Müsbət şərtlər dedikdə isə, sahibkarlıq fəaliyyətinin müxtəlif sahələrində yaranan müsbət təzahürlər başa düşülür. Bu halda dövlətin rolu müsbət təzahürlərin müəyyən edilməsi və onların dəstəklənməsindən ötrü müvafiq tədbirlərin tətbiqindən ibarətdir.
İctimai maraqların müdafiəsi məqsədi ilə A.S.Pelixina dövlət təsirinin zəruriliyini aşağıdakılarla xarakterizə olunduğunu qeyd edir:
1. dövlət və ictimai ehtiyacların təmin edilməsi;
2. dövlət büdcəsinin formalaşdırılması;
3. əhalinin məşğulluğunun təmin edilməsi;
4. ölkənin müdafiəsinin və təhlükəsizliyinin təmin edilməsi;