319) Hansı şişin şüa müalicəsi zamanı onurğa beyninin də şüalandırılması vacibdir?
A) Baş beyinin oliqodendroqlioması
B) Baş beyinin meningioması
C) Baş beyinin medulloblastoması
D) Hipofizin adenoması
E) Kraniofaringioma
Ədəbiyyat: İ.H.İsayev. Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001.səh 466
320) Aşağıdakı hansı cihaz şüa müalicəsi aparılmadığı zaman daha təhlükəsiz hesab olunur?
A) Rokus-M
B) Clinac-DHX
C) Gammamed+
D) Teraqam
E) AQAT-B
Ədəbiyyat: İ.H.İsayev. Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001.səh 63
321) Hansı formalı şişlərdə şüa terapiyasının sutkalıq bölünmə rejimindən istifadə etmək daha effektlidir?
A) Multisentrik inkişaflı
B) Radiohəssas
C) Tez inkişaf edən
D) Regionar metastazları olan
E) Yerli yayılmış
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
322) Cərrahi əməliyyatönü şüa müalicəsini təyin etməkdə hansı kriteriya ən vacibdir?
A) Şişin histoloji növü
B) Xəstənin yaşı
C) Uzaq metastazların olması
D) Şişin yerli yayılma dərəcəsi
E) Şişin dağılması
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
323) Hansı kliniki hal qida borusu xərçənginin radikal şüa müalicəsi üçün əks göstərişdir?
A) Qida borusu divarlarının perforasiyası
B) I-II mərhələli disfagiya
C) Xroniki bronxit
D) Xəstənin ahıl yaşı
E) Şişin boyun nahiyəsində yerləşməsi
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
Dostları ilə paylaş: |