Bmt-nin Qadınlara qarşı ayri-seçkiliyin bütün növ



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə21/29
tarix02.01.2022
ölçüsü0,85 Mb.
#2726
1   ...   17   18   19   20   21   22   23   24   ...   29
 

 

5. KONVENSĠYANIN  12-ci MADDƏSĠ:  SƏHĠYYƏ 

SAHƏSĠNDƏ QADINLARA QARġI AYRI-SEÇKĠLĠYĠN 

ARADAN QALDIRILMASI 

 

 

Konvensiyanın  11-ci  maddəsi  səhəyyə  sahəsində  qadınlara  qarşı    ayrı-seçkiliyin  aradan 



qaldırılmasını və bunun üçün  dövlətin  qarşısına müvafiq tədbirlərin aparılmasını qoyur.  

 

CEDAW 



Komitəsinin 

CEDAW/C/AZE/Q/4/26.05.09 

Add.1 

tövsiyələrində 

Azərbaycanda  qadınların,  xüsusilə  kənd  qadınlarının  reproduktiv  sağlamlığı,  ailə 

planlaşdırılması  ilə  bağlı  problemlərin  olması,  ana  ölümünün  yüksək  səviyyəsi    qeyd 

olunmuşdur. 

 

Konvensiyaya  görə  yoxsul,  savadsız,  eləcə  də    azadlıqdan  məhrum  edilmiş  qadınların 



tibbi  xidmətlərdən  rahatlıqla  istifadə  edə  bilmələri  üçün    müvafiq  addımlar  atılmalıdır. 

Konvensiyaya qoşulan dövlətlər lazım olarsa qadınları hamiləlik və ondan sonrakı dövrdə 

pulsuz xidmətlər, və müvafiq qida məhsulları ilə təmin etməlidirlər.  

 

Konvensiyada  qadınların  mülki  hüquqları  ilə  yanaşı,  onlar  üçün  ən  mühüm  narahatçılıq 



doğuran reproduktiv hüquqlarına da  böyük diqqət yetirilir. Konvensiyanın preambulasında 

bu  məsələyə  münasibət  bildirilərək  qeyd  edilir  ki,  "qadınların  nəsil  artırılmasındakı  rolu 

ayrı-seçkiliyə  səbəb  olmamalıdır".  Qadınların  reproduktiv  rolu    Konvensiyanın  5-ci 

maddəsində "analığın sosial funksiya kimi düzgün başa düşülməsi" təşviq olunur və uşağın 

böyüdülməsi  ilə  əlaqədar  məsuliyyətlərin  hər  iki  cinsin  nümayəndələri  –  ata  və  ananın 

arasında  tam  paylaşdırılması  tələbi  qoyulur.  Buna  müvafıq  olaraq,  analığın  qorunması  və 

uşağa qayğı ilə əlaqədar təminatların əsas hüquqlar hesab edilməsi bəyan edilir.  

 

 



Konvensiya dövlətdən qadın və kişilərin  bərabər səhiyyə xidmətindən istifadə etmələrini

ailə  planlaşdırılmasını,  qadınlara  hamiləlik  və  doğuşdan  sonrakı  dövrlərdə    patronaj 

qulluğunun təmin olunmasını tələb edir.  



 

36 


 

Bu  müddəalar  Konvensiyanın  toxunduğu  bütün  sahələrə,  o  cümlədən  işə  götürülmə,  ailə 

hüququ,  səhiyyə  və  ya  təhsil  sahələrinə  də  daxil  edilir.  Dövlət  vətəndaşların  həm  öz  ailə 

öhdəliklərini yerinə yetirə, həm də işləyə və ictimai həyatda iştirak edə bilmələri üçün sosial 

xidmətlər,  xüsusilə  uşaqlara  qayğı  kimi  xidmətləri  təmin  etməlidir.  Maddə  4-də  analığın 

qorunması  üçün  xüsusi  tədbirlərin  aparılması  tövsiyə  edilir  və  bu  tədbirlər  "ayrı-seçkilik 

hesab  edilmir".  Eyni  zamanda,  Konvensiya  qadınların  reproduktiv  sahədə  seçim  etmək 

hüququnu təsdiq edir. Qeyd etmək lazımdır ki, Konvensiya ailə planlaşdırması məsələsinə 

toxunan insan hüquqlarına dair yeganə beynəlxalq sənəddir.  

 

Konvensiyanı  qəbul  edən  dövlətlər  təhsil  prosesinə  ailə  planlaşdırması  ilə  əlaqədar 



məsləhətlər  daxil  etməli  (Madda  1)  və  qadınların  "uşaqların  sayı  və  onların  doğulmaları 

arasındakı  müddətlərlə  bağlı  məsələni  sərbəst  və  məsuliyyətlə  həll  etmək  və  onlara  bu 

hüququ  həyata  keçirməyə  imkan  verən  məlumata,  təlim  və  vasitələri  əldə  edə  bilmək" 

hüquqlarına təminat verən ailə məcəllələri hazırlanmalıdır (Maddə 16, e). 

 

Bütün  dünyada  olduğu  kimi,  Azərbaycanda  da    əsas  məsələlərdən  biri  əhaliyə    müasir 



səviyyədə  tibbi  qulluğun  göstərilməsidir.  Təsadüfü  deyildir  ki,    BMT-nin  Minilliyin  

İnkişaf Məqsədlərində  əsas piroritet kimi uşaq ölümünün azaldılması, ana sağlamlığının 

qorunması,  malyariya,  QİÇS və s. xəstəliklərlə mübarizə  müəyyən edilmişdir.  

 

Əhalinin  sağlamlıq    durumu  Azərbaycan  üçün  də  aktual  olduğundan,  axır  illər  bir  sıra 



fərmanlar və göstərişlər verilmişdir. 1997 - ci ildə  «Əhalinin sağlamlığının qorunması», 

2003-ildə  «Körpələrin qidalanması» istiqamətində məqsədli proqramlar hazırlanmışdır.  

5  Sentyabr  2006-cı  ildə  Nazirlər  Kabinetinin  211  №  li  qərarı  ilə  "Ana  və  uşaqların 

sağlamlığının  qorunması  üzrə  Tədbirlər  Proqramı"  təsdiq  edildi.  Bu  proqramda  Ailə 

Qadın  və  Uşaq  Problemləri  üzrə  Dövlət  Komitəsinin    aşağıdakı  təklifləri  öz  əksini 

tapmışdır: 

 

Azərbaycan  Respublikasının  şəhər  və  rayonlarında  ana  və  uşaq  sağlamlığının 



qorunması xidmətinin fəaliyyəti üzrə monitorinqin keçirilməsi və nəticələrin təhlili


 

37 


 

Reproduktiv  sağlamlıq,  ana  və  uşaqların  mühafizəsi  sahəsində  qanunvericilik 

aktlarının  Ümumdünya  Səhiyyə  Təşkilatının    tövsiyələrinə  uyğunlaşdırılması 

məqsədilə təkliflərin hazırlanması; 

 

Mamalıq patologiyasında yeni müalicə və diaqnostika üsullarının tətbiq olunması 



üçün  beynəlxalq  təcrübənin  öyrənilməsi  məqsədilə  elmi-praktik  konfrans  və 

seminarın keçirilməsi

 

Əhali  arasında  sanitar-maarifçilik  işinin  genişləndirilməsi,  reproduktiv  sağlamlıq 



və ailə planlaşdırılması mövzusunda radio və televiziyada xüsusi verlişlərin təşkili. 

 

Ölkədə  aparılan  işlərə  baxmayaraq,  səhiyyə  sahəsində  bir  sıra  ciddi  problemlər 



qalmaqdadır.  Fokus  qruplarda    aparılan  müzakirələr  aşağıdakı  daha  aktual  istiqamətləri 

və  bunlarla  bağlı  problemləri  müəyyən  etdi.  Bu  problemlər  qadınların  nəinki 

səhhətlərinin  durumu  ilə  bağlıdır,  bunlar  eyni  zamanda  qadınların  cəmiyyətin  bərabər 

hüquqlu vətəndaşı kimi fəaliyyət göstərməsinə mane olur:  

1.  10 %-dən artıq qadın işləyən müəssisələrdə  sanitar-gigiyena  otaqları ayoxdur. 

2.  Bir  çox  rayon  mərkəzlərində    təcili  yardım  maşınlarının  yararsız  və  az  olması 

nəticəsində kəndlərdən hamilə qadınları doğuş üçün mərkəzə çatdırmaq mümkün deyildir 

ki, bu da çox vaxt  ölümlə nəticələnir.  

3. Uşaq və reproduktiv sağlamlıq sahəsində  hamilə qadınlar üçün  əlverişli məişət şəraiti 

yaradılmalı, onları  ailədə və iş  yerində ağır fiziki işdən azad etmək, südəmər uşaqların 

qidası və patronaj qulluğun keyfiyyətini qaldırmaq sahəsində proqramlar hazırlanmalıdır.          

4.  Arzu  edilməz  hamiləliyin  qarşısını  almaqdan  ötrü  kontraseptlərdən  istifadə  etməyi 

nəinki qadınlar arasında, kişilər arasında da təbliğ etmək lazımdır.  

5. Yaşlı və qoca qadınların səhhətinə diqqəti artırmaq, onların vaxtaşırı tibbi müayiəndən 

keçmələri üçün nəzarət gücləndirməlidir.  

6.  Fiziki  və  əqli  cəhətdən  zəif  uşaqlar  üçün  ixtisaslaşdırılmış  diaqnostik  mərkəzlərin   

yaradılması,  onların  inkişafına  təsir  göstərən  mərkəzlərin,  uşaq  bağçalarının  açılması  

həm  anaların  mənəvi  sıxıntılarının  azalmasına  və  həm  də  işləmələri  üçün  şərait  yarada 

bilər.  

7.  İçməli  sular  müntəzəm  olaraq  yoxlanılmalı,  onlarda  yod,  sink  və  dəmirin  normaya 

uyğun  olduğu  müəyyən  edilməli,  normaya  uyğun  olmadıqda  yerli  əhali  uyğun  dərman 

preparatları ilə təmin edilməlidir.   




 

38 


8. Genetik xəstəliklərin qarşısını almaqdan ötrü qohumlar arasında bağlanılan nikahların 

fəsadları  haqqında əhali, xüsüsilə  gənclər arasında izahedici işləri vaxtında aparmaq, bu 

sahədə kütləvi informasiya vasitələrindən istifadə etmək lazımdır.    

9.  Qızların vaxtından əvvəl ərə verilməsinin qarşısını almaqdan ötrü, belə nikahların həm 

ana və həm də dünyaya gələcək uşaqların səhhəti üçün təhlükəli olduğunu  ictimaiyyətə 

çatdırılma kampaniyasını aparmaq, bu işdə iştirak edən yaşlı insanlar üçün cəza tədbirləri 

görmək lazımdır. 

 

Qadınların  reproduktiv  sağlamlıqlarına  təsir  edən  mənfi  amillərdən  biri  də  abortlardır. 



Azərbaycan qanunvericiliyi  abortları qadağan etmir. Abortlar qanuni sayılır və onların 6 

həftəlik  müddətə  qədər  ambulator  şəraitində,  6  həftədən  12  həftəyədək  müddətdə  isə 

yalnız stasionrada aparılmasına icazə verilir.  

 

Müasir dövrdə dunyada abortların səbəbləri aşagıdakı kimi müəyyənləşdirilmişdir: 




Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin