33) Uşaqlıq boynu xərçənginin ən çox rast gəlinən morfoloji forması hansıdır?
A) Adenokarsinoma
B) Sarkoma
C) Angioskleroma
D) Açıq hüceyrəli xərçəng
E) Yastıhüceyrəli xərçəng
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 874
34) Aşağıdakı hansı sırada böyrək xərçənginin ən çox metastaz verdiyi orqanlar düzgün göstərilmişdir?
A) Peritonarxası limfa düyünlər və yumurtalıqlar
B) Plevra və qara ciyər
C) Yumşaq toxuma və xayalar
D) Sümüklər və ağ ciyər
E) Qara ciyər və dalaq
Ədəbiyyat: İ. H. İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001
35) İnsan papilloma virusu aşağıdakı hansı xəstəliyin yaranmasına səbəb ola bilər?
A) Yumurtalıq xərçəngi
B) Uşaqlıq boynu xərçəngi
C) Reklinhauzen xəstəliyi
D) Qaraciyər xərçəngi
E) Vilms şişi
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 874
Dostları ilə paylaş: |