Dərman maddələrinin subliqval qəbulu latın dilindən tərcümədə dilaltı deməkdir. “Linqva”- dil, “sub”- alt deməkdir və bu dərmanların enteral yolla qəbuluna aiddir.
Ədəbiyyat: C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 135. “ Təhsil” Bakı 1998. 225. Dərman maddələrinin xaricə işlənmə üsulu hansıdır?
Dərmanların xaricə tətbiqi dedikdə həmin maddələrin dəri , selikli qişalar ( göz, burun, qulaq və s.) və yara səthində işlədilməsi nəzərdə tutulur. Xaricə tətbiq edilən dərmanlar əsasən yerli, qismən isə rezorbtiv və reflektor təsir göstərir.
Ədəbiyyat: C.N. Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 131. “ Təhsil” Bakı 1998.