415) Endometriya xərçənginin ən çox rast gəlinən morfoloji forması?
A) Kiçik-hüceyrəli xərçəng
B) Sarkoma
C) Qeyri – differensasiyalı xərçəng
D) Vəzli – yastıhüceyrəli xərçəng
E) Adenokarsinoma
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001
416) Böyrək xərçəngi ən çox metastaz verir?
A) Plevra və qara ciyər
B) Boyun limfa düyünləri
C) Sümüklər və ağ ciyər
D) Peritonarxası limfa düyünlər və yumurtalıqlar
E) Qara ciyər və baş beyin
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001
417) Uşaqlıq boynu xərçənginin yaranmasını çox halda aşağıdakı qrup virusla əlaqələndirirlər?
A) Epşteyn – Barr
B) Papilloma virusu
C) Stafillokokkus aureus
D) Hepatit virusu
E) Helikobakter pilorus
Ədəbiyyat: Kiselyova Y.S. Bəd xassəli şişlərin şüa terapiyası, 1996
418) Qaraciyər şişlərinin diaqnostikası üçün daha informativ müayinə metodunu seçin?
A) Endoskopiya
B) MRT
C) Rentqenoskopiya
D) Arterioqrafiya
E) Ultrasəs tomoqrafiyası
Ədəbiyyat: B.Baxşiyev “Radiodiaqnostika və radioterapiya”, Bakı - 2004
Dostları ilə paylaş: |