hidrogenləşmənin sürəti merkaptanlarda yüksək, tiofen və onun törəmələrində isə aşağıdır. Başqa sözlə desək merkaptanlar sulfid və tetrahidrotiofen tiofen və onun törəmələrinə nisbətən asan hidrogenləşirlər .
Temperaturun 500ºC-dən yüksək qiymətlərində merkaptanların, sulfidlərin müvafiq karbohidrogen və hidrogensulfidə çevrilmə reaksiyasının sürət sabitinin qiyməti artır, ancaq tetrahidrotiofen və tiofenlər üçün isə əksinə azalırhidrogenləşmə. Ona görə də neft məhsullarında tiofen şəklində olan kükürdlü birləşmələrin dərin hidrotəmizlənməsi 420ºC temperaturdan aşağı temperaturlarda və hidrogenin nisbətən yüksək təzyiqində (10MPa) aparılır.