679) Aşağıdakı hansı xəstəliyin müasir şüa terapiyası zamanı Active Breathing Coordinator sistemi ilə aparılan müalicəyə ehtiyac yaranar?
A) Alın dərisi bazalioması
B) Ağciyər xərçəngi
C) Gicgah payının qlioblastoması
D) Əl dərisi xərçəngi
E) Ayaq barmağı dərisi xərçəngi
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 64
680) Aşağıdakı hansı müalicə metodunun toxumadaxili, boşluqdaxili və damardaxili növləri vardır?
A) İMRT
B) Səthi rentgenterapiya
C) Dərin rentgenterapiya
D) 3DCRT
E) Braxiterapiya
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 67
Dostları ilə paylaş: |