182) Sidik kisəsi xərçənginin distansion qamma-terapiyası zamanı zamanı: sidik kisəsi və düz bağırsağın vəziyyəti necə olmalıdır?
A) Sidik kisəsi dolu, düz bağırsaq boş olmalıdır
B) Sidik kisəsi boş, düz bağırsaq boş olmalıdır
C) Sidik kisəsi boş, düz bağırsaq dolu olmalıdır
D) Sidik kisəsi dolu, düz bağırsaq dolu olmalıdır
E) Fərqi yoxdur
Ədəbiyyat: Гранов А.М., Винокуров В.Л. Лучевая терапия в онкоурологии и онкогинекологии 2002, 457 С.
183) Sidik kisəsi xərçənginin hansı histoloji variantı şüa terapiyasına daha həssasdır?
A) Bədxassəli papilloma
B) Yastı hüceyrəli
C) Adenokarsinoma
D) Keçid hüceyrəli
E) Anaplastik
Ədəbiyyat: Е.С. Киселева “Лучевая терапия злокачественных опухолей”, Москва 1996, стр. 206
Dostları ilə paylaş: |