636) Aşağıdakı hansı xəstəliyin müalicəsində şüa terapiyası aparılmaz?
A) Yuinq sarkomasında
B) Bəd xassəli osteoblastoklastomada
C) X histiositozunda
D) Retinulosarkomada
E) Osteomada
Ədəbiyyat: İ. H. İsayev «Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları», Bakı, 2001, 625 s.
637) Estezioneyroblastomada radikal şüa müalicəsinin ümumi ocaq dozası nə qədər olmalıdır?
A) 15 – 20 Qr
B) 20 – 25 Qr
C) 25 – 30 Qr
D) 50 – 55 Qr
E) 3–5 Qr
Ədəbiyyat: İ. H. İsayev «Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları», Bakı, 2001, 625 s.
638) Aşağıdakı hansı xəstəliyin I mərhələsində radikal şüa müalicəsini bir sahədən aparmaq olar?
A) Alt dodağın qırmızı haşiyəsi xərçəngi
B) Baş beyinin qlioblastoması
C) Burun - udlaq xərçəngi
D) Baş beyinin medulloblastoması
E) Qırtlağın xərçəngi
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 113
639) Aşağıdakı hansı orqanın bəd xassəli şişlərinin əsas müalicəsi şüa müalicəsidir?
A) Ağciyər
B) Düz bağırsaq
C) Qida borusu
D) Udlaq
E) Mədə
Ədəbiyyat: İ. H. İsayev «Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları», Bakı, 2001, 625 s.
Dostları ilə paylaş: |