Bölmə Cərrahi anatomiya və operativ cərrahiyyə, şişlərin morfologiyası, şişlərin mərhələlər üzrə təsnifatının ümumi prinsipləri


) Aşağıdakılardan hansının şüa müalicəsi zamanı effekt daha az alına bilər?



Yüklə 181,43 Kb.
səhifə103/295
tarix26.12.2016
ölçüsü181,43 Kb.
#3472
növüСправочник
1   ...   99   100   101   102   103   104   105   106   ...   295
306) Aşağıdakılardan hansının şüa müalicəsi zamanı effekt daha az alına bilər?
A) Mədənin adenokarsinoması

B) Hockin limfoması

C) Dərinin bazalhüceyrəli xərçəngi

D) Dərinin yastı epitel xərçəngi

E) Qırtlağın yastı epitel xərçəngi
Ədəbiyyat: İ.H.İsayev. Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001.səh182
307) Avropa terapevtik onkoloqlar cəmiyyətinin abbreviaturası hansıdır?
A) E.S.T.R.O

B) E.O.R.T.C

C) W.H.O.

D) R.T.O.G

E) N.W.T.S.
Ədəbiyyat: İ.H.İsayev. Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001.səh 555
308) Hansı xəstələrin şüa müalicəsiönü hazırlığı daha çox diqqət tələb edir?
A) Dəri xərçəngi

B) Ayaq pəncəsinin sinovial sarkoması

C) Baş beyin

D) Bazal hüceyrəli xərçəng

E) Qamış sümüyünün osteomieliti
Ədəbiyyat: İ.H.İsayev. Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001.səh 156
309) Xəstədə ağciyərlərə şüa müalicəsindən 2-3 ay sonra təngnəfəslik, quru öskürək qeyd olunursa bu nə ilə əlaqədar ola bilər?
A) Portal hipertenziya

B) Denis-Draş sindromu

C) Şüa ezofagiti

D) Şüa perikarditi

E) Şüa pulmoniti
Ədəbiyyat: İ.H.İsayev. Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001.səh 522
310) Aşağıdakı hansı xəstəliyin şüa müalicəsi zamanı regionar limfa düyünlərinin şüalandırılmasına ehtiyac olmur?
A) Düz bağırsaq xərçəngi

B) Ağciyərin mərkəzi xərçəngi

C) Dərinin bazalhüceyrəli xərçəngi( bazalioma)

D) Nefroblastoma

E) Burun-udlaq xərçəngi
Ədəbiyyat: İ.H.İsayev. Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001.səh 446
311) Hansı xəstəliyin şüa müalicəsi zamanı regionar limfa düyünləri şüalandırılmır?
A) Qalxanvari vəzinin papilyar xərçəngi

B) S-vari bağırsaq xərçəngi

C) Hockin limfoması

D) Baş beyinin meningioması

E) Düz bağırsaq xərçəngi
Ədəbiyyat: İ.H.İsayev. Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001.səh 121
312) Hansı xəstəliyin radikal şüa müalicəsi ilə 95%- dən çox sağalmaya nail olmaq mümkündür?
A) Mədə xərçəngi

B) Qida borusu xərçəngi

C) Bazalioma

D) Mədəaltı vəzin xərçəngi

E) Qırtlaq-udlaq xərçəngi
Ədəbiyyat: İ.H.İsayev. Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001.səh 258
313) Hansı xəstəliyin müalicəsində iltihabəleyhi rentgenterapiya aparmaq müsbət effekt verir?
A) Osteomielit

B) Plazmositoma

C) Kəskin leykemik leykoz

D) Liposarkoma

E) Hockin limfoması
Ədəbiyyat: İ.H.İsayev. Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001.səh 258
314) Qırtlağın hansı nahiyəsinin yastı epitel xərçəngi şüa müalicəsinə daha yaxşı tabe olur?
A) Hamısı

B) Bağaltı şöbə

C) Səs bağları

D) Heç biri

E) Bağüstü şöbə
Ədəbiyyat: İ.H.İsayev. Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001.səh 141
315) Şüa müalicəsi zamanı yol verilə biləcək xətaları aşkara çıxarmaq və həmçinin onların korreksiyası üçün Clinac-DHX xəttli sürətləndiricisində hansı əlavə üsuldan istifadə olunur?
A) Planning Target Volume

B) Portal vision

C) Emageon solutions

D) SSD


E) High Dose Rate
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
316) PTV nədir?
A) İntensity Modulated Radiotherapy

B) Kliniki hədəf həcmi

C) Planlaşdırılan hədəf həcmi

D) Şişin görünən həcmi

E) İmage Guide Radiotherapy
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003


Yüklə 181,43 Kb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   295




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin