423) Aşağıdakılardan hansı ionlaşdırıcı şüalardır?
A) İnfraqırmızı şüalar
B) Görünən işıq şüaları
C) Lazer şüaları
D) Kvant və korpuskulyar şüalar
E) Ultrabənövşəyi şüalar
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003, səh 134
424) Aşağıdakılardan hansı halda şüa müalicəsi aparmaq daha yüksək risklidir?
A) Hamiləlik zamanı
B) Ahıl yaş
C) Qaraciyər xəstəlikləri olduğunda
D) Uşaqlarda
E) Dəri xəstəliyi zamanı
Ədəbiyyat: Jane Dobs., et.c. Practical Radiotherapy Planning.2003 səh 221
425) Aşağıdakılardan hansı ağız-udlaq xərçənginin şüa müalicəsinə əksgöstəriş deyil?
A) Düz bağırsaq xərçəngindən müalicə almış xəstə
B) Şişin uzaq metastazları
C) Şişin parçalanma mərhələsində olması
D) Xərçəng kaxeksiyası
E) Dekompensə olunmuş ürək qüsuru
Ədəbiyyat: Jane Dobs., et.c. Practical Radiotherapy Planning.2003 səh 244
Dostları ilə paylaş: |