BİZİM ÜÇÜn biZSİz heç NƏ


İnklüziv qərar qəbulunun faydaları



Yüklə 8,75 Kb.
Pdf görüntüsü
səhifə3/15
tarix28.04.2017
ölçüsü8,75 Kb.
#16178
1   2   3   4   5   6   7   8   9   ...   15

İnklüziv qərar qəbulunun faydaları
İnklüziv  qərar  qəbulunun  nəinki  əlilliyi  olan  şəxslərin  özlərinə,  eləcə  də  siyasət,  xidmət, 
proqram və layihələrin effektivliyinə fayda gətirməsi barədə dəlillər artmaqdadır. 
Ona görə ki:
 xərclərə qənaət olunur
•  əlilliyi olan şəxslərin xidmətlərdən istifadə etmə ehtimalı daha çox olur
•  daha faydalı məlumat əldə edilir
•  işçi heyəti daha ixtisaslı olur
•  əlilliyi olan şəxslər daha bacarıqlı və inamlı olurlar
•  siyasət və xidmətlərə sahiblik hissi daha da çoxalır, xüsusilə də əlilliyi olan şəxslər arasında
•  “təcrübəli ekspertlər”in fəal iştirakına görə siyasət və xidmətlər daha effektli alınır. 

© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
21
Əlilliyi olan şəxslərin dövlət siyasətinin bütün aspektləri (təhsil, məşğulluq, səhiyyə, sosial 
xidmət, nəqliyyat və digər sahələr) üzrə qərar qəbulunda iştirakı istər fərdlər üçün, istərsə 
də daha geniş anlamda (məs., daha çox əlilliyi olan şəxsin iş tapması və ya işini saxlaması 
ilə  bağlı)  səmərəli  nəticələrə  gətirib  çıxarır.  Faydalanan  yalnız  əlilliyi  olan  şəxslər  deyil, 
iqtisadiyyat və bütövlükdə cəmiyyətdir.
İnklüziv qərar qəbulu maneələri aradan qaldırmağa necə kömək edə bilər
1. 
Təşkilati/strateji
Əlilliyi olan şəxslərin təşkilatlarına yerli və ya milli səviyyədə qərar qəbulu prosesində rol 
vermək və onların potensialını artırmaqla bu maneələr aradan qaldırıla bilər.
2. 
Münasibət (fikir, rəy)
Siyasət formalaşdıranlar və media əlilliyə mənfi münasibətlərə etirazın önündə olmalıdır. Onlar 
bunu əlilliyi olan şəxslərin hüquqlarını və töhfəsini dəyərləndirdiklərini nümayiş etdirməklə; 
əlilliyi olan şəxslərlə işləməklə; onları görünən şəkildə işlərə cəlb etməklə; bir də spesifik 
iş proqramları vasitəsilə edə bilərlər. Məsələn, BK Hökuməti (2012) “Etiraz et, məlumat ver, 
dayandır: Nifrət əsaslı cinayətin qarşısını almaq üçün Hökumət Planı”: 
https://www.gov.uk/
government/uploads/system/uploads/attachment_data/file/97849/action-plan.pdf
3. 
Fiziki
İştirakı  təşviq  məqsədilə  əlilliyi  olan  ekspertlər  mövcud  binaların  yaxşılaşdırılmasında  və 
yeniləri  üçün  standartların  müəyyən  olunmasında  iştirak  etməlidirlər.  Fiziki  maneələrin 
aradan qaldırılması əlilliyi olan şəxslərin həyatın bütün sahələrində iştirakına yol açan inklüziv 
cəmiyyəti qurmağa kömək edir. 
4. 
Qeyri-müvafiq məlumat və kommunikasiya 
İnsanların qərar qəbulunda aktiv iştirakını mümkün edən texnologiyalardan istifadə etməklə 
məlumat və kommunikasiya metodları əlçatımlı olmalıdır. 
Məlumatın başa düşülməsini asanlaşdırmaqla o, hamıya kömək etmiş olur.
5. 
Araşdırmanın yoxluğu
Əlilliyi olan şəxslərin sosial və siyasi həyatda iştirakına dair araşdırmalardan istifadə etmək, 
təcrübə və fikirləri toplamaq dəyişiklik üçün səmərəli ideyalar yarada bilər. Bu, hər kəsin 
xeyrinədir.
6. 
Maliyyə
Əlilliyi olan şəxslərin iştirakının iqtisadiyyata və cəmiyyətə faydalarının tam anlaşılması yerli 
və milli hökumət orqanlarının büdcəyə dair qərarlarının tərkib hissəsi olmalıdır. 
Əlilliyi olan şəxslərin iştirakı və ləyaqətli yaşayışı qarşısında duran maneələr haqda fikirləşmək 
əlilliyin  müsbət  dəyişikliklər  gətirməsi  barədə  yaradıcı  yollara  həvəsləndirən  düşünmə 
tərzidir.
İnklüziv qərar qəbulu üçün şərtlər
Demokratiya və güclü vətəndaş cəmiyyətinə imkan verən şərtlər sənədlərdə öz əksini 
yüksək səviyyədə tapıb.

İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
22
Bunlar  beynəlxalq,  regional  və  milli  qanunlarda  əksini  tapmış  ifadə  və  birləşmə  azadlığı 
kimi  əsas  hüquq  və  azadlıqlara  əsaslanır.  Məsələn,  BMT-nin  Ümumdünya  İnsan  Haqları 
Bəyannaməsində deyilir:
“Maddə 19
Hər  kəsin  fikir  və  ifadə  azadlığı  var;  bu  hüquqa  heç  bir  müdaxilə  olmadan  fikrə,  rəyə 
sahib olmaq, sərhədlərdən asılı olmayaraq hər hansı media vasitəsilə məlumat və fikirləri 
axtarmaq, almaq və vermək azadlığı daxildir.
Maddə 20
Hər kəsin dinc toplaşmaq və birləşmək azadlığı var.”
Vətəndaş cəmiyyəti təşkilatlarının verdiyi əsas töhfələrin siyasət formalaşdırılması prosesində 
ayrı-seçkilik  qoyulmadan  nəzərə  alınmasını  təmin  etmək  üçün  münbit  mühit  tələb  olunur.
 
Belə mühitin yaranma şərtləri aşağıdakılardır: 
•  qanunun qaydaları 
•  əsas demokratik prinsiplərə əməl etmək
•  siyasi iradə
•  münasib qanunvericilik 
•  aydın prosedurlar
•  uzunmüddətli dəstək 
•  davamlı vətəndaş cəmiyyəti üçün resurslar  
•  paylaşmaq üçün dialoq və əməkdaşlıq.
Bu şərtlər vətəndaş cəmiyyəti təşkilatları və hökumət qurumları arasında inklüziv demokratiya 
üçün qarşılıqlı inam və anlaşma üzərində qurulmuş səmərəli münasibətə imkan verir.
Bu şərtlərin hamısının mövcud olmadığı çox ölkə var. İnklüziv qərar qəbulu üçün çalışmaq 
həlledici amildir, buna mükəmməl nail olunmasa belə, yenə də məqsəd bu olmalıdır. 
İnklüziv qərar qəbulu səfəri
İnklüziv qərar qəbulu müəyyən qrup vətəndaşların onlara təsir edən qərarların qəbulunda 
iştirakını artırma yolu kimi inkişaf tapıb. Bu, iştirakın passiv formalarından tutmuş insanların 
həyatına təsir edən məsələlərə görə məsuliyyəti paylaşmağa qədər bir səfərin tərkib hissəsi 
hesab oluna bilər. Bu səfərin müxtəlif mərhələlərində olan çoxlu ölkə var. 
Çoxumuz  məlumatın  əmr  formasına  alışmışıq  -  bizə  deyilir  ki,  bunu  etməliyik,  yaxud 
onu  ödəməliyik.  Bu,  bizim  həyatımız  üzərində  gücü,  iradəsi  olan  insanlardır  ki,  nə  etməli 
olduğumuzu diktə şəklində bizə məlumat verirlər. Məlumatın dəyəri var və bu, səfərdə birinci 
mühüm addımdır, ancaq konteksti, necə davam etdirməyi nəzərdən keçirmək vacibdir.
Təşkilatların çoxu məsləhətləşmə çalışmaları ilə tanışdır. Bu, xidmət və ya siyasətə məsul 
olan insanların artıq etdiyi təkliflər haqqında şərhinizi, fikrinizi söyləmək üçün sizə verilən 
imkandır.
İnklüziv (iştirak əsaslı) qərar qəbulu məsləhətləşmə ilə eyni deyil. İnklüziv qərar qəbulunda 
qərarın təsir etdiyi şəxslər başlanğıcdan iştirak edirlər. Onlar xidmətə və ya siyasətə məsul 

© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
23
insanlarla nəyin baş verə biləcəyi haqqında təkliflərin hazırlanması üzərində birgə işləyirlər. 
Onlara məsləhətləşmədə olduğundan daha çox imkan yaradılmalıdır. 
Bu fərqləri aşağıdakılar baxımından düşünmək kömək edərdi:

Xidməti dizayn edən və xidmətdən istifadə edəcək insanlar arasında münasibət nə 
qədər  sıxdır?  Bir  tərəfdən,  onların  sıx  münasibətləri  ola  bilər,  çünki  onlar  bərabər 
(baxmayaraq ki, fərqli) partnyorlar kimi birgə işləyirlər. Digər tərəfdən, onların heç bir 
real münasibəti olmaya bilər.

Xidmətdən istifadə edəcək insanların xidmətin dizayn edilməsinə nə qədər təsiri 
var?
Məlumat                          Məsləhətləşmə                İnklüziv qərar qəbulu
Münasibət yoxdur            Məhdud iştirak 
 
Başlanğıcdan bərabər partnyorlar
İştirak yoxdur 
 
Bir  qədər iştirak   
Çox iştirak
Təsir yoxdur  
          Məhdud təsir - 
 
Çox təsir
 
 
                     artıq qoyulmuş 
                                          parametrlər arasında
Müxtəlif mərhələlərdə müxtəlif fəaliyyətlər baş verə bilər: 
•  Məlumat (məsələn, insanlara yeni xidmət barədə demək) işlənib hazırlanma 
prosesindən sonra verilir. 
•  Məsləhətləşmə artıq bəzi qərarlar verildikdən sonra baş tutur. 
•  İnklüziv qərar yeni xidmət və ya siyasətin işlənib hazırlanması prosesinin lap 
əvvəlindən qəbul edilir. 
İnklüziv  qərar  qəbulu  müxtəlif  ölkələr,  regionlar  və  kontekstlərdə,  məsələn,  dialoq, 
partnyorluq, iştirak və ya birgə istehsal kimi müxtəlif istəklərdə əks olunur.
Əgər siz məlumat mərhələsindəsinizsə
Verdiyiniz məlumatın əlilliyi olan bütün şəxslər üçün əlçatımlı və inklüziv olması vacibdir. Bu, 
o deməkdir ki, sağlamlıq məhdudiyyətindən asılı olaraq məlumat müxtəlif qruplara müxtəlif 
yollarla çatdırılmalıdır. Məlumat həmçinin fərdlərin ehtiyaclarına uyğunlaşdırıla bilər.
4
“Bizim təklifimiz 
barədə siz nə 
fikirləşirsiniz?”
“Sizin üçün/sizə 
biz bunu etməyi 
planlaşdırırıq”
Məlumat
Məsləhətləşmə
İnklüziv qərar qəbulu
“Biz nə etməyə hazır-
laşırıq və biz bunu part-
nyor olaraq birgə necə 
edə bilərik?” 
4
http://odi.dwp.gov.uk/Inclusive-communications/index.php; 
http://www.odi.govt.nz/resources/guides-and-toolkits/make-your-communications-more-accessible/ 

İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
24
Hansı məlumatı verməniz, ünsiyyət qurarkən kiminlə danışmağınız və onların nəyi bilməli 
olduqları barədə düşünmək lazımdır. 
Məsləhətləşmə 
Bu termin çox vaxt ictimaiyyətə təsir göstərən məsələlər barəsində ictimaiyyətin töhfəsini 
(verdiyi  məlumatları)  tələb  edən  tənzimləyici  prosesi  əks  etdirir.  Onun  əsas  məqsədi 
irimiqyaslı  layihələrdə,  qanunlarda  və  siyasətdə  səmərəliliyi,  şəffaflığı  və  ictimaiyyətin 
iştirakını artırmaqdır. Bu, adətən bildirmə (məlumat vermə), məsləhətləşmə (informasiya və 
fikir mübadiləsinin iki yolla axını), eləcə də iştirak (siyasət və qanunvericiliyin hazırlanmasına 
maraq qruplarının cəlb olunması) mərhələlərini əhatə edir. 
Dövlətlər  kimi  bəzi  təşkilatlar  da  belə  proseslərdən  istifadə  edirlər.  Məsələn,  İqtisadi 
Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT), bir çox yerli səhiyyə orqanları öz siyasət və xidmətləri 
ilə bağlı məsləhətləşmələr aparır. İƏİT “Yerli vətəndaşlıq vasitəsilə gücləndirmə” resursunu  
hazırlayır:
http://www.oecd.org/dac/povertyreduction/50157563.pdf 
İctimai  məsləhətləşmələrdə  böyük  fərqlilik  var.  Bəzi  ölkələrdə  bütün  məsləhətləşmələrın 
siyahısı  verilir,  bəzilərində  isə  məsləhətləşmələr  haqqında  adi  xəbərlərdə  məlumat 
verilir.  Ölkədən  asılı  olaraq  milli  və  ya  regional  ictimai  məsləhətləşmələr  də  aparıla  bilər.  
Əgər siz məsləhətləşmə mərhələsindəsinizsə
Artıq ilkin variantını hazırlamış olduğunuz təkliflər üzrə məsləhətləşmək üçün bir çox yollardan 
istifadə edə bilərsiniz. Məsələn:
İctimai müzakirə aparmaq
Konfranslar, forumlar, ictimai dinləmələr, 
dəyirmi masalar, seminarlar
Televiziya və radio müzakirələri, veb-
translyasiyalar, elektron məsləhətləşmələr
İnsanlar üzbəüz və ya onlayn görüşdükdə 
müzakirə və nəticələrin icmalı hazırlanmalı, 
iştirakçılara göndərilməlidir
Yazılı məsləhətləşmələrə cavab istənsə, 
şifahi, yazılı və elektron formalarda 
verilməlidir
İctimai rəy sorğusu aparmaq
Rəy sorğuları və fokus qruplar üzbəüz, 
onlayn və ya telefon/tekstofon ilə
Neytral üçüncü tərəfə tapşırmaq, 
araşdırmaya etik yanaşmanı təmin etmək 
və anonimliyə zəmanət vermək mühüm 
elementlərdir 

© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
25
İnklüziv qərar qəbulunu təmin etmək 
İnklüziv qərar qəbulunu dəstəkləmək üçün bir sıra yollar var. Bunlardan biri aşağıdakılardan bir 
və ya bir neçəsini təmin etmək üçün seçilən və saxlanan əlilliyi olan şəxslərin daimi qrupudur:
•  strateji ekspert baxışı
•  maraqlı tərəflərin baxışı
•  xidmət istifadəçiləri və ya siyasətdən faydalananların təcrübələri
Bir  çox  ölkədə  qavrama  məhdudiyyəti,  sağlamlıq  məhdudiyyəti  və  autizm  kimi  xüsusi 
məhdudiyyəti  olanların,  xüsusilə  kənarlaşdırılan  etnik  və  ya  dini  azlıqların,  əlilliyi  olan 
qadınların,  diskriminasiyaya  uğradılan  geylərin  və  ya  digər  şəxslərin  rəyinin  eşidilməsini 
təmin etmək üçün şura və ya komitələr yaradılıb.
İnklüziv qərar qəbulu – insanları qayda və xidmətlərin dizaynı, 
çatdırılması və qiymətləndirilməsinə cəlb etmək
İnklüziv  qərar  qəbulu  xidmətlərdən  yararlanan,  yerli  və  ya  milli  siyasətin  təsir  göstərdiyi 
insanlarla  bu  siyasəti  həyata  keçirənlər  arasında  bərabər  və  fəal  partnyorluqdur.  O,  cəlb 
olunan hər bir kəsin bacarıq və təcrübəsi olduğunu vurğulayır. 
Siyasət  və  xidmətlər  adətən  təsir  etdiyi  insanlar  tərəfindən  deyil,  onları  həyata  keçirən 
insanlar  tərəfindən  işlənib  hazırlanır.  İnklüziv  qərar  qəbulunda  hər  bir  kəs  başlanğıcdan 
aşağıdakılar naminə birgə işləyir:
•  siyasət və ya xidməti qurmaq, işləyib hazırlamaq
•  layihə prioritetləri və fəaliyyət planları barədə qərar vermək
•  siyasət və xidmətlərin nəyə nail olacağı barədə qərarlar verilməsində iştirak etmək
•  siyasət və ya xidməti daha inklüziv və ya əlçatımlı etmək 
•  siyasət və xidmətlərin insanların ehtiyaclarını daha yaxşı necə ödəyə biləcəyini demək
Siyasət  və  xidmətləri  yaxşılaşdırmağın  ən  doğru  yolu  nəyə  ehtiyacları  olduğunu,  nə 
istədiklərini və onu hansı üsulla əldə etməyin daha münasib olduğunu insanların özlərindən 
soruşmaqdır.      
İnklüziv qərar qəbulu harada və necə baş tuta bilər?
•  Milli və yerli seçkili orqanlarda müxtəlif cür iştirak vasitəsilə 
•  Əlilliyi olan şəxslər tənzimləyici xidmətlərin bir parçası olduqda 
•  İctimai siyasət və praktikanın yaradılmasında, monitorinq və uğurun 
qiymətləndirilməsində
•  İşçi qismində təşkilatlar daxilində 
•  Əlilliyi olan şəxslərin idarə etdiyi təşkilatlarda
•  Özünütəşviq və yoldaşların dəstəyi ilə
•  “Əlilliyi olan şəxslər öz həyatlarının sahibi kimi» - dəstəklənən qərar qəbulu 
çərçivəsində, məsələn, qavrama məhdudiyyətləri, psixi sağlamlıqla bağlı xəstəlikləri 
və ya ağıldan zəifliyə görə məhdud potensialı olan insanların cəlb edilməsi ilə.

İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
26
İnklüziv qərar qəbulu müvafiqdir və siyasət, o cümlədən, xidmətin bütün səviyyələrində 
nəzərə alınmalıdır. 
Fərd olaraq əlilliyi olan şəxsin, məsələn, harada və kiminlə yaşamağını 
müəyyən edərkən
Əlilliyi olan şəxslərin qeyri-rəsmi qrupları dəstəklənməlidir
Əlilliyi olan şəxslərin təşkilatları dəstəklənməlidir
Bütün icma və cəmiyyət təşkilatlarında əlilliyi olan şəxslər iştirak etməlidir 
Əlilliyi olan şəxsləri iştiraka cəlb etmək üçün hökumət mexanizmlər tapmalıdır 
Media təşkilatlarında təmsilçilik – efirdə aparıcı, efirdən kənarda digər işçilər kimi 
Örnəklər
Beynəlxalq örnəklərin öyrənilməsi – 
Qərar Vermək Hüququ
                         
İnklujn  İnterneşnl  (İİ  (Inclusion  International))  təşkilatının  qlobal  kampaniyasında  Qərar 
Vermək  Hüququ  (Right  to  Decide),  intellektual  sağlamlıq  məhdudiyyəti  olan  şəxslər  və 
onların ailələrini təmsil edən beynəlxalq şəbəkədir.
Kampaniyanın  məqsədi  BMT  Konvensiyasının  12-ci  maddəsində  verilmiş  hüquqları  inkişaf 
etdirmək, ailələrin və başqalarının intellektual sağlamlıq məhdudiyyəti olan şəxslərin hüquqi 
imkanları barədə məlumatlı olmasına yardım etmək, intellektual sağlamlıq məhdudiyyəti olan 
şəxslərin öz qərarlarını verməsi üçün onların dəstəklənməsidir. 
Inclusion International Qərar Vermək Hüququ barədə qlobal hesabat hazırladı:
Və video: 
http://inclusion-international.org/global-campaign-the-right-to-decide/
Və bu videoda, özünütəşviqçi (müdafiəçi) və İİ-nin şura üzvü Deyvid Korner Qərar Vermə 
Hüququ  barədə  şəxsi  fikirlərini  söyləyir: 
http://inclusion-international.org/personal-
perspective/ 
ü
ü
ü
ü
ü
ü

© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
27
Örnəklərin öyrənilməsi Azərbaycan: hökumət 
əmrlərində (qərar, sərəncam) iştirak
Vətəndaş  cəmiyyəti  təşkilatlarını  (VCT)  hökumət  qərarlarının  verilməsində  iştiraka  cəlb 
edilməsi  barədə  siyasət  təklifi  2011-ci  ildə  yazılmış  və  Maliyyə  Nazirliyi  tərəfindən  təsdiq 
olunmuşdu. 2012-ci ildə Maliyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi 
olan uşaqlara xidmətlərlə bağlı hökumətin yeni əmrlərinin qəbulunda üç VCT-nın iştirakına 
kömək üçün pilot layihəni maliyyələşdirdi.
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial xidmət dəstəyi göstərilməsində VCT-lərin 
on illik uğurlu təcrübəsini nəzərə almışdı.
 
Layihə çərçivəsində icma əsaslı altı reabilitasiya mərkəzi il ərzində 673 əlilliyi olan uşağa 
sosial reabilitasiya xidmətləri göstərdi.  
Layihənin nəticəsi kimi  Əmək və Əhalinin Sosial  Müdafiəsi Nazirliyi 2013-cü ildə VCT-ləri 
sosial xidmətlər üzrə hökumət əmrlərinin icrasında iştiraka cəlb etdi. 
Hər bir rayonda yerli icma əsaslı reabilitasiya əməkdaşına təlim verildi; Uşaq İnkişaf Mərkəzi 
yaradıldı və fəaliyyət göstərməyə başladı; yerli səhiyyə, təhsil və sosial təminat orqanları 
arasında istinad strukturu yaradıldı.
 
Bu  layihənin  uğuru  ehtiyaclara  uyğun  fəaliyyətlərin  həyata  keçirilməsi  ilə  bağlı  idi.  Əlilliyi 
olan şəxslərin VCT-ləri hökuməti dəstəklədi. Pilot layihə nəticəsində hökumət birbaşa dövlət 
əmrinə əsasən, VCT-lərin hər hansı xidmət sahəsini həyata keçirməsinə icazə verdi. 
Azərbaycan inklüziv qərar qəbulunun məsləhətləşmə üzrə mərhələsindən iştirak mərhələsinə 
keçid edir. 
Örnəklərin öyrənilməsi: 
Ukrayna - əlilliyi olan şəxslərin təşkilatları ilə birgə 
parlament dinləmələri
Ukraynada  parlament  dinləməsi  siyasətə  etirazı  nəzərdən  keçirməyin  xüsusi  yoludur.  Bu, 
Ukrayna  Ali  Radasının  (Ukraynanın  qanunverici  məclisi)  binasında  keçirilir,  qanunverici  və 
icraedici hökumət orqanlarının təmsilçilərini əhatə edir. Parlament dinləmələrinə ekspertlər 
və ictimaiyyət üzvləri də qatılır.
2014-cü ilin iyununda “Əqli və fiziki əlilliyi olan uşaqlar üçün təhsil, səhiyyə və sosial dəstək: 
siyasət tələbləri və siyasət cavabları” mövzusunda parlament dinləmələri keçirildi. 
Əlilliyin bərabərliyi və ictimai xidmətlərin təşviqində əsas çətinliklər çox zaman müasirliyə 
cavab  verməyən  xidmətlərdən  və  problemləri  həll  etmək  üçün  kifayət  qədər  vəsaitin 
olmamağından doğur. Ukrayna həmçinin təhsil, səhiyyə və sosial müdafiə üzrə səlahiyyətli 
orqanlar arasında zəif koordinasiya və əməkdaşlıqla üzləşir.

İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
28
Onların bu məsələlərlə məşğul olan çoxlu müəssisələri və ekspertləri var, ancaq onların sayı 
və keyfiyyəti arzu edilən səviyyədə deyil. Xidmətlərdə təkrarçılıq və boşluqlar var.
Bəzi Aİ ölkələrindəki kimi Ukraynada əlilliyi olan şəxslərin təşkilatları ilə xidmət müqavilələri 
bağlamaq üçün heç bir mexanizm yoxdur.
Parlament dinləmələrinin məqsədi əlilliyi olan uşaqların təhsil, səhiyyə və sosial dəstəyə çıxışını 
yaxşılaşdırmaq və müvafiq qurumlar arasında koordinasiya və əməkdaşlığı yaxşılaşdırmaq 
üçün  yolların  axtarılıb  tapılması  idi.  Bu  metod  qanunverici  və  icraedici  hökumətin  geniş 
çevrədə  nümayəndələrini  və  praktik  təcrübəyə  sahib  ekspertləri,  ictimaiyyətin  üzvlərini 
əhatə etməli idi.
Dinləmələri  təhsil,  səhiyyə  və  sosial  müdafiə  məsələlərinə  cavabdeh  olan  Ukrayna  Ali 
Radasının müvafiq komitələri hazırlamışdı. 
Hazırlıq mərhələsində əlilliyi olan şəxslərin təşkilatlarının nümayəndələri:
•  parlament iclasları üçün hazırlıq işçi qrupuna daxil edildi
•  nəticə və təkliflər layihəsinin hazırlanmasına yardım göstərdi 
•  nəticə və təkliflər layihəsinin müzakirəsinə qatıldı
•  bir neçə çıxışla parlament dinləmələrində iştirak etdi
•  nəticə və təkliflər yekun versiyası üzrə danışıb razılığa gəlinməsində rol oynadı.
İctimai  dinləmələr  əlilliyi  olan  şəxslərin  təşkilatları  üçün  zəif,  təkrar  və  qeyri-müntəzəm 
xidmətlərin təsiri və aktuallığını bildirməyə imkan verdi. 
Dinləmələr  hökumət  qurumlarına  qazanılan  siyasətin  müvafiqliyini,  arzulanan  nəticəni  və 
mənfi təsirləri azaltmağa və əlilliyi olan şəxslərin təşkilatlarının reaksiyasına ilkin baxışı təmin 
etməyə imkan yaratdı. 
Prosesin yeganə riski müəyyən təşkilatların təmsil etdiyi qrupun məsələsini daha mühüm 
sayması və ya digəri ilə arasında konflikt yarana bilməsi idi. Dövlət qurumlarının hər bir kəsin 
və ya təsiri olan insanların çoxunun (bu halda qarşılanmamış ehtiyacların ödənməsi üçün 
xüsusi  addımlar  atmaq)  problemlərinin  müvafiq  şəkildə  həll  olunması  üçün  yollar  axtarıb 
tapa bilmək imkanı var. 
Parlament  dinləmələrinin  nəticələri  tövsiyələr  kimi  qeydə  alındı  və  Sosial  Siyasət  Nazirliyi 
bunu müsbət qiymətləndirdi. 
Örnəklərin öyrənilməsi: Birləşmiş Krallıq - yerli 
şuranın əlilliyi olan şəxsləri strategiya, siyasət və 
xidmətlərin işlənib hazırlanmasına cəlb etməsi
Londondakı İslinqton Şurasının əlilliyi olan şəxslərin siyasət və xidmətlərə dair qərarların 
qəbul edilməsində iştirakı üçün çox ciddi və təfsilatlı prosesi var.  

© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
29
Onların Əlillik İstinad Qrupu (ƏİQ)
5
  müxtəlif sağlamlıq məhdudiyyətləri olan 12 yerli şəxsdən 
ibarətdir. Altı əsas sağlamlıq məhdudiyyəti qrupunun hər birindən iki nəfər seçilib: tam və 
ya  qismən  eşitmə/görmə  zəifliyi,  ruhi-fiziki  qavrama  və  gizli  sağlamlıq  məhdudiyyəti  olan 
şəxslər. Qrup üç aydan bir uyğun sahə üzrə son işin hesabatını nəzərdən keçirir.
İstinad  qrupu  Əlilliyin  Bərabərliyi  Performans  Qrupuna  məlumat  verir.  Bu,  şöbənin  irəliləyişini 
yaxından nəzərdən keçirən bir qurumdur. Qrupa direktor rəhbərlik edir və şuranın icraçı rəhbərinin 
müavini, yüksək vəzifəli işçilər, eləcə də əlilliyi olan şəxslərin yerli qrupunun üzvləri iştirak edirlər.
ƏİQ-nin  üç  nümayəndəsi  bu  perfomans  qrupunda  iştirak  edir.  Əlilliyi  olan  şəxslərin  yerli 
təşkilatı olan ƏİQ-ə rəhbərlik və idarəçiliyə görə haqq ödənir, qurum şöbələrdən hesabat alır 
və hesabatları məsləhətləşmə, şikayət və əlçatımlı məlumat kimi əsas mövzular üzrə ayırır. 
Onlar  şuraya  nə  etdiklərini  və  necə  etdiklərini  deyirlər,  sonra  şura  onların  yanaşmasının  nə 
dərəcədə uğurlu-uğursuz olması barədə fikirlərini söyləyir. Bu zaman hesabat müəllifindən tələb 
edilir ki, Əlilliyin Bərabərliyi Performans Qrupuna getsin. Onun burda İstinad Qrupunun, eləcə də 
şuradakı digər həmkarların və yerli qrupların qaldırdığı məsələlərə cavab verməsi gözlənir.
İslinqtonda bir sıra uğurlu fəaliyyətlər müəyyən olunub və şura bunun xeyli hissəsini ƏİQ-nin 
iştirakı ilə əlaqələndirir. 
Oxşar  qrup  şuranın  Əlyetən  İdarəetmə  Təşkilatı  daxilində  yaşayış  evi  fondu  ilə  bağlı 
idarəetmənin təkmilləşdirilməsi üçün yaradılıb.
Yüklə 8,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin