737.Tısbağavari sarğı hansı nahiyələrə qoyulur?
A) Diz və dirsək oynaqlarına
B) Bazu oynağına
C) Aşıq-daban oynağına
D) Boyuna
E) Ayağa
Tısbağavari sarğı diz və dirsək oynaqlarını sarımaq üçün münasibdir və qoyulma formasından asılı olaraq yaxınlaşan və uzaqlaşan forması var. Yaxınlaşan formada binti oynaqlardan yuxarıda və aşağıda dairəvi dolayıb oynaq çuxurunda çarpazlayır. Uzaqlaşan formada isə əksinə.
Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 109
738.Sapandvari sarğını hansı nahiyələrə qoyulur?
A) Dizə, dirsəyə
B) Boyuna,ələ
C) Gözə,qulağa
D) Buruna, çənəyə, başa
E) Gövdəyə
Sapandvari sarğıda enli bintin ucları iki hissəyə ayrılır və əks tərəflərdə bağlanır. Bu sarğı aşağı çənəyə, buruna, başa qoyulur.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı.Çıraq nəşriyyatı 2008. səh.276.
739.Diş çəkildikdən sonra qanaxmanı saxlamaq üçün nədən istifadə edilir?
A) Vikasol tabletkası verilir
B) Ağız perekislə qarqara olunur
C) Çənəyə soyuq kompres qoyulur
D) Diş yuvasına steril bintdən hazırlanmış tampon qoyulur
E) Yemək yeməmək məsləhət görülür
Çəkilən dişin yuvasına 3%-li hidrogen-peroksid məhlulunda isladılmış steril tənzif kürəcik qoyulur. Qanaxmanı müvəqqəti saxlamağın bu üslundan burun və uşaqlıq yolu qanaxmalarında da istifadə olunur.
Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 75
740.Endoskopiyada işlədilən optik ucluqları necə sterilizasiya edirlər?
A) Avtoklavda
B) Pervomur məhlulunda saxlamaqla
C) Formalin buxarlarıda
D) İsti hava axını ilə işləyən quruducu şkaflarda
E) Qaynatmaqla
Endoskopik apararların optik ucluqları istinin təsirindən xarab olduğu üçün qabın içərisinə formalin tabletkaları atılır və ucluqlar onun üzərindən asılaraq sterilizasiya olunur.
Ədəbiyyat:M.M.Abakumov.Moskva-1985 (səh.67)
741.İsti hava axını ilə işləyən quruducu şkafda optimal temperatur nə qədər olur?
A) 150-160°
B) 100-120°
C) 180-220°
D) 160-180°
E) 120-140°
Bu şkafların üzərində t°-göstərən şkala olur. t°-180°-yə qalxdıqdan sonra sterilizasiyanın vaxtı hesablanır və 40 dəqiqə sterilizasiya olur.
Ədəbiyyat:V.P.Abakumov. “Əməliyyat və sarğı tibb bacısının məlumat kitabı”. Moskva 1985. Səh 42
742.Sterilləşdirilmiş tikiş sapları işlədilənə qədər necə saxlanılır?
A) Briliant yaşılında
B) Süleymani məhlulunda
C) 70°-li etil spirtində
D) Yodonatda
E) Pervomurda
Ketqut və ipək tikiş sapları sterilizasiyadan sonra xüsusi şüşələrdə 70°-li etil spirtində saxlanılır.
Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 32
743.Dezinfeksiya nədir?
A) Yarad olan mikrobların məhvi
B) Bütün mikrobların,virusların,məhvi
C) Patogen mikrobların zərərsizləşdirilərək məhv edilməsi
D) Mikrobların yaraya düşməsinin qarşısının alınması
E) Bütün mikrobların hətta spor əmələ gətirənlərin məhvi
Dezinfeksiya infeksiyanın yayılmasının qarşısının almaq üçün dezinfeksiyaedici maddələrin köməyi ilə patogen mikrobların zərərsizləşdirilməsinə və məhv edilməsinə deyilir.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 182
744.Sterilizasiya nədir?
A) Mikrobların yaraya düşməsinin qarşısının alımasıdır
B) Paatogen mikroqanizmlərin məhvidir
C) Bütün mikrobların sporları ilə məhvidir
D) Mikrobların yarada məhvidır
E) Mikrobların yaraya düşmə yollarında məhvidır
Sterilizasiya müxtəlif üsullaların (yüksək temperaturun, buxarın, ionlaşmış şüaların) təsirindən bütün mikroorqanizmlərin və onların sporlarının məhvidir.
Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 29
745.Antiseptika nədir?
A) Alətlərin dezinfeksiyasıdır
B) Mikrobların yaraya düşmə yollarında məhvidir
C) Yaradakı mikrobların məhvidir
D)Alətlərin sterilizasiyasıdır
E)Patogen mikrobların məhvidir
Antiseptika-yaraya düşmüş mikrobların məhv edilməsi üçün görülən tədbirlər kompleksidir. Antiseptikanın 4 növü var: mexaniki, fiziki, kimyəvi və bioloji. Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 241
746.Aseptika nədir?
A) Mikrobların yaraya düşməsinin qarşısını alan profilaktik tədbirlərdir
B) Yaradakı mikrobların məhv olunması tədbirləri kompleksidir
C) Alətlərin dezoinfeksiyasıdır
D) Alətlərin sterilizasiyasıdır
E) Patogen mikrobların məhvidir
Mikroblar yaraya ekzogen və endogen yolla düşür. Mikrobların yaraya düşməsinin qarşısını almaq üçün yaraya toxunacaq bütün əşyalar sterilizasiya olunur, aseptik şərait yaradılır.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 241
747.Əməliyyatda iştirak edən tibb heyəti hansı geyimdə olmalıdır?
A) Təmiz xalatda
B) Steril xalatda
C) Steril xalat, kalpak, maska və baxildə
D) Fərqi yoxdur
E) Xüsusi geyimdə
Əməliyyatda iştirak edən tibb heyəti steril xalat, kalpak, maska və baxildə olmalıdır.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 32
748.Tez bərkiməsi üçün gipsli langeti hansı temperaturlu suda islatmaq lazımdır?
A) Soyuq suda
B) İlıq suda
C) Qliserin qatılmış suda
D) Bitki yağı tökülmüş suda
E) Fərqi yoxdur
Gips soyuq suda bir qədər gec bərkiyir.Tez bərkiməsi üçün gips langet ilıq və duzlu suda isladılır.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 259
749. Bud sınıqlarında neçə qatlı langet hazırlamaq lazımdır?
A) 3-4 qatlı
B) 6-8 qatlı
C) 2-3 qatlı
D) 10-12 qatlı
E) 1-2 qatlı
Bud sınıqlarında 6-8 qatdan ibarət gips langeti hazırlanır. Budun əzələləri güclü olduğu üçün nazik qatlı gips sarğısı qoyularsa sınıq qəlpələri yerini dəyişə bilər.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 259
750.Biksin universal yığımı necə olmalıdır?
A) Bir əməliyyatda lazım olan ancaq sarğı materialları bir biksə yığılır
B) Bir əməliyyat üçün lazım olan sarğı materialları,əməliyyat ağları və əməliyyatın iştirakçılarının paltarları bir biksə yığılır
C)Əməliyyat ağları və iştirakçıların paltarları bir biksə yığılır
D)Sarğı otağına lazım olan bütün materiallar bir biksə yığılır
E) Bir neçə əməliyyata lazım olan sarğı materialları, əməliyyat ağları və iştirakçıların paltarları bir biksə yığılır
Bir əməliyyat üçün lazımolan satğı materiallrı,əməliyyat ağları və əməliyyatın iştirakçılarının paltarları bir biksə yığılır.
Ədəbiyyat: М.С.Брукман «Руководство к практическим занятиям по хирургии». М:Медицина 1983. Səh. 32
751.Qanın uyğunlaşma sınağı planlı hemotransfuziya zamanı necə aparılır?
A) Donorun qanı üzərinə resipientin qanı tökülür
B) Resipientin qan zərdabı ilə donorun qanı qarışdırılır
C) Donorun qanı üzərinə resipientin zərdabı tökülür
D) Donorun və resipientin qan zərdabları qarışdırılır
E) Donorun qan damarına resipientin qanı vurulur
Resipientdən 2-3 ml qan götürülərək üzərinə 4%-li natrium-sitrat sentrafuqadan keçirilir. Alınan zərdabın üzərinə 2-3 damcı köçürüləcək qan əlavə edilir və aqqlutinasiya reaksiyasının alınmasına nəzarət edilir.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh. 314
752. Şüa yanıqları zamanı ilk tibbi yardım necə başlanır?
A) Şüalanmış sahənin üzərinə məlhəm qoyulur
B) Şüalanmış sahə aseptik sarğı ilə örtülür
C) Şüalanmış sahə çoxlu miqdarda soyuq su ilə yuyulur
D) Zərərçəkənə ağrıkəsici preparat verilir
E) Zərərçəkənə ürək dərmanları verilir
Dəri şüalandıqda qızarmış və qıcıqlanmış sahə çoxlu miqdarda su ilə yuyulur,sonra isə dozimetr ilə radiasiyanın dərəcəsi ölçülür.
Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 120
753.Yalnız bir sarğı otağı varsa yaraların sarınma ardıcıllığı necə olmalıdır?
A) Əvvəl irinli sonra təmiz yaralar sarınır
B) Təmiz və irinli yaralar eyni vaxtda sarınır
C) Əvvəlcə təmiz sonra isə irinli yaralara sarğı əməliyyatı aparılır
D) Ardıcıllığa riayət olunmur
E) İrinli yaralar palatada sarğı əməliyyatından keçirilir
Bütün təmiz aseptik yaraların sarğısı təlimata uyğun olaraq əvvəlcə aparılır. Sonra isə irinli yaralar sarınır. İşin axrında dezinfeksiya işlərindən sonra bakteriosid lampa ilə şüalandırılır.
Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 45
754. Arterial turna düzgün qoyulduqda nə baş verir?
A) Turnadan aşağı nahiyədə temperatur yüksəlir
B) Ətraf sianozlaşır
C) Turnadan aşağı nahiyədə bütün hissiyat itir
D) Qanaxma dayanır və periferik nəbz itir
E) Turnadan aşağı nahiyədə nəbz vurur
Arterial turna düzgün qoyulubsa qanaxma dayanır və turnadan aşağı periferik nəbz vurğusu itir.
Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 77
755.Kimə universal donor deyilir?
A) I qrup RH (-) qana mənsub şəxs
B) I qrup RH(+) qana mənsub şəxs
C) II qrup RH(+)qana mənsub şəxs
D) IV qrup RH(-)qana mənsub şəxs
E) IV qrup RH(+)qana mənsub şəxs
RH (-) qanı olan xəstələrə RH (+) köçürüldükdə, onların qanında anticismciklər hazırlanır. Bu hala rezus amillə qanın immunizasiyası deyilir. Belə immunizasiya RH (+) döl ilə hamiləlik zamanı RH (-) qadınlarda ola bilər. RH (-) qan köçürüldükdə qanda anticisimciklər əmələ gəlmir.
Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 82
756.Əllərini əməliyyata hazırlamış cərraha əməliyyat paltarını kim geyindirir?
A) Cərrah özü geyinir
B) Əməliyyat paltarını geyinmiş əməliyyat tibb bacısı geyindirir
C) Əməliyyat otağının xadiməsi
D) Cərrahın assisteti
E) Palata tibb bacısı
Cərrahın əlləri əməliyyata hazırlandıqdan sonra cərrahın sterilliyinin pozulmaması üçün onu yalnız steril xalat, kalpak və əlcək geyinmiş əməliyyat tibb bacısı geyinirə bilər.
Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 120
757.Qarnın ön divarı yaralanmış zərərçəkəni necə daşımaq məqsədəuyğundur?
A) Zərərçəkən sol tərəfi üstə uzanmış vəziyyətdə daşınır
B) Zərərçəkən arxası üstə uzanmış, ayaqlar qarına yığılmış vəziyyətdə daşınır
C)Arxası üstə uzanmış və ayaqlarını uzatmış vəziyyətdə daşınır
D) Zərərçəkən başı aşağı, ayaqları yuxarı qaldırılmış vəziyyətdə daşınır
E) Zərərçəkən qarnı üstə uzanmış vəziyyətdə daşınır
Qarnın ön divarı zədələndikdə zərərçəkən ayaqları uzanmış vəziyyətdə daşınarsa bu zaman yara ağzı genişlənir və yaradan orqanların xaric olması ehtimalı artır. Ona görə zərərçəkən arxası üstə uzanmış, ayaqlar qarına yığılmış vəziyyətdə daşınır və yaranın üzərinə aseptik sarğı qoyulur.Zərərçəkənə qida və mayelərin qəbulu qadağan edilir.
Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 128
758.Kolostoma qoyulmuş xəstəyə tibb bacısı nəyi başa salmalıdır?
A) Vaxtaşırı polietilen kisəni dəyişməyi və kolostoma ilə davranmağı
B) Vaxtaşırı kolostomanı dəyişməyi
C) Vaxtaşırı kolostomanı təmizləməyi
D) Polietilen kisəni dəyişmək üçün tibb bacısına müraciət etməyi
E)Kolostomanı haradan almağı
Yoğun bağırsağın keçməməzliyində və zədələnmələrində,düz bağırsağın xərçəngində əməliyyatdan sonra sol qalça nahiyəsinə palliativ məqsədlə kolostoma qoyulur. Tibb bacısı xəstəyə kolostamaya qulluq etməyi, və nəcis yığılan torbanı dəyişməyi başa salır.
Ədəbiyyat:B.Q. Steçyuk.Sestrinskoe delo v xirurqii Moskva izdatelskiy dom QEOTAP-MED 2001. Səh. 222
759.Döş qəfəsi yaralanmaları zamanı hansı hermetik sarğıdan istifadə edilir?
A) Bint
B) Gips
C) Ləçəkvari
D) Okkuluzion
E) Yapışqan plastrlı
Döş qəfəsi yaralanmaları zamanı döş divarında plevra boşluğuna keçən dəlik olduqda hava döş divarı yarasından plevra boşluğuna daxil olur ki, bu da “pnevmotoraks” adlanır. Bu zaman həmin dəliyi qapamaq üçün hermerik sarğı lazım gəlir :bu sarğı okkuluzion sarğı adlanır.
Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 197
760.Qış fəslində Esmarx turnasının saxlanma müddəti nə qədərdir?
A) 2 saat
B) 0,5 saat
C) 1-1,5 saat
D) 3 saat
E) 45 dəqiqə
Qış fəslində soyuğun təsirindən damarlarda spazm yarandığı üçün turnadan aşağı hissədə toxumalarda qidalanma pozğunluğu daha tez baş verə bilər. Buna görə qış fəslində Esmarx turnası yaya nisbətən daha az müddət, 1-1,5 saat (yay fəslində 2 saat saxlanıla bilər).
Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 77
761.Yerli anesteziyanın üstün cəhətləri hansılardır?
A) Tənəffüs orqanlarının fəaliyyətini sürətləndirir
B) Tənəffüs pozğunluqları zamanı istifadə oluna bilər
C) Uzunmüddətli əməliyyatönü hazırlığa ehtiyac yoxdur
D) Hemodinamikaya nəzarəti asanlaşdırır
E) Ürəyin fəaliyyətini sürətləndirir
Yerli anesteziya zamanı anesteziyaedici maddə yerli olaraq əməliyyat aparılacaq sahəyə yeridilir və yalnız həmin sahə anesteziya olunduğu üçün uzun müddətli əməliyyat hazırlığı lazım gəlmir.
Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 58
762. İnfiltrasion anesteziyada hansı preparatdan istifadə edilir?
A) 2% -li Novakain
B) 0,5-0,25%-li Novakain
C) 1%-li Sovkain
D) 0,25%-li Dikain
E) 10%-li Lidokain
İnfiltrasion anesteziyada əməliyyat nahiyyəsində toxumalara qat-qat 0,5%-0,25% -li novakain məhlulu yeridilir.
Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 60
763. Onurğa beyni anesteziyasından sonra xəstənin daşınması hansı vəziyyətdə həyata keçirilməlidir?
A) Sağ tərəfi üstə uzanmış vəziyyətdə
B) Yarımoturaq vəziyyətdə
C) Arxası üstə uzanmış və başı yana əyilmiş vəziyyətdə
D) Qarnı üstə uzanmışvəziyyətdə
E) Ayaq üstə
Onurğa beyni anesteziyası kiçik çanaqda və aşağı ətraflarda aparılan əməliyyatlar zamanı icra edilir.Anesteziyadan sonra xəstədə arterial təzyiq aşağı düşdüyünə görə xəstələr dərhal uzandırılmalıdır.
Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 62
764.İki atmosfer təzyiqdə ağların avtoklavda strelizasiya müddəti nə qədərdir?
A) 45 dəqiqə
B) 15 dəqiqə
C) 20 dəqiqə
D) 60 dəqiqə
E) 30 dəqiqə
Ağlar 2 atmosfer təzyiqdə, 132o C temperaturda 20 dəqiqə sterilizasiya olunmalıdır.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 30
765. Ağların steriliyinə ən dəqiq nəzarət üsulu hansıdır?
A) Fiziki üsulla nəzarət
B) Texniki nəzarət
C) Bakterioloji nəzarət
D) Kimyəvi üsulla nəzarət
E) Bioloji müayinə üsulu
Ən etibarlı və dəqiq üsul bakterioloji nəzarət üsuludur. Bu üsulda sterilizasiya olunmuş materiallardan nümunə götürülərək bakterioloji laboratoriyaya göndərilir və əkmə yolu ilə nəzarət aparılır.
Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 29
766.Sterilizasiyanın fiziki üsuluna hansı aiddir?
A) 6%-li hidrogen-peroksid məhlulunda saxlamaq
B) 700-li etil spirtində saxlamaq
C) Avtoklavlaşdırma
D) Formalik buxarı ilə təsir etmək
E) Antibiotiklərdən istifadə etmək
Avtoklavlaşdırma zamanı yüksək temperatur və təzyiqlə (buxarla), yəni fiziki amillərlə sterilizasiya aparıldığına görə bu üsul sterilizasiyanın fiziki növünə aiddir.
Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 30
767.Əməliyyat sahəsinin işlənməsində hansı antiseptik məhlul istifadə olunur?
A) Pervomur
B) Yodonat
C) Hidrogen-peroksid
D) Kalium-permanqanat məhlulu
E) 10%-li natrium-xlorid
Əməliyyat sahəsinin işlənməsində halloid qrupuna aid kimyəvi aseptik maddə olan yodonatdan istifadə olunur.
Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 21
768.Əllərin işlənməsində hansı antiseptik maddədən istifadə edilir?
A) Formalin
B) Brilliyant yaşılı
C) Pervomur (C-4)
D) Benzoy turşusu
E) Lyuqol məhlulu
Əllərin müasir işlənməsində pervomur məhlulundan istifadə olunur. Məhlul 33%-li hidrogen-peroksidlə, 100%-li qarışqa turşusunun qarışığıdır. Əllər mexaniki işləmədən sonra 2,4%-li pervomur məhlulunda bir dəqiqə müddətində saxlanılır. Üsul tezliyinə görə çox əlverişlidir. Pervomur məhlulu C-4 qarışığı da adlanır.
Ədəbiyyat:В.Г.Стецюк «Сестринское дело в хирургии». Səh. 46
769.Tikiş materialını yağsızlaşdırmaq üçün hansı məhlulda saxlanılır?
A) 3%-li hidrogen peroksid
B) 5%-li yodun spirtli məhlulu
C) Pervomur
D) Efir
E) Karbol turşusu
Tikiş sapları sterilizasiyadan əvvəl yağsızlaşdırmaq üçün efirdə saxlanılır.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 32
770.Quruducu şkafda sterilizasiyaya nəzarət üçün nədən istifadə olunur?
A) Nişasta
B) Kükürd
C) Benzoy turşusu
D) Tiomoçevina
E) Aspirin
Quruducu şkafda 180-220C0-də alətlər sterilizasiya olunur. Sterilizasiyaya nəzarət üsulu tiomoçevinın yüksək temperaturda rənginin dəyişməsinə əaslanır.
Ədəbiyyat:Y.A.Nesterenko “Cərrahi xəstəliklər”. Moskva 1983. Səh. 42
771. Halloidlər qrupuna hansı aiddir?
A) Metilen abısı
B) Hidrogen-peroksid
C) Brilliyant yaşılı
D) Furasilin
E) Yodonat
Yod halloid qrupuna aid olan kimyəvi element olduğuna görə, yod birləşməli antiseptiklər halloidlər qrupuna aid edilir.
Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 21
772. Arterial qanaxma üçün xarakterik əlamət hansıdır?
A) Nəbzvari al rəngdə qanın axması
B) Qanın yavaş axması
C) Qanın damcı ilə axması
D) Qanın daxilə axması
E) Qanın yara səthinin örtməsi
Arteriyanın divarının zədələnməsi zamanı yaranan qanaxma arterial qanaxma adlanır. Arteriya damarlarında axan qan arterial qandır, al qırmızı rəngdədir. Həmçinin qan ürəkdən birbaşa arteriyalara qovulduğuna görə nəbzlə sinxron, yəni nəbzvari olur. Deməli arterial qanaxmanın xarakter əlaməti nəbzvari al rəngdə qanın axmasıdır.
Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 73
773.Daxili qanaxmanın xarakter əlaməti hansıdır?
A) Arterial təzyiqin artması
B) Dəri örtüyünün avazıması
C) Dərinin hiperemiyası
D) Temperaturun yüksəlməsi
E) Diurezin artması
Daxili qanaxma zamanı qan boşluqlara-yəni, qarın boşluğu, döş boşluğu və s. həmçinin, borulu orqanların mənfəzinə axır. Bu zaman dövriyyədə olan qanın ümumi həcmi azaldığına görə dəri örtüyü avazıyır.
Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 73
774. Arterial qanaxmanın müvəqqəti dayandırılmasında hansı üsuldan istifadə olunur?
A) Buz qovuqcuğunun qoyulması
B) Ətrafa yuxarı vəziyyətin verilməsi
C) Damarların sklet sümüklərinə sıxılması
D) Damara tikilməsi
E) Damar protezinin qoyulması
Arterial qanaxmalar zamanı qan gur və sürətlə axdığına görə xəstə tez bir zamanda çoxlu qan itirə bilər ki, bu da xəstənin ölümü ilə nəticələnə bilər. Həyati təhlükənin qarşısını almaq və xəstəni tibb müəssisəsinə çatdırana qədər vaxt itirməmək məqsədilə qanaxmanı müvəqqəti dayandırılmaq üçün damarları yumruqla və ya barmaqla yaxındakı sklet sümüklərinə sıxmaq lazımdır.
Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 76
775. Onkologiyada ən etibarlı diaqnostik üsul hansıdır?
A) Endoskopik
B) Histoloji
C) Rentgenoloji
D) USM(Ultra səs müayinəsi)
E) Perkusiya
Histoloji üsulda biopsiyada və ya əməliyyat zamanı kənarlaşdırılmış şiş toxumasından götürülən material üzərində hüceyrə səviyyəsində mikroskopik laborator müayinə aparılır. Buna görə də bu üsul onkologiyada ən etibarlı diaqnostik üsul sayılır.
Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 165
776.Metastaz nədir?
A) Şişin parçalanması
B) Şişin böyüməsi
C) Şişin yayılması
D) Şişin geriyə inkişafı
E) Şişin böyüməməsi
Bəd xassəli şiş toxumasının hüceyrələri qan və limfa dövranı ilə digər orqan və toxumalara aparılır. Nəticədə şişin başqa orqan və toxumalara yayılması baş verir ki, bu metastaz adlanır.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 163
777. Bədxassəli şişlərin radikal müalicəsi nə vaxt mümkündür?
A) III mərhələdə
B) III-IV mərhələdə
C) II-III mərhələdə
D) I-II mərhələdə
E) IV mərhələdə
Bəd xassəli şişlərin radikal müalicəsi, yəni şişin ətraf toxumalar və limfa düyünləri ilə birlikdə götürülməsi metastaz yaranmadıqda aparılmalıdır. I mərhələdə metastaz yoxdur, II mərhələdə isə yaxın (ətraf) limfa düyünlərində olduğuna görə bədxassəli şişlərin radikal müalicəsi I-II mərhələdə mümkündür.
Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 163
778.Kalkulyoz xolesistitdə ağrı necə başlayır?
A) Sağ qalça çuxurunda qəfləti ağrılarla
B) Sağ qabırğaaltında daimi ağrılarla
C) Sağ qabırqaaltında qəfləti ağrılarla
D) Sol qalça nahiyəsində küt ağrılarla
E) Göbək nahiyəsində küt ağrılarla
Xolesistit öd kisəsinin iltihabi xəstəliyidir. Kalkulyoz xolesistit isə öd kisəsində daşların olması ilə gedən iltihabi xəstəlikdir. Öd kisəsi sağ qabırğa altında yerləşir. Daşlı və ya kalkulyoz xolesistitdə tutmaşəkilli, şiddətli, qəfləti ağrılar sağ qabırğa altından başlayır.
Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 234
779. Mədə xorası üçün xəstənin xarakterik vəziyyəti hansıdır?
A) Hərəki narahatlıq
B) Hərəkətsiz, yarımoturaq
C) Dizləri qarına yığılmış (sıxılmış) vəziyyətdə
D) Opistotonus
E) Trendlenburq
Mədə xorası ağrıları zamanı xəstə ayaqlarını qarnına yığdıqda, qarın əzələlərinin gərilməsi azalır və bu da ağrının intensivliyinin azalmasına səbəb olur.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh.
Dostları ilə paylaş: |