222.Aşağıdakılardan hansı xüsusi qulluğa aid deyil?
A) Dərman maddələrinin paylanması
B) Sidik kisəsinin yuyulması(instillyasiya)
C) Xəstənin sarğısının dəyişdirilməsi
D) Uşaqlıq yolunun yuyulması
E)Xəstənin gözünə dərman damcısının tökülməsi
Ümumiyyətlə qulluq 2 növ olur.Ümumi və xüsusi.Ümumi qulluq profilindən asılı olmayaraq bütün şöbələrdə yatan xəstələrə göstərilir.(dərmanların paylanması,qidalandırma,sanitar –gigiyenik tədbirlər və s.)Xüsusi qulluq isə müvafiq şöbələrdə(cərrahi ,ginekoloji və s.) xəstənin diaqnozuna və vəziyyətinə görə aparılır.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh. 121.“ Çıraq” 2008.
223. Sadalananlardan hansı kəskin miokard infarktı zamanı həkiməqədərki yardıma aiddir?
-
Nitroqliserin vermək
-
Fiziki sakitliyi təmin etmək
-
Təcili hospitalizasiya etmək
-
Kardioloji briqada çağırmaq
-
Spazmolitiklər vermək
A) 1, 2, 4
B) 1, 3
C) 3, 4, 5
D) 4, 1, 3
E) 3, 2, 5
Miokard infarktı zamanı tac damarlarda qan dövranının kəskin pozulması nəticəsində ürək əzələsində nekroz əmələ gəlir.Bu zaman xəstəyə göstərilən ilk yardımın böyük əhəmiyyəti vardır.Bunun üçün xəstəyə ilk növbədə nitroqliserin vermək, fiziki sakitliyini təmin etmək və mütləq həkim çağırmaq lazımdır, çünki nitroqliserinin təsirindən ağrı kəsmədikdə narkotik analgetiklər yeridilməlidir , bunu etmək isə yalnız həkimin səlahiyyətindədir .
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitab”. Səh.506.“ Çıraq”2008.
Dostları ilə paylaş: |