707) Aşağıdakılardan hansı elektron - akseptor birləşmələrə aiddir?
A) Metronidazol
B) Riboksin
C) Kanamisin
D) Tetratsiklin
E) Toluol
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 53
708) Xəstələrin oksigenlə doldurulmuş barokamerada yerləşdirməklə şüa müalicəsinin aparılması necə adlandırılır?
A) Ümumi hipertermiya
B) Yerli hipertermiya
C) Oksibaroradioterapiya
D) İMRT
E) Braxiterapiya
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 55
709) Aşağıda göstərilən hansı maddənin köməyi ilə şiş hüceyrələrində sinxronizasiya yaratmaq olar?
A) Dimenhidrinat
B) Riboflavin
C) 5 - Flüorurasil ( 5 - Fu )
D) Polivinilpirrolidon
E) İndolsirkə turşusu
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 55
710) Düzbucaqlı sahələr, bloklar, standart klinlər istifadə etməklə aşağıda göstərilmiş hansı müalicəni aparmaq olar?
A) İGRT
B) 3DCRT
C) İMRT
D) SRS
E) Konvensional şüa müalicəsi
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 61
711) Aşağıdakı hansı xəstəliyin şüa müalicəsini daxili şüalanma metodu ilə etmək daha effektiv ola bilər?
A) Mədə xərçəngi
B) Qalxanvari vəzin follikulyar xərçəngi
C) Penkost xərçəngi
D) Dilin xərçəngi
E) Xroniki leykemik leykoz
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 65.
712) Braxiterapiyanın aşağıda göstərilən hansı metodu zamanı yüksək doza gücündə olan müalicə 5 - 10 dəqiqə davam etdikdən sonra qısa intervalla təkrar olunur?
A) HDR
B) MDR
C) LDR və MDR
D) PDR
E) LDR
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 69
Dostları ilə paylaş: |