30
KONSİLİUM
08/2010
konsilium
D
ərman preparatları
qaraciyərdə metabolizmə
uğrayır. Farmakoloji
vasitələrin, onların
parçalanma məhsullarının
zərərsizləşdirilməsi, orqanizmdən xaric
edilməsi vəzifəsi də qaraciyərin payına
düşür. Bu baxımdan dərman vasitələri
də fakultətiv hepatotoksinlərə aid
edilə bilər. Müalicəvi dozada onların
toksik təsiri ya yoxdur, ya da öncədən
söylənilməzdir. Onların bu cür təsiri
eksperimentlərdə yoxlanıla bilmir.
Satışa buraxılan preparatların
hepatotoksikliyi cox ciddi şəkildə
yoxlanılır. Buna baxmayaraq müəyyən
şəraitdə qaraciyərə patoloji təsir göstərə
biləcək dərman preparatlarının sayı
artmaqdadır. Hazırda hepatotoksik təsir
göstərən 1000-dən çox dərman preparatı
mövcuddur. Onların hepatotoksik təsir
mexanizmi müxtəlif, mürəkkəb, bir çox
hallarda isə izaholunmazdır. Sarılığa görə
hospitalizasiya olunanların 2- 5% də
bu əlamətin səbəbi qaraciyərin dərman
mənşəli zədələnməsidir.
Dərman vasitələrinin bir qrupu
qaraciyər hüceyrəsinə birbaşa zərərli
təsir göstərə bilir. Onlar “həqiqi
hepatotoksinlər”dir və toksiki
təsirləri preparatın dozasından, qəbul
müddətindən asılıdır və bu təsir
qabaqcadan proqnozlaşdırıla bilər.
Misal üçün, məlumdur ki, parasetamol
15-20 qr dozada hepatotoksik təsir
göstərir və bəzən ölümə səbəb ola bilir.
Digərləri isə nadir hallarda, yalnız qəbul
olunan preparata qarşı həssaslığı olan
şəxslərdə qaraciyərə zədələyici təsir
göstərir və bu təsir onların dozasından
asılı olmur. Bu cür təsir gözlənilməzdir
və öncədən söylənilə bilmir. Belə
preparatların təsirindən baş verən
qaraciyər zədələnmələri 0,1% təşkil edir.
Qaraciyərə toksik təsir göstərə biləcək
dərman vasitələrinin siyahısı kiçik
deyil. Birbaşa hepatotoksiklik göstərə
biləcək dərman preparatlarına bir sıra
antidepressantlar, sedativ vasitələr,
hormonlar, antibiotiklər, vərəm əleyhinə
preparatlar, sitostatiklər və s. arasında
da rast gəlmək olar. İdiosinkraziya
mexanizmi ilə hepatotoksik təsir
göstərən dərmanlar içərisində iltihab
əleyhinə qeyri steroid preparatlar
(diklofenak), diabet əleyhinə vasitələr,
diuretiklər, tireostatiklər, antiparazitar
preparatlar daha çox rast gəlinir.
Qaraciyər hüceyrələrinə bilavasitə toksik
təsir göstərə bilən preparatlar öz təsir
mexanizminə görə aşağıdakı qruplara
bölünür:
Qaraciyərin parenximasına təsir
•
edənlər: parasetamol, izoniazid,
metildop, diklofenak və s.
Öd axını prosesinə təsir edənlər:
•
xlorpromazin, aminazin, eritromisin,
anabolik steroidlər, tiabendazol,
imipramin, amoksiklav və s.
Qaraciyərə qarışıq təsir mexanizmi
•
olanlar: sulfanilamidlər,
nitrofurantoinlər və s.
Qaraciyərin dərman mənşəli
zədələnməsi riski qaraciyərin xroniki-
diffuz xəstəliklərində( hepatit,
steohepatit, sirroz və s.) artır. Dərman
vasitələrinin qaraciyərə toksik təsir
göstərə bilməsi riski bir sıra digər
amillərlə də əlaqədar ola bilər:
Uşaqlar və ahıl yaşlı insanlar (misal
•
üçün uşaqlara aspirin vermək olmaz)
Qadın cinsi
•
Artıq çəki, piylənmə
•
Alkahol və siqaret (siqaret və alkahol
•
dərmanların hapatotoksikliyini
dəfələrlə artırır )
İrsi meyllik
•
Bir-biri ilə uzlaşmayan bir neçə
•
dərman preparatının eyni vaxtda
qəbulu
Artıq doza və uzun müddətli dərman
•
qəbulu
Autoimmun xəstəliklər (revmatoid
•
artrit, qırmızı qurd eşənəyi)
QİÇS, Hepatit C
•
Acqarına dərman qəbulu
•
Hamiləlik
•
Qaraciyərin dərman mənşəli
zədələnmələri özünü müxtəlif dərəcədə
biruzə verə bilər: qanda qaraciyər
zədələnmələrinin mötədil artmasından
tutmuş qabarıq klinik təzahürlərə qədər.
Dərman mənşəli qaraciyər
zədələnmələrinin əsas kliniki əlaməti
sarılıqdır. Zədələnmə bəzən sarılıq
əlaməti olmadan da başlayır, dərman
qəbulu davam etdikcə dərinləşərək
ağır qaraciyər çatışmazlığına keçə
bilər. Parasetamol, halotan fulminant
(ildırımsürətli ) qaraciyər çatışmazlığı
törədə bilər. Dərman mənşəli qaraciyər
zədələnmələrinin təsnifatı qaraciyər
biopsiyasında aşkarlanan morfoloji
dəyişikliklərə əsaslanır.
DƏRMAN PREPARATLARI
və QARACİYƏR
Qaraciyər insan orqanizminin ən böyük üzvlərindən
biri olub həzmdə və maddələr mübadiləsində vacib
vəzifələr yerinə yetirir. Toksiki və infeksion amillərin
zərərsizləşdirilməsində qaraciyər mühüm müdafiə
funksiyasını həyata keçirir.
sURXAY HADIYEV,
Professor, Əməkdar elm xadimi
08/2010
KONSİLİUM
31
konsilium
Eyni bir preparatın qaraciyərə fərqli
zədələyici təsirlər göstərə bilməsini
də nəzərə almaq lazımdır. Misal üçün,
dopaminin təsirindən fulminant
qaraciyər çatışmazlığı və ya xroniki
fəal hepatit inkişaf edə bilər. Xroniki
qaraciyər xəstəliyi olanlarda bir sıra
dərman preparatlarının (izoniazid,
nitrofuranlar, sulfanilamidlər, metildop,
amiodoron, propiltiourasil, halotan, etil
spirti) xroniki hepatit və ya qaraciyər
sirrozunun inkişafına səbəb ola bilməsi
məlumdur. Oral kontraseptivlərin
qəbulu xolestaz, xoş xassəli qaraciyər
adenoması, nadir hallarda isə xərçəng
xəstəliyinin inkişafına gətirib çıxara bilər.
Bu preparatların qəbulu bəzən qaraciyər
venalarının trombozu, Baddi- Hiari
sindromunun baş verməsi ilə nəticələnir.
Qaraciyərin dərman mənşəli
zədələnmələri arasında ən çox rast
gəlinən səbəblər parasetamol və
etanoldur. Qaraciyərin dərman mənşəli
zədələnmələrinin müalicəsi müvafiq
preparatın qəbulunun dayandırılması
və qaraciyərin pozulmuş funksiyalarının
bərpasına yönəlmiş tədbirlərin
aparılmasından ibarətdir. Tərkibi zülalla
zəngin, kalorili pəhriz təyin edilir.
Xəstələr hepatotoksik preparatlardan
qaçınmalı və belə xəstələrə dərman
malicəsi ehtiyatla aparılmalıdır.
Parasetamolla zədələnmə varsa
asetilsisteindən istifadə olunur. Preparat
vena daxilinə 150 mq/kq dozada,
sonralar isə 5 gün ərzində 100 mq/kq
dozada təyin olunur.
Bəzi hallarda vitaminlər (piridoksin,
tiamin xlorid, sianokobalamin,
riboflavin), antioksidantlar (tokoferol)
təyin edilir. Kortikosteroidlər qaraciyər,
böyrək çatımazlığında istifadə olunur.
Fulminant qaraciyər çatışmazlığında
qaraciyərin transplantasiyası aparılır.
Qaraciyər hüceyrələrini toksik təsirdən
qorumaq məqsədilə hepatoprotektorlar
təyin edilir. Bu baxımdan
HEPADİET
preparatı effektiv vasitə kimi özünü
göstərmişdir.
Qaraciyərin dərman mənşəli
zədələnmələrinin profilaktikası
məqsədilə dərman təyinatı zamanı
xəstələrin allerqoloji və dərman
anamnezi toplanmalı, hepatotoksik
müalicə vasitələrinin qəbulu
məhdudlaşdırılmalı, qaraciyərin
funksional vəziyyəti qiymətləndirilməli
və yalnız bundan sonra dərman
vasitələrinin qəbuluna icazə verilməlidir.
Bir sözlə, qaraciyərin orqanizmə
daxil olan kimyəvi maddələrin
metabolizmində iştirakı nəzərə alınmalı,
müəyyən şəraitdə dərman vasitələrinin
bu orqana zədələyici təsir göstərə bilməsi
ehtimalının hər zaman saxlanıldığı
yaddan çıxarılmamalıdır.
REAKSİYA
DƏRMAN VASİTƏLƏRİ
Hepatositlərin kəskin
nekrozu
Parasetamol, halotan, karbon dörd xlorid, kakain
Kəskin hepatit
İzoniazid, dopamin, halotan, ketokanazol, fenitoin
Xroniki hepatit
Aspirin, nitrofuranlar, metildop, izoniazid,
oksifenisatin, trozodon
Xolestaz
Xlorpromazin, esterogenlər, nitrofuranlar,
azatioprin, eritromisin, antitireoid preparatlar
Qaraciyər steatozu
Tetrasiklin, etanol, aspirin, vilproat, amiodoran,
kortikosteroidlər, zidovudin, dizanozin , liamuridin
Qranulematoz
Fenilbutazon, allapurinol, sulfanilamidlər,
proksinamid, diltiazem
Fibroz
Metatraksat, vit-A, vinil xlorid
Damar zədələnmələri
Azatioprin, cinsi hormonlar, sitostatiklər, anabolik
steroidlər.
Şişlər
Estrogenlər, vinilxlorid
Hepadİet
Hepatoprotektor
Detoksikator
Antioksidant
tərkib komponentləri:
Ənginar yarpağının tozu- 200 mq
Qanqal ( silimarin) - 80 mq
Zəncirotu ( inulin )- 30 mq
Xolin bitartrat - 100 mq
D/L- metionin -40 mq
B6 vitamini - 1 mq
Qaraciyərə qoruyucu təsir
•
göstərərək antibiotiklər,
sulfanilamidlər və digər
dərman maddələrinin
qaraciyərə toksiki təsirinin
qarşısını alır.
Hepatositlərin membranlarını
•
stabilləşdirir, toksinlərin
penetrasiyasından qoruyur
və zədələnmiş hepatositlərin
strukturunu bərpa edir.
Qanda və bağırsaqlardakı
•
toksiki maddələri
zərərsizləşdirir və sorulmasını
azaldır.
Hepadiet həm də ödqovucu təsir
göstərərək öd kisəsində durğunluğu
aradan qaldırır, həzmi yaxşılaşdırır,
qanda şəkərin səviyyəsini
normallaşdırır və insulinə olan
tələbatı azaldir, qanda bilirubinin,
qalıq azotun, xolesterinin miqdarını
azaldır, antioksidant təsir göstərərək
sərbəst radikalların qaraciyərə
zədələyici təsirinin qarşısını alır.
45 ədəd oval həblər
•
1 həb gündə 2-3 dəfə
•
yeməkdən sonra maye ile
qəbul edilir.
Qaraciyərin dərman mənşəli zədələnmələrinin təsnifatı
“HEPADİET”
İtaliyanın ESİ
zavodunun
istehsalı olan
preparatdır