274) Aşağıdakı hansı toxumalar şüaya qarşı daha rezistentdir ?
A) Nazik bağırsaq, qida borusu
B) Ağciyər və ürək
C) Əzələ və sinir toxuması
D) Qığırdaq və onurğa beyni
E) Piy vəzisi, yoğun bağırsaq
Ədəbiyyat: İ.H. İsayev “Bədxassəli şişlərin şüa müalicəsinin əsasları “ Səh 48
275) Hansı variantda klassik rejimdə qamma – şüalanmanın tolerant dozası ən yüksək olan orqanlar göstərilib?
A) Nazik bağırsaq və qida borusu
B) Qığırdaq, onurğa beyni, qida borusu
C) Onurğa beyni və dalaq
D) Dəri, qığırdaq və sümük
E) Qida borusu, mədə və limfa düyünləri
Ədəbiyyat: İ.H. İsayev “Bədxassəli şişlərin şüa müalicəsinin əsasları “ Səh 48
276) Normal toxumaların radiorezistentliyini yüksəltmək üçün geniş istifadə olunan metod hansıdır?
A) Şiş hüceyrələrinin sinxronizasiyası
B) Hipertermiya
C) Oksibaroradioterapiya
D) Hiperqlikemiya
E) Hipoksiradioterapiya
Ədəbiyyat: İ.H. İsayev “Bədxassəli şişlərin şüa müalicəsinin əsasları “ Səh 51
277) Hansı şüa müalicəsini aparmaqda məqsəd şiş toxumasının ölçülərinin kiçildilməsi, inkişafının saxlanılması və nəticədə xəstələrin yaşama müddətinin uzadılmasıdır?
A) Palliativ
B) Müştərək
C) Simptomatik
D) Radikal
E) Heç biri
Ədəbiyyat: Ə.T. Əmiraslanov “ Onkologiya” Səh 43
Dostları ilə paylaş: |