420. Tetanus əleyhinə anatoksin nə üçün yeridilir?
A) Passiv immunitet yaratmaq üçün
B) İltihabı prosesi aradan qaldırmaq üçün
C) Aktiv immunitet yaratmaq üçün
D) Sepsisin qarşısını almaq üçün
E) Hepatit B-nin qarşısını almaq üçün
Tetanus əleyhinə anatoksin aktiv immunitet yaradaraq uşağı tetanusa yoluxmadan qoruyur. Preparat maye halda flakonda və ya 1 dozalı şpris tubiklərdə buraxılır.
Ədəbiyyat: “Təcrübə immunlaşdırma” (metodik göstərişlər) Modul 2.Bakı 2010,
səh 8
421. Yenidoğulmuşların palatasında havanın temperaturu neçə dərəcə olmalıdır?
A) 200-210
B) 180-200
C) 220-230
D) 240-250
E) 250-260
Yenidoğulmuşların otağı təmiz və səliqəli olmalı, havası tez-tez dəyişdirilməlidir. Uşaqlarda termorequlyasiya pis olur, uşaq tez soyuqlayıb tez də isinir. Ona görə də uşaq otağının temperaturu daimi olaraq 220-230 olmalıdır.
Ədəbiyyat: Л. А. Исаева.Л. К. Баженова. «Детские Болезни»Москва 1986. Стр.30
Dostları ilə paylaş: |