Benzinin oktan ədədini artırmaq məqsədi ilə onu riforminq prosesinə uğradırlar. Müxtəlif termiki və termokatalitik proseslərdən alınan benzin riforminq prosesində xammal kimi istifadə olunmamışdan əvvəl hidrotəmizlənir. Belə ki, benzində kükürdün miqdarı hidrotəmizləmə nəticəsində 1%-dən 10-3-10-4%-ə qədər azaldılır. Katalitik riforminqdə istifadə olunan katalizatorlar heteroatomlu birləşmələrin təsiri ilə qısa müddətdə zəhərlənir və öz aktivliyini itirir, nəticəsində kokslaşma sürətlənir.