Bmt-nin Qadınlara qarşı ayri-seçkiliyin bütün növ



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə24/29
tarix02.01.2022
ölçüsü0,85 Mb.
#2726
1   ...   21   22   23   24   25   26   27   28   29
 

TÖVSĠYƏLƏR: 

 



Qadınların kiçik və orta bizneslə  məşğul olmaları üçün biznes-plan,  mikrokredit  

və maliyyə hesabatı və s. üzrə maarifləndirici proqramlar hazırlanmalı;  

 

Qadınlara uzunmüddətli güzəştli kreditlər verilməli



 

Qadın sahibkarlar üçün investisiya müsabiqələri keçirilməli; 



 

Qadın sahibkarlara lizinq xidmətindən (binaların kirayəsində, avadanlıq və texniki 



xidmətlərdə və s. )

 

istifadə imkanları genişlənməli. 



 

   


NƏTĠCƏ 

 



 

50 


Qadınların  problemlərini  ayrı-ayrılıqda  həll  etmək  mümkün  deyil.    Bunu  gender  qeyri-

bərabərsizliyi  problemləri  ilə  əlaqəli  araşdırmaq  lazımdır.  Qadınların  siyasi  həyatda 

iştiraklarına onların təhsil, səhiyyə və iqtisadi  problemləri təsir göstərir. Digər tərəfdən 

bu problemlərin həlli üçün qadınlar qərar qəbulunda iştirak etməlidirlər.  

 

Qadınların  hər  bir  sahədə  iştirak  etmələri  üçün  ən  effektiv  vəkillik  qadınların  özləri 



tərəfindən  aparılmalıdır.  Vəkilliyin  effektivliyi  üçün  təhlükəsizlik  təmin  olunmalı, 

qadınların güclərini maksimum fəallaşdırmaq üçün kifayət qədər resurslar olmalı və qərar 

qəbul edənlərə çıxış üçün siyasi meydan lazımdır.  Qadınlar resurslara və onlar üzərində 

nəzarətə,  o  cümlədən  torpaqdan,    kreditlərdən,      ev      təsərrüfatının    gəlirlərindən 

istifadəyə  az imkanları vardır.   

 

Dövlət bərabərlik və cəmiyyətin həyatında hər bir fərdin  tam iştirak imkanlarını həyata 



keçirməsi  üçün  bütün  qüvvələri  səfərbər  etməlidir.  Səfərbərlikdə  qeyri-hökumət 

təşkilatlarının  rolu  böyükdür.  Gender  bərabərliyinə  münasibəti  dəyişmək  və  bərabərlik 

üçün cəmiyyətdə maarifləndirilmə işləri aparılmalıdır. Qadınlar və kişilər siyasi-ictimai 

həyatda  bərabər  təmsil  olunmalı  olduqlarını  başa  düşməlidirlər.  Gender  bərabərliyi  

müntəzəm olaraq kütləvi informasiya vasitələrilərində işıqlandırılmalıdır. Qanunvericilik 

səviyyəsində  gender  ekspertizasının  aparılması  vacibdir.  Belə  ekspertiza  qadınlar  və 

kişilər üçün bərabər imkanlar üzrə siyasətin formalaşmasına yardım edə bilər. 

 

Gender  meynstreminqi  –  bu  yaxınlaşma  elə  siyasətin  aparılma  prosesidir  ki,  



perspektivdə  gender  bərabərliyi  qərar  qəbul  edən  şəxslər  tərəfindən  bütün  səviyyədə 

strategiyalara  və  proqramlara  daxil  edilməlidir.    Layihə  çərçivəsində  keçirilən  ictimai 

dinləmələr,  yerli  icra  hakimiyyətləri,  yerli  özünüidarətmə  orqanları  və  mərkəzi  icra 

hakimiyyətinin  yerli  strukturlarında  çalışan  vəzifəli  şəxslərin  BMT-nin  ―Qadınlara  qarşı 

ayrı-seçkiliyin  bütün  formalarınnın  ləğv  edilməsi  barədə  Konvensiyası‖,  ümumlikdə 

gender siyasəti ilə  bağlı səthi təsəvvürlərin olduğunu göstərdi.    

 

Bu vəziyyətin dəyişməsi və yerli icra strukturlarının və yerli özünüidarətmə orqanlarının 



dövlətin  gender  siyasətini,  bu  siyasətin  həyata  keçirilməsi  ilə  bağlı  qarşıda  duran 

vəzifələri  və  məsuliyyəti  başa    düşmələri  və  anlamaları  üçün  maarifləndirmə  və 




 

51 


məlumatlandırma  tədbirlərinin  miqyası  genişlənməlidir.  Bu  cür  maarifləndirmə 

kampaniyalarının aparılması və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın təşkili və 

həyata keçirilməsi üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin maddi 

və    institusinal  imkanları  genişləndirilməlidir.    Hazırkı  imkanlar  daha  geniş  miqyasda 

fəaliyyət  üçün  yetərli  deyil.  Bu  istiqamətdə  hökumət  səviyyəsində  müvafiq  qərarların 

qəbuluna ehtiyac var.  

 

Qadınların,  ümumiyyətlə,  hər  bir  şəxsin  potensial  imkanlarının  üzə  çıxarılmasında  və 



onların  reallaşmasında    qeyri  hökumət  təşkilatlarının  rolu  danılmazdır.  Qeyri-hökumət 

təşkilatları,  xüsusilə  qadın  təşkilatları  cəmiyyətdə  həmişə  dəyişikliyə  gətirən  qüvvə 

olmuşdur.  Qeyri-hökumət  təşkilatları  dövlət  orqanları,  cəmiyyətin  bütün  strukturları  ilə 

tərəfmüqabilliyə  və  əməkdaşlığa  əsaslanan  münasibətlər  qurmaqla    gender  qeyri-

bərabərliyi istiqamətində problemlərin həllinə öz töhfələrini verməlidir. 

 

Gender  bərabərliyi  cəmiyyətin  müxtəlif  sahələri  tərəfindən  qəbul  edilməli  və 



dəstəklənməlidir.  Digər  iştirakçıların  gender  siyasətindən  kənarda  qaldığı  təqdirdə  

hakimiyyət və qadın QHT-lər tərəfində aparılan işlər heç bir nəticə verməz. Yalnız bütün 

strukturların  birgə  fəaliyyəti  nəticəsində  gender  bərabərliyini  həyata  keçirmək 

mümkündür. Gender bərabərliyinin həyata keçməsində özəl sektorun, siyasi partiyaların, 

sahibkarlıq təşkilatlarının, araşdırma mərkəzlərinin, akademik strukturların və beynəlxalq 

təşkilatların fəal iştiraklarının  böyük rolları vardır 

 

Bir  çox  dünya  ölkələrində  dövlət  büdcəsinin  formalaşdırılması  zamanı  gender  



faktorunun  nəzərə  alınması  zəruri  şərtdir.    Dövlət  vəsiatlərindən  kişi  və  qadınalrın 

istifadəsi  zamanaı  bərabər  imkanların  təmin  edilməsi  gender  bərabərliyinin  əsas 

komponentlərindən, göstəricilərindən biridir.   

 

CEDAW    Komitəsinin  milli  hesabata  verdiyi  tövsiyələrin  təhlili  Azərbaycan  Hökuməti 



tərəfindən 

 

vətəndaş  cəmiyyəti  institutlarının,  QHT-lərin,  siyasi  partiyaların,  media 



nümayəndələrinin,  fəal  vətəndaşların    qadınların  vəziyyəti  ilə  əlaqədar 

problemlərin həllində iştiraklarının təmin edilməsini;  




 

52 


 

 qadınların vəziyyətlərinin yaxşılaşması üçün effektiv milli mexanizmlərin işlənib 

hazırlanmasını;  

 

Yoxsulluğun  Azalması    və  Dayanıqlı  İnkişaf  Dövlət  Proqramına  gender 



bərabərliyinin salınmasını  göstərir.  

 

İşlək  Milli  mexanizm  olmadıqda  ölkədə  Konvensiyanı  tələblərini  həyata  keçirmək 



mümkün deyildir. 

 

 



 

 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin