716) Aşağıdakı hansı cihaz UJP Praha firmasının məhsuludur?
A) Clinac
B) GammaMedPlus
C) Teraqam
D) Gulmay Medical
E) Elekta
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 77
717) Aşağıdakı hansı şüa müalicəsi metodunda süd vəzisində şişin yatağına kateterə birləşdirilmiş kiçik balon yerləşdirilir və sonra onun içərisinə İr - 192 daxil edilir?
A) 3DCRT
B) Mammosite
C) Dərin rentgenterapiya
D) İMRT
E) İGRT
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 85
718) Aşağıda göstərilmiş hansı xəstəlikdə elektronlarla aparılan şüa müalicəsi daha effektli olar?
A) Mədəaltı vəzin xərçəngi
B) Ağciyərin mərkəzi xərçəngi
C) Düz bağırsaq xərçəngi
D) Qida borusu xərçəngi
E) Göbələyəbənzər mikoz
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 1097
Dostları ilə paylaş: |