BizKlub-BakuTel



Yüklə 20,83 Kb.
tarix31.01.2017
ölçüsü20,83 Kb.
#6920
BizKlub-BakuTel“ tirajlı, stimullaşdırıcı lotereyasının iştirak şərtləri
«BizKlub» tirajlı, stimullaşdırıcı lotereyası 03.12.2013 - 04.12.2013 tarixlərində keçirilir.


  1. İştirakçılar

“Internal Azercell”, “Azercell Ailə tarif paketi”, AzerOnline Tariff Model” tarif paketlərin istifadəçiləri istisna olmaqla “BakuTel” sərgisinə gələn BizKlub üzvləri.


  1. İştirak şərtləri

Abonent, BizKlub stendinə yaxınlaşıb GSM nömrəsini operatora təqdim etdikdən sonra, nömrə sistemə daxil edilir və abonent lotereyanın iştirakçısı olmaq hüququ əldə edir. İştirakçıların qeydiyyatı 03.12.2013 - 04.12.2013 tarixlərində saat 10:00-dan 17:00-dək Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Bakı—Aeroport Yolu, 9-cu km., 1 ünvanında yerləşən “Baku Expo Center”-də keçiriləcək.



  1. Lotereyanın həyata keçirilməsi mexanizmi:

Lotereyanın qaliblərini müəyyən etmək məqsədi ilə «ABC Konsult» MMC tərəfindən 03.12.2013 - 04.12.2013 tarixləri arasında, həftənin çərşənbə axşamı günü və çərşənbə günü keçiriləcək 2 (iki) tiraj təşkil olunur. Qaliblərin seçilməsi saat 17:00-da Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Bakı—Aeroport Yolu, 9-cu km., 1 ünvanında yerləşən “Baku Expo Center”-də keçiriləcək.

Tirajlarin keçirilməsinə 5 (beş) nəfərdən ibarət olan tiraj komissiyası nəzarət edir.

Bayram günlərinə təsadüf edən tirajlar birinci iş gününə keçirilə bilər.

Hər bir iştirakçı www.BizKlub.azercell.com saytına və www.facebook.com saytında Azercell səhifəsinə daxil olmaqla iştirak şərtləri barədə məlumat ala bilər.


Hər yeni tirajda, gün ərzində, lotereya keçirilən serverə daxil olmuş və bu qaydalara uyğun olaraq tirajda iştirak edə bilən nömrələr iştirak edir.
03.12.2013 tarixli tirajda xüsusi kompyuter proqramının funksiyasını aktiv etməklə, təsadüfi seçim prinsipi ilə elan olunan birinci abonentin nömrəsi BlackBerry 9300, ikinci abonentin nömrəsi BlackBerry 9790, üçüncü abonentin nömrəsi isə BlackBerry Q 5, dördüncü abonentin nömrəsi isə BlackBerry Q 10,beşinci abonentin nömrəsi BlackBerry Z 10 qalibi hesab olunur.
04.12.2013 tarixli tirajda xüsusi kompyuter proqramının funksiyasını aktiv etməklə, təsadüfi seçim prinsipi ilə elan olunan birinci abonentin nömrəsi Blackberry 9300, ikinci abonentin nömrəsi BlackBerry 9790, üçüncü abonentin nömrəsi isə BlackBerry Q 5, dördüncü abonentin nömrəsi isə BlackBerry Q 10,beşinci abonentin nömrəsi BlackBerry Z 10 qalibi hesab olunur.



  1. Uduş fondu

Uduş fondunu:

- 2 ədəd - BlackBerry 9300;

- 2 ədəd - BlackBerry 9790;

- 2 ədəd – BlackBerry Q 5;

- 2 ədəd – BlackBerry Q 10;

- 2 ədəd – BlackBerry Z 10.


Uduşların dəyəri pul ekvivalenti ilə əvəz edilə bilməz.


  1. Uduşları necə almaq olar.

«ABC Konsult» MMC hər bir tiraj keçirildiyi tarixdən etibarən 7 (yeddi) iş günündən gec olmayaraq qaliblərin sənədlərinin (şəxsiyyətini təsdiq edən sənəd və GSM müqaviləsi) qəbuluna başlayır.  Qaliblər 28.04.2014 tarixindən gec olmayaraq müraciət edib, lotereyada oynanılan uduşları ala bilərlər. Uduş, onun verilməsi (ödənilməsi) barədə lotereya iştirakçısının tələbi irəli sürüldüyü tarixdən etibarən 30 (otuz) iş günü müddətində verilir (ödənilir).

  1. Vergilər və digər icbari ödənişlər

« ABC-Konsult » MMC və «Azercell Telekom» MMC uduşların verilməsi ilə bağlı hər hansı vergi, rüsum və xərclərin ödənilməsinə görə məsuliyyət daşımır.


  1. Lotereya haqqında məlumatların açıqlanması

Lotereyanın qaydaları www.bizklub.azercell.com saytında və www.facebook.com saytında Azercell səhifəsində yerləşdiriləcək.


  1. Fors major

Fors major halı kimi aşağıdakı fövqəladə xarakterli hadisələr başa düşülür: yanğın; təbii fəlakət; epizootiya; blokada; telekommunikasiya, GSM və elektrik şəbəkəsində baş verə biləcək nasazlıqlar və sıçramalar və ya aradan qaldırıla bilinməyəcək hallar.



/


Yüklə 20,83 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin