Bölmə I göstərilənlərdən hansı poliklinika tibb bacısının vəzifəsi


Cərrahiyədə ekzogen infeksiya hansı yollarla yayılır?



Yüklə 1,55 Mb.
səhifə20/25
tarix29.12.2016
ölçüsü1,55 Mb.
#3865
1   ...   17   18   19   20   21   22   23   24   25

823.Cərrahiyədə ekzogen infeksiya hansı yollarla yayılır?

1.Hava-damcı

2.Limfogen

3.Kontakt

4. İmplantasion

5. Hematogen

A)1,3,4

B)1,3,5


C)2,4,5

D)3,4,5


E)1,4,5

Cərrahiyədə ekzogen infeksiya orqanizmə üç əsas yol ilə daxil ola bilər:hava damcı, kontakt və implantasion. Hava damcı infeksiyası toz hissıcikləri və damcı-qabarcıqları ilə yayılır. Kontakt infeksiyaya səbəb cərrahın əlləri,sarğı materialları və ağlar,cərrahi alətlərdir.İnplantasion infeksiyanın mənbəyi tikiş sapları,plastik materiallar və protezlərdir.

Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.19
824. Yaranın yuyulmasında kalium permanqanatın neçə faizli məhlulundan istifadə olunur?

A) 5%


B) 2%

C) 0.1%


D) 1%

E) 0.02%.



Kalium permanqanat antiseptik maddə olub oksidləşdiricilər qrupuna aiddir.Bu preparat xaricə istifadə üçündür.Cərrahi praktikada 0.1%-li məhlulundan irinli yaraların yuyulmasında istifadə olunur.

Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.23
825.Palliativ əməliyyatın aparılmasında məqsəd nədir?

A) Çoxmomentli əməliyatı başa çatdırmaq

B) Xəstəni sağaltmaq

C) Diaqnozu dəqiqləşdirmək

D) Xəstənin vəziyyətini yüngülləşdirmək

E) Bir neçə orqanda əməliyyat aparmaq



Palliativ əməliyyat xəstənin vəziyyətini yüngülləşdirmək məqsədilə həyata keçirilir.Belə əməliyyatlar daha çox onkoloji xəstələrdə aparılır.Palliativ əməliyyat xəstənin ömrünü bir qədər uzadır,həyat fəaliyyətini yaxşılaşdırır.

Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.115
826. Xəstəni periferik venanın kateterizasiyasına hazırladıqda ona hansı vəziyyətin verilməsi daha məqsədəuyğundur?

A) Ayaq üstə

B) Qarnı üstə, uzanmış

C) Oturaq

D) Arxası üstə, uzanmış

E) Sol tərəfi üstə üstə uzanmış



Xəstəni periferik venanın kateterizasiyasına hazırladıqda ona arxası üstə uzanmış vəziyyət verilir.

Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.203
827.Periferik vena üçün kateterin seçimində tibb bacısı nəyi nəzərə almır?

A) Yeridilən mayenin tərkibini

B) Venanın diametrini

C) Yeridilən mayenin sürətini

D) Xəstənin fizioloji vəziyyətini

E) Kateterin venada qalma müddətini



Periferik vena üçün kateter seçimində tibb bacısı xəstənin fizioloji vəziyyətini yox, venanın diamterini,yeridilən mayenin sürətini,yeridilən mayenin tərkibini və kateterin venada qalma müddətini ciddi nəzərə almalıdır.

Ədəbiyyat Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.203
828.Periferik venada kateterin yeri neçə saatdan bir dəyişilməlidir?

A) 12-24


B) 24-48

C) 48-72

D) 24-36

E) 1-12


Periferik venada ağırlaşmaların qarşısını almaq məqsədilə kateterin yeri 48-72 saatdan bir dəyişilməlidir.

Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.205
829.Periferik venaya kateter qoyulduqdan sonra damarda hansı ağırlaşmaya baş verə bilər?

A) Allergik reaksiya

B)Anaflaktik şok

C) Flebit

D)Limfadenit

E) Limfangit



Periferik venadaki kateterə düzgün qulluq olmadıqda,aseptika və antiseptika qaydalarına düzgün riayət etmədikdə,kateterin yeri vaxtında dəyişdirilmədikdə venanın cərrahi infeksiyası-flebit kimi ağırlaşmaya rast gəlinir.

Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.207
830. Periferik venaya kateter qoyulduqdan sonra tromboflebitin profilaktikası üçün nədən istifadə olunur?

1.Troksevazin

2.Levomikol

3.Tripsin

4.Traumel

5. Sintomisin

6.Heparin

A)1,4,6


B)1,3,5

C)4,5,6


D)2,4,6

E)3,4,6


Periferik venaya kateter qoyulduqdan sonra tromboflebitin əmələ gəlməsinin qarşısını almaq məqsədilə vena üzərinə punksiya olunan yerdən bir qədər yuxarıda nazik qat tromflebik məlhəmlərdən sürtmək lazımdır(traumel,traksevazin,heparin).

Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.207
831. Periferik venadaki kateterdən dərman maddəsi yeridildikdə orqanizmdə baş verən ümumi ağırlaşma hansıdır?

A) Abses


B)Tromboflebit

C) Allergik reaksiya

D)Flebit

E) Toxuma nekrozu



Periferik venadaki kateterdən infuziyalar zamanı yeridilən dərman madəsinə qarşı baş verən ağırlaşmalardan biri allergik reaksiyalardır.Allergik reaksiyaların ağırlığı müxtəlif olub,yüngül dərəcədən anaflaktik şoka qədər inkişaf edə bilər.Bu zaman arterial təzyiqin kəskin aşağı enməsi,bronxların spazmı,nəbzin tezləşməsi müşahidə olunur.Belə xəstələt narahat olur,tənəffüsün çətinləşməsindən şikayət edirlər.

Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.89
832.Mərkəzi venalara kateterin yeridilməsi nə vaxt həyata keçirilir?

A) İnfeksiyadan sonra baş verən hematomalarda

B)Aşağı ətrafların qızıl yelində

C) Yuxarı ətrafın zədələnmələrində

D) Xəstə koma vəziyyətində olduqda

E) Flebit və tromboflebitlərdə



Koma vəziyyətində olan xəstələri parenteral qidalandırmaq üçün uzun müddət vena daxilinə dərman maddələrinin yeridilməsi lazım gəlir.Bu məqsəd ilə mərkəzi venalara kateterin qoyulması həyata keçirilir.

Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.212
833. Periferik venanın punksiyasında kateterin iynəsi neçə dərəcəli bucaq altında yeridilməlidir?

A) 20-40


B) 90

C) 15-30

D)10-20

E) 5-10


Periferik venanın punksiyasında kateterin iynəsi 15-30 dərəcəli bucaq altında yerdilməlidir.Bu zaman indikator kamerasında qanın görünməsi iynənin venada olduğunu bildirir.

Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.205
834. Periferik venanın punksiyasında iynənin kəsiyi dəri səthinə münasibətdə hansı istiqamətə yönəldilməlidir?

A) Aşağı


B) Yuxarı

C) Sola


D)Sağa

E) Köndələn



Vena punksiya olunan zaman tibb bacısı iynənin kəsiyini dəri səthinə münasibətdə yuxarı istiqamətə yönəltməlidir.

Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.205
835. Periferik venaya kateter yeridilən zaman iynə-stilet daxili konyula ilə minimum hansı məsafəyə yeridilir?

A) 2 ml.


B) 4 ml.

C) 5 ml.


D)3 ml.

E) 6 ml.


Periferik venaya kateter yeridilən zaman tibb bacısı iynə-stileti daxili kanyula ilə minimum 5 ml. məsafəyə yeritməlidir.

Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.205
836. Periferik venanın kateterizasiyası üçün hansı venanın seçilməsi məqsədə uyğundur?

A) Ovucun səthi venası

B) Arteriyaya yaxın vena

C) Əvvəlcə kateterizasiya olunmuş vena

D) Orta dirsək venası

E) Aşağı ətraf venası



Periferik venanın kateterizasiyası üçün venanın seçilməsində bir sıra qaydalar mövcuddur:əvvəlcə punksiya üçün distal venaların seçilməsi,palpasiyada venanın yumşaq və elastik olması,kateterin işlək əldə qoyulmaması,kateterin uzunluğuna uyğun seçilmiş venalardan istifadə olunması. Orta dirsək venasının anatomik yerləşməsinə görə bu venanın kateterizasiyası daha məqsədə uyğundur.

Ədəbiyyat: И.В.Яромич «Сестринское дело» для учащихся медицинских училищ и колледжей, среднего медицинского персонала. «Высшейшая школа», 2003, стр.284
837. Sidik kisəsinin kateterizasiyası dedikdə nə başa düşülür?

A) Boşluğa borunun yeridilməsi

B) Sidik kanalına borunun yeridilməsi

C) Sidik kisəsinə borunun yeridilməsi

D) Sidik kanalı ilə sidik kisəsinə borunun yeridilməsi

E) Sistostomaya borunun yeridilməsi



Urologiyada geniş yayılmış instrumental proseduralardan biri də sidik kisəsinin kateterizasiyasıdır. Bu zaman kateter sidik kanalı ilə sidik kisəsinə yeridilir.Adətən sidik ləngiməsi zamanı sidik kisəsinin boşaldılması,analiz üçün sidiyin götürülməsi və həkimin təyinatına əsasən kateterdən dərman maddələrinin yeridilməsi məqsədilə aparılır.

Ədəbiyyat Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.436
838.Sistostomalı xəstələrdə sidik kisəsi neçə ml. furasilin məhlulu ilə yuyulur?

A) 100-150

B) 100-200

C) 500-1000

D) 20-50

E) 200-300



Sistostomalı xəstələrdə sidik kisəsinin yuyulması zamanı 500-1000 ml. 1:5000 nisbətində furasilin məhlulu istifadə olunur.

Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.435

839.Kişilərdə kateter sidik kanalına hansı məsafəyə qədər yeridilir?

A) 10 sm.

B)12 sm.

C) 14 sm.

D) 19-20 sm.(sidik xaric olana qədər)

E) 15 sm.



Kişilərdə sidik kanalının uzunluğu 19-20 sm.-dir.Əgər kateterdən sidik gəlirsə demək kateter sidik kisəsindədir.

Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.437
840.Qadınlarda kateter sidik kanlına hansı məsafəyə qədər yeridilir?

A)5-6sm.(sidik xaric olana qədər)

B) 2 sm.

C) 3 sm.


D)4 sm.

E) 8 sm.


Qadınlarda sidik kanalının uzunluğu 5-6 sm.-dir.Əgər kateterdən sidik gəlirsə demək kateter sidik kisəsindədir.

Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.436
841.Qastrostomalı xəstənin qidalandırılması gündə neçə dəfə həyata keçirilir?

A) 3


B)1-2

C) 2-3


D) 4-6

E) 1-3


Qastrostomalı xəstələrdə qastrostomadan mədəyə kalorili,tez həzm olunan,həlimşəkilli konsistensiyada qida maddələr yeridilir.Xəstələrin qidalanması 4-6 dəfədən az və ya çox olmamalıdır.

Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.402
842.Autoimmoblizasiya nədir?

A) Zədələnmiş nahiyənin şinaya fiksasiya olunması

B) Zədələnmiş nahiyənin taxta parçasına fiksasiya olunması

C) Zədələnmiş nahiyənin karton parçasına fiksasiya olunması

D) Zədələnmiş nahiyənin sağlam tərəfə fiksasiya olunması

E) Zədələnmiş nahiyəyə gips sarğısının qoyulması



Autoimmobilizasiya zədələnmiş nahiyənin sağlam tərəfə təsbit olunmasıdır.Yuxarı ətrafın zədələnməsi zamanı onu gövdəyə bintlə sarımaq və ya ləçəkvari sarğı ilə fiksə etmək lazımdır.Aşağı ətrafın zədələnməsində zədələnmiş ətraf sağlam tərəfə fiksasiya olunmalıdır.

Ədəbiyyat: И.В.Яромич «Сестринское дело» для учащихся медицинских училищ и колледжей, среднего медицинского персонала. «Высшейшая школа», 2003, стр.292
843.Sidik kisəsinə qoyulan sistostomadan sonra tibb bacısı xəstəyə nəyi başa salmalıdır?

A) Yeyunostomaya qulluğu

B) Kolostomaya qulluğu

C) Qastrostomaya qulluğu

D) Traxeostomaya qulluğu

E) Sistostomaya qulluğu



Sidik-ifrazat sistemində aparılmış əməliyyatdan sonra tibb bacısının işinə xəstəyə sistostomaya qulluğu öyrətmək aiddir.

Ədəbiyyat И.В.Яромич «Сестринское дело» для учащихся медицинских училищ и колледжей, среднего медицинского персонала. «Высшейшая школа», 2003, стр.292
844.Borulu drenajlar istifadədən əvvəl nə ilə yuyulmalıdır?

A)0.9%-li natrium xloridlə

B)70%-li spirtlə

C)1%-li yodonatla

D)3%-li hidrogen peroksidlə

E)1.5%-li xlorheksidin biqlükonatla



Bütün drenajlar mütləq steril olmalı və bir dəfə istifadə üçün nəzərdə tutulmalıdır. Borulu drenajlar istifadədən əvvəl 0.9%-li natrium xlorid məhlulu ilə yuyulmalıdır.

Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.114
845.Yaradan, boşluqlardan möhtəviyyatın xaric edilməsi və dərman maddələri ilə yuyulması necə adlanır?

A) Biopsiya

B)Hemostaz

C)İnfuziya

D) Drenajlanma

E)Anesteziya



Yaradan, boşluqlardan möhtəviyyatın xaric edilməsi və dərman maddələri ilə yuyulması drenajlanma adlanır. Drenajlanma tənzif və borulu drenajların vasitəsilə həyata keçirilir. Drenajlanma üç cür olur: passiv, aktiv və aspirasion-şırınqa yolu ilə.

Ədəbiyyat Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.114
846. Yanıqlar zamanı ilkin tibbi yardıma nə aid deyil?

A) Yanmış sahəni soyutmaq

B)Termiki amilin dəriyə təsirini dayandırmaq

C) Xəstəni qusdurmaq

D)Aseptik sarğını qoymaq

E)Ağrısızlaşdırmaq



Yanıqlar zamanı ilkin tibbi yardıma xəstəni qusdurmağa cəhd etmək yox,termiki amilin dəriyə təsirini dayandırmaq,yanmış sahəni soyutmaq,aseptik sarğını qoymaq və ağrısızlaşdırmaq aiddir.

Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.226
847.Yanığı olan xəstələr sarğıya necə hazırlanır?

A)Antiseptiklərlə ümumi və yerli vannaların qəbulundan sonra

B) Anesteziyadan sonra

C)Xəstənin paltarı dəyişdirildikdən sonra

D)Yara təmizləndikdən sonra

E) Arteriyal təzyiq və bədən hərarəti ölçüldükdən sonra



Texniki yanıqlar zamanı xəstəni sarğıya hazırlamaq üçün yerli və ya ümumi vannalardan istifadə olunur.Antiseptiklərlə yerli və ümumi vannaların qəbulu sarğı zamanı toxumaların zədələnməsini və ağrı hissiyatını azaldır.

Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.257
848. Drenaja nə aiddir?

A) Bint yumağı

B)Salfet

C) Trunda

D)Kürəcik

E)Tənzif-balışcıq



Drenajlanma drenajların köməyi ilə həyata keçirilir.Drenajlara bunlar aiddir:trundalar,tamponlar;yastı rezin,borulu və qarışıq drenajlar aiddir.Trunda tənzifdən olan drenaja aiddir.

Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.108
849. Aşağı ətrafın tromboflebiti zamanı tibb bacısı iltihab nahiyəsindəki ağrını azaltmaq üçün nə etməlidir?

A)Iltihab olan nahiyədə hərəkətsizliyi təmin etməli

B)Xəstəyə çarpayıda rahat vəziyyət verməli

C)Xəstənin vəziyyətini müşahidə etməli

D)Bədən hərarətini ölçməli

E)Arterial təzyiqi ölçməli,nəbz sayılmalı



Aşağı ətrafın tromboflebiti zamanı tibb bacısı iltihab nahiyəsindəki ağrını azaltmaq üçün iltihab olan nahiyədə hərəkətsizliyi təmin etməli,həkimin təyinatı ilə ağrıkəsicilər yeritməlidir.

Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.162
850. Xəstənin fizioloji sakitliyini təmin etmək üçün tibb bacısı nə etməlidir?

A) Həkimin təyinatı ilə xəstəyə ağrıkəsicilər yeritməli

B) Xəstəyə çarpayıda lazımı vəziyyət verilməli və otağın havasının dəyişdirilməli

C)Əməliyyatdan sonrakı sarğını dəyişdirməli

D)Bədən hərarətini gündə iki dəfə ölçməli

E)Arterial təzyiqi ölçülməli,nəbzi saymalı



Tibb bacısı xəstənin fizioloji sakitliyini təmin etmək üçün xəstəyə çarpayıda lazımı vəziyyət verməli və otağın havasının dəyişdirməlidir.

Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.162
851. “Kəskin qarın” sindromunda ilkin tibbi yardım zamanı nədən istifadə etmək olmaz?

A) Təxirə salınmaz yardımın çağırılması

B)Xəstəyə horizontal vəziyyətin verilməsi

C)Qarın nahiyəsinə buz qovuğunun qoyulması

D)Xəstənin xəstəxanaya çatdırılması

E) Ağrıkəsicilərin yeridilməsi

Kəskin qarın” sindromunda ilkin tibbi yardım məqsədilə ağrikəsicilərdən istifadə etmək olmaz,çünki,ağrıkısicilərin yeridilməsi xəstəliyin klinik şəklini təhrif edə bilər. Bu zaman xəstəyə horizontal vəziyyət verməli, qarın nahiyəsinə buz qovuğu qoyaraq təcili sürətdə xəstəxanaya çatdırılmalıdır.

Ədəbiyyat Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.343
852. Əməliyyatdan sonraki ağırlaşmaya nə aid deyil?

A) Yaradan qanaxma

B) Ağrı şoku

C) Yaranın çapıqlaşması

D)Tikişlərin aralanması

E)Yara ətrafında qızartı



Əməliyyatdan sonrakı ağırlaşmaya yaranın çapıqlaşması aid deyil.Yaranın çapıqlaşması yaranın sağalmasını göstərir.Ağrı şoku, yaradan qanaxma,tikişlərin aralanması, yara ətrafındakı qızartının baş verməsi əməliyyatdan sonrakı ağırlaşmaya aiddir.

Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.129
853.Yerli anesteziaydan sonra əməliyyat sahəsində qanaxmanı saxlamaq məqsədilə tibb bacısı nə etməlidir?

A) Palatanın havasını dəyişdirmək

B)Xəstənin çarpayıda vəziyyətini dəyişdirmək

C) Xəstəni xəstəxana mühitinə uyğunlaşdırmaq

D) Əməliyyat sahəsinə buz qovuğunu qoymaq

E)Xəstəyə yuxugətirici preparat təyin etmək



Yerli anesteziaydan sonra əməliyyat sahəsində qanaxmanı və ağrını azaltmaq məqsədilə tibb bacısı əməliyyat sahəsinə buz qovuğunu qoymalıdır.

Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.77

854. Üz-çənə nahiyəsinin zədələnməsində tibb bacısı ağız boşluğuna qulluq zamanı hansı məhluldan istifadə edir?

A)0.1%-li kalium permanqanat

B) 70%-li spirt

C) 2%-li kalium permanqanat

D)33%-li hidrogen peroksid

E) 0.5-li xlorheksidin biqlükonat



Kalium permanqanat kimyəvi antiseptik maddə olub,0.1%-li məhlulundan dəri və selikli qişaların yuyulmasında istifadə olunur.Ağız boşluğuna qulluq zamanı tibb bacısı 0.1%-li kalium permanqanat məhlulundan istifadə etməlidir.

Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.455
855.Qastrostomaya qulluq tibb bacısı tərəfindən gündə neçə dəfə aparılmalıdır?

A) Gündə üç dəfə

B) Sutkada bir dəfə

C) Səhər və axşam

D) Hər qidalanmadan sonra

E) Bir gündən bir



Qastrostomalı xəstələrdə hər qidalanmadan sonra stoma ətrafı nahiyə tibb bacısı tərəfindən təmizlənməlidir. Stoma ətrafındakı dəri 0.1%-li kalium permanqanat məhlulunda isladılmış kürəcik ilə təmizlənilir və quru steril kürəciklə qurudulur. Sonra steril şpatel vasitəsilə 0.5sm. qalınlıqda lassar pastası sürtülür. Pastanın üzərinə steril salfet qoyularaq stoma sarınır.

Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.403
856. Reanimasion tədbirlər zamanı dil kökünün qatlanmaması üçün xəstənin başına hansı vəziyyət verilir?

A) Sağa, yana çevrilmiş

B) Sola, yana çevrilmiş

C) Arxaya əyilmiş

D) Önə əyilmiş

E) İlkin vəziyyətdə saxlanılmış



Reanimasion tədbirlər zamanı dil kökünün qatlanmaması üçün xəstəni arxası üstə uzadıb ehtiyyatla başını arxaya əymək və çənəni qaldırmaq lazımdır.Ağız boşluğunda yad cismin olmadığına ,dil tənəffüsə maneəçilik etmədiyinə əmin olmaq lazımdır.Tənəffüs bir də yoxlanılır.Əgər tənəffüs yoxdursa,süni tənəffüs verməyə başlamaq lazımdır.

Ədəbiyyat:R.Əkbərov.İlk Tibbi yardım.-Baki:Mütərcim,2001.səh.116
857.Müalicəvi immobilizasiyaya nə aiddir?

A) Gips sarğısı

B) Kramer şinası

C) Diterexs şinası

D) Pnevmatik şina

E) Ləçəkvari sarğı



Müalicəvi immobilizasiya məqsədilə bərk gips sarğısından istifadə olunur.Gips sarğısını hazırlamaq üçün quru gips tozundan istifadə olunur.Gips sarğısı əl ilə hazırlanır və ya aptekdən hazır qablaşdırılmış şəkildə alınır.

Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.191
858. Natamam gips sarğısına hansı aiddir?

A) Pəncərəli

B)Dairəvi

C) Longet

D)Gips korseti

E)Gips yaxalığı



Gips sarğısı natamam və tam gips sarğılarına ayrılır.Natamam gips sarğısına longet gips sarğısı və gips çarpayısı aiddir.

Tam gips sarğılarına dairəvi,pəncərəli,gips korseti,gips yaxalığı və s.aiddir.Longet gips sarğısı natamam sarğı olub,ətrafın müəyyən hissəsini(yan,ön,arxa)örtür.Gips longeti10-25 sm enlilikdə bintdən 6-8 qat hazırlanır.

Ədəbiyyat: Н.В.Барыкина «Травматология для медицинских колледжей», Феникс, 2007 стр-84

Bölmə IV
859. Aptekdə hazırlanmış göz məlhəminin saxlanma müddəti neçə gündür?

A) 20


B) 15

C) 7


D) 10

E) 2


Tibb bacısı dərman preparatlarının alınması, saxlanılması və istifadə olunmasına cavabdeh şəxsdir. Göz preparatları müəyyən olunmuş qaydaya əsasən saxlanılır. Göz məhlulunun saxlanma müddəti 10 gündür.

Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 219
860. Hansı üsulun köməyi ilə gözün periferik görmə sahəsi müayinə edilir?

A) Tonometriya

B) Oftalmoskopiya

C) Qonioskopiya

D) Biomirkoskopiya

E) Perimetriya

Düzgün -cavab - Perimetriya

Görmə sahəsini müayinə etmək üçün xüsusi cihazdan- perimetrdən istifadə olunur. Onun köməyilə göz sahəsinin sərhədlərinin qrafik təsvirini xüsusi cədvəldə almaq mümkün olur. Bu müayinə üsulu perimetriya adlanır.

И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 221-223
861. Aşağıda sadalananlardan hansı göz xəstəliklərinin müayinəsi proseduruna aiddir?

A) Göz daxili təzyiqin ölçülməsi

B) Gözün yuyulması
C) Konyuktivial kisəyə dərman pereparatlarının damızdırılması
D) Konyuktivial kisəyə məlhəmlərin sürtülməsi
E) Gözə sarğının qoyulması
Göz daxili təzyiqin ölçülməsi gözün müayinə üsullarına aiddir. Digər variantlardakı cavablar isə gözün müalicə üsullarına aiddir. Bura gözün yuyulması, konyuktivial kisəyə dərman preparatlarının damızdırılması və məlhəmlərin sürtülməsi həmçinin gözə sarğının qoyulması aiddir.

И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 240

Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 240


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin