184) Sidik kisəsi xərçənginin hansı mərhələsi radikal şüa terapiyasına göstərişdir?
A) T1N0M0
B) T1-3N0-3M1
C) T1-3N0M0
D) T1-2N0-1M1
E) T1-4N0M1
Ədəbiyyat: Е.С. Киселева “Лучевая терапия злокачественных опухолей”, Москва 1996, стр. 206
185) Əgər sidik kisəsi xərçəngi olan xəstəyə birdəfəlik mənbə doza 4-6 Qr olmaqla 3-4 gün ərzində cəmi mənbə doza 16-18 Qr həcmində əməliyyatönü şüa terapiyası aparılıbsa cərrahi əməliyyat nə vaxt icra olunmalıdır?
A) Şüa terapiyası başa çatdıqdan 1 gün sonra
B) Şüa terapiyası başa çatdıqdan 4 ay sonra
C) Şüa terapiyası başa çatdıqdan 5 ay sonra
D) Şüa terapiyası başa çatdıqdan 3ay sonra
E) Şüa terapiyası başa çatdıqdan 2 ay sonra
Ədəbiyyat: Е.С. Киселева “Лучевая терапия злокачественных опухолей”, Москва 1996, стр. 206
186) Əgər sidik kisəsi xərçəngi olan xəstəyə birdəfəlik mənbə doza 2 Qr olmaqla cəmi mənbə doza 40-60 Qr həcmində əməliyyatönü şüa terapiyası aparılıbsa cərrahi əməliyyat nə vaxt icra olunmalıdır?
A) Şüa terapiyası başa çatdıqdan 1gün sonra
B) Şüa terapiyası başa çatdıqdan 3 həftə sonra
C) Şüa terapiyası başa çatdıqdan 2 həftə sonra
D) Şüa terapiyası başa çatdıqdan 1 ay sonra
E) Şüa terapiyası başa çatdıqdan 2 ay sonra
Ədəbiyyat: Е.С. Киселева “Лучевая терапия злокачественных опухолей”, Москва 1996, стр. 206
Dostları ilə paylaş: |