359) İonlaşdırıcı şüalanma kanserogenliyə malikdir?
A) Portal hipertenziyası olan şəxslərdə
B) Sübut olunmayıb
C) Yalnız digər faktorlarla birlikdə
D) İstənilən dozada
E) Kanserogenliyə malik deyil
Ədəbiyyat: Kiselyova Y.S. Bəd xassəli şişlərin şüa terapiyası, 1996
360) Aşağıdakı sayılan şişlərin hansı daha radiohəssas sayılır?
A) Mədənin adenokarsinoması
B) Limfasarkoma
C) Liposarkoma
D) Osteogen sarkoma
E) Angiosarkoma
Ədəbiyyat: B.Baxşiyev “Radiodiaqnostika və radioterapiya”, Bakı – 2004
361) Aşağıdakı sayılan şişlərdən ən çox radiorezistent sayılır?
A) Seminoma
B) Osteogen sarkoma
C) Kiçik hüceyrəli ağ ciyər xərçəngi
D) Yuinq şişi
E) Yastı hüceyrəli buynuzlaşmayan xərçəng
Ədəbiyyat: B.Baxşiyev “Radiodiaqnostika və radioterapiya”, Bakı – 2004
362) Şişin radiohəssaslığına hansı faktor təsir göstərmir?
A) Şişin ölçüsü
B) Şişin böyümə forması
C) Şişdə oksigen gərginliyi
D) Ağciyərin tuberkuloması
E) Şiş hüceyrələrinin differensasiyası
Ədəbiyyat: B.Baxşiyev “Radiodiaqnostika və radioterapiya”, Bakı – 2004
363) Şüa terapiyasında şiş və normal toxumanın radiohəssaslığının modifikasiyasında aşağıdakılardan hansı istifadə olunmur?
A) Kortikosteroidlər
B) Qısamüddətli hipoksiya
C) Süni hiperqlikemiya
D) Hiperbarik oksigenasiya
E) Lokal hipertermiya
Ədəbiyyat: Г. А. Зедгенидзе “Клиническая рентгено-радиология”, Москва 1985
Dostları ilə paylaş: |