26) Xoş xassəli yumşaq toxuma şişlərinin müalicəsi hansı üsulla aparılır?
A) Cərrahi
B) Məlhəmlərlə
C) Şüa terapiyası
D) Kimyaterapevtik
E) Fizioterapevtik
Ədəbiyyat: С. А. Шалимов с др. «Справочник по онкологии» Киев 2000, стр560
27) Şüa müalicəsi aparılması planlaşdırılan xəstədə haymor boşluğunun xərçənginin orbitaya sirayət etməsini aşağıdakı hansı müayinə metodu ilə daha dəqiq müəyyənləşdirmək olar?
A) Kompüter tomoqrafiya və maqnit - rezonans tomoqrafiya
B) İrriqoskopiya
C) Fibrobronxoskopiya
D) Bronxoskopiya
E) Rinoskopiya
Ədəbiyyat: А. И. Пачес “Опухоли головы и шеи” – Москва, 2000, 305с.
28) Diffuz mastopatiyalar zamanı hansı müalicə aparılır?
A) Krioterapiya
B) Cərrahi
C) Konservativ (dərman)
D) Şüa
E) Kimyaterapiya
Ədəbiyyat: Л. Н. Сидоренко, «Мастопатия», Ленинград, Медицина, 1979, 258 с.
29) Süd vəzisi xərçənginin şüa müalicəsi zamanı proqnoza təsir etməyən amil hansıdır?
A) Xəstəliyin müddəti
B) Şişin ölçüləri
C) Şişin lokalizasiyası
D) Limfa düyünlərində metastaz
E) Anamnezdə mastitin olması
Ədəbiyyat: Первичные опухоли молочной железы, под редакцией В. П. Летягина, Москва, 2004, с. 332
30) Aşağıdakılardan hansı süd vəzisi xərçənginin irsiyyət daşıyıcı genlərinə aiddir?
A) BRCA (1 və 2)
B) P 53
C) PMS
D) VEGF
E) MLH (1 və 2)
Ədəbiyyat: Первичные опухоли молочной железы, под редакцией В. П. Летягина, Москва, 2004, с. 332
31) Süd vəzisi xərçənginin radikal şüa müalicəsindən sonra skelet sümüklərində metastazı müəyyən etmək üçün hansı müalicə metodu daha əlverişlidir?
A) Radionuklid
B) Rentgenoloji
C) KT
D) USM
E) NMRT
Ədəbiyyat: Клиническая маммология, под редакцией Е. Б. Камповой - Полевой, С. С. Чистяковой, ГЕОТАР - Медиа, 2006, Москва, 512 с
32) Süd vəzisi xərçəngi olan xəstələrdə “adyuvant müalicə” dedikdə nə nəzərdə tutulur?
A) Operasiya zamanı hormonterapiya
B) Operasiya zamanı kimyaterapiya
C) Operasiya zamanı şüa terapiya
D) Operasiyadan öncə hormonterapiya
E) Operasidan sonra şüa və ya kimyaterapiya
Ədəbiyyat: C. Ə. Əliyev və başq. "Sud vəzisi xərçənginin diaqnostikası və mualicəsi", Bakı, Elm, 1993, 120s.
Dostları ilə paylaş: |