362. Aşağıda sadalanan vaksinlərdən hansı cansız vaksinlərə aiddir?
A) Difteriya, göyöskürək və tetanusa qarşı kombinə olunmuş vaksin (AGDT)
B) Poliomielitə qarşı oral vaksin (OPV)
C) Qızılcaya qarşı olan vaksin
D) Vərəm əleyhinə vaksin (BSJ)
E) Hepatit B-yə qarşı vaksin (EUVAX)
Vaksinlər 2 qrupa bölünür. : Canlı və cansız. Difteriya, göy öskürək və tetanusa qarşı kombinə olunmuş vaksin (AGDT) cansız vaksindir.Vaksinasiya 2-3-4 aylıqda aparılır revaksinasiya isə 18-aylıqda aparılır.
Ədəbiyyat: “Təcrübədə immunlaşdırma” Bakı, 2010 Modul 2 (Metodik göstərişlər) səh 5
363. Aşağıda sadalanan vaksinlərdən hansı canlı vaksinlərə aiddir?
A) Tetanusa qarşı anatoksin (AT)
B) Göy öskürək, difteriya, tetanusa qarşı vaksin (AGDT)
C) Qızılca, parotit və məxmərəyə qarşı vaksin (QPM)
D) “B” hepatitinə qarşı vaksin
E) Hemofil β çöpləri tərəfindən törədilən xəstəliklərə qarşı vaksin
Vaksinlər 2 qrupa bölünür: canlı və cansız. Qızılca, parotit və məxmərəyə qarşı vaksin (QPM) canlı vaksinlərə aiddir.Vaksinasiya 1və 6 yaşda aparılır.
Ədəbiyyat: “Təcrübədə immunlaşdırma” Bakı, 2010(Modul 2) (Metodik göstərişlər) səh5
364. Cansız vaksinlərin əksəriyyəti hansı üsulla orqanizmə yeridilir?
A) Dəri içi
B) Əzələ daxili
C) Dərialtı
D) Per oral (ağızdan)
E) Vena daxilinə
Cansız vaksinlər təhlükəsizlik qaydalarına riayət etməklə əzələ daxili yeridilir.
Ədəbiyyat: “Təcrübədə immunlaşdırma” Bakı, 2010 Modul (Metodik göstərişlər) səh7-8
365. Cansız vaksinlərin yeridilməsindən sonra daha çox hansı reaksiyalar müşahidə olunur?
A) 3 gündən sonra hərarət yüksəlir
B) 2 gün ərzində hərarət yüksəlir, vaksinin yerində ağrı və şişkinlik ola bilər
C) Ürəkbulanma, qusma baş verir
D) Diareya yaranır
E) İnyeksiya yerində abses yaranır
Adətən cansız vaksinlər yeridildikdən sonra yüngül postvaksinal reaksiya müşahidə olunur: 2 gün ərzində hərarət yüksəlir. Vaksinin yerində ağrı və şişkinlik ola bilər.
Ədəbiyyat: “Təcrübədə immunlaşdırma” Bakı, 2010 Modul 2 (Metodik göstərişlər) səh8-9
366. Vaksinlər GEM-də (gigiyena və epidemiologiya mərkəzində) və tibb müəssisələrində hansı temperaturda saxlanılır?
A) +150;+200
B) +100;+120
C) +20;+80
D) -100;+20
E) -50;+100
İnyeksiyaların təhlükəsizliyini təmin etmək üçün bütün vaksinlər gigiyena və epidemiologiya mərkəzində və tibbi müəssisələrində +2 C0 - +80 C-də saxlanılmalıdır.
Ədəbiyyat:“Təcrübədə immunlaşdırma” Bakı, 2010 Modul 3 (Metodik göstərişlər) səh8
367. Zimnitski sınağı qiymətləndirilən zaman əsas diaqnostik amil hansıdır?
A) Sidikdə formalı elementlər
B) Sidik çöküntüsü
C) Sidiyin xüsusi çəkisi
D) Sidikdə zülalın miqdarı
E) Sidikdə şəkərin miqdarı
Zimnitski sınağı ücün hər 3 saatdan bir sidik toplanır və 8 hissə sidiyin xüsusi çəkisi yoxlanılır.
Ədəbiyyat: A.A. Əyyubova. “Uşaq xəstəlikləri .” Bakı.2008 səh 267
368. Qlomerulonefrit patologiyası zamanı duzsuz pəhriz təyin edilməsinin səbəbi nədir?
A) Kalium duzlarının ürəyə təsir etməsi
B) Kalsium duzları osteopoezdə iştirak etməsi
C) Maqnezium duzları sinir sistemini tənzimləməsi
D) Natrium duzlarının mayeni toxumalarda saxlaması
E) Selenium azad radikalları çıxarması
Duzlu qida gəbul edərkən natrium duzları suyu toxumalarda saxlayır. Qlomerulonefrit zamanı bu duz arterial təzyiqin yüksəlməsinə,ödemin artmasına və eklampsiyaya gətirib çıxara bilər.
Ədəbiyyat: A.A. Əyyubova. “Uşaq xəstəlikləri .” Bakı.2008 səh 268
369. Uşaqda raxit xəstəliyinin profilaktikası üçün vitamin D-nin sutkalıq dozası nə qədərdir?
A) 400 mq
B) 600 mq
C) 700 mq
D) 800 mq
E0 300 mq
Düzgün cavab – 400 mq. Raxit ümumi orqanizmin xəstəliyi olub vitamin D-nin çatşmazlığı və Ca F mübadiləsinin pozulması nəticəsində əmələ gəlir. Onun profilaktikası üçün uşağa sutkalıq spirtli və yağlı məhlul şəklində 400 mq vitamin D verilməlidilir. A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 15
370. Anemiya zamanı qanda nə baş verir?
A) Eritrositlərin sayının azalması
B) Leykositlərin miqdarının azalması
C) Hemoqlobin və eritrositlərin sayının azalması
D) Qanın formalı elementlərinin sayının azalması
E) Trombositlərin sayının azalması
Anemiya qan azlığı olub, müxtəlif səbəblərdən əmələ gəlir. Qan itirmədən zülal,vitamin dəmir çatışmazlığından və s. Xəstəlik zamanı qanda əsasən Hb və eritrositlərin miqadarı azalır.
Ədəbiyyat: A.A.Əyubova “Uşaq xəstəlikləri”Bakı 2008 səh 301
371. Hemofiliya xəstəliyinin yaranmasına nə səbəb olur?
A) Disproteinemiya
B) Hipervolemiya
C) Hipovolemiya
D) Laxtalanmanın pozulması
E) Disbakterioz
Hemofiliya –qanda laxtalanma prosesinin pozulmasi ilə müşahidə olunan patologiyadır.
Ədəbiyyat: A.A.Əyubova “Uşaq xəstəlikləri”Bakı 2008 səh 316
372. Hansı xəstəliklər zamanı qanda eozinofillərin miqdarı artır?
A) Qarın yatalağı, anemiya
B) Appendisit, polimielit
C) Nefrit, qastrit
D) Anemiya
E) Bronxial astma, askaridoz
Eozinofiliya – eozinofillərin miqdarının artmasına deyilir və askaridoz zamanı allergiyalarda , bronxial astma zamanı , məxmərək zamanı müşahidə olunur.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 96 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова.Клинические лабораторные исследования. Москва «Медицина» 1984 səh 158
373. Şəkərli diabet zamanı hansı orqanın funksiyasının pozulması baş verir?
A) Qaraciyərin
B) Hipofiz vəzinin
C) Mədəaltı vəzinin
D) Epifiz vəzisinin
E) Qalxanabənzər vəzinin
Şəkərli diabet endokrin sistemin xəstəliyi olub, əmələ gəlmə səbəbi müxtəlifdir. Şəkərli diabet xəstəliyi mədəaltı vəzin insulin ifraz etmə funksiyasının pozulması nəticəsində baş verən xəstəlikdir.Uşaqların bütün yaş dövrlərində rast gəlinir.
Ədəbiyyat: Н Əyyubova A.A “Uşaq xəstəlikləri” Bakı 2008 səh 333
374. Uşaqlarda normada acqarına qanda şəkərin miqdarı nə qədərdir?
A) 6,6-7,7 mmol/l
B) 5,5-7,7 mmol/l
C) 3,3-5,5 mmol/l
D) 9,9-11,11 mmol/l
E) 7,7-9,9 mmol/l
Normada sağlam insanın qanında şəkərin miqdarı . 80-120 və ya 3,3-5,5 mmol/1
həddində olmalıdır.
Ədəbiyyat: Н Əyyubova A.A “Uşaq xəstəlikləri” Bakı 2008 səh 335
375. Uşaqlarda normada sidikdə şəkərin miqdarı nə qədər olmalıdır?
A) 7 mmol/l
B) 3,3-5,5 mmol/l
C) 0-3 mmol/l
D) Olmamalıdır
E) 6,5-7,5 mmol/l
Sağlam uşaqda normada sidiklə şəkər ifraz olunmamalıdır. Əks halda bu, xəstəlik sayılır.
Ədəbiyyat: Н Əyyubova A.A “Uşaq xəstəlikləri” Bakı 2008 səh 336
376. Eksudativ kataral diatezli uşağın qidalanmasında aşagıdakılardan hansı düzgün deyil?
1. Şəkər-ksilit və ya sorbitlə əvəz edilir
2. Ət bulyonu verilir.
3. Balıqdan hazırlanmış qidalar verilir
4. Heyvani yağ-bitki yağı ilə əvəz edilir
5. Xörək duzu azaldılır
6. İnək südü verilir
A) 2,3,6
B)1,3,5 .
C) 2,4,6
D) 3,5,6
E) 1,2,6
Eksudativ – kataral diatezli uşaqların mualicəsi zamanı qida rejimi də nəzərə alınmalıdır.Bu zaman şəkər ksilit və ya sorbitlə, heyvani yağ bitki yaği ilə əvəz olunmalıdir , xörək duzu azaldılmalıdır .
Ədəbiyyat: A.Əyyubova. Uşaq xəstəlikləri. Bakı, 2008 səh69
377. Yenidoğulmuşun ağzında selikli qışada ərp :süd yarası aşkar edilir.Bu bilavasitə nəyə səbəb olur?
A) Bədən temperaturunun yüksəlməsinə
B) Sidik ifrazının pozulmasına
C) Əmmənin çətinləşməsinə
D) Defekasiya aktının tezləşməsinə
E) Tənəffüsün tezləşməsinə
Süd yarası zamanı göbələklər ağızın selikli qişasında, dilin üzərində ağ ərp əmələ gətirir.Uşağın əmməsi çətinləşir. Uşaq narahat olur, pis yatır, çəkisi az artır.
Ədəbiyyat: N.Tağıyev Neontologiya Bakı 2007 səh 32
378. Uşağın ilk qidası olan ağız südünün (molozivo) yetişmiş südə nisbətən üstünlüyü nədir?
A) tərkibində yağlar azdır
B) tərkibində fermentlər çoxdur
C) tərkibində zülal azdır
D) tərkibində immunoqlobulinlərin miqdarı çoxdur
E) tərkibində karbohidrat azdır.
Molozivo və ya ağız südu – qatı , yüksək kalorili , yapışqana bənzər sarı rəngli mayedir . Yetişmiş ana südundən fərqli olaraq immunoglobulinlərlə zənqindir , bu da uşağı infeksiyalardan qoruyur.
Ədəbiyyat: N.Tağıyev Neontologiya Bakı 2007 səh 33
379. Təbii qidalanan 6 aylıq uşaq doymursa ana südünü əvəzedici nə vermək olar?
A) Çay, su
B) Adaptasiya olunmuş qarışıqlar
C) 5% qlükoza məhlulu
D) Yalnız ana südü verilir
E) Sadə qarışıqlar verilir
6 ayadək uşaqların yedizdirilməsində ana südü əsas rol oynayır. Əgər anada hipoqalaktiya (anaın südünün çatışmazlığı) muşahidə olunarsa, tərkibinə görə ana südünə yaxın adaptasiya olunmuş qarışıqlar verilir.
Ədəbiyyat: N.Tağıyev Neontologiya Bakı 2007 səh 33
380. Südəmər uşaq necə qidalanmalıdır?
A) 3 saatdan bir
B) Uşaq tələbatına görə, sərbəst qidalanır
C) 2 saatdan bir
D) 4 saatdan bir
E) 6 saatdan bir
Südəmər uşaq təbii bəslənərkən sərbəst qidalandırılmalıdır , yəni uşaq tələbatına görə qidalanmalıdır. Bu da prolaktin hormonunun ifrazını stimulyasiyaına,süd ifrazının artmasına səbəb olur.
Ədəbiyyat: N.Tağıyev Neontologiya Bakı 2007 səh 34
381.Qida rasionunda uzun müddət askorbin turşusu çatışmazlığı hansı xəstəliyin yaranmasına səbəb olur?
A) Pellaqra
B) Beri - beri
C) Ariboflavinoz
D) Sinqa
E) Hemeralopiya
Qida rasionunda uzun müddət askorbin turşusunun olmaması Sinqa xəstəliyini əmələ gətirir.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова. Гигиена питания. «Медицина» Москва. 1987 səh.51
382. Südəmər uşaq əmizdirildikdən sonra qusursa nə etməli?
A) Su verilir, qarına isitqac qoyulur
B) Üfüqi vəziyyətdə tutub sonra böyrü üstə uzandırılır
C) Vertikal vəziyyətdə tutub sonra böyrü üstə uzandırılır
D) İmalə edilir
E) Dərmanlar təyin edilir
Südəmər uşaqlarda bəzən əmizdirildikdən sonra şaquli vəziyyətdə tutmaq lazımdır. Belə etdikdə, uşağın südlə udduğu hava xaric olur və qusma dayanır.
Ədəbiyyat: N.Tağıyev, “Neonatologiya”, Bakı 2007 səh 135
383. 6 aylığına kimi uşağın qidalanması üçün ən optimal qidalanma üsulu hansıdır?
A) Təbii,qarışıq
B) Qarışıq
C) Süni
D) Təbii
E) Süni,qarışıq
6 ayadək uşaq üçün ən effektli üsul təbii qidalanmadır.Çünki, 6 ayadək ana südü uşağın tam təlabatını ödəyir,və uşaq bütün lazımı qida maddələrini alır.
Ədəbiyyat: N. Tağıyev Neonatologiya 2007 səh 136
384. Tənzimləyici qidalara hansı qidalar aiddir?
A) Ana südü
B) Meyvə və tərəvəz şirələri, kəsmik, yumurta sarısı
C) İnək südü
D) Adaptaolunmuş qarışıqlar
E) Sadə qarışıqlar
Tənzimləyiçi qidalar orqanizmin yağlara , karbohidratlara , zulallara, vitaminlərə olan ehtiyacının ödənilməsi üçün təyin edilir.Bu meyvə və tərəvəz şirəsi, kəsmik, yumurta sarısı və s. ola bilər
Ədəbiyyat: N. Tağıyev Neonatologiya 2007 səh 136
385. Əlavə qida uşağın hansı ayından təyin edilir?
A) 4 ayından
B) 5 ayından
C) 6 ayından
D) 10 ayından
E) 12 ayından
Əlavə qidalar sudəmər uşağın zülallara , mineral duzlara , yağlara olan təlabatını ödəmək uçun uşağın 6 ayından təyin edilir.
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 cтp 82
386. Aşağıdakı qidalardan hansı əlavə qidaya aiddir?
A) Ət bulyonu, kəsmik
B) Ət əzməsi
C) Sıyıqlar, tərəvəz püresi, qatıq
D) Kəsmik, yumurta sarısı
E) Yumurta sarısı, qatıq
Südəmər uşağın 4-5 aylığından sonra artan tələbatını ödəmək uçun əlavə qida təyin edilir . Bu sıyıqlar , tərəvəz püresi ola bilər.
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 cтp82
387. Raxit xəstəliyi olan və südə allergiyası olan uşaqlar üçün sıyıqlar necə hazırlanır?
A) Süddə
B) Tərəvəz həlimində və ya suda
C) Düyü həlimində
D) Ət bulyonunda
E) Toyuq bulyonunda
Raxit zamanı südəmər uşağın mikroelementlərə ehtiyacı yüksək olduğu üçün , sıyıqlar məsləhət görulür . Südun zülalı obligat allergen olduğu üçün , sıyıqlar tərəvəz həlimində və ya suda hazırlanır.
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 cтp 80
388. Hansı uşaqlara tərəvəz püresi daha erkən müddətdə təyin edilir?
A) Hipotrofiyalı uşaqlara
B) Raxit, anemiyası olan uşaqlara, yarımçıq doğulmuşlara
C) Ekiz doğulmuşlara
D) Bətndaxili zədələnməsi olan uşaqlara
E) Kesəriyyə əməliyyatı ilə doğulmuş uşaqlara
Raxitli , anemiyali , yarımçıq doğulmuş uşaqlara tərəvəz püresi erkən təyin edilir ki , yaranmiş mineral defisiti qida ilə aradan qaldırılsın.
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 cтp 84
389. Sadə qarışıqlar nə ilə hazırlanır?
A) Tərəvəz həlimi və düyü həlimi ilə
B) Mannı yarması və su ilə
C) Kəsmik və düyü həlimi ilə
D) Düyü həlimi və qatıqla, düyü həlimi və südlə
E) Qatıq və südlə
Sadə qarışıqlar düyü həlimi və qatıqla, düyü həlimi və südlə 5% şəkər qatmaqla hazırlanır. Bu qarışığın kaloriliyi yüksək olur, tez sorulur. Bağırsağı qıcıqlandırmır.
Ədəbiyyat: Л.A.Исaeва,Л.К.Баженова»Детские Болезни»Медицина 1986 стр 108
390. Süni qidalanmaya keçməyin səbəbi ola bilməz?
A) Ana südünün olmaması
B) Uşağın inkişaf qüsurları
C) Ana südünün çox olması
D) Yarımçıq doğulmuş uşaq
E) Ana südünün yararsız olması
Anaın südü heç olmadıqda uşağı süni qidalandırmaq lazım gəlir.Bu zaman uşağa ana südünün tərkibinə uyğunlaşdırılmış sadə süd qarışıqları və adaptasiya olunmuş qarışıqları verilir.Ana südünün çox olması süni qidalanmaya keçməyin səbəbi ola bilməz.
Ədəbiyyat: N.Tağıyev “Neontologiya” 2007 səh45
391. Doğulduqdan sonra yenidoğulma dövrü hansı müddət hesab edilir?
A) 10 ayadək
B) 2 ayadək
C) 1 ayadək
D) 3 ayadək
E) 4 ayadək
Yeni doğulma dövrü təsnifata görə uşaq doğulan gündən 1 aya qədər olan müddətdir.
Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” Bakı 2007 səh 30
392. Uşaqda raxit xəstəliyinin yaranmasının səbəbi nədir?
A) A vitamininin çatışmazlığı
B) B qrup vitaminlərinin çatışmazlığı
C) D vitamininin çatışmazlığı
D) Dəmir çatışmazlığı
E) C vitaminin çatışmazlığı
Raxit uşaqlar arasında ən çox rast gəlinən xəstəlikdir. Orqanizmdə vitamin D-nin çatışmazlığı nəticəsində kalsium -fosfor mübadiləsinin pozulması baş verir. Kalsium orqanizmə az sorulur ki, nəticədə raxit xəstəliyi əmələ gəlir.
Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri “Bakı ,2008 , səh 13.
393. Spazmofiliyaya uşağın hansı yaşlarında təsadüf edilir?
A) 6 ayadək
B) 1,5-2 yaşadək
C) 3 yaşdan yuxarı
D) 4 yaşadək
E) 5-7 yaşadək
Spazmofiliya xəstəliyi ən çox 6-18 ay - 2 yaşadək uşaqlar arasında təsadüf edilir.
Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri ” Bakı 2008 ,səh 31.
394. İsitqacın yerli təsiri hansıdır?
A) Qanaxamanı dayandırır
B) Qan dövranını yaxşılaşdırır,iltihabı prosesin sorulmasına kömək edir
C) Bədəni soyudur, iltihabı prosesin sorulmasına kömək edir
D) Damarı daraldır
E) Dərini oyadır, qan dövranını yaxşılaşdırır
İsidqac bədəni isidir, damarı genişləndirir. Qan dövranını yaxşılaşdırır. İltihabı prosesin sorulmasına kömək edir.
Ədəbiyyat: “Tibb bacısının məlumat kitabı” Bakı 1994 səh 60
395. Spazmofiliya qıcolması zamanı ilkin təcili yardım hansıdır?
A) Süni tənəffüs və oksigen verilir
B) Ürəyin qapalı masajı aparılır
C) Naşatır spirti ilə qıcıqlandırılır, havaya çıxarılır.
D) Ürək dərmanları verilir.
E) Antibiotik vurulur.
Spazmofiliya zamanı qıcolma baş verərsə xəstəyə təcili yardım göstərilməlidir.: naşatır spirti iylətmək, sünii tənəffüs vermək, qıcolma əleyhinə preparatlardan istifadə etmək lazımdır.
Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri ”Bakı 2008 səh 35
396.Uşaqlarda qanda şəkərin artması necə adlanır?
A) Hipoqlükozuriya
B) Hipoqlikemiya
C) Hiperqlikemiya
D) Hiperqlükozuriya
E) Leykopeniya
Normada qanda qlükozanın miqdarı 3,3-5,5 mmol/l olur. Qanda şəkərin artması hiperqlikemiya adlanır.
Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri ”Bakı 2008səh 335
397. Şəkərli diabet hansı üzvün hipofunksyasının nəticəsidir?
A) Böyrəyin
B) Qaraciyərin
C) Dalağın
D) Mədəaltı vəzin
E) Hipofizin
Şəkərli diabet polietioloji xəstəlikdir. Xəstəliyin baş verməsində irsi amil də rol oynayır.Başlıca səbəb mədəaltı vəzin insulin sintezi və sekresiyasının pozulmasıdır. Uşaq yaşlarında boy artımı cinsi inkişafla əlaqədar oladuğundan insulinə tələbat yüksək olur. Bu isə insulyar aparatın tükənməsinə səbəb olur. Nəticədə diabet inkişaf edir.
Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri ” Bakı 2008, səh 333.
398. Qızılcanın aktiv immunizasiyası nə ilə aparılır?
A) Diri qızılca vaksini ilə
B) İnsan immunoqlobulini ilə
C) Tuberkulinlə
D) Askorbin turşusu ilə
E) BSJ ilə
Diri qızılca vaksini. Qızılcanın aktiv immunizasiyası diri qızılca vaksini Q.P.M. ilə edilir. 1 və 6 yaşda dəri altına vurulur.
Ədəbiyyat:Təcrübədə immunlaşdırma metodik göstərişlər. Modul 2 səh 18
399. Hansı heyvanın əti trixinellyozun mənbəyi ola bilər?
A) Donuz
B) Mal
C) Quş
D) Qoyun
E) Dovşan
Donuz əti trixinellyozun mənbəyi ola bilər.
“Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова, Гигиена питания «Медицина» Москва 1987 səh.169
400.Tiroksin hormonunun əmələ gəlməsi üçün hansı biomikroelement lazımdır?
A) Yod
B) Flüor
C) Dəmir
D) Nikel
E) Manqan
Yod qalxanabənzər vəzinin hormonu – trioksinin əmələ gəlməsi üçün lazımdır.
Ədəbiyyat:A.И.Горшков. О.В.Липатова. Гигиена питания. «Медицина» Москва. 1987 səh.45
401. İnaq nədir?
A) Öskürək
B) Təngnəfəslik
C) Boğulma
D) Hərarətin artması
E) Hipotermiya
Yuxarı tənəffüs yollarının katarı, qızılca, qrip zamanı larinqotraxeobronxit olduqda baş verən , boğulma inaq adlanır.
Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri ”Bakı 2008,səh 205.
402. Yalançı inaq tutmasında ilk yardım nədən ibarətdir?
A) Vitaminlər, xardal yaxması
B) Ürək dərmanları , ayağa isti vanna
C) Təmiz hava , ayağa isti vanna, xardal yaxması
D) Antibiotiklər, vitaminlər
E) Antihistamin preparatlar
Yalançı inaq tutmasında xəstədə narahatlıq qəflətən başlayır, səsi batır, tənəffüs səsli olur, boğulma baş verir. Bu zaman təmiz hava, ayağa isti vanna, xardal yaxması yaxşı kömək edir.
Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri “Bakı 2008,səh 208.
403. Kollaps nədir?
A) Qaraciyər çatışmazlığı
B) Böyrək çatışmazlığı
C) Kəskin damar çatışmazlığı
D) Mübadilə pozğunluğu
E) Qida çatışmazlığı
Kollaps arterial təzyiqin kəskin surətdə aşağı düşməsi, periferik qan dövranının pozulması ilə müşahidə edilən, həyat üçün təhlükəli olan kəskin damar çatışmazlığıdır.
Ədəbiyyat: Л.A.Исaevа, Л.К.Баженова «Детские Болезни», Медицина 1986 стр 218
404. Alimentar anemiyaya uşaq yaşının hansı dövründə rast gəlinir?
A) Yenidoğulma dövründə
B) Südəmər dövrdə
C) 1-3 yaşlı uşaqlarda
D) 3 yaşdan böyük uşaqlarda
E) Məktəb yaşında
Uşaqlarda erkən yaş dövründə qan yaranma prosesi çox sürətlə gedir, qan yaradan orqanlar çoxlu miqdarda zülal, vitaminlər, mikroelementlər sərf edir. Ona görə də qidalanma və qulluğun pozulması infeksion amillər və s. uşaqlarda tezliklə anemiyaya gətirib çıxarır.
Ədəbiyyat: Л.A.Исaeва, Л.К.Баженова «Детские Болезни», Медицина 1986 стр 176
405. Uşaqlarda enterebiozu nə törədir?
A) Lyamblya
B) Askarid
C) Bizquyruq
D) Öküz soliteri
E) Trixosefalioz
Qurd invaziyaları içərisində uşaqlar arasında enteribioza daha çox təsadüf edilir. Xəstəliyi bizquyruq qurdlar törədir,yaşama müddəti 3-4 həftədir.
Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri ” Bakı 2008 səh 139
406. Eksudativ – kataral diatez nədir?
A) Sağlam vəziyyətdir
B) Bədən quruluşunun anomaliyasıdır
C) Ayrıca xəstəlikdir
D) Sindromdur
E) Dəri allergiyasıdır
Eksudativ-kataral, diatez erkən yaşlı uşaqlar arasında rast gəlinir və 2-3 yaşa qədər davam edir.Əsaən dəri və selikli qişalar zədələnir,belə uşaqların dili xəritəyə bənzədiyi üçün “coğrafi dil”adlanır. EKD xəstəlik deyil sindromdur, onun əmələ gəlməsində genetik faktor da rol oynayır.
Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri ” Bakı 2008 səh 69
407. 5 yaşlı uşağın çəkisi nə qədər olmalıdır?
A) 23 kq
B) 18 kq
C) 25 kq
D) 20 kq
E) 15 kq
5 yaşlı uşağın çəkisi 20-22 kiloqram olmalıdır. 1 yaşda uşaq10-12 kiloqram, sonra isə hər ilə 2 kq artmalıdır.Çəki artımı 10+ 2 x n düsturuna əsasən hesablanır.
Ədəbiyyat: Л.A.Исaevа, Л.К.Baжenova “Детские Болезни”, Мoсkвa 1986 стр 38
408. 10 yaşlı uşaqda A/T (arterial təzyiq) neçə millimetr civə sütunu olmalıdır?
A) 90 mm/c.st.
B) 80 mm/ c.st.
C) 100 mm/ c.st.
D) 85 mm/ c.st.
E) 95 mm/ c.st.
A/T yeni doğulduqda 60-70 mm/cs 1 yaşda 75-80 mm/cs.10 yaşda isə 100 mm/cs-dir. 1 yaşdan sonra A/T 80+2n düsturu ilə hesablanır
Ədəbiyyat: N.Tağıyev “Neontologiya”Bakı 2007 səh 30
409. Yenidoğulmuşların asfiksiyası zamanı ilk tədbır olaraq nə etmək lazımdır ?
A) Süni tənəffüs
B) Ürəyin masajı
C) Yuxarı tənəffüs yollarının sanasiyası
D) Oksigen
E) Ağciyərlərin süni ventilyasiyası
Yenidoğulmuşlarda asfiksiyanın əmələ gəlmə səbəbləri çoxdur.Əsas səbəblərdən biri də uşağın doğuş yollarından xaric olkarkən dölyanı mayeni udmasıdır.Bu dölyanı maye tənəffüs yollarına düşdükdə boğulma-asfiksiya baş verir.İlk yardım olaraq yuxarı tənəffüs yollarının sanasiyası (təmizlənməsi) aparılmalıdır.
N.Tağıyev Neonatologiya. Bakı 2007.səh 145
Dostları ilə paylaş: |