Bmt-nin Qadınlara qarşı ayri-seçkiliyin bütün növ



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə4/29
tarix02.01.2022
ölçüsü0,85 Mb.
#2726
1   2   3   4   5   6   7   8   9   ...   29
 

 

 



 

 

 

 


 



 



 

G Ġ R Ġ ġ 

 

Gender hüquq bərabərliyi demokratik cəmiyyətin inkişafının və insan hüquqlarına riayət 



edilməsinin  əsas  prioritetlərindən  biridir.    Hazırda  gender  problemi  və  gender 

bərabərliyinin təmin olunması dünyanın bir çox ölkələrində  aktual problemlər sırasında 

durur.  Bu,  ilk  növbədə  iqtisadi  və  sosial  sferada    gender  bərabərsizliyi  amilinin  insan 

resurslarının  keyfiyyətinin pisləşməsindən irəli gəlir. Belə  ki, problemin ciddi  xarakter 

alması  sosial-iqtisadi  tərəqqiyə  maneə  törədir,  insan  kapitalının  inkişafında  mövcud 

sistemin  səmərəliliyini  aşağı  salır  və  nəhayət,  cəmiyyətdə  sosial  ədalətsizliyin 

dərinləşməsinə səbəb olur. 

 

Ümumilikdə  bu  problemin  mənfi  nəticələrini  nəzərə  alaraq  1990-cı  ildən  etibarən 



beynəlxalq  təşkilatlar  və  inkişaf  etmiş  ölkələr  gender  probleminin  və  gender 

bərabərliyinin  qorunması  istiqamətində  fəal  proqramlar  həyata  keçirməyə  başladılar.  

Əgər 1990-cı illərə qədər inkişafa  yardım sahəsində qadın məsələlərinə  ayrıca bir sahə 

kimi  birtərəfli  formada  baxılırdısa,  1990-  cı  il  ildən  sonra  problemin  həllində  aşağıdakı 

istiqamətlərdə kompleks yanaşılma başlanıldı

1



 

ümumilikdə  həyata  keçirilən  siyasətin  kişi  və  qadınların  həyat  tərzinə  təsirini 



müəyyənləşdirilməsi; 

 



hamıya bərabər formada gəlir əldə etmək imkanlarının verilməsi

 



sosial müavinətlərin ünvanlılığın təmin edilməsi

 



bərabər formada resurslardan istifadə edilməsi;  

 



bərabər  formada  təhsil  və  səhiyyə  xidmətlərindən  istifadə  edilməsi  və  s.  bu  kimi 

məsələlərdə zəruri imkanların verilməsi.  

                                                 

1

 Хартия  прав  человека:  Всеобщая  декларация  прав  человека,  принятая  ГА  ООН  10  декабря  1948  г. 



Конвенция о борьбе  с  торговлей  людьми и с  эксплуатацией  проституции третьими лицами  утвержденная 

ГА ООН 2 декабря 1949 г. Конвенция о политических правах женщин. Конвенция о гражданстве замужней 

женщины.  Декларация  о  ликвидации  дискриминации  в  отношении  женщин  провозглашенная  ГА  ООН  7 

ноября 1967 г. Декларация об искоренении насилия в отношении женщин  ГА ООН за 20 декабря 1993 г.  IV 

Всемирная конференция в Пекине по положению женщин, 4-15 сентября 1995 г.    Конвенция 100 -о равном 

вознаграждении  мужчин  и  женщин  за  труд  равной  ценности.  Конвенция  111-  о  дискриминации  в  области 

труда и занятий. Конвенция  156 - о равном обращении и равных возможностях для трудящихся мужчин и 

женщин,  трудящиеся  с  семейными  обязанностями.  Рекомендации  165  -  О  равном  обращении  и  равных 

возможностях для трудящихся мужчин и женщин, трудящиеся с семейными обязанностями.  

 

     



 


 

Qeyd edək ki, beynəlxalq təcrübədə gender probleminin təhlili zamanı 3 əsas sosial 



məsələyə baxılması məqsədəuyğun hesab olunur: 

1.İqtisadi və sosial sahələrdə kişilərin və qadınların iştirakını gender uyğunsuzluğu 

nöqteyi-nəzərindən qiymətləndirmək; 

2.Ayrı-ayrı  fəaliyyət  sahələrində  gender  uyğunsuzluğunu  müəyyənləşdirməklə  hər 

iki cins  üçün bərabər imkanları yaratmaq; 

3.  Subyektlərin  cinsi  mənsubiyyətindən  asılı  olmayaraq  vətəndaş  cəmiyyətinin 

formalaşmasında və sosial-institutlarda iştirakına şərait yaratmaq;

2

 



 

Azərbaycan Respublikası qanunvericilik səviyyəsində qadın və kişilərin tam bərabərliyini 

qəbul  edir.  Azərbaycanda  qadınlar  və  kişilərin  bərabərliyini  nəzərdə  tutan  maddələr 

1995-ci  ildə  qəbul  edilmiş  Azərbaycan  Respublikasının  Konstitusiyasında  (25-1-ci 

maddə),  eləcə  də  başqa  ümumi  qanunverici  aktlarda  (Mülki  Məcəllə,  Əmək  Məcəlləsi, 

Ailə Məcəlləsi və s.) özünə yer tapmışdır.  

 

Müstəqil  dövlət  kimi  Azərbaycanın  da  dünyada  gedən  ictimai-siyasi,  sosial-iqtisadi  və 



texniki-texnoloji  proseslərə  inteqrasiya  etmək,  beynəlxalq  konvensiya  və  tövsiyələri 

qəbul  etmək,  gender  bərabərliyini  təmin  etmək  və  bu  sahədə  bir  sıra  tədbirlər  həyata 

keçirməklə  dünyanın  sivil  ölkələri  sırasına  daxil  olması  demokratik  inkişafın  zəruri 

şərtlərindəndir.  

 

Azərbaycan Respublikasının 25-maddəsinə görə: 



Dövlətlər  irqindən,  milliyətindən,  dinindən,  dilindən,  cinsindən,  mənşəyindən,  əmək 

vəziyyətindən,  qulluq  mövqeyindən.  əqidəsindən,  siyasi  partiyalara,  həmkarlar 

ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq 

və  azadlıqlarının  bərabərliyinə  təminat  verir.  İnsan  və  vətəndaş  hüquqlarını  və 

azadlıqlarını irqi, milli, dini, dil, cins, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə 

məhdudlaşdırmaq qadağandır.  

 

Lakin təcrübə göstərir ki, əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da hakimiyyətə nail 



olmaqda,  ictimai  və  siyasi  proseslərə  təsir  səviyyəsində  cinsə  görə  fərqli  yanaşma 

                                                 

2

 Мировой обзор по вопросу о роли женщин в развитии. Нью-Йорк, ООН, 1999.  с 10. 




 

prinsipləri  özünə  yer  tapmışdır.  Bu  baxımdan,  Qadınlara  qarşı  ayrı-seçkiliyin  bütün  növ 



formalarının  ləğv  edilməsi  haqqında  Konvensiya  (CEDAW,  bundan  sonra  Konvensiya) 

onların hüquqlarının müdafiəsi və monitorinqi üçün tutarlı bir sənəddir.  

 

Konvensiya  18 dekabr 1979-cu ildə qəbul edilmiş və 20 sentyabr 1981-ci ildə qüvvəyə 



minmişdir.  Konvensiyanın  hazırlanması  kişi  və  qadın  bərabərliyini  özündə  əks  etdirən 

Ümumdünya  İnsan  Haqları  Bəyannaməsinə  (1948),  Qadınların  Siyasi  Hüquqları  haqda 

Konvensiyaya  (1952),  Vətəndaş  və  Siyasi  Hüquqlar  Haqda  Beynəlxalq  Pakta  (1966)  və 

İqtisadi,  Sosial  və  Mədəni  Hüquqlar  Haqda  Pakta  əsaslanmışdır.  Azərbaycan 

Respublikası Konvensiyanı 10 iyul 1995-ci ildə ratifikasiya etmişdir.  

 

Insan hüquqlanna dair konvensiya olan CEDÄW ona tərəfdaş çıxmış dövlətlər üçün 



öhdəlik yaradan bir beynəlxalq hüquq mənbəyidir. Bu sənəd miili və yerli səviyyələrdə, 

eləcə  də  hökumətin  bütün  qolları  -  icraedici  hakimiyyət,  parlament  və  məhkəmələr  - 

üçün icbari öhdəçiiik yaradır.  

 

Əvvəlki  beynəlxalq  konvensiyalarda  ayn-seçkiliyin  yolverilməzliyi  və  bərabərlik 



məsələsi  qaldırılsa  da,  həmin  sənədlərdə  "real  bərabərlik"  və  ya  "nəticələrin 

bərabərliyi" məsələsinə, yaxud kişilər və qadınlar arasında olan bərabərsizliyin davam 

etməsinə  şərait  yaradan  köklü  sosial  səlahiyyət  məsələlərinə  heç  bir  şəkildə 

toxunulmamışdır.  

 

Konvensiyanı  qəbul  edən  dövlətlər  qadına  münasibətdə  diskriminasiyanın  bütün 



formalarını  pisləyir,  müvafiq  vasitələrlə  qadına  münasibətdəki  ayrı-seçkiliyin  aradan 

qaldırılması üzrə dərhal siyasət aparmağa razılaşır və bu məqsədlə aşağıdakı öhdəlikləri 

götürürlər:  

o

 



Kişi  və  qadın  arasındakı  hüquq  bərabərliyi  prinsipini  öz  milli  konstitusiya  və  ya 

digər uyğun qanunlara daxil etmək, bütün diskriminasiya xarakterli qanunları ləğv 

etmək və qadınlara qarşı diskriminasiyanı qadağan edən qanunlar qəbul etmək

o

 



Qadınların  diskriminasiyadan  təsirli  müdafiəsinə  zəmanət  verən  milli 

mexanizmləri qurmaq; 




 

o



 

Ayrı-ayrı  fərdlər,  təşkilat  və  ya  müəssisələr  tərəfindən  qadınlara  qarşı 

diskriminasiya  xarakterli  bütün  fəaliyyətlərin  aradan  qaldırılmasına  zəmanət 

vermək. 


 

Bütün  beynəlxalq  müqavilələr/konvensiyalar  kimi,  Konvensiyanı  imzalayan  və  ona 

qoşulan  dövlətlər,  onun  müddəalarını  əyani  tətbiq  etməli  və  ―de-yure‖  bərabərliyindən, 

qadınların  və  kişilərin  orta  hesabla  nail  ola  biləcəyi  bərabərliyə,  yəni  nəticələrə  görə 

bərabərliyin – ―de-facto‖ təmin olmasına borcludurlar. 

 

30  maddədən  ibarət  olan  Konvensiyanın  1-ci  maddəsində  ―Konvensiyaya  görə, 



―qadınlara qarşı ayrı-seçkilik‖ anlayışı qadınların ailə vəziyyətindən asılı olmayaraq kişi 

və  qadınların  hüquq  bərabərliyi  əsasında  və  siyasi,  iqtisadi,  sosial,  mədəni,  mülki  və  ya 

hər  hansı  digər  sahədə  insan  haqlarının  və  əsas  azadlıqlarının  tanınmasının,  istifadə 

edilməsinin  və  ya  həyata  keçirilməsinin  əngəlləşməsinə  və  ya  heçə  endirilməsinə  səbəb 

olan və ya bu məqsədi daşıyan, cinsi əlamətə görə hər hansı fərqləndirmə, istisna, yaxud 

məhdudiyyət deməkdir‖. 

 

Konvensiyanın  6-16  maddələri  ayrı-ayrı  sahələrdə  qadınlara  qarşı  edilən  ayrı-seçkiliyin 



aradan qaldırılmasına həsr olunmuşdur. Bu maddələr qadınların siyasi və ictimai həyatda 

bərabər  hüquqlarını,  təhsildə,  işdə,  tibb  xidməti  sahəsində  bərabər  imkanları,  maliyyə 

iqtisadi və sosial hüquqlar sahəsində ayrı-seçkiliyə son qoyulmasını təmin edir.  

 

Konvensiya    ailə  vəziyyətindən,  siyasi,  iqtisadi,  sosial,  mədəni  vəziyyətindən  və 



baxışlarından aslı olmayaraq  kişi və qadınların bərabər hüquqlara malik olmalarını təsbit 

etməklə  kifayətlənmir.  Konvensiyanı  qəbul  edən    dövlətlər    hüquqi,  siyasi  və  proqram 

xarakterli  tədbirlər  həyata  keçirməklə  qadınlara  münasibətdə  mövcud  olan  ayrı-seçkilik 

hallarını aradan qaldırmağı öhdəlik olaraq öz üzərlərinə götürürlər. Bu öhdəliklər həyatın 

bütün sferalarını, o cümlədən nikah, ailə münasibətləri, həmçinin istənilən şəxs, təşkilat 

və  təsisat  tərəfindən  qadınlara  qarşı  hər  hansı  ayrı-seçkiliyi  aradan  götürən  müvafiq 

tədbirləri əhatə edir. 

 

Konvensiyada  dolayı  ayrı-seçkilik  anlayışı  da  qəbul  edilir.  Yəni  ayrı-seçkilik  yalnız 




 

məqsədli, birbaşa  deyil, həm də məqsədsiz, dolayı ola bilər. Dolayı ayrı-seçkilik dedikdə 



praktikada müəyyən bir qrup qoyulan tələblərə cavab verə bilmədiyi üçün ondan istifadə 

edə  bilmir  və  bu  da  ayrı-seçkilik  sayılır.  Hər  hansı  fərqləndirmə,  istisna  və  ya 

məhdudiyyətin    ayrı-seçkilik  hesab  olunması  üçün  onun  mütləq  şəkildə  məqsədli  baş 

verməsi vacib deyil.  Məqsədsiz atılan addımlar qadınların hər hansı sahədə hüquqlarının 

tanınmasını, ondan istifadə edilməsini çətinləşdirərsə bu ayrı-seçkilik sayılır.   

 

Konvensiyadan  əvvəl  qəbul  edilmiş  beynəlxalq  sənədlərdə  ayrı-seçkilik  anlayışı  yalnız 



dövlət  orqanları  tərəfindən  törədilmiş  diskriminasiyanı  əhatə  edir.  Qadın  hüquqları 

sahəsində  hüquqlar  daha  çox  özəl,  qeyri-dövlət  sferasında  da  pozulduğundan 

Konvensiyaya görə bu subyektlər tərəfindən olan ayrı-seçkilik də ləğv olunmalıdır. 

 

Konvensiyanın  17-ci  maddəsinə  müvafiq  olaraq  Qadınlara  qarşı  ayrı-seçkiliyin  ləğvi 



Komitəsi yaradılmışdır. Konvensiyanın 18-ci maddəsinə uyğun olaraq iştirakçı dövlətlər, 

Komitədə baxılmaq üçün hazırkı Konvensiyanın müddəalarını yerinə yetirmək məqsədilə 

qəbul  etdikləri  qanunvericilik,  məhkəmə,  inzibati  və  ya  digər  tədbirlər  haqqında  və  bu 

sahədə  əldə  edilən  naliyyətlər  barəsində  hesabat  təqdim  etmək  öhdəliyini  öz  üzərinə 

götürür.   

 

Ölkənin    daxili,  yəni  milli  qanunvericiliyi  və  onun  beynəlxalq  öhdəlikləri,  o  cümlədən  



CEDAW    Komitəsinin  tövsiyələri  arasında  ziddiyyət    olarsa,  Azərbaycan 

Respublikasının  Konstitusiyanın  151-ci  maddəsinə

3

 uyğun  olaraq  həll  edilməlidir.  Bu 



maddəyə  əsasən  ölkənin  daxili  normativ  aktları    ilə  beynəlxalq  öhdəliklər  arasında 

ziddiyyət mövcud olduğu hallarda üstünlük beynəlxalq normalara verilir. 

 

Dövlət Konvensiyanı ratifikasiya etdikdən sonrakı bir il ərzində CEDAW Komitəsinə ilk 



hesabatı, sonrakı dövrlərdə isə hər 4 ildən bir dövrü hesabatı təqdim etməlidir. 

 

Hökumətlərin müvafiq Birləşmiş Millətlər Təşkilatı (BMT) Komitələrinə təqdim etdikləri 



ilk və dövrü hesabatlarla yanaşı  parallel və ya alternativ (kölgə)  məruzə və hesabatlar da 

təqdim  oluna  bilər.  Belə  məruzə  və  hesabatlar  milli    qeyri-  hökumət  təşkilatları  (QHT), 

                                                 

3

 



Konstitusiya və normativ aktların referendum vasiəsilə qəbul edilmiş istisnaları

 



 

insan  hüquqlarını  müdafiə  və  təşviq  edən  fərdlər,  fərdlər  qrupu  və  ya  təsisatlar, 



Beynəlxalq  QHT-lər,  İnsan  hüquqlarını  müdafiə  edən  milli  təsisatlar  (məsələn 

Ombudsman)  tərəfindən  təqdim  edilir.  Komitənin  fəaliyyətində  QHT-lərin  böyük  rolu 

vardır. QHT-lərin, xüsusən də qadın hüquqlarının müdafiəsi üzrə ixtisaslaşmış QHT-lərin 

və milli təsisatların məlumatları Komitə üçün olduqca qiymətli informasiya mənbəyidir. 

 

Dövlətlər  hesabat  verərkən  bir  qayda  olaraq  problemləri  ya  göstərmir,  yaxud  onu 



―yumşaldıb‖ təqdim edirlər. Xüsusən qadınların vəziyyətləri ilə bağlı sistematik və total 

pozuntular baş verən ölkələrdə dövlətlər problemləri hesabatlarında əks etdirmirlər.  Belə 

olan halda qərəzsiz və neytral tərəflərin məlumatı əvəz olunmazdır. Bu keyfiyyətə cavab 

verən isə əsasən QHT-lərdir.  

 

Əgər  Komitəyə  Konvensiyada  təsbit  edilmiş  hüquqların  üzv-dövlət  tərəfindən  ciddi  və 



sistemli şəkildə pozulduğunu təsdiq edən etibarlı   məlumat daxil olmuşdursa, Komitə aid 

üzv-dövlətə bu məlumatın araşdırılması üçün əməkdaşlıq etməyi və bununla əlaqədar olaraq 

sözügedən  məlumat  barədə  öz  qeydlərini  təqdim  etməyi  təklif  edir.  Konvensiyanın  21-ci 

maddəsi    Komitənin  ümumi  xarakterli  təklif  və  tövsiyələr  verə  bilməsini    göstərir.  Bu 

maddəyə  görə    Komitə  hesabatı  öyrənərək  və    müzakirə  edərək,  həmçinin  dövlətlərdən 

digər informasiyaları əldə edərək tövsiyələr verməlidir. Lakin bir çox hallarda tövsiyələr 

ümumi xarakter daşıdığından dövlətlər  təqdim edilən  tövsiyələrə etinasız yanaşırlar.  

 

Komitə  ölkənin  geniş  ictimaiyyətini  -  xüsusilə,  müəllimlər,  sosial  işçilər,  hüquq-mühafizə 

orqanlarının  əməkdaşları,  cəzaçəkmə  müəssisələrinin  işçiləri,  tibb  işçiləri,  hakimlər  və 

Konvensiyanın  müddəalarını  tətbiq  etməli  olan  digər  peşə  sahiblərini  -  Konvensiyanın 

müddəaları  ilə  tanış  olmağa  tövsiyə  edir.  Komitə  Konvensiya  da  daxil  olmaqla  insan 

hüquqlanna  dair  məsələlərlə  əlaqədar    məktəblər  və  universitetlərdə  təlim  kursları  təşkil 

etməyi tövsiyə edir. 

 

―Konstitusiya‖  Araşdırmalar  Fondu  və  ―Qadınlar  Arasında  Həmrəylik‖  İctimai  Birliyi 



ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin dəstəyi ilə ―Counterpart İnternational‖ təşkilatı 

tərəfindən  icra  olunan  ―Qadın  İştirakçılığı  Proqramı‖  çərçivəsində  ―Qadınların  inkişafı 

naminə  ictimai  maraqların  qorunması‖  layihəsini  həyata  keçirir.  Layihənin    məqsədi 



 

cəmiyyətdə  qadınların  aktiv  sosial  qrup  kimi  formalaşması  üçün  CEDAW  Komitəsinin 



Azərbaycan  hökumətinə  tövsiyələrinin  icrası  və  təbliği  üçün  ictimai  vəkillik 

kampaniyasının həyata keçirilməsidir.  

 

Layihə  çərçivəsində  hazırlanmış  monitorinq  hesabatı  Konvensiyanın    üç  istiqamətini 



əhatə edir: 

 

Təhsil;   



 

Səhiyyə;  

 

Qadın sahibkarlığı. 



 

Aparılan  monitorinq  hesabatı  Azərbaycanın  dövlət  strukturları  tərəfindən  CEDAW 

Komitəsinin tövsiyələrinin həyata keçirilməsi istiqamətində bir göstərici olacaqdır. 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin