələn, əlilliyi olan şəxslərin harada və kiminlə 
yaşamağa qərar vermək üçün bərabər seçimini və icmada müstəqil yaşamaları üçün onlara 
lazım olan dəstəyi təmin etmək)
Dövlət insan hüquqlarını necə dəstəkləmək barədə düşünərkən Konvensiyanı da nəzərdən 
keçirməlidir. 
ƏOŞHDBMTK  üzrə  məsələni  BK  məhkəmələrinə  birbaşa  gətirə  bilmədiyiniz  halda,  İnsan 
Hüquqları Aktı ilə münasibətdə BMT Konvensiyası şərhedici vasitə kimi istifadə oluna bilər. 
İnsan  Hüquqları  Aktını  şərh  edərkən  məhkəmələr  həmçinin  beynəlxalq  hüququ  və  İnsan 
Haqları üzrə Avropa Məhkəməsinin qərarlarını nəzərə almalıdır. 2009-cu ildə İnsan Haqları 
üzrə  Avropa  Məhkəməsi  əlilliyi  olan  şəxslərlə  ədalətsiz  rəftar  olunub-olunmaması  barədə 
qərarında Konvensiyaya istinad etdi. Bu məhkəmə işinin tam adı Qlor İsveçrəyə qarşı (Ərizə 
№ 13444/04, məhkəmə qərarı 30 aprel 2009).
ƏOŞHDBMTK və əlilliyin diskriminasiyası haqqında Britaniya 
qanunu 
BK-da əlilliyin diskriminasiyasını qadağan edən və əlilliyi olan şəxslərin bərabərliyini təşviq 
edən  qanunda  deyilir  ki,  əlilliyi  olan  şəxslər  diskriminasiya  və  sıxışdırmadan  azad  olmalı, 
Britaniyadakı  işəgötürənlər,  təhsil  qurumları  və  xidmət  təminatçıları  əlilliyi  olan  şəxslərin 
onların xidmətlərindən istifadə imkanı və tam iştirakını təmin etmək üçün münasib düzəlişlər 
(uyğunlaşdırmalar) etməlidir. Əvvəllər Əlilliyin Diskriminasiyasına dair iki Akt olduğu halda bu 
müddəalar Bərabərlik Aktında hərtərəfli əhatə olunub.
ƏOŞHDBMTK-dan əlilliyin diskriminasiyası qanunundakı bəzi anlayışları (məsələn, tam iştirak 
yolunda maneələrin aradan qaldırılması kimi məqsədin gücləndirilməsi işlərində «münasib 
düzəlişlər»in nə olduğunu) şərh etmək üçün istifadə oluna bilər. 
Bərabərlik haqqında qanunvericilik hər bir işdə əlilliyin bərabərliyi daxil olmaqla bərabərliyi 
təşviq etmək vəzifəsini dövlət qurumları qarşısında qoyur.  
Əgər dövlət qurumu bərabərliklə bağlı öz vəzifələrini yerinə yetirmirsə, o zaman Bərabərlik 
və  İnsan  Hüquqları  Komissiyası  onun  bunu  etməsi  üçün  hüquqi  tədbirlər  görə,  yaxud  da 
əlilliyi  olan  şəxslər  məhkəməyə  onlardan  şikayət  verə  bilər  («məhkəmə  baxışı»  adlanan 
anlayış vasitəsilə). Dövlət orqanı Konvensiyadakı standartlardan istifadə edirsə, bərabərlik 
vəzifələrinin yerinə yetirilməsində ona kömək göstəriləcək. 
Britaniya Bərabərlik Aktı
2010-cu il Bərabərlik Aktı  insanları iş yerində və geniş cəmiyyətdə diskriminasiyadan hüquqi 
baxımdan müdafiə edir. 

İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
50
Bu  sənəd  Əlilliyin  Diskriminasiyası  Aktları,  İrqi  Münasibətlər  Aktı  və  Cinsi  Diskriminasiya 
Aktı kimi əvvəlki anti-diskriminasiya qanunlarını vahid bir aktla əvəz edərək, qanunun başa 
düşülməsini  daha  da  asanlaşdırdı  və  bəzi  situasiyalarda  müdafiəni  gücləndirdi.  Bərabərlik 
Aktı  bir kəslə qanunsuz rəftarın müxtəlif yollarını göstərir.
İnsan diskriminasiyadan nə zaman müdafiə olunur?
2010-cu  il  Bərabərlik  Aktı  «müdafiə  olunan  xüsusiyyətləri»  olan  insanları  aşağıdakılar 
tərəfindən diskriminasiyadan müdafiə edir:

işəgötürənlər

banklar, mağazalar və kommunal müəssisələr kimi əmtəə və ya xidmətlər təmin 
edən biznes və təşkilatlar

xəstəxana və qayğı evləri kimi səhiyyə və qayğı xidməti təminatçıları

yaşayış binaları assosiasiyaları və daşınmaz əmlak agentləri kimi mülkiyyəti kirayə 
götürdüyünüz və ya aldığınız kəslər

məktəblər, kolleclər və digər təhsil təminatçıları

avtobus, qatar və taksi kimi nəqliyyat xidmətləri

hökumət şöbələri və yerli qurumlar kimi dövlət qurumları
Müdafiə olunan xüsusiyyətlər hansılardır?
Bərabərlik  Aktında  9  müdafiə  olunan  xüsusiyyət  var.  Bu  xüsusiyyətlərin  biri  və  ya  bir  neçəsi 
səbəbindən baş verən diskriminasiya Akta əsasən qanunsuzdur. Bu xüsusiyyətlərin bəziləri bizim 
hamımızda var (məsələn, cins, yaş). Beləliklə, Akt ədalətsiz diskriminasiyadan hər kəsi müdafiə edir. 
Əgər  bir  kəslə  müdafiə  olunan  xüsusiyyətlərə  malik  olduğu  düşünüldüyü  üçün  ədalətsiz 
rəftar edilirsə, bu da qanunsuz diskriminasiya hesab olunur. Məsələn, əgər kimsə bir şəxsin 
İİV  xəstəsi  olduğunu  düşünür  və  onu  diskriminasiya  edirsə,  həmin  şəxs  İİV  xəstəsi  olub-
olmamasından asılı olmayaraq qorunacaq.
2010-cu il Bərabərlik Aktı üzrə müdafiə olunan xüsusiyyətlər aşağıdakılardır:

yaş

əlillik

genderin yenidən müəyyən olunması

nigah və ya vətəndaş partnyorluğu (yalnız işdə)

hamiləlik və analıq

irq

din və ya etiqad

cins

cinsi oriyentasiya
Əlaqəyə (assosiasiyaya) görə diskriminasiya
Əgər sizin ailə üzvlərinizin və ya dostlarınızın müdafiə olunan xüsusiyyətləri varsa və 
buna görə sizinlə ədalətsiz rəftar olunursa, Akt sizi müdafiə edəcək. Bu, əlaqəyə görə 
diskriminasiya adlanır (məsələn, kimsə oğlunun mavi olduğuna görə diskriminasiya edilir). 

© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
51
Dövlət sektorunun bərabərlik vəzifəsi
Dövlət sektorunun bərabərlik vəzifəsi Böyük Britaniyada 5 aprel 2011-ci ildə qüvvəyə mindi. 
Bu, o deməkdir ki, dövlət qurumu öz gündəlik işini həyata keçirərkən - siyasət formalaşdırarkən, 
xidmət göstərərkən və ya öz işçilərinə münasibətdə bütün fərdləri nəzərə almalıdır.
 
Sənəd həmçinin dövlət qurumlarından aşağıdakıları tələb edir:
 

diskriminasiyanı aradan qaldırmaq ehtiyacına lazımi diqqət vermək 

imkan bərabərliyi siyasətini yürütmək 

öz fəaliyyətini həyata keçirərkən insanlar arasında yaxşı münasibətlərə rəvac 
vermək 
Xüsusi vəzifələr
2010-cu il Bərabərlik Aktı (Xüsusi vəzifələr) Qaydaları 10 sentyabr 2011-ci ildə qüvvəyə minib.
Xüsusi  vəzifələr  (borclar)  dövlət  qurumlarından  xüsusi  vəzifəyə  əməl  etdiklərini  göstərən 
müvafiq,  proporsional  məlumatı  nəşr  etməyi  və  bərabərlik  məqsədlərini  qarşıya  qoymağı 
tələb edir.
Bərabərlik  borcu  dövlət  qurumları  və  ictimai  funksiyalar  həyata  keçirən  digər  qurumlar 
üzərinə  qoyulan  vəzifədir.  Bu,  o  deməkdir  ki,  dövlət  qurumu  öz  gündəlik  işini  həyata 
keçirərkən - siyasəti formalaşdırarkən, xidmət göstərərkən və ya öz işçilərinə münasibətdə 
bütün fərdləri nəzərə almalıdır.
Bərabərlik  borcu  yaxşı  qərar  qəbulunu  dəstəkləyir,  dövlət  (ictimai)  qurumlarını  müxtəlif 
insanlara onun fəaliyyətinin necə təsir etdiyini başa düşməyə səsləyir, belə ki, xidmətlər hamı 
üçün münasib və əlçatımlı olmalı, müxtəlif insanların ehtiyacını ödəməlidir. Öz fəaliyyətinin 
müxtəlif insanlara təsirini və inklüziv ictimai xidmətlərin insanları necə dəstəklədiyini, onlara 
hansı imkanlar açdığını başa düşməklə dövlət qurumları səmərəli siyasətin və xidmətlərin 
çatdırılmasında  yaxşı  bir  mövqedə  dayanmış  olur.  Buna  görə  də  bərabərlik  borcu  dövlət 
qurumlarına hökumətin ictimai xidmətlər üzrə ümumi məqsədlərinin yerinə yetirilməsində 
kömək olur.
Bərabərlik borcunun 3 məqsədi var. O, dövlət qurumlarından aşağıdakı ehtiyaclara 
lazımi 
diqqət yetirməyi tələb edir:
•  Aktın qadağan etdiyi yolverilməz diskriminasiyanı, sıxışdırma, qurbana çevirmə və 
hər hansı digər belə rəftarı 
aradan qaldırmaq;
•  Müdafiə olunan və olunmayan xüsusiyyətlərə malik insanlar arasında imkan 
bərabərliyi xəttini yürütmək; 
•  Müdafiə olunan və olunmayan xüsusiyyətlərə malik inanlar arasında yaxşı 
münasibətlər yaratmaq.
Lazımi diqqət yetirilməsi Bərabərlik Borcunun üç məqsədi haqqında şüurlu şəkildə qərar 
qəbulu  prosesinin  tərkib  hissəsi  kimi  düşünmək  deməkdir.  Bu,  o  deməkdir  ki,  bərabərlik 
məsələlərinin  nəzərdən  keçirilməsi  dövlət  qurumlarının  gəldiyi  qərarlara  təsir  etməlidir 

İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
52
(məsələn,  onlar  işəğötürənlər  kimi  necə  hərəkət  edirlər;  siyasəti  necə  işləyib  hazırlayır, 
qiymətləndirir və nəzərdən keçirirlər; xidmətləri necə dizayn edir, göstərir və qiymətləndirirlər; 
başqalarına necə sifariş verir və  nəyi necə təchiz edirlər). 
İmkan bərabərliyinin yürüdülməsi ehtiyacına lazımi diqqət vermək aşağıdakılara ehtiyacı 
gözdən keçirməyi nəzərdə tutur:
•  insanların müdafiə olunan xüsusiyyətlərə görə əzab çəkmə narahatlığını aradan 
qaldırmaq və ya azaltmaq; 
•  müdafiə olunan xüsusiyyətlərə malik insanların ehtiyaclarını ödəmək; 
•  müdafiə olunan xüsusiyyətlərə malik insanları ictimai həyatda və ya az iştirak etdikləri 
fəaliyyətlərdə iştiraka cəsarətləndirmək.
Yaxşı  münasibətlərin  yaradılması  xürafatın  aradan  qaldırılması  və  müdafiə  olunan 
xüsusiyyətlərə malik insanlarla başqaları arasında anlaşmanı əhatə edir.
Bərabərlik borcuna əməl etmək bəzi insanlarla başqalarından daha yaxşı davranmağı nəzərdə 
tuta bilər, əgər buna diskriminasiya qanununda icazə verilirsə. Məsələn, bu, müdafiə olunan 
xüsusiyyətlərə  malik  insanlara  müvafiq  tərzdə  xidmət  göstərmək  üçün  müstəsna  və  ya 
müsbət tədbir müddəalarından istifadəni əhatə edə bilər (məsələn, məlumat və xidmətlərdən 
istifadə imkanı əldə etməyə kömək üçün yaşlı insanlara komputer təlimi vermək).
Hökumət qurumu Bərabərlik Borcunun üç məqsədi haqqında şüurlu şəkildə qərar qəbulu 
prosesinin tərkib hissəsi kimi düşünməlidir. Bərabərlik borcu nəzərdən keçirilməli olan bir 
çox faktorlardan biridir. Digər faktorlarla müqayisədə bərabərlik borcuna verilən yer həmin 
funksiyanın diskriminasiyaya, bərabərliyə, yaxşı münasibətlərə nə qədər təsir etməsindən 
və həllinə yönələcək hər hansı narahatlığın dərəcəsindən asılı olacaq.
Örnək  əsaslı  (presedent)  hüquqdan  qaynaqlanan  aşağıdakı  prinsiplər  bərabərlik  borcunun 
yerinə yetirilməsi üçün nəyin əsas olduğunu izah edir. Dövlət qurumları bunları təmin etməlidir:
•  Bilik – dövlət qurumu funksiyalarını həyata keçirənlər bərabərlik borcunun 
tələblərindən xəbərdar olmalıdır. Bərabərlik borcunu yerinə yetirmə şüurlu yanaşma və 
fikri əhatə edir.
•  Vaxtında baş vermə – bərabərlik borcu müəyyən siyasətin nəzərdən keçirilməsi 
zamanı, qərar verilməzdən əvvəl, ya da proses gedərkən, yəni siyasətin variantları 
işlənib hazırlanarkən və yekun qərar verilərkən tərtib olunmalıdır. Dövlət qurumu 
bərabərlik borcunu qərar verildikdən sonra təsdiq etməklə yerinə yetirə bilməz.
•  Real nəzərdən keçirmə – bərabərlik borcunun üç məqsədini nəzərdən keçirmək qərar 
qəbulu prosesinin ayrılmaz hissəsi olmalıdır. Bərabərlik borcu yerinə yetirildi deyə 
siyahıya quş qoyulması kifayət deyil; bu iş elə görülməlidir ki, yekun qərara təsir etsin.
•  Kifayət qədər məlumat – qərarverən nədən məlumatlı olduğunu və bərabərlik 
borcunun lazımı şəkildə yerinə yetirilməsi üçün əlavə hansı məlumatların lazım gəldiyini  
nəzərdən keçirməlidir.

© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
53
•  Məsuliyyət ötürülmür – dövlət orqanları onların adından funksiyaları yerinə yetirən hər 
hansı üçüncü tərəfin bərabərlik borcunu onların praktikada əməl etdiyi şəkildə yerinə 
yetirməsini təmin etməyə məsuldur. Bu, ötürülə bilməyən vəzifədir, borcdur.
•  Nəzərdən keçirmə – dövlət orqanları bu məqsədləri siyasət nəzərdən keçiriləndə, 
işlənib hazırlananda, qərar veriləndə və hətta həyata keçiriləndə də nəzərə almalıdır. 
Bərabərlik borcu davamlı vəzifədir.
Bu elementlərin çoxuna inklüziv qərar qəbulu ilə səmərəli şəkildə nail olmaq və ya onları 
gücləndirmək olar.
Bərabərlik borcuna uyğunluq nümayiş etdirmək
Nəzərdən keçirmə prosesində bərabərlik borcuna istinad etmək barədə açıq tələb yoxdur, 
ancaq belə etmək yaxşı praktikadır. Qərarların necə qəbul edildiyinin qeydiyyatını saxlamaq 
bərabərlik borcunu nəzərə aldıqlarını nümayiş etdirməkdə dövlət qurumlarına kömək olacaq.
Medianın tənzimlənməsi
Çox ölkələrdə medianı, onun fəaliyyətini və məzmununu tənzimləyən qanunlar var. Buraya 
televiziya və radio yayımı, onlayn media, çap mətbuatı və vebsaytlar daxildir. Bəzi ölkələrdə 
qanun pozuntusu və təmsilçiliyə dair güclü milli qanunlar var. Digərlərində etik qaydalar və 
ya özünütənzimləmə sistemləri var.
Örnəklərin öyrənilməsi – uşaq hüquqlarının təşviqində 
BMT Konvensiyası və ya milli qanunvericilikdən istifadə 
edilməsi 
İmkansız insanları evl
ə təmin edən yaşayış evi tikintisi idarəsi əlilliyi olan uşağı olan ailənin 
daha böyük ev
ə ehtiyacını qiymətləndirir. Əlilliyi olan uşaq ayrıca yataq otağının olmasını 
ist
əyir, bacı-qardaşları ilə bir otağı paylaşmaq istəmir. 
Əgər uşağın altı yaşı varsa, onun istəyi 13 yaşlı uşağın istəyindən daha az nəzərə alınacaq 
– baxmayaraq ki, idar
ə həmişə uşağın marağına ciddi yanaşmalıdır. Buna görə də, əgər altı 
yaşlı uşağın ayrıca yataq otağı ist
əməsinin əlilliklə bağlı səbəbləri varsa, məsələn, əgər o 
özü, ya bacı-qardaşı autizm t
əsirli davranırsa, yaxud da tibbi avadanlıqdan, məsələn, dializ 
v
ə tənəffüs aparatından istifadə edirsə, onda idarə bu səbəbləri nəzərə almalıdır.

İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
54
Təlimçi bölməsi
Bu bölmə siyasət formalaşdıranlar, media nümayəndələri və vətəndaş cəmiyyəti təşkilatları 
qruplarına  təlim  vermək  üçün  müvafiq  materiallar  hazırlamaqda  təlimçiləri  dəstəkləmək 
üçündür.
Təlim gününün xülasəsi – “Beynəlxalq və milli qanunlara 
və siyasətə giriş”
Gündəlik
Əlilliyi olan şəxslərə təsir edən beynəlxalq qanun və siyasətin təqdimatı
Əlilliyi olan şəxslərə təsir edən milli qanun və siyasətin təqdimatı
Təsir edən qanun 
Parlament prosesi [Britaniya versiyası]
Təsir edən rəy, münasibət və davranış
Kursun məzmunu
Əlilliyi olan şəxslərə təsir edən beynəlxalq qanun və siyasətin təqdimatı
Ümumi məlumat bölməsinə baxın.
Əlilliyi olan şəxslərə təsir edən milli qanun və siyasətin təqdimatı
Ümumi məlumat bölməsinə baxın.
Təsir edən qanun 
Parlament prosesi [Britaniya versiyası]
Qanunun çox mənbələri var:
•  Qanunvericilik – əsas (məs. parlament aktları) və əlavə (məs. qanun vasitələri). Əsas 
qanunvericilik parlament tərəfindən verilir, baxmayaraq ki, onların, demək olar, hamısı 
hökumətdən qaynaqlanır. Əlavə qanunvericilik hökumət tərəfindən, ancaq parlamentin 
təsdiqi ilə verilir (BK-da immiqrasiya haqqında qanun, immiqrasiya qaydaları hökumət 
tərəfindən verilmiş qanunun xüsusi formasıdır, əlavə qanunvericiliyə oxşardır).
•  Siyasət – daha çox qanun (xüsusilə, hökumət səlahiyyətlərinin icra ediləcəyi proses və 
kriteriyanın, yaxud da hökumətin səlahiyyət verdiyi kəslər barədə təfsilat siyasi təlimat 
və direktivlərdə verilir).
•  Ümumi hüquq və presedent hüququ – ümumi hüquq illər ərzində məhkəmələrin şərh etdiyi 
tərzdə BK qanunundakı yazılmamış leqal prinsiplər kimi başa düşülür. Presedent hüquq ümumi 
hüququn və ya hüququn digər mənbələrinin (məs., qanunvericilik) şərhindən ibarət ola bilər.

© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
55
•  Avropa hüququ – BK tərəfindən 1972-ci il Avropa İcmalar Aktı ilə qəbul olunmuş 
Avropa İttifaqı qanunu 
•  Beynəlxalq hüquq – saziş öhdəlikləri, məs., 1950-ci il İnsan Hüquqlarına dair Avropa 
Konvensiyası, 1951-ci il Qaçqınların Statusu ilə bağlı BMT Konvensiyası, 1989-cu il Uşaq 
Hüquqlarına dair BMT Konvensiyası və Əlilliyi olan Şəxslərin Hüquqlarına dair BMT  
Konvensiyası kimi. Ancaq BK qanununda saziş öhdəlikləri hökumətin qanunu dərhal 
imzalaması ilə yaranmır (məs., İnsan Hüquqlarına dair Avropa Konvensiyası Avropa 
Hüququ daxilində deyil).
Parlament prosesi – qanun layihəsindən akta qədər
Parlamentdən keçmək üçün qanun layihəsi hər iki palatadan keçməli və hər iki palatanın 
razılığını almalıdır (bir istisna ilə – aşağı baxın). Aşağıda təsvir olunan proses icmalar palatası 
ilə başlanır. Ancaq qanun layihəsi hər iki palatadan keçmək şərtilə palataların hər hansı biri 
tərəfindən irəli sürülə bilər.
 Qanun layih
əsi icmalar palatasına təqdim edilir (birinci oxunuş)
 Qanun layihəsi icmalar palatasının zalında müzakirə edilir (ikinci oxunuş)
 Qanun layihəsi komitə tərəfindən diqqətlə nəzərdən keçirilir (parlament üzvlərinin 
dövlət qanun layihəsi komitəsi qanun layihəsini ətraflı nəzərdən keçirir, bu zaman 
dəyişikliklər müzakirə edilə bilər, dəlil götürülə bilər)
 Komitənin ətraflı nəzərdən keçirməsinin nəticəsi icmalar palatasına məruzə edilir 
(hesabat)
 Qanun layihəsi icmalar palatasının zalında müzakirə edilir (üçüncü oxunuş)
 Qanun layihəsi lordlar palatasına təqdim edilir (birinci oxunuş)
 Qanun layihəsi lordlar palatasının zalında müzakirə edilir (ikinci oxunuş)
 Qanun layihəsi lordlar palatası (və ya lordlar palatasının Qrand Komitəsi) tərəfindən 
diqqətlə nəzərdən keçirilir (düzəlişlər müzakirə edilə bilər)
 Diqqətlə nəzərdən keçirmənin nəticələri lordlar palatasına məruzə edilir (məruzə)
 Qanun layihəsi lordlar palatasının zalında müzakirə edilir (üçüncü oxunuş)
 Qanun layihəsi palatadan çıxandan sonra hər hansı dəyişiklik baş veribsə, müzakirə 
üçün icmalar palatasının zalına qayıdır; qanun layihəsinə əlavə və dəyişikliklər 
edilərsə, bu, hər iki palatanın zalında tam təsdiq olunana qədər dəyişikliyin müzakirəsi 
hər iki palatadan keçəcək (bir-birinə ötürüləcək)
 Əgər iki palata razılığa gələ bilməsə, ya qanun layihəsi uğursuz olur və geri qaytarılır, 
ya da layihəni hər iki palata bir-birinə ötürərək təsdiq etdikdən sonra icmalar üstünlük 
qazanır
 Qanun layihəsinə monarx razılıq verir (layihə akta çevrilir)
Bu proses bir neçə ay sürə bilər. Komitənin diqqətlə nəzərdən keçirməsi isə bir neçə həftə 
çəkə bilər.

İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
56
Yüklə 8,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin