695.Panlı əməliyyatdan əvvəl təmizləyici imalə nə vaxt aparılır?
A) İmalə olunmur
B) Əməliyyatdan 1 sutka əvvəl
C) Əməliyat olunan gün səhər
D) Əməliyyatdan əvvəlki gün axşam və əməliyyat günü səhər
E) Əməliyyatdan 2 saat əvvəl
Planlı əməliyyatda xəstə əməliyyatdan əvvəl tam sanitar işləmədən keçirilir,əməliyyatdan əvəlki gün axşam yüngül yemək verilir (kəmşirin çay, suxarı, mannı sıyığı və s) sonra bağırsaqlar təmizləyici imalə olunur həmçinin əməliyyat günü səhər yenidən təmizləyici imalə olunur.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh.279
696.Təxirəsalınmaz əməliyyatdan əvvəl təmizləyici imalə nə vaxt aparılır?
A) Əməliyyatdan olunan gün
B) Əməliyyatdan 6 saat əvvəl
C) Əməliyyatdan 2 saat əvvəl
D) İmalə olunmur
E) Səhər, əməliyyat olunan gün
Təxirəsalınmaz əməliyyat zamanı aparılan hər bir prosedur vaxtın uzanmasına, bu da xəstənin hər an vəziyyətinin pisləşməsinə və ölümünə səbəb ola biləcəyi üçün heç bir prosedur aparılmır. Həmçinin təmizləyici imalə də aparılmır.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh.279
697.Planlı əməliyyatdan əvvəl sanitar işlənmənin hansı növündən istifadə olunur?
A) Sanitar təmizlənmə aparılmır
B) Dərinin silinməsi və ağların dəyişdirilməsi
C) Hissəvi sanitar təmizlənmə
D) Tam sanitar işlənmə
E) İmalə və əməliyyat sahəsinin işlənməsi
Planlı əməliyyatdan əvvəl xəstə cərrahi şöbədə bir neçə gün müayinə olunduğu və əməliyyata hazırlandığı üçün aseptika qaydalarına tamamilə riayət olunur və tam sanitar işləmə apaılır.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh.279
698. Fövqəladə əməliyyatdan əvvəl sanitar işlənmənin hansı növündən istifadə olunur?
A) Hissəvi sanitar işlənmə
B) Tam sanitar işlənmə
C) Dərinin silinməsi və ağların dəyişdirilməsi
D) Sanitar işlənmə aparılmır
E) Bağırsaqların və sidik kisəsinin boşaldılması
Fövqəladə əməliyyat o deməkir ki, əməliyyatın bir neçə dəqiqə gecikməsi belə ölümə səbəb olur. Bunu nəzərə alıb heç bir sanitar işlənmə aparılmır.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh.279
699. Planlı əməliyyatdan əvvəl dərinin tüklərdən təmizlənməsi nə vaxt aparılır?
A) Əməliyyat otağında
B) Əməliyyatdan əvvəlki gün axşam
C) Əməliyyatdan 1 sutka əvvəl
D) Əməliyyat stolunda
E) Səhər, əməliyyat olunan gün
Tüklərin uzana biləcəyini nəzə alıb ancaq əməliyyat günü səhər dəri tüklərdən təmizlənir. Tüklər daha əvvəl təmizlənərsə yenidən uzanır və bu da dəridə qıcıqlanma yaradır.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh.279
700.Əməliyyatönü dövrün əsas məqsədi nədir?
A) Ürək-damar sisteminin müayinəsi
B) Xəstənin vəziyyətinin yaxşılaşdırılması
C) Xəstənin əməliyyata hazırlanması
D) İnfeksiya ocaqlarının sanasiyası
E) Xəstənin vəziyyətinin qiymətləndirilməsi
Əməliyyatönü dövrün əsas məqsədi əməliyyatın uğurla keçirilməsi və əməliyyatdan sonrakı ağrılaşmaların qarşısının alınmasıdır. Bu dövrdə yanaşı gedən xəstəliklər aşkarlanır, orqan və sistemlərin fəaliyyəti yoxlanılır və xəstə əməliyyata hazırlanır.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh.279
701.Əməliyyatönü dövr nə vaxt qurtarır?
A) Xəstəxanaya daxil olan andan
B) Əməliyyatdan 30 dəqiqə əvvəl
C) Əməliyyat başlanan andan
D) Diaqnoz dəqiqləşdirilən andan
E) Xəstəlik başlanan andan
Əməliyyata hazırlıq qurtardıqdan sonra əməliyyat başlanır və bu andan etibarən başlanan dövr əməliyyat dövrü adlanır. Əməliyyat başlandıqdan sonra əməliyyatönü dövr bitir.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh.279
702.Növbəti gün saat 900 -a planlaşdırılmış əməliyyat olunacaq xəstənin axırıncı qida qəbulu nə vaxt olmalıdır?
A) Əməliyyat günü, səhər yeməyi
B) Əməliyyatdan əvvəlki gün, nahar yeməyi
C) Əməliyyatdan əvvəlki gün saat 2000 qədər
D) Əməliyyatdan əvvəlki gün saat 2200
E) Əvvəlki gün ümumiyyətlə qida qəbul etmir
Planlı əməliyyat zamanı növbəti gün saat 900 -a planlaşdırılmış əməliyyat olunacaq xəstə nahardan sonra saat 2000 qədər yüngül yemək (kəmşirin çay suxari ilə,mannı sıyığı və s)yeməlidir.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh.279
703. Əməliyyatdan sonrakı dövrdə xəstə ilkin olaraq harada yerləşdirilir?
A) Reanimaiya şöbəsində və əməliyyatdan sonrakı palatada
B) Ümumi palatada
C) Operasion blokda
D) Təcrid palatasında
E) Xəstəxanadan çıxarılır
Əməliyyatdan sonra xəstənin vəziyyətinə dəqiq nəzarət etmək üçün, xəstə reanimasiya şöbəsində və ya əməliyyatdan sonrakı palatada yerləşdirilir və monitora qoşulur ki, qan dövranı və tənəffüs sisteminə dəqiqliklə nəzarət etmək mümkün olsun.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 64
704.Toxumaların tikilməsi əməliyyatın hansı dövrü sayılır?
A) Müdaxilə
B) Operativ gediş
C) Əməliyyatın sonu
D) Əməliyyatın gedişi
E) Əməliyyatdan sonrakı dövr
Patoloji proses aradan qaldırıldıqdan sonra toxumalar qat-qat tikilir. Bu da əməliyyatın sonu və ya tamamlanması dövrü adlanır.
Ədəbiyyat: Ю.А.Нестеренко.«Хирургические болезни». – М.: Медицина, 1982. Səh 101
705. Qarın boşluğu orqanlarında aparılan əməliyyat zamanı xəstəyə hansı vəziyyət verilir?
A) Başın arxaya atılmış vəziyyəti
B) Sol tərəfi üstə vəziyyət
C) Arxası üstə horizontal vəziyyət
D) Qarnı üstə
E) Trendlenburq vəziyyəti
Qarın boşluğunda əməliyyat aparılması zaman xəstənin ən düzgün vəziyyəti arxası üstə horizontal vəziyyətdir, çünki, bu zaman qarın boşluğu orqanlarının anatomik yerləşməsi və qarın divarı kəsildikdən sonra orqanlara daha qısa yolla çatmaq bu vəziyyəti tələb edir.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh.279
706. Toxumaları aralayan alət hansıdır?
A) İtiuclu qayçı
B) Skalpel
C) Farabef qarmağı
D) Koxer sıxıcısı
E) Kəsici iynə
Toxumalar skalpellə kəsildikdən sonra Farabef qarmağı vasitəsi ilə aralanır ki, cərrahi yol bir qədər genişlənsin.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 244
707. Əməliyyatdan sonrakı dövrdə sidik ləngiməsinə qarşı aparılan tədbir hansıdır?
A) Sidikqovucular vermək
B) Qarnın aşağı hissəsinə soyuq qoymaq
C) Sidik kisəsinə kateter qoymaq
D) Vena daxilinə 5%-li qlükoza yeritmək
E) Dərialtına 0,1%-li - 1,0 atropin yeritmək
Əməliyyatdan sonra xəstədə operasion travmanın təsirindən sidik ləngiməsi ola bilir, bunu aradan qaldırmaq üçün tibb bacısı sidik kisəsinə kateter qoymalıdır.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 280
708. Boğulmuş yırtıqlarda ilkin olaraq xəstəyə nə edilməlidir?
A) Yırtıq qapısından içəri salınmalıdır
B) Spazmolitik dərman preparatı yeridilməlidir
C) Xəstə təmizləyici imalə olumalıdır
D) Xəstə təcili hospitalizə olunmalıdır
E) Xəstənin mədəsi yuyulmalıdır
Boğulmuş yıtıqlarda yırtıq kisəsinin içərisinə tutumundan çox orqan və ya toxumalar keçir və geriyə qayıda bilmədiyi üçün boğulur. Bu zaman kəskin ağrı,şişkinlik hətta peritonit və bağırsaq keçməməzliyi əlamətləri başlayır. Bəzən kisənin içərisindəki orqanlar nekrozlaşdığı üçün xəstə təcili hospitalizasiya edilməli və əməliyyat olunmalıdır.
Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 244
709. Mədə-bağırsaq qanaxması zamanı həkimə qədər hansı yardım göstərilir?
A) Soyuq, smazmolitiklər
B) Kalsium-xlorid, ağrıkəsici preparatlar
C) Sakitlik, soyuq qoymaq, vikasol vurmaq, hospitalizasiya etmək
D) Ürək preparatları
E) Analgetiklər, damargenəldicilər yeritmək
Mədə-bağırsaq qanaxması zamanı qısa zaman ərzində xəstə çox qan itirir,kollaps və şok əmələ gələ bilər.Bu ağırlaşmaların qarşısını almaq üçün xəstəyə sakitlik verilir (hər bir hərəkət qanaxmanı artırır), qarın nahiyəsinə soyuq kompress, buz qovuğu qoyulur,qanın laxtalanmasını artıran preparat vurulur və hospitalizasiya edilir.
Ədəbiyyat: Ю.А.Нестеренко. «Хирургические болезни». – М.: Медицина, 1982. Səh. 337
710. Hemorraidal qanaxma zamanı ilk yardım hansıdır?
A) Vanna etmək
B) Pəhriz
C) Təcili hospitalizasiya etmək
D) Vikasol tabletkası qəbul etmək
E) Mədəni yumaq
Hər hansı bir müvəqqəti üsulla hemorraidal qanaxmanı saxlamaq mümkün olmadığı üçün xəstə təcili hospitalizasiya olunmalıdır.
Ədəbiyyat:H.Sultanov “Cərrahiyyə”, Bakı- 1997. Səh 226
711.Əllərin pervomurla işlənməsi zamanı 5 lt hazır işçi məhlulundan neçə nəfər istifadə edə bilər?
A) 2
B) 20
C) 40
D) 15
E) 5
5 lt işçi məhlulda 15 nəfərdən artıq şəxsin əlləri dezinfeksiya olunarsa məhlulun dezinfeksiya edici xüsusiyyəti azaldığı üçün keyfiyyətsiz hesab olunur və əllər steril olmur.
Ədəbiyyat:В.И.Маслов «Малая хирургия» Москва «Медицина» 1988.səh.27.
712.Ürəyin qapalı masajı zamanı xəstənin uzadıldığı yer necə olmalıdır?
A) Yaylı çarpayıda
B) Yumşaq
C) Maili
D) Sərt
E) Nahamar
Ürəyin qapalı masajı zamanı xəstənin uzadıldığı yer sərt olmazsa amortizasiya baş verər və bu da masajın keyfiyyətsiz olmasına gətirib çıxarar.
Ədəbiyyat:Ю.А.Нестеренко. «Хирургические болезни». – М.: Медицина, 1982. Səh. 121
713.Reanimasion tədbirlərin effektivlik əlaməti hansıdır?
A) Bəbəklərin genəlməsi
B) Yuxu arteriyasında nəbz vurğusunun olması, bəbəklərin daralması və sərbəst tənəffüsün bərpası
C) Rəngin avazıması
D) Döş qəfəsində ekskursiyanın olmaması
E) Periferik nəbzin olmaması
Reanimasiya tədbirləri düzgün aparılarsa 30 dəqiqə ərzində yuxu arteriyası üzərində nəbz vurğuları hiss olunur .Bu da qan dövranının bərpasını göstərir. Bəbəyin işığa reaksiyası bərpa olunur, bəbəklər daralır, bu da beyin toxumalarının qanla təchizatına dəlalət edir və sərbəst tənəffüs bərpa olunur.
Ədəbiyyat:Ю.А.Нестеренко. «Хирургические болезни». – М.: Медицина, 1982. Səh 121
714.Klinik ölüm vəziyyətindən çıxarmaq üçün əsas tədbirlər hansıdır?
A) Tənəffüs yollarının keçiriciliyi bərpa olunur, təcili olaraq eyni vaxtda ürəyin qapalı masajı aparılır və süni tənəffüs verilir
B) Naşatır spirti iylədilir
C) Ürəyin qapalı masajı aparılır
D) Süni tənəffüs aparatına qoşulur
E) Qanəvəzedicilər köçürülür
Klinik ölümün bioloji ölümə keçməməsi üçün ilk növbədə həyati vacib orqanların xüsusilə də beyin hüceyrələrinin qanla və O2 –lə təcrizatını təmin etmək lazımdır. Bu məqsədlə tənəffüs yollarının keçiriciliyi bərpa olunur, eyni zamanda ürəyin qapalı masajı aparılır və süni tənəffüs verilir.
Ədəbiyyat:Ю.А.Нестеренко. «Хирургические болезни». – М.: Медицина, 1982. Səh 125
715. Yetkin şəxslərdə ürəyin vasitəli masajı zamanı döş qəfəsinə təzyiq necə aparılır?
A) 2 əlin barmaqları ilə
B) Sol əlin bütün ovuc səthi ilə
C) Əlin 3 barmağı ilə
D) Sol əlin ovucun proksimal hissəsinə sağ əlin ovcunu qoymaqla
E) Təkcə sağ əllə
Ürəyin vasitəli masajı zamanı döş qəfəsinin içəriyə doğru 4-5 sm ekskursiya etməsi üçün sol əlin ovucunun proksimal hissəsinə sağ əlin ovcunu qoymaqla təyziq edilir. Bu təzyiq nəticəsində ürəyin mədəciklərindəki qan damarlara qovulur.
Ədəbiyyat:Ю.А.Нестеренко. «Хирургические болезни». – М.: Медицина, 1982. Səh 124
716. Vena daxili infuziya zamanı hava emboliyasının qarşısını almaq üçün hansı profilaktik tədbir görülür?
A) Maye köçürüləcək damarlar dəyişdirilir
B) Sistem və iynə steril olur
C) Sistemdən əvvəlcə hava qabarcıqları çıxarılır
D) İti uclu iynələrdən istifadə olunur
E) Kiçik diametrli iynələrdən istifadə olunur
Birdəfəlik damcıladıcı sistemin icərisində hava olduqda hava emboliyası qorxusu olur, ona görə də sistemdən əvvəlcə hava qabarcıqları çıxarılır ki,belə ağırlaşma olmasın.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh. 62
717.Təmizləyici imalə zamanı xəstə hansı vəziyyətdə olamalıdır?
A) Arxası üstə
B) Sağ tərəfi üstə
C) Sol tərəfi üstə və ayaqlar qarına yığılmış vəziyyətdə
D) Diz-dirsək vəziyyətində
E) Qarın üstə
Düz bağırsaq sol qalça çuxuru nahiyyəsində yerləşdiyi üçün mayenin daha asan bağırsağa qovulması məqsədilə xəstə sol tərəfi üstə sol ətraf qarına yığılmış vəziyyətdə olmalıdır.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh.41
718. Köçürülən qan hansı dərəcəyə qədər qızdırılmalıdır?
A) 40-41C0
B) 38-40 C0
C) 37-38 C0
D) 33-35 C0
E) 42-44 C0
Bədən temperaturuna uyğun olması üçün köçürülən qan 37-38 C0-yə qədər qızdırılmalıdır.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh. 315
719.Buz qovuğu əməliyyat sahəsində nə qədər saxlanmalıdır?
A) 1 saat
B) 15 dəqiqə
C) Buz əriyənə qədər
D) 45 dəqiqə
E) 30 dəqiqə
Buz əriyənə qədər buz qovuğu əməliyyat sahəsində saxlanılır.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh. 287
720.Venadan qan götürərkən turna nə vaxt açılır?
A) İynəni çıxardıqdan bir neçə dəqiqə sonra
B) İynəni çıxarandan sonra
C) Venapunksiyadan sonra
D) İynəni çıxarmamışdan əvvəl
E) 3 dəqiqə sonra
İynə venadan turna açılmamış çıxarılarsa venadan qan xaric olar. Bunu nəzərə alıb iynəni çıxarmamış turnanı açmaq lazımdır.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh. 28
721.Hidroadenit əmələ gəlməsində risk faktoru hansıdır?
A) Hipervitaminoz
B) Çox miqdarda qida qəbulu
C) Şəxsi gigiyenaya riayət etməmək
D) Dəridə quruluq
E) Çoxlu maye qəbulu
Hidrodenit - tər vəzilərinin iltihabıdır. Bu vəzilərə infeksiya düşdükdə əmələ gəlir. Şəxsi gigiyenaya riayət etmədikdə hidrodenit əmələ gəlməsi riski çoxalır.
Ədəbiyyat:.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 135
722. Qazlı qanqrena infeksiyasına yoluxmuş xəstələr hansı palatada yatırlar?
A) İntensiv terapiya palatasında
B) Ümumi palatada
C) Təcrid palatasında
D) Boksda
E) Reanimasiya şöbəsində
Qazlı qanqrenanın törədiciləri digər yaralara düşdükdə tezliklə yoluxma əmələ gətirir.Ona görə də belə xəstələr təcrid palatasında yatır və onların sarğısı da palatada aparılır və sarğı materialları sonra yandırılır.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 147
723.Bu patologiyaların hansında tetanus əleyhinə zərdab və anatoksin vurulur?
A) Kəskin irinli plevritdə
B) Bazu boynunun qapalı sınığında
C) Başın yumşaq toxumalarının yaralanmalarında
D) Bazunun çıxığında
E) Sarğı nahiyəsinin absesində
Bütün geniş sahəli təsadüfi yaraların hamısında passiv immunizasiya məqsədi ilə Bezredko üsulu ilə (sınaqlardan sonra) əzələ daxilinə 3000 BV tetanus əleyhinə zərdab və aktiv immunizasiya məqsədi ilə 0,5-1 ml anotoksin vurulur.
Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 150
724.Kəsilmiş yara üçün hansı xarakterikdir?
A) Yara kanalının uzun və dar olması
B) Daxili qanaxma
C) Yara ağzının kənarlarının hamar olması
D)Yara ağzının kənarlarında hematomaların olması
E) Yara ağzının girintili-çıxıntılı olması
İti alətlərlə kəsilmiş yaralara xas olan əlamətlərdən biri, yara kənarlarının düz və hamar olmasıdır. Qan xaricə axır, irinləmə ehtimalı az olur.
Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 124
725. Endoskopik müayinədən əvvəl hansı anesteziya növündən istifadə olunur?
A) Sürtməklə yerli anesteziya
B) Xloretil ilə anesteziya
C) Regionar anesteziya
D) Peridural anesteziya
E) İnfiltrasion anesteziya
Yerli olaraq udlaq nahiyyəsinə və dil kökünə 1%-li dikain sürtülür.
Ədəbiyyat: B.Q. Steçyuk.Sestrinskoe delo v xirurqii
Moskva izdatelskiy dom QEOTAP-MED 2001. Səh. 179
726.Əməliyyatdan sonrakı gün cərrahi yaranın ilkin sarğısı necə aparılır?
A) Yara üzərinə məlhəm qoyulur
B) Yara hidrogen peroksid H2O2 məhlulu ilə işlənməsi
C) Yara yodonatla işləndikdən sonra quru aseptik sarğı qoyulur
D) Drenajla yaranın yuyulması
E) Tikişlərin bir qisminin sökülməsi
Əməliyyatdan sonrakı gün aseptik yara olduğu üçün üzəri yenidən yodonatla işlənir və quru aseptik sarğı qoyulur ki, yaraya infeksiya düşməsin.
Ədəbiyyat: B.X.Abasov. “Ümumi cərrahlıq”. Bakı 1985. Səh. 196
727.Yaralanma zamanı həkimə qədər göstərilən ilkin tibbi yardım hansıdır?
A) Antibiotiklərin yeridilməsi
B) Qanaxmanın dayandırılması və gips sarğısının qoyulması
C) Qanaxmanın dayandırılması və məlhəmli sarğının qoyulması
D) Ağrıkəsicinin yeridilməsi,qanaxmanın dayandırılması və aseptik sarğının qoyulması
E) Hipertonik məhlulun qoyulması .
Təsadüfi yaralanma zamanı yaraya ətraf mühitdən infeksiyanın düşəcəyini nəzərə alıb üzərinə aseptik sarğı qoyulur və qanaxmanın, qorxulu ağırlaşmaların baş verməməsi üçün ilk növbədə qanaxma hər hansı bir üsulla saxlanılır. Yaranın xarakterindən asılı olaraq travmatik şokun profilaktikası üçün ağrıkəsici işlədilir.
Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 128
728. Ağciyər qanaxmasında xəstəni hansı vəziyyətdə daşımaq olar?
A) Qarnı üstə uzanmış
B) Arxası üstə uzanmış
C) Yarım oturaq
D) Sol tərəfi üstə uzanmış
E) Ayaqlar yuxarı qaldırılmış vəziyyətdə
Ağciyər qanaxmasında xəstədə təngnəfəslik əmələ gəldiyi üçün, xəstə yarım oturaq vəziyyətdə daşınır.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh. 512
729.Yuxu arteriyası zədələnərsə qanaxmanı necə saxlamaq olar?
A) Yaranı tamponada etməklə
B) Boyna jqut qoymaqla
C) Yaranın üzərinə sıxıcı sarğı qoymaqla
D) Yuxu arteriyasını barmaqla VI boyun fəqərəsinin köndələn çıxıntısına sıxmaqla
E) Yaraya qan saxlayıcı alət qoymaqla
Yuxu arteriyası zədələrkən qan təzyiqlə axır və çox qısa müddətdə çoxlu qan itirməyə səbəb olduğuna görə ölümə səbəb olur. Bu səbəbdən də vaxt itirmədən yuxu arteriyası barmaqla VI boyun fəqərəsinin köndələn çıxıntısına sıxılır.
Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 77
730. Əməliyyat və sarğı otağının havası necə mikrobsuzlaşdırmaq necə mkrobsuzlaşdırılır?
A) Divarlar və döşəmələr xloraminlə yuyulur
B) Pəncərələrə tor tutulur
C) Otaqdakı əşyaların üzərini nəm əski ilə silinir
D) Bakteriosid lampalarla şüalandırılır
E) Otağa aerozol çilənir
Bütün üsulların hamsında əməliyyat və sarğı otağının havasında mikrob qalır, yalnız bakteriosid lampalarla şüalandırıldıqdan sonra mikroblar məhv olur.
Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 41
731. Əməliyyat bloku əsaslı olaraq neçə gündən bir təmizlənir?
A) İki həftədən bir
B) Ayda bir dəfə
C) Hər gün
D) Həftədə bir dəfə
E) İldə bir dəfə
Əməliyyat bloku həftədə bir dəfə böyük tibb bacısının qrafiki əsasında əməliyyat təyin olunmayan gün əsaslı olaraq təmizlənilir.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 41
732. Hava damcı infeksiyasının qarşısını almaq üçün tibb işçiləri nədən istifadə edilir?
A) Aerozol çiləyirlər
B) Xalat və əlcək geyinirlər
C) Əllərini tez-tez yuyurlar
D) Otağın havasını dəyişirlər
E) Maska taxılır
Damcı infeksiyalarının qarşısını almaq üçün, əməliyyat işçirakçıları və tibb işçiləri maska taxmalıdır.
Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 25
733.Qida borusunun kimyəvi preparatla yanığında ilk tibbi yardım kimi nə etmək lazımdır?
A) Mədə ilıq su ilə yuyulur və ağrı kəsici preparat vurulur
B) Süd içirdilir
C) Zərərçəkən qusdurulur
D) Heç bir tədbir görülmür
E) Kimyəvi preparatı zərərsizləşdirən maddə içirdilir
Kimyəvi maddəni kənarlaşdırmaq üçün zərəçəkənə ilıq su içirdilir və şokun qarşısını almaq üçün ağrı kəsici prepatar vurulur.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 121
734. Nəqliyyat şinaları hansı məqsədlə istifadə eidilir?
A) Zərərçəkmişi daşımaq məqsədi ilə
B) Sınıqları müalicə etmək məqsədi ilə
C) Zədələnmiş nahiyyəni imobilizasiya etmək məqsədi ilə
D) Qanaxmanı saxlamaq məqsədi ilə
E) Çıxıqları yerinə salmaq məqsədi ilə
Zərərçəkəni daşıyarkən bəzən sınmış sümük fraqmentləri yerini dəyişir bu da ətraf toxumalarının və qan damarlarının zədələnməsinə səbəb olur. Ona görə zədələnmiş nahiyə şinalar vasitəsi ilə imobilizasiya olunur.
Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 110
735.Çıxıqlar zamanı göstərilən ilk tibbi yardım hansıdır?
A) Ətraf fiksasiya olunur, ağrıkəsici preparat verilir, oynağa soyuq kompres qoyulur
B) Oynağa aseptik sarğı qoyulur
C) Oynağa gips sarğısı qoyulur
D) Çıxmış oynaq yerinə salınır
E) oynağa isti kompres qoyulur
Çıxıqlar zamanı oynaq başı oynaq çüxurundan çıxır və oynaq kapsulasını zədələyərək yumşaq toxumaların arasına keçir.Bu zaman qanaxma, ağrı, şişkinlik əmələ gəlir, qarşısını almaq üçün oynağa soyuq kompres qoyulur, oynaq fiksasiya olunur və ağrıkəsici preparat verilir.
Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 104
736.Aşağı çənənin çıxığında oynağı fiksasiya etmək üçün hansı sarğı növündən istifadə olunur?
A) Yüyəntipli sarğıdan
B) Sapandvari sarğıdan
C) Spiralvari sarğıdan
D) Səkkizvari sarğıdan
E) Qayıdan sarğıdan
Enli bintin ucları iki hissəyə ayrılır və əks tərəflərdə bağlanır. Sapandvari sarğı sarğı aşağı çənəyə, buruna, başa qoyulur.
Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 103
Dostları ilə paylaş: |