Bölmə I göstərilənlərdən hansı poliklinika tibb bacısının vəzifəsi


Daun xəstəliyi olan uşaqların görkəmi necə olur?



Yüklə 1,55 Mb.
səhifə11/25
tarix29.12.2016
ölçüsü1,55 Mb.
#3865
1   ...   7   8   9   10   11   12   13   14   ...   25

410. Daun xəstəliyi olan uşaqların görkəmi necə olur?

A) Sarılıq, splenomeqaliya olur

B) Əqli inkişafın pozğunluğu, ekzema əlamətləri olur

C) Qısa boyun, ayaqlarda, baldırda limfotik ödem olur

D) Boyunda qanadvari büküşlər , gödək boyunluluq olur

E) Göz yarığı çəp, ovucda köndələn çatlar , ağız açıq olur, dil böyük olub ağızdan kənara çıxır



Daun autosom tipli xromosom xəstəliyi olub, 15,21,22-ci xromosom-da patologiya ilə əlaqədar olur. Bu xəstəliyin özünəməxsus xüsusi kliniki əlamətləri olur. (kiçik göz yarığı,böyük dil, yaşlı alın yarım açıq ağız, qısa boy və s.)

Ədəbiyyat: Л.A.Исаeva,Л.К.Бaжenova «Детские Болезни», Mockva 1986 стр 560
411. Uşaqlarda zəhərlənmə zamanı ilk yardım nədən ibarətdir?

A) Vitaminlər

B) Çay –su fasiləsi

C) Ürək qlikozidləri

D) Mədə-bağırsağın yuyulması

E) Antibiotiklər



Zəhərlərin təsiri nəticəsində orqanizmdə əmələ gələn patoloji vəziyyət zəhərlənmədir. Zəhərlənməyə keyfiyyətsiz və köhnə qida, zəhərli bitkilər, dərman maddələri, məişət və istehsalatda tətbiq edilən kimyəvi maddələr və.s. səbəb olur. Orqanizmdən zəhəri tezliklə kənar etmək, bədəndə qalan zəhəri zərərsizləşdirmək üçün ilk növbədə mədə-bağırsağı yumaq lazımdır.

Ədəbiyyat: Л.A.Исaeва, Л.К.Бaжeнoв, «Детские Болезни» Moskva 1986 səh 238
412. Yenidoğulmuşun ağız boşluğunu hansı barmaqla yoxlamaq olar?

A) orta barmaqla

B) baş barmaqla

C) şəhadət barmaqla

D) çeçələ barmaqla

C) ikinci barmaqla



Yenidoğulmuşun ağız boşluğu kiçik olur. Ağız boşluğunun selikli qişası zərif, qan damarları ilə zəngindir. Ağız boşluğunu zədələməmək üçün çeçələ barmaqla yoxlama aparılır.

Ədəbiyyat: N.Tağıyev “ Neonatologiya”, Bakı 2007, səh 53
413. Hipertermik sindrom zamanı uşağı soyuq suda isladılmış dəsmala bükmək üçün suyun temperaturu neçə dərəcə olmalıdır?

A) 18


B) 25

C) 22


D) 20

E) 27


Bədən temperaturunun 39 dərəcədən yuxarı olması hipertermiya sayılır. Əmələ gəlmə səbəbi müxtəlifdir. Əsas məqsəd gələcək ağırrlaşmaların qarşısını almaq üçün qızdırmanı dərhal salmaq lazımdır. Bu məqsədlə uşağı 20 dərəcə temperaturda su ilə isladılmış dəsmala bükmək lazımdır.

Ədəbiyyat: N.Tağıyev Neonatologiya.Bakı 2007səh 44
414. Uşaqlarda tənəffüs yollarının obstruksiyasına daha çox nə səbəb olur?

A) qırtlağın şişi

B) larinqospazm

C) yad cisim

D) qusma

E) larinqotraxeit



Uşaqlar oyuncaqlarla oynayarkən onları tez-tez ağızlarına aparırlar.Uşağın ağzına apardığı oyuncaq hissələri və digər bərk cisimlər uşaq nəfəs aldıqda nəfəs yoluna düşərək tənəffüs yollarının obstruksiyasına səbəb olur.

Ədəbiyyat: N. Tağıyev Neonatologiya .Bakı 2007səh46
415. Dəm qazı ilə zəhərlənmə zamanı ilkin əlamətlər hansılardır?

A) gözün selikli qişasının və nəfəs yollarının qıcıqlanması

B) mədə və qida borusunda kəskin ağrı, qanla qarışıq qusma, ümumi zəiflik

C) ümumi zəiflik hissi, alın və gicgah nahiyəsində ağrı, qulaqda ağırlıq hissiyatı

D) ürək bulanma ,qusma, qarında ağrılar , baş ağrısı

E) bayılma , huşun itməsi, sayıqlama əlamətləri



Dəm qazı ilə zəhərlənmə zamanı ilkin təsir sinir sistemi tərəfindən olur.Dəm qazının təsiri altında sinir sisteminin zədələnməsi üç dövrlə xarakterizə olunur.İlkin dövürdə aşağdakı əlamətlər baş verir:ümumi zəiflik alın və gicgah nahiyəsində baş ağrısı qulaqlarda ağırlıq hissi olur.

Ədəbiyyat: Л. А. Исаева, Л.К.Баженова, «Детские Болезни» Москва 1986, səh 129
416. Bayılma zamanı uşağa hansı vəziyyət verilməlidir?

A) Ayaqlarını sallayaraq oturtmaq

B) Sağ tərəfi üstə uzandırmaq

C) Sol tərəfi üstə uzandırmaq

D) Uşağı uzadaraq ayaqlarını qaldırmaq

E) Başını qaldıraraq uzandırmaq

Bayılma huşu itirməklə müşayiət olunan beynin qısamüddətli qəfləti anemiyasıdır. Bu zaman əsas məqsəd beyinə gedən qanın həcmin artırmaq, beyin qan dövranını yaxşılaşdırmaqdır. Bu məqsədlə uşağı uzandıraraq ayaqlarını qaldırmaq lazımdır.

Ədəbiyyat: Л.А.Исаева, Л.К.Баженова, “Детские Болезни” Москва 1986 səh210


417. Hipertermik sindrom zamanı uşağın bədən temperaturu neçə dəqiqədən bir ölçülməlidir?

A) 600-900

B) 150-200

C) 200-250

D) 300-600

E) 900-1200



Əgər uşağın bədən temperaturu 390 və ondan yuxarı qalxarsa bu hipertermiya sayılır. Bu zaman uşaq çox narahat olur, tənəffüs tezləşir, ürək vurğularının sayı artır, bəzən də qıcolma ola bilir.Uşağa ilk yardım edilir və 30- 60 dəqiqədən bir bədən temperaturu ölçülür.

Ədəbiyyat: Л.А.Исаева, Л.К. Баженова, “Детские Болезни”, Москва 1986, cтр 212
418. Hemofiliya xəstəliyi zamanı uşağa əsas preparatlar necə yeridilir?

A) Dəriiçi

B) Əzələdaxili

C) Dərialtı

D) Damardaxili

E) Peroral



Hemofiliya qanın laxtalanma sisteminin pozulması nəticəsində baş verən irsi xəstəlikdir. Xəstəliyin xarakter sinptomu qansızma və qanaxmalardır ( burundan, ağızboşluğundan dişdibindən və.s). Ona görə ilk növbədə əvəzedici müalicə aparılır. Yəni qan plazma,damardaxili yeridilir.

Ədəbiyyat: Л. А. Исаева.Л. К. Баженова. «Детские Болезни»Москва 1986. стр 260

419. Hemofiliya xəstəliyi olan uşaq soyuqlayarsa ona hansı dərmanı vermək olmaz?

A) Dimedrol

B) Mukaltin

C) Askorbin turşusu

D) Asetilsalisil turşusu

E) Antibiotiklər



Hemofiliya xəstəliyinin xarakter əlamətlərindən biri qansızma və qanaxmadır. Belə vəziyyətdə asetilsalisil turşusu təyin etmək olmaz. Çünki bu qanı durulaşdıraraq qanaxmanı artırar.

Ədəbiyyat: Л. А. Исаева.Л. К. Баженова. «Детские Болезни»Москва 1986. Стр.261
420. Tetanus əleyhinə anatoksin nə üçün yeridilir?

A) Passiv immunitet yaratmaq üçün

B) İltihabı prosesi aradan qaldırmaq üçün

C) Aktiv immunitet yaratmaq üçün

D) Sepsisin qarşısını almaq üçün

E) Hepatit B-nin qarşısını almaq üçün



Tetanus əleyhinə anatoksin aktiv immunitet yaradaraq uşağı tetanusa yoluxmadan qoruyur. Preparat maye halda flakonda və ya 1 dozalı şpris tubiklərdə buraxılır.

Ədəbiyyat: “Təcrübə immunlaşdırma” (metodik göstərişlər) Modul 2.Bakı 2010,

səh 8
421. Yenidoğulmuşların palatasında havanın temperaturu neçə dərəcə olmalıdır?

A) 200-210

B) 180-200

C) 220-230

D) 240-250

E) 250-260



Yenidoğulmuşların otağı təmiz və səliqəli olmalı, havası tez-tez dəyişdirilməlidir. Uşaqlarda termorequlyasiya pis olur, uşaq tez soyuqlayıb tez də isinir. Ona görə də uşaq otağının temperaturu daimi olaraq 220-230 olmalıdır.

Ədəbiyyat: Л. А. Исаева.Л. К. Баженова. «Детские Болезни»Москва 1986. Стр.30
422. Uşaq praktikasında ən çox istifadə olunan hərarət salıcı dərman hansıdır?

A) Serukal

B) Analgin

C) Parasitamol

D) Baralgin

E) Dimedrol



Əgər uşaqda bədən temperaturu 39 0-ni keçərsə bu hipertermiya adlanır. Uşaq orqanizmində müxtəlif dəyişikliklər baş verir. Uşaq praktikasında hərarəti salmaq üçün ən çox parasitamol istifadə edilir.

Ədəbiyyat: Əyyubova A.A “Uşaq xəstəlikləri” Bakı 2008 səh 422
423. Uşaqlarda mədəni bir dəfəyə yumaq üçün nə qədər su tələb olunur?

A) 2 ml/kq

B) 1 ml/kq

C) 4 ml/kq

D) 5 ml/kq

E) 10 ml/kq



Uşaqlarda böyüklərə nisbətən mədənin tutumu az olur. Yenidoğulmuşlarda 30-35 ml, 1 yaşa qədər 250-300 ml, 1 yaşdan yuxarı 1000 ml . Ona görə də uşaqda mədəni yumaq üçün mayenin miqdarı uşağın hər kq çəkisinə 4 ml götürülür.

Ədəbiyyat: Л. А. Исаева.Л. К. Баженова. «Детские Болезни», Москва 1986. Стр 382
424. Yenidoğulmuşlar üçün hansı zond istifadə edilir?

A) 14 f -15 f

B) 12 f -13 f

C) 5 f -8 f

D) 16 f -17 f

E) 17 f -18 f



Yenidoğulmuşlarda mədəni udulmuş dölyanı sudan təmizləmək üçün mədə zondundan istifadə olunur. Zondun uzunluğu ağız boşluğunda qulağın sırğalığına qədər və xəncərbənzər çıxıntıdan 1 – 1,5 sm aşağı götürülür. Normativə görə bu zondun ölçüsü yenidoğulmuşlarda 5 f- 8 f götürülür.

Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”. Bakı 2007 Səh 30.
425. Hansı yeyinti məhsulları Ca mənbəyidir?

A) Süd və süd məhsulları

B) Ət

C) Balıq


D) Kolbasa

E) Un


Ca mənbəyi süd və süd məhsullarıdır.

$$

A.И.Горшков. О.В.Липатова, Гигиена питания. «Медицина» Москва 1987 səh.40


426. Fimoz nədir?

A) Sidik ifrazat kanalının sıxılması

B) Pülük dəliyinin əzilməsi

C) Pülük dəliyinin iltihabı

D) Pülük dəliyinin daralması

E) Sidikliyin şişi



Pülük dəliyi o qədər daralır ki, cinsiyyət orqanının oradan çıxması çətinləşir. Bu isə sidik buraxmanı çətinləşdirir. Bu zaman sidikburaxma ağrılı və çətin olur, uşaq narahat olur. Belə vəziyyət fimoz adlanır.

Ədəbiyyat: Ə.Əlizadə, “Uşaq cərrahiyyəsi” 1996.səh 85
427. Uşaqlarda revmatizm zamanı oynaqların zədələnməsi necə xarakterizə olunur?

A) Oynaqlarda şişginlik,ağrı və bunun uçucu xarakterdə olması

B) Kiçik oynaqların zədələnməsi baş verir

C) Oynaqların davamlı deformasiyası olur

D) Böyük oynaqların eriteması baş verir

E) Diz qapaqlarının şişməsi baş verir



Revmatizm uşaqlar arasında ən çox rast gələn xəstəliklərdən biridir.Oynaqların zədələnməsi xarakterikdir. Əsasən iri oynaqlar şişir,qızarır,ağrılı olur.Oynaqların belə zədələnməsi uçucu xarakterdə olur.

Ədəbiyyat: A.A.Əyyubova, “Uşaq xəstəlikləri”. Bakı 2008,səh 228
428. Kimyəvi tərkibinə görə balıq yeyinti məhsullarının hansı qrupuna aiddir?

A)Yağlı - zülallı

B) Zülallı

C) Yağlı


D) Zülallı - yağlı karbohidratlı

E) Yağlı - karbohidratlı

Balıq tam dəyərli zülal, tez mənimsənilən yağ mənbəyi olduğu üçün yağlı - zülallı yeyinti məhsulları qrupuna aiddir.

$$

A.И.Горшков. О.В.Липатова, Гигиена питания «Медицина» Москва 1987 səh.193



429. Raxit xəstəliyi zamanı uşaqlarda hansı əlamət olur?

A) Artrit

B) Hemartroz

C) O şəkilli və X bənzər ayaqlar

D) Sınıqlar

E) Kifoz


Raxit xəstəliyinin kəskin dövründə uşaq fiziki və psixi inkişafdan geri qalır, tərlilik artır. Skletdə dəyişiliklər əmələ gəlir. Skletdə baş verən bu dəyişiliklər aşağı ətraflarda da biruzə verir. Ayaqlar əyilərək O və X-vari görkəm alır.

Ədəbiyyat: A.A.Əyyubova , “Uşaq xəstəlikləri”, Bakı 2008.səh 14
430. Furozalidon və metronidozolla uşaqlarda hansı xəstəliyin spesifik müalicəsi aparılır?

A) Enterobiozun

B) Trixosefalyozun

C) Askaridozun

D) Lyambliozun

E) Tenidozun



Lyamblioz 12 barmaq bağırsaqda və nazik bağırsağın yuxarı hissəsındə yaşayan parazit olub , çox vaxt uşaqlarda xolesistitə səbəb olur.Müalicəsində furozolidon və metranidozoldan istifadə olunur.

Ədəbiyyat: A.A.Əyyubova-Uşaq xəstəlikləri.Bakı 2008,səh 139
431. Yenidoğulmuşlarda sepsisin əmələ gəlmə səbəbi hansıdır?

A) Hemangioma

B) Bişməcə

C) Yenidoğulmuşun qovuqcuqlu xəstəliyi

D) Allergik dermatit

E) Sklerema



Yenidoğulmuşlarda dəri və selikli qişalar tez zədələnən olur. Dəriyə düzgün qulluq edilmədikdə, dərinin tamlığı pozulduqda dəri infeksiyalaşır,dərinin qovuqcuqlu xəstəliyi, bunun nəticəsində sepsis baş verir.

Ədəbiyyat: Л.A.Исaеvа, Л.К.Бaжenoвa, «Детские Болезни», Мockвa 1986 стр 230
432. Uşaqlar ən çox hansı yaşda məxmərək xəstəliyinə yoluxur?

A) 7-8


B) 6-8

C) 1 -7


D) 8 -10

E) 10-14



Məxmərək səpgi ilə müşahidə olunan infeksion xəstəliklərə aiddir Diaqnozu təsdiq edən simptom arxa boyun limfatik vızilərən əllənməsidir. Ən çox 1-7 yaş uşaqlar arasında təsadüf edilir.

Ədəbiyyat: Л.A.Исaеvа,Л.К.Бaжenoвa»Детские Болезни»Мockвa 1986 стр 430
433. Polimorfizm (Ləkə-papula-vezikula-qabıq) hansı xəstəlik üçün xarakterikdir?

A) Qızılca

B) Su çiçəyi

C) Məxmərək

D) Skarlatina

E) Difteriya



Su çicəyi infeksion xəstəlikdir. Xəstəliyin xarakterik xüsusiyyəti yüksək hərarətdir. 1-2 gün ara verməklə, yuksək temperatur fonunda yeni səpgi elementləri əmələ gəlir. Bunun nəticəsində dərinin bir sahəsində başqa başqa inkişaf mərhələsində olan səpgi elementləri və səpgilər meydana çıxır. Səpgilər papula, vezikula, qabıq şəklində olur. (Papula vezikula qabıq , yəni polimorfizm).

Ədəbiyyat: Л.A.Исaева, Л.К.Бaжenoв, «Детские Болезни», Мockвa 1986 стр 430
434. Epidemik parotit zamanı baş verən ikitərəfli orxit nəyə səbəb olur?

A) Kişi sonsuzluğuna

B) Qlomerulonefritə

C) Pielonefritə

D) Sistitə

E) Meningitə



Yeniyetmə oğlanlarda parotit infeksiyasi orxit şəklində muşahidə oluna bilər. İltihabı proses 1-2 ay ərzində yumurtaların atrofiyasina gətirib çıxara bilər ki,bu da sonsuzluqla nəticələnir.

Ədəbiyyat:Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр486

435. Hepatit keçirmiş uşaq stasionardan sonra neçə ay nəzarətdə olmalıdır?

A) 2 ay


B) 3 ay

C) 4 ay


D) 5 ay

E) 6 ay


Hepatit viris mənşəli kəskin infeksion xəstəlikdir.Bu virusun özü və toksini qaraciyər toxumasını zədələdiyi ücün əsas müalicə prinsipləri: qoruyucu rejim, pəhriz , virus əlehinə, dezintoksikasion terapiyadir. Hepatit keçirmiş uşaq stasionardan sonra 3 ay ərzində nəzarətdə olmalıdır.

Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр 280
436. Uşaqda hiperqlikemik komada ilk yardım nədən ibarətdir?

A) Antihistamin preparatların yeridilməsi

B) Spazmolitiklərin yeridilməsi

C) Vitaminlər

D) İnsulin yeridilməsi

E) Qlükoza



Hiperqlikemik koma qanda şəkərin normadan yuxarı olması nəticəsində əmələ gəlir. Bunun baş vermə səbəbi insulin çatışmazlığıdır.Ona görə də ilk yardımda insulin yeridilir.

Ədəbiyyat: A.A.Əyyubova, “Uşaq xəstəlikləri”. Bakı-2008, səh 333
437. Uşaqda hipoqlikemik komada ilk yardım nədən ibarətdir?

A) Qlükoza

B) Vitaminlər

C) Spazmolitiklər

D) İnsulin

E) Antihistamin preparatlar



Hipoqlikemik koma insulin dozası çox olduqda əmələ gəlir, qanda şəkərin miqdarı azalır,bu səbəbdən də, venaya 50-100mm 20%-li qlükoza məhlulu vurmaq lazımdır. Ədəbiyyat: A.A.Əyyubova, “Uşaq xəstəlikləri”. Bakı-2008, səh., 334
438. Hansı kliniki əlamətlər uşağın anadangəlmə məxmərək sindromu (AMS) ilə doğulduğuna sübutdur?

A) Hamısı

B) Karlıq

C) Korluq

D) Beyin patologiyası

E) Ürək qüsurları



Uşağın anadangəlmə məxmərək sindromu (AMS) ilə doğulduğunu karlıq, korluq, beyin patologiyası, ürək qüsurları kliniki əlamətləri sübut edir.

Təcrübədə İmmunlaşdırma” Modul 1 – İdarəolunan xəstəliklər. 2007, səh 24


439.Bakteriofaqların işlənmə qaydası necədir?

A) Per os

B) Dəri üstü

C) Əzələ daxili

D) İmalə

E) İntanazal



Bakteriofaqlar ağızdan (per os) qəbul edilir.

İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 116

440. Eksudativ-kataral diatezin yaranmasının əsas səbəbi hansıdır?

A) Gigiyenik qaydaların pozulması

B) İnfeksion xəstəliklər

C) Fermentativ çatışmazlıq

D) Vitamin çatışmazlığı

E) Zülal çatışmazlığı



Eksudativ – kataral diatez – konstitusiya anomaliyasıdır. Uşaqlarda adi qıcıqlara anormal reaksiya ilə nətiçələnir Bu reaksiya dəri və selikli gişalarin zədələnməsinə və iltlhabına ,su – duz mubadiləsinin pozulmasına gətirib çıxarır.. EKD-in əmələ gəlməsində irsi meyillilik də rol oynayır.

Ədəbiyyat: A.Əyyubova, “Uşaq xəstəlikləri”, Bakı- 2008, səh 69
441. Eksudativ-kataral diatezin müalicəsində hansı dərmanlar istifadə edilir?

A) Diuretiklər

B) Antimikrob preparatlar

C) Antihistamin preparatlar

D) Hipotenziv preparatlar

E) Ürək qlükozidləri



Eksudativ – kataral diatez allergik vəziyyət olduğu uçun , müalicəsində antihistamin preparatlar işlədilir klaritin, tavegil, suprastin, enterosorbentler, vitaminlər təyin olunur.

Ədəbiyyat: A.Əyyubova.” Uşaq xəstəlikləri”. Bakı- 2008, səh.69
442. Larinqospazm hansı hallarda baş verir?

A) Yemək zamanı

B) Yüksək hərarətin təsiri zamanı

C) Hərarətin aşağı düşməsi zamanı

D) Uşaq qışqırıqla ağladıqda

E) Qusduqda



Larinqospazm spazmofiliya xəstəliyinin bir formasıdır.Bu zaman qırtlaqda səs tellərinin spazmı olur,uşaq qışqırıb ağladıqda daha da artır.

Ədəbiyyat:ЛA.Исaeвa,Л.К.Бaжеnoвa»Детские Болезни»Mockвa1986 стр 202

443. Kəskin qastrit zamanı uşaqlarda hansı əlamətlər olur?

A) Hərarətin qalxması

B) Baş ağrısı, mədə bulanması

C) Epiqastral nahiyyədə ağrı, qusma

D) A/T (arterial təzyiqin) artması

E) A/T (arterial təzyiqin ) enməsi



Qastrit mədənin selikli qişasının iltihabıdır, uşaqlarda ən çox qidalanmanın pozulması nəticəsində əmələ gəlir. Uşaqda epiqastral nahiyyədə ağrı, mədə bulanması, qusma, ümumi zəiflik bəzən hərarətin qalxması olur.

Ədəbiyyat: A.A.Əyyubova, “Uşaq xəstəlikləri”, Bakı-2008, səh 85
444. Anadangəlmə ürək qüsuru ilə doğulmuş uşağın görünüşü necə olur?

A) Qıcolma

B) Huşsuzluq, A/T-in düşməsi

C) Sianoz, təngnəfəslik, göyərmə

D) Hərarət

E) Bayılma



İlk gündən anadangəlmə ürək qüsuru ilə doğulmuş yüngül təngnəfəslik hiss edilir, getdikcə artır. Ağız ətrafında sianoz olur, uşaq ağlayanda göyərir.

Ədəbiyyat: A.A.Əyyubova “Uşaq xəstəlikləri”, Bakı- 2008, səh 218
445. Hansı xəstəlik zamanı arxa boyun limfatik vəziləri palpasiya edilir (əllənir)?

A) Qızılca

B) Məxmərək

C) Hepatit B

D) Pankreatit

E) Meningit



Məxmərək səpgi ilə müşahidə olunan infeksion xəstəliklərə aiddir.Xəstəliyin əsas xarakter siptomu arxa boyun limfatik vəzilərinin palpasiya edilməsi yəni əllənməsidir.

Ədəbiyyat: N.Tağıyev “Neontologiya” Bakı 2007 səh45
446. Uşağa oksigen hansı formada verilir?

A) ağızdan-buruna

B) quru oksigen

C) ağızdan-ağıza

D) nəmləşdirilmiş oksigen

E) təmiz oksigen



Oksigen verərkən mütləq nəmləşdirmək lazımdır ki, uşağın yuxarı tənəffüs yolları qıcıqlanmasın.

Ədəbiyyat: N. Tağıyev “Neontologiya”Bakı 2007 səh 30
447. Yeni doğulmuşlarda böyük əmgək hansı sümüklərin arasında yerləşir?

A) Ənsə və təpə sümükləri arasında

B) Təpə və alın sümükləri arasında

C) Təpə sümükləri arasında

D) Alın və ənsə sümükləri arasında

E) Yenidoğulmuşlarda normada böyük əmgək bağlanmış olur



Yeni doğulmuşlarda böyük əmgək alın və təpə sümükləri arasında yerləşir.

Ədəbiyyat: Л.A.Исaeва, Л.К.Бaжenoвa «Детские Болезни» Moсkвa 1986 , стр35
448. Uşaqlarda raxit hansı vitaminin çatışmazlığı nəticəsində yaranır?

A) A vitamini

B) D vitamini

C) B vitamini

D) E vitamini

E) C vitamini



Ultrabənövşəyi şüaların təsirindən dəridə olan vitamin D3 aktivləşərək D2 –yə çevrilir və orqanzmə daxil olur. Bu vitaminin çatışmazlığı nəticəsində raxit əmələ gəlir.

Ədəbiyyat: A.A. Əyyubova , “Uşaq xəstəlikləri”, Bakı- 2008, səh 14.
449. Uşaqlarda tərləmə, ənsə nahiyəsində tükün tökülməsi hansı xəstəlik zamanı baş verir?

A) Diatez zamanı

B) Bişməcə zamanı

C) Dəri xəstəlikləri zamanı

D) Spazmofiliya zamanı

E) Raxit



Raxit xəstəliyi zamanı vegetativ sinir sisteminin pozğunluğu raxitin başlanğıc dövründə əmələ gəli,. Uşaq narahat olur yuxusu pozulur, çox tərləyir, başını yastığa sürtür, ənsə nahiyyəsinin tükü tökülür, uşaqda yüngül oyanıqlıq baş verir.

Ədəbiyyat: A.A. Əyyubova, “Uşaq xəstəlikləri”, Bakı- 2008, səh 15
450. Hipotireoz hansı üzvün funksional çatışmazlığıdır?

A) Mədəaltı vəzin

B) Böyrəküstü vəzin

C) Hipofiz vəzinin

D) Qalxanabənzər vəzin

E) Timus vəzin



Hipotireoz xəstəliyinə uşaqların bütün yaş qruplarında rast gəlinir. Qalxanvari vəzin inkişaf qüsuru və tiroid hormonunun çatışmazlığı nəticəsində əmələ gəlir.

Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri ” Bakı 2008 səh 370

451. Dəmir defisitli anemiyanın kliniki əlamətləri nədir?

A) Ümumi zəiflik stomatit, qlosst, əlamətləri olur

B) Qusma, ishal olur, qaraciyər böyüyür

C) Dəri quru olur qabıq verir, tük tez tökülür-uşaq təbaşir, torpaq yeyir

D) Dəri və selikli qişalar solğun, qansızmalar baş verir

E) Dəri sarı və boz rəngdə olur, dalaq böyüyür



Bətndaxili dövrdə hamiləliyin axırıncı iki ayında dəmir anadan dölə keçərək, onun orqanizmində toplanır. Ananın müəyyən xəstəlikləri (anemiyası, hamiləlik toksikozu, bətndaxili infeksiya və s.) dəmirin uşaq orqanizmində depo kimi yaranmasının pozulmasına səbəb olur. Uşaq doğulandan sonra dəmiri qida vasitəsi ilə alır. Hər iki halda dəmir çatışmazlığı dəmir- defisitli anemiyanın əmələ gəlməsinə səbəb olur. Belə uşağın dərisi quru olur, qabıq verir, tükləri tez tökülür. Uşaq torpaq, təbaşir və s. yeyir.

Ədəbiyyat:A.A. Əyyubova “Uşaq xəstəlikləri ” Bakı 2008,səh 301
452. Bətndaxili inkişaf dövrü neçə həftə davam edir?

A) 28 -30

B) 12 -16

C) 38-40

D) 30 -35

E) 20-30



38-40 həftəlik hamiləlik normal bətndaxili inkişaf dövrü sayılır.

Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” ”Bakı” 2007 Səh 136

453. Təmizləyici imalə zamanı uşağın vəziyyəti necə olmalıdır?

A) Qarnı üstə

B) Sağ təfəri üstə

C) Sol tərəfi və ya arxası üstə uzadılır

D) Sağ tərəfi və ya arxası üstə

E) Oturaq vəziyyətdə



Təmizləyici imalə zamanı uşağı arxası üstə və ya sol böyrü üstə uzandırılır. Yeni doğulmuşlar arxası üstə, böyük uşaqlar sol tərəfi üstə . Çünki bu vəziyyətdə rezin ucluq düz bağırsağa yaxşı daxil olur.

Ədəbiyyat: Л.A.Исaeва, Л.К.Бaжenoвa “Детские Болезни”, Moсkвa 1986, cтр 237
454. Helmintoz diaqnozu nəyə əsasən qoyulur?

A) Qanın müayinəsinə

B) Sidiyin müayinəsinə

C) Nəcisin ümumi müayinəsinə

D) Nəcisin bakterialoji müayinəsinə

E) Qanın biokimyəvi müayinəsinə



Helmintozun diaqnozu nəcisin ümumi müayinəsinə əsasən qoyulur.

Ədəbiyyat: A.A. Əyyubova, “Uşaq xəstəlikləri”, Bakı -2008, səh 138
Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin