Vakuum distillatları- vakuum qazoylu katalitik krekinq, hidrokrekinq proseslərində, elektrod koksunun alınmasında xammal kimi istifadə olunur.
Neftin ilkin emalından, düz distilləsindən alınan vakuum qazoylu 360-410 0C, 4-5MPa təzyiqdə hidrotəmizlənir.
Vakuum qazoylu neftin ikinci emalından (tədrici kokslaşma, visbrekinqdən) alındıqda isə onda kükürdün, azotun, qatran, alken və aromatik karbohidrogenlərin miqdarı daha çox saxlanılır. Onun hidrotəmizlənməsi üçün ona 30% ilkin emal qazoylu qatılır.