826) Aşağıdakılardan hansı Varian Medical Sistems firmasının avadanlığıdır?
A) AQAT-B
B) Teraqam
C) Somatom
D) Clinac DHX
E) Heç biri
Ədəbiyyat: İ.H.İsayev. Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001.səh 556
827) E.S.T.R.O abbreviaturasının açılışı hansı mənanı verir?
A) Amerika Terapevtik Onkoloqlar Cəmiyyəti Məktəbi
B) Avropa Braxiterapevtlər Cəmiyyəti
C) Estoniya Milli Xərçəng İnstitutu
D) Amerika Terapevtik Onkoloqlar Cəmiyyəti
E) Avropa Terapevtik Onkoloqlar Cəmiyyəti Məktəbi
Ədəbiyyat: İ.H.İsayev. Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001.səh 555
828) Baş beyinin meningioması zamanı şüa müalicəsi aparıldıqda ətraf regionar limfa düyünlərinə neçə Qr şüa müalicəsi aparılmalıdır?
A) Aparılmır
B) 20
C) 40
D) 50
E) 30
Ədəbiyyat: İ.H.İsayev. Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001.səh 121
829) Bazalioma xəstəliyinin ilkin mərhələlərində şüa müalicəsi ilə neçə faiz tam sağalmaya nail olmaq mümkündür?
A) 15
B) 35
C) 95
D) 45
E) 25
Ədəbiyyat: İ.H.İsayev. Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001.səh 258
830) Dərman və cərrahi müalicə ilə sağalması mümkün olmadığı hallarda osteomiletlərə hansı müalicəni müvəffəqiyyətlə tətbiq etmək olar?
A) İMRT
B) Braxiterapiya
C) İGRT
D) Yaxın fokuslu rentgenterapiya
E) Fotodinamik terapiya
Ədəbiyyat: İ.H.İsayev. Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001.səh 258
Dostları ilə paylaş: |