626) Arzuolunmaz radiasiya təsirinə məruz qalmış insanda radiasiyadan ilk növbədə aşağıdakı hansı üzvlərdə daha çox dəyişikliklər yarana bilər?
A) Mədəaltı vəzidə
B) Görmə sinirində
C) Dəridə
D) Sümük iliyi və xayalar ( və ya yumurtalıqlar)
E) Qaraciyərdə
Ədəbiyyat: Киселева Е. С. Лучевая терапия злокачественных опухолей , 1996
627) Aşağıdakı göstərilmiş hansı xəstəlik qadınlarda rast gəlinən onkoloji patologiyanın strukturunda birinci yeri tutur?
A) Qaraciyər xərçəngi
B) Mədə xərçəngi
C) Süd vəzisi xərçəngi
D) Uşaqlıq cismi xərçəngi
E) Düz bağırsaq xərçəngi
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 520
Dostları ilə paylaş: |