669) Streptokokkların və enterokokkların fərqləndirici əlamətləri hansılardır?
A) Katalaza-müsbət olması
B) Vismut sulfit aqar mühitində koloniyaların artımı
C) 6%-li NaCl-olan məhlulda artım və qidalı mühitlərə tələbkar olmaması
D) Lesitelaza aktivliyinin olması
E) Aminoturşuların sintezi
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.
670) Hansı bakteriyalarla törədilən infeksiyaların profilaktikası üçün vaksinlər vardır?
A) Streptococcus pneumoniae
B) Streptococcus pyogenes
C) Staphylococcus aureus
D) Streptococcus agalactiae
E) Staphylococcus epidermidis
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.
671) "Haemophilus" cinsinə aid olan mikroorqanizmlərin əsas kultural xüsusiyyətləri hansılardır?
A) Kultivasiya üçün anaerob şəraitlərin yaranması
B) Mühitə kömürün və ya digər metabolitlərin adsorbentlərinin əlavə edilməsi
C) Mühitdə zərdabın olması
D) Heç bir xüsusiyyət yoxdur
E) Mühitdə boy artma amillərinin olması
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.
Dostları ilə paylaş: |