547) Xəstə14 yaşında. Diaqnoz: Bazu sümüyünün diafizinin Yuinq sarkoması (PNET şişi): Hansı müalicə taktikası optimal hesab edilə bilər?
A) Kimyaterapiya + Şüa müalicəsi
B) Kimyaterapiya
C) Şüa terapiyası
D) Kimyaterapiya + Rentgenterapiya
E) Kimyaterapiya +cərrahi əməliyyat + Rentgenterapiya
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 579
548) Xəstə12 yaşında. Diaqnoz: 4 - cü bel fəqərəsinin Yuinq sarkoması (PNET şişi): hansı müalicə taktikası düzgündür?
A) Kimyaterapiya + cərrahi əməliyyat+ krioterapiya
B) Kimyaterapiya + şüa terapiyası
C) Kimyaterapiya + cərrahi əməliyyat+ krioterapiya
D) Rentgenterapiya + kimyaterapiya
E) Şüa terapiyası
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 579
549) 43 yaşlı xəstədə III A mərhələdə qırtlağın yastı hüceyrəli xərçəngi, ekzofit böyümə forması, cərrahi müdaxilədən əvvəlki 40 Qr dozada şüalanma aparılıb. 2 həftədən sonra kliniki olaraq şişin praktiki olaraq tam rezorbsiyası qeyd olunur. Bu halda aşağıdakılardan hansı doğrudur?
A) Qırtlağın hipertermiyası
B) Kimyaterapiya
C) Müşahidə
D) Krioterapiya aparmaq
E) Şüa terapiyasını radikal proqramda davam etdirmək
Ədəbiyyat: Г. А. Зедгенидзе “Клиническая рентгено - радиология”, Москва 1985
Dostları ilə paylaş: |