550) 82 yaşlı xəstədə II B mərhələdə qida borusunun orta döş sahəsinin xərçəngi. Aşağıdakı hansı müalicə taktikası doğru qəbul edilə bilər?
A) Cərrahi müdaxilədən əvvəlki şüa terapiyası ilə kombinə olunmuş müalicə
B) Radikal proqram ilə müstəqil şüa terapiyası
C) Dərin rentgenterapiya
D) Cərrahi əməliyyat
E) Cərrahi müdaxilədən sonrakı şüa terapiyası ilə kombinə olunmuş müalicə
Ədəbiyyat: Г. А. Зедгенидзе “Клиническая рентгено - радиология”, Москва 1985
551) 50 yaşlı xəstədə orta döş səviyyəsində uzunluğu 4 sm disfagiya əlamətləri ilə paraezofageal limfa düyünlərə metastazlarla, qida borusunun xərçəngi. Aşağıda sayılanlardan hansı adekvat müalicə üsulu kimi qəbul edilməz?
A) Cərrahi müdaxilədən sonrakı şüa terapiyası ilə kombinə olunmuş müalicə
B) Müstəqil proqramla teleqammaterapiya
C) Cərrahi müdaxilədən əvvəlki şüa terapiyası ilə kombinə olunmuş müalicə
D) Cərrahi müdaxilə
E) Kimya şüa müalicəsi
Ədəbiyyat: Г. А. Зедгенидзе “Клиническая рентгено - радиология”, Москва 1985
Dostları ilə paylaş: |