516) Aşağıdakılardan hansının süd vəzi xərçənginin baş beyinə metastazının şüa müalicəsi zamanı aparılması mənasızdır?
A) Kraniospinal şüa müalicəsi
B) Baş beyinin total şüa müalicəsi
C) Dehidratasion terapiya
D) Hamısı
E) Heç biri
Ədəbiyyat: Halperin E.C., Perez C.A. Bradi, L.W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins
517) Aşağıdakılardan hansı qırtlaq-udlaq xərçənginin şüa müalicəsi zamanı doğru fikir deyil?
A) Metastazlar zamanı palliativ şüa müalicəsi aparmaq olmaz
B) Regionar limfa düyünləri şüa sahəsinə salınmalıdır
C) Radiomodifikatorlar istifadə etmək olar
D) Termoplastik maskadan istifadə etmək məqsədəuyğundur
E) Cərrahi əməliyyat şüa müalicəsi effektsiz olduğu halda müzakirə oluna bilər
Ədəbiyyat: Halperin E.C., Perez C.A. Bradi, L.W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins
Dostları ilə paylaş: |